Riboksin 2 % 10 ml N10 inyeksiya Arterium
| Təsiredici maddə | INOSINE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Kardioloji preparatlar |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,30 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RİBOKSİN inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq inozin vardır. Köməkçi maddələr: heksametilentetramin, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Kardioloji preparatlar. ATC kodu: C01EB.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Riboksin anabolik preparatdır, antihipoksik və antiaritmik təsirlərə malikdir. O, ATF-in sələfidir, qlükoza mübadiləsində bilavasitə iştirak edir və hipoksiya şəraitində və ATF-in iştirakında metabolizmin aktivləşməsinə şərait yaradır. Preparat toxuma tənəffüsünün normal prosesini təmin etmək üçün piroüzüm turşusunun metabolizmini aktivləşdirir və ksantindehidrogenazanın aktivləşməsinə şərait yaradır. Riboksin miokardda maddələr mübadiləsinə müsbət təsir göstərir, əsasən, hüceyrələrin enerji balansını artırır, nukleotidlərin sintezini stimullaşdırır, Krebs siklinin bəzi fermentlərinin aktivliyini artırır. Preparat hüceyrələrə onların oyanması zamanı daxil olmuş kalsium ionlarını birləşdirmək qabiliyyəti sayəsində miokardın yığılma aktivliyini normallaşdırır və diastolada miokardın tam boşalmasına şərait yaradır, toxumaların regenerasiysını aktivləşdirir (xüsusilə də miokardın və həzm kanalının selikli qişasını). Farmakokinetikası Venadaxili yeridilmə zamanı riboksin toxumalarda sürətlə paylanır. Qaraciyərdə metabolizmə uğrayır ki, orada da, orqanizmin biokimyəvi reaksiyalarında tamamilə utilizasiya olunur, əhəmiyyətsiz miqdarda əsasən sidiklə xaric olur.
İstifadəsinə göstərişlər
Ürəyin işemik xəstəliyi (miokard infarktından sonrakı vəziyyət, stenokardiya), ürək ritminin pozulması, ürək qlikozidlərinin preparatları ilə intoksikasiyanın kompleks müalicəsi, müxtəlif mənşəli kardiomiopatiyaların, miokardiodistrofiyaların (ağır fiziki gərginliklər fonunda, infeksion və endokrin mənşəli), miokarditlərin; qaraciyər xəstəliklərinin (hepatitlər, qaraciyər sirrozu, qaraciyərin piy distrofiyası) müalicəsi; şüalanma zamanı leykopeniyanın profilaktikası; gözdaxili təzyiqin normallaşdığı açıqbucaqlı qlaukoma zamanı görmə funksiyalarının yaxşılaşması üçün.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq: – böyrək çatışmazlığı; – podaqra.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaşınmanın və hiperemiyanın təzahürü zamanı preparatla müalicəni dayandırmaq lazımdır. Müalicə dövründə sidik cövhərinin qanda və sidikdə konsentrasiyasının səviyyəsinə nəzarət etmək vacibdir. Böyrək çatışmazlığı preparatdan istifadəni məhdudlaşdırır. Böyrək çatışmazlığı zamanı preparatın təyin edilməsi o zaman məqsədəuyğundur ki, həkimin fikrincə, istifadə zamanı gözlənilən effekt mümkün riskdən üstün olsun.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı aşağıdakı hallar mümkündür: heparin: heparinin effekti güclənir, onun təsir müddəti artır; ürək qlikozidləri: aritmiyaların əmələ gəlməsinin qarşısı alınır, pozitiv inotrop təsiri güclənir. Preparatı β-blokatorlarla eyni vaxtda istifadə etdikdə Riboksinin effekti azalmır. Nitroqliserin, nifedipin, furosemid, spironolaktonla birlikdə qəbul edilə bilər. Alkaloidlərlə, turşularla, spirtlə, ağır metal duzları ilə, taninlə, B6 vitamini ilə (piridoksin hidroxlorid) birlikdə eyni tutumda uyuşmur. Uyuşmazlıq Preparatı digər dərman vasitələrilə eyni şprisdə və ya infuzion sistemdə qarışdırmaq olmaz. Yalnız məsləhət görülən həlledicilərdən istifadə etmək lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu qrup pasiyentlərdə preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi üzrə tədqiqatlar aparılmayıb, bu səbəbə görə hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Pediatriyada istifadəsi İstifadəsinin təhlükəsizliyi haqqında məlumatların olmadığı üçün uşaqlarda istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Preparat böyüklərdə venadaxili şırnaq və damcı (asta-asta) üsulu ilə dəqiqədə 40-60 damcı sürətlə istifadə edilir. Venadaxili damcı üsulu ilə yeridilmə zamanı preparat 5%-li qlükoza və ya 0,9%-li natrium xlorid (250 ml-ə qədər) məhlulunda durulaşdırılır. Müalicənin əvvəlində sutkada 1 dəfə 200 mq (10 ml 2%-li məhlul) yeridilir, sonra doza yaxşı keçirildikdə, onu 400 mq (20 ml 2%-li məhlul) sutkada 1-2 dəfəyə qədər artırmaq olar. Müalicə kursu fərdi müəyyən edilir, orta hesabla 10-15 gündür. Ürək ritminin kəskin pozulması zamanı şırnaq üsulu ilə yeridilmə birdəfəlik 200-400 mq (10-20 ml 2%-li məhlul) dozada mümkündür.
Əlavə təsirləri
İmmun sistem, dəri və dərialtı toxuma tərəfindən baş verən pozulmalar: səpgi, qaşınma hissi, övrə, anafilaktik şok daxil olmaqla, allergik/anafilaktik reaksiyalar. Ürək-damar sistemi tərəfindən baş verən pozulmalar: taxikardiya, başağrı ilə müşayiət edilən arterial hipotenziya, başgicəllənmə, ürəkbulanma hissi, qusma, tərləmə. Maddələr mübadiləsi tərəfindən baş verən pozulmalar: hiperurikemiya, podaqranın kəskinləşməsi (yüksək dozalarda uzun müddət istifadəsi zamanı). Ümumi pozulmalar: ümumi zəiflik, yeridilmə nahiyəsində dəyişiklik (hiperemiya, qaşınma daxil olmaqla).
Doza həddinin aşılması
Əlavə təsirlərin simptomlarının təzahürünün güclənməsi mümkündür. Müalicəsi Preparatın istifadəsinin dayandırılması,simptomatik terapiya.
Buraxılış forması
5 ml və ya 10 ml məhlul, ampulda. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ml və ya 10 ml məhlul, ampullarda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25˚C-dən yüksək olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Haliçfarm” İSC. Ünvan Ukrayna, 79024, Lvov ş., Oprışkovskaya k., 6/8.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.