Riboksin 2 % 5 ml N10 inyeksiya Rusiya

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirMetabolik vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,92 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RİBOKSİN venadaxili yeridilmə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: İnozin

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq inozin (riboksin) vardır. Köməkçi maddələr:metenamin, natrium hidroksid məhlulu 1 M (pH 7,8-8,6), inyeksiya üçün su.

Təsviri

Şəffaf rəngsiz və ya zəif rəngli məhluldur.

Farmakoterapevtik qrupu

Metabolik vasitə. ATC kodu: C01EB.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Riboksin purin törəməsi (nukleozid) adenozintrifosfatın (ATF) sələfidir. Metabolik prosesləri tənzimləyən dərman vasitələri qrupuna aiddir. Antihipoksik və antiaritmik təsir göstərir. Miokardın energetik balansını artırır, koronar qan dövranını yaxşılaşdırır, böyrəklərin əməliyyatdaxili işemiyasının nəticəsinin qarşısını alır. Qlükozanın mübadiləsində bilavasitə iştirak edir və hipoksiya şəraitində və ATF olmadıqda, mübadilənin aktivasiyasına səbəb olur. Normal toxuma tənəffüsünün prosesinin təmin edilməsi üçün vacib olan piroüzüm turşusunun metabolizmini aktivləşdirir, eləcə də ksantindehidrogenazanın aktivləşməsinə səbəb olur. Nukleotidlərin sintezini stimullaşdırır, Krebs siklinin bəzi fermentlərinin aktivliyini gücləndirir. Hüceyrəyə daxil olaraq, miokardda metabolizm prosesinə müsbət təsir göstərir-ürəyin yığılma gücünü artırır və diastolada miokardın tam boşalmasına səbəb olur ki, bunun nəticəsində qanın həmlə həcmi artır. Antiaritmik təsirinin mexanizmi sona qədər məlum deyil. Trombositlərin aqreqasiyasını azaldır, toxuma regenerasiyasını aktivləşdirir (xüsusilə miokardın və mədə-bağırsaq sisteminin selikli qişasının). Farmakokinetikası Qlükuron turşusunun yaranması və onun sonrakı oksidləşməsilə qaraciyərdə metabolizmə uğrayır. əhəmiyyətsiz miqdarda böyrəklər vasitəsilə xaric olur.

İstifadəsinə göstərişlər

Keçirilmiş miokard infarktının kompleks müalicəsi, ürəyin işemik xəstəliyi, keçirilmiş infeksion xəstəliklərdən sonra miokardiodistrofiya fonunda ürək qlikozidlərinin istifadəsilə törənən ürək ritminin pozulması. Qaraciyər xəstəliklərinin (hepatit, sirroz, piy distrofiyası) kompleks müalicəsində. İzolyasiya edilmiş böyrəkdə əməliyyat (əməliyyat edilən orqanın qan dövranının qısa müddətli dayanması zamanı farmakoloji müdafiə vasitəsi qismində).

Əks göstərişlər

Preparatın istənilən komponentinə və digər purin törəmələrinə qarşı yüksək həssaslıq; podaqra; hiperurikemiya; hamiləlik, laktasiya dövrü; 18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Böyrək çatışmazlığı. Riboksin ürək fəaliyyətinin pozulmasının təcili korreksiyası üçün istifadə edilmir. Böyrək çatışmazlığı zamanı preparatın istifadəsi, yalnız o zaman mümkündür ki (həkim rəyilə), gözlənilən müsbət effekt istifadədən yaranan mümkün riskdən üstün olsun. Uzun müddətli müalicə zamanı qanda və sidikdə sidik turşusunun konsentrasiyasına nəzarət etmək lazımdır. Dəri qaşınması və dəri hiperemiyası təzahür etdikdə, preparatla müalicəni ləğv etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Ürək qlikozidlərilə eyni vaxtda istifadəsi zamanı preparat aritmiyanın yaranmasının qarşısını alır, müsbət nootrop təsiri gücləndirir. İmmunodepressantlar (siklosporin, antimiositar immunoqlobulin, qamma D-qlütamil-D-triptofan və s.) inozinin effektini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. İnozinin ana südünə nüfuz etməsi barədə məlumat yoxdur, bu səbəbə görə laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Venadaxili şırnaq yolu ilə asta-asta və ya damcı (dəqiqədə 40-60 damcı) üsulu ilə yeridilir. Müalicə gündə 1 dəfə 200 mq (20 mq/ml 10 məhlul) yeridilməklə başlanır; sonra preparat qarşı dözümlük yaxşı olduqda, doza gündə 1-2 dəfə 400 mq-a (20 mq/ml 20 ml məhlul) qədər artırılır. Müalicənin müddəti 10-15 gündür. Ürək ritminin kəskin pozuntusu zamanı preparatın birdəfəlik 200-400 mq (20 mq/ml 10-20 ml məhlul) şırnaq yolu ilə yeridilməsi mümkündür. İşemiyaya məruz qalan böyrəklərin farmakoloji müdafiəsi üçün Riboksin 1200 mq (20 mq/ml 60 ml məhlul) birdəfəlik dozada böyrək arteriyasının sıxılmasından 5-15 dəqiqə əvvəl, sonra qan dövranı bərpa olduqdan sonrakı saatda daha 800 mq (20 mq/ml 40 ml məhlul) venadaxili şırnaq yolu ilə yeridilir. Venadaxili damcı yolu ilə yeridilməsi üçün preparatın 20 mq/ml məhlulu 5%-li dekstroza (qlükoza) və ya 0,9%-li natrium xlorid məhlulunda (250 ml-ə qədər) həll edilir.

Əlavə təsirləri

Əlavə təsirlər (ƏT) MedDRA lüğətinə müvafiq sistem-orqanlar sinfi üzrə qeyd edilmişdir. İmmun sistemdə baş verən pozuntular: dəri qaşınması, dəri hiperemiyası, övrə. Laborator və instrumental tədqiqatların nəticəsinə təsiri: qanda sidik turşusunun konsentrasiyasının artması. Digər: podaqranın gedişatının kəskinləşməsi (uzun müddət istifadəsi zamanı). Pasiyentdə təlimatda qeyd edilən əlavə təsirlər yarandıqda və ya kəskinləşdikdə və ya pasiyent təlimatda qeyd edilməyən istənilən digər əlavə təsir aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Hazırda doza həddinin aşılması halları barədə məlumat yoxdur.

Buraxılış forması

Venadaxili yeridilmə üçün məhlul 20 mq/ml. 5 ml və ya 10 ml məhlul neytral şüşə və ya sındırma nöqtəsi və ya halqası olan I hidrolitik sinifə məxsus rəngsiz şüşə ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ampul polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Dalximfarm” ACS. 680001, Rusiya Federasiyası, Xabarovsk bölgəsi, Xabarovsk ş., Taşkentskaya k., 22. Tel.:/Faks: (4212) 53-91-86.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Riboksin 2 % 5 ml N10 inyeksiya Rusiya” üçün ilk rəyi siz yazın.