RIBAXAN 20 MG N30 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Antitrombotik maddələr, Xa faktorunun birbaşa inhibitorları |
| İstehsal ölkəsi | Koreya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
44,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
™ RİBAKSAN örtüklü tabletlər ™ Beynəlxalq patentləşdirilməmiş adı: Rivaroxaban
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq rivaroksaban vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza hidrat, kroskarmelloza natrium, natrium laurilsulfat, F-melt C tipi, hidroksipropilsellüloza, maqnezium stearat, qəhvəyi opadri II 85F665036.
Təsviri
İkitərəfli qabarıq, palıdı rəngli, dairəvi örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Antitrombotik maddələr, Xa faktorunun birbaşa inhibitorları. ATC kodu: B01AF01.
Farmakoloji xüsusiyyətləri
Təsir mexanizmi Rivaroksaban, peroral biomənimsənilmə ilə Xa faktorunun yüksək dərəcədə selektiv, birbaşa təsirli inhibitorudur. Xa faktorunun inhibə olunması, həm trombinin əmələ gəlməsini, həm də trombların inkişafını inhibə etməklə qanın laxtalanma kaskadının daxili və xarici yolunu kəsir, Rivaroksaban trombini inhibə etmir (aktivləşdirilmiş faktor II) və trombositlərə heç bir təsiri aşkar edilməyib. Farmakodinamikası İnsanlarda Xa faktorunun aktivliyinin dozadan asılı inhibə olunması müşahidə edilmişdir. Əgər analiz üçün neoplastin istifadə olunursa, Rivaroksaban Protrombin vaxtına (PV), dozadan asılı şəkildə, plazma konsentrasiyası ilə sıx korrelyasiya ilə (r dəyəri 0,98-ə bərabərdir) təsir göstərir. Digər reaktivlər fərqli nəticələr verəcəkdir. PV üçün oxunuş saniyələr içində edilməlidir, çünki BNN yalnız kumarinlər üçün kalibrlənir və təsdiqlənir və digər antikoaqulyantlar üçün istifadə edilə bilməz. DVT və AATE-nin müalicəsi və residivlərinin qarşısının alınması üçün rivaroksaban qəbul edən pasiyentlərdə, gündə iki dəfə 15 mq rivaroksaban üçün tablet qəbulundan 2-4 saat sonra (yəni maksimum təsir zamanı) PV (Neoplastin) üçün 5/95 faiz, 17-32 saniyə arasında dəyişir və gündə bir dəfə 20 mq rivaroksaban üçün 15-30 saniyə arasında dəyişir. Tabletin qəbulundan 8-16 saat sonra gündə iki dəfə 15 mq üçün 5/95 faiz nisbətləri 14-24 saniyə arasında və gündə bir dəfə 20 mq üçün (tablet qəbulundan 18-30 saat sonra) 13 ilə 20 s arasında dəyişmişdir. Qulaqcıqların qeyri-valvulyar mənşəli fibrillyasiyası olan, insultun və sistem emboliyanın profilaktikası üçün rivaroksaban qəbul edən pasiyentlərdə, PV (Neoplastin) üçün 5/95 faiz, tablet qəbulundan 1-4 saat sonra (yəni maksimum təsir zamanı) gündə 20 mq ilə müalicə olunan pasiyentlərdə 14-40 saniyə arasındadır və orta dərəcədə böyrək çatışmazlığı olan pasiyentlərdə gündə bir dəfə 15 mq ilə müalicə olunanlarda 10-50 saniyə arasında dəyişir. Tablet qəbulundan 16-36 saat sonra gündə bir də-fə 20 mq ilə müalicə olunan pasiyentlərdə 5/95 faiz, 12-26 saniyə arasında, orta dərəcədə böyrək çatışmazlığı olan pasiyentlərdə gündə bir dəfə 15 mq ilə müalicə olunan pasiyentlərdə 12-26 saniyə arasında dəyişir. Sağlam böyük insanlar (n = 22) üzərində aparılan rivaroksabanın farmakodinamikasının geri çevrilməsinə dair klinik farmakoloji tədqiqatda, birdəfəlik dozaların (50 BV/kq) iki müxtəlif tipli PCC-lərə (Prothrombin complex concentrate – prothrombin kompleks konsentratı), 3 faktorlu PCC-yə (Faktorlar II, IX və X) və 4 faktorlu PCC-yə (Faktorlar II, VII, IX və X) təsiri qiymətləndirilmişdir. 4 faktorlu PCC ilə müşahidə olunan təxminən 3,5 saniyəlik azalmalarla müqayisədə 3 faktorlu PCC, Neoplastin PV-nin orta qiymətlərini 30 dəqiqə ərzində təxminən 1,0 saniyə azaltmışdır. Bunun əksinə olaraq, 3 faktorlu PCC, endogen trombin əmələ gəlməsindəki dəyişikliklərin geri çəkilməsinə 4 faktorlu PCC-dən daha çox və daha sürətli ümumi təsir göstərmişdir. Həmçinin dozadan asılı olaraq aktivləşdirilmiş qismən tromboplastin vaxtı (aQTPV) və HepTest də uzanır; lakin, onlar rivaroksabanın farmakodinamik təsirini qiymətləndirmək üçün tövsiyə edilmir. Gündəlik klinik rejimdə rivaroksabanla müalicə zamanı laxtalanma parametrlərinin izlənməsinə ehtiyac yoxdur. Lakin klinik göstəriş olarsa, rivaroksabanın səviyyələrini Xa antifaktorun kalibrlənmiş miqdari testlərinin köməyilə ölçmək olar. Farmakokinetikası Absorbsiyası Rivaroksaban sürətlə absorbsiya olunur, maksimal konsentrasiyası (C ) tabletin qəbulundan 2-4 saatmax sonra yaranır. Rivaroksabanın peroral absorbsiyası demək olar ki, tamdır və peroral qəbul zamanı biomənimsənilməsi acqarına/qida qəbulu şəraitindən asılı olmayaraq 2,5 mq və 10 mq dozada tablet üçün yüksəkdir (80- 100%). 2,5 mq və 10 mq dozanın qida ilə birlikdə daxilə qəbulu rivaroksabanın AUC və ya C -una təsirmax göstərmir. Absorbsiya dərəcəsinin azalmasına görə acqarına daxilə 20 mq dozada tabletin qəbulu zamanı biomənimsənilmə 66% səviyyəsində təyin edilmişdir. 20 mq Rivaroksaban tabletinin qida ilə birlikdə qəbulu zamanı orta AUC-un, tabletin acqarına qəbulu ilə müqayisədə 39% artması müşahidə edilmişdir ki, bu da demək olar ki, tam absorbsiyanı və yüksək peroral biomənimsənilməni göstərir. Rivaroksaban 15 mq və 20 mq tabletləri qida ilə qəbul edilməlidir. Rivaroksaban farmakokinetikası, acqarına gündə bir dəfə təxminən 15 mq-a qədər dozada xəttidir. Qidalanma şəraitində Rivaroksaban 10 mq, 15 mq və 20 mq tabletlər doza ilə düz mütənasiblik nümayiş etdirmişdir. Daha yüksək dozalarda rivaroksaban aşağı biomənimsənilmə ilə məhdud absorbsiya və absorbsiya sürətinin azalmasını nümayiş etdirmişdir. Rivaroksabanın farmakokinetikasında dəyişkənlik 30%-dən 40%-ə qədər fərdlərarası dəyişkənliklə (CV%) orta dərəcədədir. Rivaroksabanın absorbsiyası mədə-bağırsaq traktında onun azad olduğu yerdən asılıdır. Nazik bağırsağın proksimal şöbəsində Rivaroksaban qranulyatının azad olması zamanı AUC və C -damax tabletlə müqayisədə 29% və 56% azalma barədə məlumat verilmişdir. Nazik bağırsağın distal şöbəsindəvə ya qalxan çənbərbağırsaqda azad olduqda rivaroksabanın təsiri daha çox azalır. Ona görə rivaroksabanın mədəyə distal olaraq qəbulunun qarşısını almaq lazımdır, çünki bu, absorbsiyanın azalması və bununla bağlı rivaroksabanın təsirinin azalması ilə nəticələnə bilər. Bütöv tabletlə müqayisədə xırdalanmış tabletin alma püresi ilə qarışdırılmış halda peroral qəbulu və ya suda suspenziya şəklinə salınmış və mədə borusu vasitəsilə yeridilən, sonra maye qida qəbulu zamanı, 20 mq rivaroksaban üçün biomənimsənilmə (AUC və C ) müqayisə olunan olmuşdur. Rivaroksabanınmax proqnozlaşdırılan, dozaya mütənasib farmakokinetik profili nəzərə alınaraq, biomənimsənilmə üzrə bu tədqiqatdan alınan nəticələr, ehtimal ki, Rivaroksabanın aşağı dozaları üçün də keçərlidir. Paylanması İnsanlarda plazma zülalları ilə birləşməsi yüksəkdir (təqribən 92%-dən 95%-ə qədər) və bu zaman zərdab albümini əsas birləşdirici komponentdir. Paylanma həcmi Vss təxminən 50 litr olmaqla orta dərəcədədir. Biotransformasiyası və xaric olması Rivaroksabanın istifadə edilən dozasının təxminən 2/3 hissəsi metabolik deqradasiyaya məruz qalır, bu zaman dozanın yarısı böyrəklər vasitəsilə, digər yarısı nəcislə xaric olur. İstifadə edilən dozanın son 1/3 hissəsi əsasən birbaşa böyrək ekskresiyası yolu ilə sidiklə dəyişilməmiş aktiv maddə şəklində xaric olur. Rivaroksaban CYP3A4, CYP2J2 vasitəsilə və CYP-dən asılı olmayan mexanizmlər vasitəsilə metabolizmə məruz qalır. Morfolinon fraqmentinin oksidativ deqradasiyası və amid rabitələrinin hidrolizi biotransformasiyanın əsas mərkəzləridir. In vitro tədqiqatlara əsasən rivaroksaban P-gp (P-qlikoprotein) və Bcrp (döş xərçənginə qarşı müqavimət zülalı) nəqledici zülalların substratdır. Dəyişməmiş rivaroksaban, insanın qan plazmasında ən vacib birləşmədir, onun dövr edən əsas və ya aktiv metabolitləri yoxdur. Təxminən 10 litr/saat sistem klirenslə rivaroksaban aşağı klirensli maddə kimi təsnif edilə bilər. 1 mq dozada venadaxili yeridildikdən sonra yarımxaricolma dövrü təxminən 4,5 saatdır. Peroral istifadə edildikdən sonra absorbsiya sürəti məhdudlaşır. Rivaroksabanın plazmadan xaric olmasıı gənclərdə 5-9 saat terminal yarımxaricolma dövrü ilə və yaşlılarda 11-13 saat terminal yarımxaricolma dövrü ilə baş verir. Xüsusi pasiyent qrupları Cins Kişi və qadın cinsli pasiyentlər arasında preparatın farmakokinetikasında və farmakodinamikasında klinik əhəmiyyətli fərq olmamışdır. Yaşlı pasiyentlər Yaşlı xəstələrdə, əsasən ümumi və böyrək klirensinin azalması (aşkar) hesabına gənc pasiyentlərə nisbətən AUC-un orta qiymətləri ilə plazma konsentrasiyaları təqribən 1,5 dəfə yüksəkdir. Dozaya düzəliş edilməsinə ehtiyac yoxdur. Müxtəlif bədən kütləsi kateqoriyaları Həddindən artıq bədən kütləsi (<50 kq və ya> 120 kq), rivaroksabanın plazma konsentrasiyalarına yalnız cüzi təsir göstərmişdir (25%-dən az). Dozaya düzəliş edilməsinə ehtiyac yoxdur. Etnik qruplararası fərqlər Rivaroksabanın farmakokinetikasına və farmakodinamikasına münasibətdə Qafqaz, Afrika-Amerikan, İspan, Yapon və ya Çinli pasiyentlər arasında klinik əhəmiyyətli heç bir etnik fərqlilik müşahidə edilməmişdir. Qaraciyər çatışmazlığı Yüngül qaraciyər çatışmazlığı ilə qaraciyərin sirrozu olan pasiyentlərdə (Çayld-Pyu təsnifatına görə A kimi təsnif olunan) rivaroksabanın farmakokinetikasında yalnız kiçik dəyişikliklər (orta hesabla rivaroksabanın AUC-unda 1,2 dəfə artım) müşahidə edilmişdir, bu, demək olar ki, onun seçilmiş sağlam kontrol qrupu ilə müqayisə olunandır. Orta dərəcədə qaraciyər çatışmazlığı olan (Çayld-Pyu təsnifatına görə B kimi təsnif olunan) sir-rozlu pasiyentlərdə rivaroksabanın orta AUC-u sağlam könüllülərlə müqayisədə əhəmiyyətli dərəcədə (2,3 dəfə) artmışdır. Sərbəst AUC 2,6 dəfə artmışdır. Bu pasiyentlərdə, orta dərəcədə böyrək çatışmazlığı olan pasiyentlərdə olduğu kimi, rivaroksabanın böyrəklər vasitəsilə xaric olmasının azalması müşahidə edilmişdir. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlər haqqında məlumat yoxdur. Orta dərəcədə qaraciyər çatışmazlığı olan pasiyentlərdə Xa faktorunun aktivliyinin inhibə olunması sağlam könüllülərlə müqayisədə 2,6 dəfə artmışdır; PV-nin uzanması 2,1 faktor artmışdır. Orta dərəcədə qaraciyər çatışmazlığı olan pasiyentlər rivaroksabana daha həssas olmuş, nəticədə konsentrasiya ilə PV arasında daha sürətli FK/FD asılılıq yaranmışdır. Rivaroksaban tabletləri, koaqulopatiya ilə bağlı qaraciyər xəstəliyi olan və Çayld-Pyu təsnifatına görə B və C sinif qaraciyər sirrozu olan pasiyentlər də daxil olmaqla klinik əhəmiyyətli qanaxma riski olan pasiyentlərə əks göstərişdir Böyrək çatışmazlığı Rivaroksabanın ekspozisiyasının artması böyrək funksiyasının azalması ilə əlaqəli olmuşdur ki, bu da kreatinin klirensinin ölçülməsi ilə qiymətləndirilmişdir. Yüngül (kreatinin klirensi 50-80 ml/dəqiqə), orta dərəcədə (kreatinin klirensi 30-49 ml/dəqiqə) və ağır (kreatinin klirensi 15-29 ml/dəqiqə) böyrək çatışmazlığı olan şəxslərdə, Rivaroksabanın plazma konsentrasiyaları (AUC) müva-fiq olaraq 1,4, 1,5 və 1,6 dəfə artmışdır. Farmakodinamik effektlərin müvafiq güclənməsi daha qabarıq idi. Yüngül, orta və ağır böyrək çatışmazlığı olan şəxslərdə Xa faktorun aktivliyinin ümumi inhibə olunması, sağlam könüllülərlə müqayisədə 1,5, 1,9 və 2,0 dəfə artmışdır; PV-nin uzanması da müvafiq olaraq 1,3, 2,2 və 2,4 faktor artmışdır. Kreatinin klirensi <15 ml/dəqiqə olan pasiyentlər haqqında məlumat yoxdur. Plazma zülalları ilə yüksək dərəcədə birləşməsi ilə bağlı olaraq Ribaroksabanın dializ oluna biləcəyi gözlənilmir. Kreatinin klirensi <15 ml/dəqiqə olan pasiyentlərdə istifadəsi tövsiyə edilmir. Rivaroksaban tabletləri kreatinin klirensi 15-29 ml/dəqiqə olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Pasiyentlərdə farmakokinetik məlumatlar Kəskin DVT-nin müalicəsi üçün gündə bir dəfə 20 mq Rivaroksaban qəbul edən pasiyentlərdə dozanın qəbulundan 2-4 saat və təxminən 24 saat sonra (təqribən doza intervalı zamanı maksimum və minimum konsentrasiyaya uyğundur) həndəsi orta konsentrasiya (90% proqnozlaşdırma intervalı) müvafiq olaraq 215 (22-535) və 32 (6-239) mkq/l olmuşdur. Farmakokinetik/farmakodinamik qarşılıqlı təsir Rivaroksabanın plazma konsentrasiyası ilə bir neçə FD son nöqtə arasındakı (Xa faktorun inhibə olunması, PV, aQTPV, HepTest) farmakokinetik /farmakodinamik (FK/FD) qarşılıqlı təsirlər geniş diapazonda dozanın (gündə 2 dəfə 5-30 mq) qəbulundan sonra qiymətləndirilmişdir. Rivaroksabanın konsentrasiyası ilə Xa faktorunun aktivliyi arasındakı qarşılıqlı təsir E modeli ilə dahamax yaxşı təsvir edilmişdir. PV üçün, xətti kəsişmə modeli ümumiyyətlə məlumatları daha yaxşı təsvir edir. İstifadə olunan müxtəlif PV reagentlərindən asılı olaraq maillik xeyli fərqlənir. Neoplastin PV istifadə edildikdə, başlanğıc PV təxminən 13 saniyə olmuş və maillik 3-4 saniyə/(100 mkq/litr) təşkil etmişdir. II və III fazada FK/FD analizlərinin nəticələri sağlam subyektlərdə müəyyən edilmiş məlumatlarla uyğun gəlmişdir. Uşaqlar 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Klinikayaqədərki təhlükəsizlik məlumatları Qeyri-klinik məlumatlar, təhlükəsizlik, tək dozalı toksikliyə, fototoksikliyə, genotoksikliyə, kanserogen potensiala və yetkinlik yaşına çatmayanlar üçün toksiklikyə dair ənənəvi tədqiqatlara əsaslanaraq insanlar üçün xüsusi bir təhlükənin olduğunu göstərmir. Təkrar dozalanma zamanı toksiklik tədqiqatlarında müşahidə olunan təsirlər əsasən rivaroksabanın həddindən artıq farmakodinamik aktivliyi ilə bağlı olmuşdur. Siçovullarda, IgG və IgA-nın plazma səviyyələrinin yüksəlməsi ekspozisiyanın klinik əhəmiyyətli səviyyələrində müşahidə edilmişdir. Siçovullarda erkək və ya dişilərin fertilliyinə heç bir təsir müşahidə edilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlar, rivaroksabanın farmakoloji təsir mexanizmi ilə bağlı reproduktiv toksiklik göstərmişdir (məs., hemorragik ağırlaşmalar). Embriona-dölə toksik təsir (implantasiya sonrası itki, gecikmiş/proqressivləşmiş sümükləşmə, qaraciyərdə çoxsaylı açıq rəngli ləkələr) və ümumi inkişaf qüsurlarının tezliyinin yüksəlməsi, həmçinin, plasentar dəyişikliklər klinik əhəmiyyətli plazma konsentrasiyalarında müşahidə edilmişdir. Doğuşdan əvvəl və sonra siçovullar üzərində aparılan tədqiqatlarda, nəslin həyat qabiliyyətinin azalması dişilər üçün toksik dozalarda müşahidə edilmişdir.
İstifadəsinə göstərişlər
• Durğun ürək çatışmazlığı, arterial hipertenziya, ≥ 75-dən yuxarı yaş, şəkərli diabet, keçirilmiş insult və ya tranzitor işemik tutma kimi bir və ya bir neçə faktorlarla ürək qulaqcıqlarının qeyri-valvular mənşəli fibrilyasiyası ilə böyüklərdə insultun və sistem emboliyanın profilaktikası; • Böyüklərdə dərin venaların trombozunun (DVT) və ağciyər emboliyasının (AE) müalicəsi və DVT və AE təkrarlanmasının profilaktikası (hemodinamik sabit olmayan PE pasiyentlərə aid məlumat üçün “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın).
Əks göstərişlər
– Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; – Aktiv klinik əhəmiyyətli qanaxma; – Zədələnmə və ya böyük qanaxma üçün əhəmiyyətli bir risk hesab edilən vəziyyət. Bura mədə-bağırsaq traktının cari və ya yaxın zamanlardakı xorası, yüksək qanaxma riski olan bədxassəli yenitörəmələrin olması, baş beyin və ya onurğa beynində yaxın zamanlarda baş vermiş travma, baş beyində, onurğada və ya gözdə yaxın zamanlarda cərrahi əməliyyatın aparılması, yaxın zamanlarda kəllədaxili qanaxmanın baş verməsi, qida borusu venalarının təsdiq olunmuş və ya şübhəli varikoz genişlənməsi, arteriovenoz malformasiyalar, damar anevrizmləri və ya böyük intraspinal və ya intraserebral damar anomaliyaları daxil ola bilər; – Mərkəzi venoz və ya arterial kateterin işləməsini təmin etmək üçün lazım olan dozalarda fraksiyalaşdırılmamış heparin istifadəsi və antikoaqulyant terapiyaya keçid olan xüsusi hallar istisna olmaqla, hər hansı digər antikoaqulyantlarla, məsələn, fraksiyalanmamış heparin, aşağı molekulyar çəkili heparinlər (enoksaparin, dalteparin daxil olmaqla), heparin törəmələri (fondaparinuks daxil olmaqla), oral antikoaqulyantlar (varfarin, apiksaban, dabiqatran daxil olmaqla) ilə eyni vaxtda müalicə – Çayld-Pyu təsnifatına görə B və C sinif ilə qaraciyər sirrozu olan pasiyentlər daxil olmaqla, koaqulopatiya ilə və klinik əhəmiyyətli qanaxma riski ilə əlaqəli qaraciyər xəstəliyi; – Hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın istifadəsinin vaxtından əvvəl dayandırılmasından sonra trombotik hadisələrin artması riski Rivaroksaban tabletləri daxil olmaqla, adekvat alternativ antikoaqulyant müalicə aparılmadan hər hansı bir oral antikoaqulyantın qəbulunun vaxtından əvvəl dayandırılması trombotik hadisələrin riskini artırır. Qulaqcıqların fibrillyasiyası olan pasiyentlər üzərində aparılan klinik tədqiqatlar zamanı Rivaroksaban tabletlərindən varfarinə keçid zamanı insultun başvermə tezliyinin yüksəlməsi müşahidə edilmişdir. Əgər patoloji qanaxma və ya terapiya kursunu tamamlamaq xaricində bir səbəbdən Rivaroksaban tabletlərinin qəbulu dayandırılırsa, onu başqa bir antikoaqulyantla əvəz etməyin mümkünlüyünü nəzərdən keçirin. Qanaxma riski Rivaroksaban tabletləri qanaxma riskini artırır və ciddi və ya ölümcül qanaxmaya səbəb ola bilər. Qan itkisi əlamətlərini və ya simptomlarını dərhal qiymətləndirin və qanın əvəz edilməsinə zərurətin olmasını nəzərdən keçirin. Aktiv patoloji qanaxma olan pasiyentlər Rivaroksaban tabletlərinin qəbulu dayandırılmalıdır. • Rivaroksaban üçün spesifik antidot mövcud deyil. Plazma zülalları ilə yüksək dərəcədə birləşdiyindən, Rivaroksabanın dializlə xaric olması gözlənilmir. • Hemostazı pozan digər dərmanların eyni vaxtda qəbulu qanaxma riskini artırır. Bunlara aspirin, P2Y12 trombositlərin inhibitorları, digər antitrombotik maddələr, fibrinolitik terapiya, QSİƏP-lər, serotoninin geriyə udulmasının selektiv inhibitorları (SGUSİ) və serotoninin və norepinefrinin geriyə udulmasının inhibitorları (SNGUİ) aiddir. Onurğa beyni anesteziyası/Epidural anesteziya və ya punksiya Neyroaksial anesteziya (spinal (onurğa beyni)/epidural anesteziya) və ya spinal punksiya istifadə edildikdə, tromboembolik fəsadların qarşısının alınması üçün antikoaqulyant maddələrlə müalicə olunan pasiyentlərdə uzunmüddətli və ya davamlı ifliclə nəticələnə bilən epidural və ya spinal (onurğa beyni) hematomanın inkişaf riski vardır. Rivaroksaban tabletlərinin və epidural və ya onurğa beyni (spinal) anesteziyası/analgeziyası və ya spinal punksiya ilə eyni vaxtda istifadəsi ilə əlaqəli potensial qanaxma riskini azaltmaq üçün Rivaroksaban tabletlərinin farmakokinetik profilini nəzərdən keçirin. Epidural kateterin və ya lümbal punksiyanın yerləşdirilməsi və ya çıxarılması ən yaxşı şəkildə Rivaroksaban tabletlərinin antikoaqulyant təsiri az olduqda həyata keçirilir; lakin hər bir pasiyentdə kifayət qədər aşağı antikoaqulyant təsirə çatmağın dəqiq vaxtı məlum deyil. Daimi epidural və ya intratekal kateter, Rivaroksaban tabletlərinin son qəbulundan sonra ən azı 2 yarımxaricolma dövrü keçməzdən əvvəl (yəni 20 ilə 45 yaş arası gənc pasiyentlərdə 18 saat, 60 ilə 76 yaş arası yaşlı pasiyentlərdə 26 saat) çıxarılmamalıdır. Rivaroksaban tabletlərinin növbəti dozası, kateterin çıxarılmasından 6 saat əvvəl istifadə olunmamalıdır. Travmatik deşilmə baş verərsə, 24 saat ərzində Rivaroksaban tabletlərinin qəbulunu təxirə salın. Həkim epidural və ya onurğa beyni anesteziyası/analgeziya və ya lumbar punksiya kontekstində antikoaqulyant müalicə tətbiq etməyə qərar verərsə, belin orta xəttində ağrı, hissi və hərəki çatışmazlığı (aşağı ətraflarda uyuşma, iynəbatma hissi və ya zəiflik) kimi nevroloji çatışmazlıq əlamətlərini və ya simptomlarını və ya bağırsağın və/və ya sidik kisəsinin disfunksiyasını aşkar etmək üçün tez-tez monitorinq keçirin. Yuxarıda göstərilən əlamətlərdən və ya simptomlardan hər hansı birinin meydana çıxması barədə həkimə məlumat vermələri barədə pasiyentlərə xəbərdarlıq edilməlidir. Belə hallarda 20 mq-lıq Rivaroksabanın istifadəsinin klinik təcrübəsi yoxdur. Spinal hematomanın əlamətlərinə və ya simptomlarına şübhə yaranarsa, hətta bu müalicə nevroloji nəticələrin qarşısını ala və ya geri döndərə bilməsə də, onurğa beyni dekompressiyasına baxılması da daxil olmaqla təcili diaqnoz və müalicəyə başlamaq lazımdır. Böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi Qulaqcıqların qeyri-vulvar mənşəli fibrillasiyası: klinik göstərişlərə müvafiq olaraq böyrək funksiyasını vaxtaşırı olaraq qiymətləndirin (başqa sözlə, böyrək funksiyası aşağı düşə biləcəyi hallarda tez-tez) və müalicəni buna uyğun olaraq tənzimləyin; Rivaroksaban tabletlərindən istifadə zamanı kəskin böyrək çatışmazlığı. inkişaf edən pasiyentlərdə dozanın tənzimlənməsini və ya Rivaroksaban tabletlərinin qəbulunun dayandırılmasını nəzərdən keçirmək lazımdır; Dərin venaların trombozunun (DVT), ağciyər arteriyasının tromboemboliyasının (AATE) müalicəsi və DVT və AATE-nin residiv riskinin azaldılması: bu pasiyent qrupunda Rivaroksabanın ekspozisiyasının və farmakodinamik təsirlərinin gözlənilən artmasına görə CrCl < 15 ml/dəqiqə olan pasiyentlərdə Rivaroksaban tabletlərinin istifadəsindən qaçmaq lazımdır; Bud-çanaq və ya diz oynağının əvəz olunması əməliyyatından sonra dərin venaların trombozunun profilaktikası: bu pasiyent qrupunda Rivaroksabanın ekspozisiyasının və farmakodinamik təsirlərinin gözlənilən artmasına görə CrCl <30 ml/dəqiqə olan pasiyentlərdə Rivaroksaban tabletlərinin istifadəsindən qaçmaq lazımdır. CrCl 30-50 ml/dəqiqə olan pasiyentlərdə qan itkisinin əlamətlərini və ya simptomlarını diqqətlə müşahidə etmək və vaxtında qiymətləndirmək lazımdır. Rivaroksaban tabletlərinin qəbulu fonunda kəskin böyrək çatışmazlığı inkişaf edən pasiyentlər müalicəni dayandırmalıdırlar. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərə dair klinik məlumatlar mövcud deyil. Orta (Çayld-Pyu təsnifatına görə B sinfi) və ağır dərəcədə (Çayld-Pyu təsnifatına görə C sinfi) qaraciyər çatışmazlığı olan və ya koaqulopatiya ilə əlaqəli hər hansı bir qaraciyər xəstəliyi olan pasiyentlərdə Rivaroksaban tabletlərinin istifadəsindən qaçmaq lazımdır, belə ki, preparatın təsiri və qanaxma riski arta bilər. P-gp və CYP3A4-ün güclü inhibitorları və ya induktorları ilə istifadəsi Rivaroksaban tabletlərinin məlum kombinəedilmiş P-gp və güclü CYP3A4 inhibitorları ilə eyni vaxtda istifadəsindən çəkinin. Rivaroksaban tabletlərinin P-gp və güclü CYP3A4 induktorlarının kombinəolunmuş dərman preparatları ilə eyni vaxtda istifadəsindən çəkinin. Hamiləliklə bağlı qanaxma riski Rivaroksaban tabletləri hamilə qadınlarda istifadəsi əks göstərişdir. Hamiləlik dövründə Rivaroksaban tabletlərinin dozası öyrənilməyib. Rivaroxaban tabletlərinin antikoaqulyant təsirinə nə standart laborator analizlərinin köməyilə nəzarət etmək, nə də asanlıqla aradan qaldırmaq mümkün deyil. Qan itkisini göstərən hər hansı bir əlamət və ya simptomu (məsələn, hemoqlobin və/və ya hematokritin səviyyəsinin aşağı düşməsi, hipotenziya və ya dölün distressi) dərhal qiymətləndirmək lazımdır. Protez ürək qapaqları olan pasiyentlər Protez ürək qapaqları olan pasiyentlərdə Rivaroksaban tabletlərinin təhlükəsizliyi və effektivliyi araşdırılmamışdır. Bu səbəbdən bu xəstələrdə Rivaroksaban tabletlərinin istifadəsi tövsiyə edilmir. Hemodinamik cəhətdən qeyri-stabil pasiyentlərdə/trombolizis və ya ağciyər arteriyasının embolektomiyası tələb olunan pasiyentlərdə kəskin AATE Ağciyər arteriyasının tromboemboliyası (AATE) olan, hemodinamik qeyri-stabillik müşahidə olunan və ya trombolizis və ya ağciyər arteriyasının embolektomiyasını ala bilən pasiyentlərdə fraksiyalara ayrılmamış heparin preparatına alternativ olaraq Rivaroksaban tabletlərinin qəbuluna başlamaq tövsiyə edilmir. Antifosfolipid sindromlu pasiyentlər Antifosfolipid sindromlu pasiyentlərin anamnezində tromboz olduqda, preparatın istifadəsi məsləhət görülmür. Cərrahi müdaxiləyə ehtiyac olduqda, klinik qərara əsasən müdaxilədən ən az 24 saat əvvəl preparatın qəbulu dayandırılmalıdır. Rivaroksoban anadangəlmə və ya qazanılmış qanaxma pozğunluqları, ciddi hipertenziya, qanaxmaya səbəb ola biləcək qastrointestinal xəstəliklər, vaskulyar retinopatiya, bronxektaziya və ağciyər qanaxması anamnezi olan pasiyentlərə tövsiyə olunmur. Preparatın tərkibində laktoza vardır. Qalaktoza dözümsüzlüyü, laktaza çatışmazlığı və ya qlükoza- qalaktoza malabsorbsiyası kimi nadir iris xəstəlikləri olan pasiyentlər bu preparatdan istifadə etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
CYP3A4-ün və P-gp-nin inhibitorları Rivaroksabanın ketokonazolla (gündə bir dəfə 400 mq) və ya ritonavirlə (gündə iki dəfə 600 mq) eyni zamanda istifadəsi Rivaroksabanın orta AUC-unun 2,6 dəfə/2,5 dəfə artmasına və Rivaroksabanın orta C -unun farmakodinamik təsirlərin əhəmiyyətli dərəcədə güclənməsi ilə 1,7 dəfə/1,6 dəfə artmasınamax gətirib çıxarmışdır ki, bu da qanaxma riskinin yüksəlməsinə gətirib çıxara bilər. Bu səbəbdən ketokonazol, itrakonazol vorikonazol və posakonazol kimi azol-antimikotiklərlə və ya İİV- proteazanın inhibitorları ilə yanaşı sistem müalicə alan pasiyentlərdə Rivaroksaban tabletlərinin istifadəsi tövsiyə edilmir. Bu aktiv maddələr həm CYP3A4-ün, həm də P-gp-nin güclü inhibitorlarıdır. Rivaroksabanın orqanizmdən xaric olmasının yollarından yalnız birini CYP3A4 və ya P-gp-ni güclü inhibə edən aktiv maddələrin, Rivaroksabanın plazma konsentrasiyalarını daha az dərəcədə artıracağı gözlənilir. Məsələn, CYP3A4-ün güclü inhibitoru və P-gp-nin orta dərəcəli inhibitoru kimi qəbul edilən klaritromisin (gündə iki dəfə 500 mq), Rivaroksabanın orta AUC-unun 1,5 dəfə və C -unun 1,4 dəfəmax artmasına səbəb olmuşdur. Klaritromisinlə qarşılıqlı təsir, yəqin ki, əksər pasiyentlər üçün klinik əhəmiyyət daşımır, lakin, yüksək risk qrupundan olan pasiyentlərdə potensial əhəmiyyətli ola bilər. CYP3A4 və P-gp-ni orta dərəcədə inhibə edən eritromisin (gündə üç dəfə 500 mq), Rivaroksaba-nın orta AUC-unun və C -unun 1,3 dəfə artmasına səbəb olmuşdur. Əksər pasiyentlər üçün eritromisinlə klinikmax əhəmiyyətli qarşılıqlı təsir ehtimalı yoxdur, lakin yüksək riskli pasiyentlərdə potensial olaraq əhəmiyyətli ola bilər. Yüngül böyrək çatışmazlığı olan pasiyentlərdə eritromisin (gündə üç dəfə 500 mq) Rivaroksabanın orta AUC-unun böyrək funksiyası normal olan pasiyentlərlə müqayisədə 1,8 dəfə, C -unun isə 1,6 dəfəmax artmasına gətirib çıxarmışdır. Eritromisin orta dərəcədə böyrək çatışmazlığı olan subyektlərdə normal böyrək funksiyası olan subyektlərlə müqayisədə Rivaroksabanın orta AUC-unun 2,0 dəfə və C -unun 1,6 dəfə artmasına gətiribmax çıxarmışdır. Eritromisinin təsiri böyrək çatışmazlığına əlavədir. CYP3A4-ün orta dərəcəli inhibitoru kimi qəbul edilən flukonazol (gündə bir dəfə 400 mq) Ribaroksabanın orta AUC-unun 1,4 dəfə və orta C -unun 1,3 dəfə artmasına səbəb olmuşdur.max Flukonazol ilə qarşılıqlı təsir, əksər pasiyentlərdə yəqin ki, klinik əhəmiyyət daşımır, lakin, yüksək riskli pasiyentlərdə potensial əhəmiyyətli ola bilər. Dronedaronla bağlı klinik məlumatların məhdud olduğunu nəzərə almaqla, Rivaroksabanla birlikdə istifadəsindən qaçmaq lazımdır. Enoksaparinin (40 mq birdəfəlik doza) Rivaroksabanla (10 mq birdəfəlik doza) kombinəolunmuş istifadəsindən sonra laxtalanmaya dair testlərə (PV, aQTPV) əlavə təsir göstərmədən anti-faktor Xa-nın aktivliyinə additiv təsir müşahidə edilmişdir. Enoksaparin, Rivaroksabanın farmakokinetikasına təsir göstərməmişdir. Qanaxma riskinin artmasına görə, əgər pasiyentlər hər hansı digər bir antikoaqulyantla eyni vaxtda müalicə edilərsə, ehtiyatlı olmaq lazımdır. QSİƏP-lər/trombositlərin aqreqasiyasının inhibitorları Rivaroksaban (15 mq) və 500 mq naproksenin birlikdə istifadə edilməsindən sonra qanaxma vaxtının klinik əhəmiyyətli uzanması müşahidə edilməmişdir. Buna baxmayaraq, aydın farmakodinamik reaksiyası daha çox olan insanlar ola bilər Rivaroksabanın 500 mq asetilsalisil turşusu ilə birlikdə istifadəsi zamanı klinik əhəmiyyətli farmakokinetik və farmakodinamik qarşılıqlı təsir müşahidə edilməmişdir. Klopidoqrel (300 mq yükləmə dozası, ardından 75 mq dəstəkləyici doza) Rivaroksabanla (15 mq) farmakokinetik qarşılıqlı təsir nümayiş etdirməmişdir, lakin pasiyentlərin bir hissəsində qanaxma vaxtında trombositlərin aqreqasiyası ilə, P-selektin və ya GPIIb/IIIa reseptor səviyyələri ilə əlaqəli olmayan müvafiq artım müşahidə olunmuşdur. Əgər pasiyentlər eyni zamanda QSİƏP-lə (asetilsalisil turşusu daxil olmaqla) və trombositlərin aqreqasiyasının inhibitorları ilə eyni vaxtda müalicə olunursa, ehtiyatlı olmaq lazımdır, belə ki, bu dərman vasitələri adətən qanaxma riskini artırır. Digər antikoaqulyantlarla olduğu kimi, SGUSİ (serotoninin geriyə udulmasının selektiv inhibitorları) və ya SNGUİ (serotoninin və norepinefrinin geriyə udulmasının inhibitorları) ilə birlikdə istifadə zamanı onların trombositlərə təsiri nəticəsində pasiyentlərdə qanaxma riskinin artması ehtimalı mövcud ola bilər. Rivaroksabanın bütün müalicə qruplarının klinik proqramında eyni vaxtda istifadə edildikdə, bütün müalicə qruplarında klinik əhəmiyyətli qanaxmaların sayca daha yüksək göstəriciləri müşahidə edilmişdir. Varfarin Pasiyentlərin K vitamininin antaqonisti varfarindən (BNN 2,0-3,0) Rivaroksabana (20 mq) və ya Rivaroksabandan (20 mq) varfarinə (BNN 2,0-3,0) keçid protrombin vaxtını/BNN-i (Neoplastin) additivdən daha artıq artmışdır (BNN-in 12-yə qədər fərdi qiyməti müşahidə edilə bilər), halbuki aktivləşmiş qismən tromboplastin vaxtına, Xa faktorunun inhibə olunmasına və endogen trombinin potensialına (ETP) təsirləri additiv olmuşdur. Əgər konversiya dövründə Rivaroksabanın farmakodinamik təsirlərinin yoxlanması arzu olunandırsa, Xa-nın antifaktor aktivliyi, PiCT və HepTest, istifadə edilə bilər, çünki varfarin bu testlərin nəticələrinə təsir göstərməmişdir. Varfarinin son dozasından sonra dördüncü gün, bütün testlər (PV, aQTPV, Xa faktorunun aktivliyinin inhibə olunması və ETP daxil olmaqla) yalnız Rivaroksabanın təsirini əks etdirmişdir. Əgər konversiya dövründə varfarinin farmakodinamik təsirlərini yoxlamaq arzuolunandırsa, Rivaroksabanın kontrol nöqtəsində BNN ölçməsindən istifadə etmək olar (Rivaroksabanın əvvəlki qəbulundan 24 saat sonra), çünki bu test Rivaroksabandan bu anda minimum dərəcədə asılıdır. Varfarin və Rivaroksaban arasında heç bir farmakokinetik qarşılıqlı təsir müşahidə edilməyib. CYP3A4-ün induktorları Rivaroksabanın CYP3A4-ün güclü induktoru rifampisinlə eyni vaxtda istifadəsi Rivaroksabanın orta AUC-unda təxminən 50% azalmasına və parallel olaraq onun farmakodinamik təsirlərinin azalmasına səbəb olmuşdur. Rivaroksabanın CYP3A4-ün digər güclü induktorları ilə (məsələn, fenitoinlə, karbamazepinlə, fenobarbitalla və ya dazıotu ilə (Hypericum perforatum)) eyni vaxtda istifadəsi də Rivaroksabanın plazma konsentrasiyasının azalmasına səbəb ola bilər. Bu səbəbdən, pasiyentdə tromboz əlamətləri və simptomları yaxından müşahidə edilmədikdə, CYP3A4-ün güclü induktorlarının eyni vaxtda istifadə edilməsindən qaçmaq lazımdır. Digər yanaşı müalicə metodları Rivaroksabanın midazolam (CYP3A4-ün substratı), diqoksin (P-gp-nin substratı), atorvastatin (CYP3A4 və P-gp-nin substratı) və ya omeprazol (proton nasosunun inhibitoru) ilə eyni vaxtda istifadə edildiyi zaman klinik əhəmiyyətli farmakokinetik və ya farmakodinamik qarşılıqlı təsir müşahidə edilməmişdir. Rivaroksaban CYP3A4 kimi hər hansı əsas CYP izoformalarını nə inhibə edir, nə də induksiya edir. Laborator parametrlər Laxtalanma parametrlərinə (məsələn, PV, aQTPV, HepTest), gözlənildiyi kimi Rivaroksabanın təsir mexanizmi təsir göstərir. Uyuşmazlığı Aid deyildir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Rivaroksaban tabletlərinin hamilə qadınlarda təhlükəsizliyi və effektivliyi müəyyən olunmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksiklik aşkar edilmişdir. Potensial reproduktiv toksikliyə görə, daxili qanaxma riskinə və Rivaroksabanın plasentadan keçməsinə dair dəlillərə əsasən Rivaroksaban tabletlərinin hamiləlik dövründə istifadəsi əks göstərişdir. Uşaq doğma potensialı olan qadınlar Rivaroksabanla müalicə zamanı hamilə qalmaqdan çəkinməlidirlər. Laktasiya dövrü Laktasiya dövründə Rivaroksaban tabletlərinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmamışdır. Heyvanlardan alınan məlumatlar Rivaroksabanın südlə xaric olunduğunu göstərir. Buna görə laktasiya dövründə Rivaroksaban tabletlərinin istifadəsi əks göstərişdir. Ana südü ilə qidalandırmanın dayandırılması və ya müalicədən imtina/müalicənin dayandırılması barədə qərar qəbul edilməlidir. Fertillik İnsanlarda fertilliyə təsirləri qiymətləndirmək üçün Rivaroksabanla bağlı heç bir xüsusi tədqiqat aparılmamışdır. Siçovullar üzərində aparılan tədqiqatda erkək və dişi fertilliyi ilə bağlı heç bir təsir qeyd edilməmişdir. Pediatriyada istifadəsi 18 yaşdan aşağı uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi aşkar edilmədiyi üçün bu kateqoriyada preparatın istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Rivaroksaban tabletləri nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə az təsir göstərir. Rivaroksaban tabletlərindən istifadə zamanı bayılma (tezliyi: bəzən) və başgicəllənmə (tezliyi: tez-tez) kimi əlavə təsirlər qeyd edilmişdir. Bu əlavə təsirləri hiss edən pasiyentlər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməməlidir.
İstifadə qaydası və dozası
İnsultun və sistemli emboliyanın profilaktikası Tövsiyə olunan doza 20 mq gündə bir dəfə təşkil edir və bu tövsiyə olunan maksimal dozadır. Rivaroksaban ilə müalicə, insult və sistem emboliyanın profilaktikasının faydası qanaxma riskindən üstün olduğu halda uzunmüddətli davam etdirilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Preparatın dozası unudulduqda pasiyent dərhal onu qəbul etməli və sonra tövsiyə olunduğu qaydada gündə bir dəfə qəbul etməlidir. Unudulmuş dozanı əvəz etmək üçün eyni gündə ikiqat doza istifadə edilməməlidir. Dərin venaların trombozunun (DVT) müalicəsi, ağciyər emboliyasının (AE) müalicəsi və təkrarlanan DVT və AE-nin profilaktikası Kəskin DVT və AE zamanı preparatın tövsiyə edilən ilkin dozası birinci 3 həftə ərzində gündə iki dəfə 15 mq təşkil edir və sonra təkrarlanan DVT və AE-nın uzunmüddətli müalicəsi və profilaktikası üçün gündə bir dəfə 20 mq dozada qəbul edilir. Əsas keçici risk faktorları (məsələn, son zamanlar keçirilmiş geniş cərrahi əməliyyat və ya travma) ilə əlaqəli DVT və ya AE olan pasiyentlərdə qısamüddətli müalicə (3 aydan az olmayaraq) nəzərə alınmalıdır. Əsas keçici risk faktorları ilə əlaqəli olmayan DVT və ya AE, səbəbsiz DVT və ya AE və ya anamnezdə təkrarlanan DVT və ya AE olan pasiyentlərdə uzunmüddətli müalicə nəzərə alınmalıdır. Təkrarlanan DVT və AE-nin geniş profilaktikası göstərildikdə (DVT və ya AE müalicəsi başa çatdıqdan ən azı 6 ay sonra), tövsiyə olunan doza gündə bir dəfə 10 mq təşkil edir. Təkrarlanan DVT və ya AE riski yüksək hesab edilən, məsələn, ağırlaşmış yanaşı xəstəlikləri olan və ya Rivaroksabanın gündə bir dəfə 10 mq dozada profilaktikası zamanı təkrarlanan DVT və ya AE olan pasiyentlərdə, preparat gündə bir dəfə 20 mq dozada təyin edilməlidir. Müalicə müddəti və doza seçimi, müalicənin faydası qanaxma riskinə qarşı qiymətləndirilməsindən sonra təyin olunmalıdır. Dövr Doza rejimi Ümumi gündəlik doza Təkrarlanan DVT və AE- 1-21-ci gün 15 mq gündə 2 dəfə 30 mq nin müalicəsi və 22-ci gündən sonra 20 mq gündə 1 dəfə 20 mq profilaktikası Təkrarlanan DVT və AE- DVT və ya AE-nin ən azı 10 mq gündə 1dəfə və ya 20 10 mq və ya 20 mq nin profilaktikası 6 aylıq müalicəsindən sonra mq gündə 1 dəfə Gündə iki dəfə 15 mq müalicə mərhələsində (1 – 21-ci gün) bir dozanın qəbulu unudulduqda, pasiyent gündə 30 mq RİBAKSAN preparatının qəbulunu təmin etmək üçün dərhal onu qəbul etməlidir. Bu halda eyni vaxtda 15 mq dozası olan iki tablet qəbul edilə bilər. Növbəti gün pasiyent tövsiyə olunduğu kimi gündə iki dəfə müntəzəm olaraq 15 mq qəbuluna davam etməlidir. Gündə bir dəfə müalicə mərhələsində bir dozanın qəbulu unudulduqda, pasiyent dərhal RİBAKSAN preparatını qəbul etməli və növbəti gün tövsiyə olunduğu kimi preparatı gündə bir dəfə qəbul etməlidir. Unudulmuş dozanı əvəz etmək üçün eyni gündə ikiqat doza istifadə edilməməlidir. Diz oynağının və ya bud sümüyü dəyişdirmə əməliyyatını keçirən böyüklərdə venoz tromboemboliyanın (VTE) profilaktikası Rivaroksoban preparatının tövsiyə olunan dozası 10 mq gündə bir dəfə peroral qəbul olunur. İlkin doza əməliyyatdan 6-10 saat sonra, hemostazın olması şərtiylə təyin olunmalıdır. Müalicə müddəti pasiyentin ortopedik cərrahiyyə növü ilə təyin olunan venoz tromboemboliyanın inkişafı riskindən asılıdır. Bud sümüyünün geniş əməliyyatı keçirən pasiyentlərdə 5 həftəlik müalicə müddəti tövsiyə olunur. Diz oynağının geniş əməliyyatı keçirən pasiyentlərdə 2 həftəlik müalicə müddəti tövsiyə olunur. Preparatın dozası unudulduqda pasiyent dərhal onu qəbul etməli və sonra adi qaydada preparatı gündə bir dəfə qəbul etməlidir. K vitamininin antoqonistlərindən (KVA) RİBAKSAN preparatına keçid İnsult və sistemli emboliyanın profilaktikası məqsədi ilə müalicə olunan pasiyentlər KVA müalicəsini dayandırmalı və RİBAKSAN ilə müalicəyə Beynəlxalq Normallaşdırılmış Nisbət (BNN) ≤ 3,0 olduqda başlamalıdırlar. DVT və AE təkrarlanmasının profilaktikası və müalicəsi üçün pasiyentlər KVA müalicəsini dayandırmalı və RİBAKSAN ilə müalicəyə BNN ≤ 2.5 olduqda başlamalıdırlar. Pasiyentlər KVA-dan RİBAKSAN preparatına keçdikdən sonra, onlarda BNN dəyərləri yalnış olaraq yüksəlir. BNN RİBAKSAN preparatının antikoaqulyant aktivliyinin təyin edilməsi üçün uyğun deyil və ona görə də bu məqsədlə istifadə olunmamalıdır. RİBAKSAN preparatından K vitamininin antoqonistlərinə (KVA) keçid RİBAKSAN preparatından K vitamininin antaqonistlərinə (KVA) keçən zaman kifayət qədər antikoaqulyant təsirin yaranmaması ehtimalı mövcuddur. Bununla bağlı bu keçid zamanı alternativ antikoaqulyantların köməyi ilə davamlı adekvat antikoaqulyant təsiri təmin etmək lazımdır. Qeyd etmək lazımdır ki, RİBAKSAN preparatı BNN yüksəlməsinə səbəb ola bilər. RİBAKSAN preparatından KVA keçərkən eyni zamanda BNN ≥2,0 göstəricisinə çatana qədər KVA qəbuluna davam etmək lazımdır. BNN göstəricisinin müəyyən edilməsinin nəticələrindən asılı olaraq, KVA sonrakı təyini ilə keçid dövrünün ilk iki günü ərzində KVA standart dozasının qəbul etmək lazımdır. RİBAKSAN preparatı və KVA qəbulu zamanı BNN göstəricisini əvvəlki dozanın qəbulundan sonra 24 saatdan tez olmayaraq, lakin RİBAKSAN preparatının növbəti dozasının qəbulunu başlayana qədər müəyyən etmək lazımdır. BNN-n düzgün müəyyən edilməsini RİBAKSAN preparatının tətbiqini dayandırdıqdan və preparatın sonuncu dozasının qəbulundan 24 saat sonra həyata keçirmək olar. Parenteral antikoaqulyantlardan RİBAKSAN preparatına keçid Parenteral antikoaqulyantlar alan pasiyentlər üçün RİBAKSAN preparatının tətbiqinə preparatın (məsələn, aşağı molekulyar çəkili heparinin) planlaşdırılan növbəti parenteral yeridilməsi vaxtına 0-2 saat qalmış və ya preparatın (məsələn, fraksiya olunmamış heparinin venadaxili yeridilməsi) fasiləsiz parenteral yeridilməsinin dayandırıldığı anda başlamaq lazımdır. RİBAKSAN preparatından parenteral antikoaqulyantlara keçid RİBAKSAN növbəti dozasını qəbul etmək lazım olduğu halda RİBAKSAN preparatının qəbulunu dayandırmaq və parenteral antikoaqulyantın birinci dozasını yeritmək lazımdır. Xüsusi populyasiyalar Böyrək çatışmazlığı Ağır böyrək çatışmazlığı (kreatinin klirensi 15-29 ml/dəq) ilə xəstələrlə bağlı əldə edilən mövcud məhdud klinik məlumatlar bu xəstələrdə Rivaroksabanın konsentrasiyanın əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir. Bu səbəbdən RİBAKSAN preparatı bu pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Kreatinin klirensi <15 ml/dəq olan pasiyentlərdə RİBAKSAN preparatının istifadəsi tövsiyə olunmur. Orta (kreatinin klirensi 30-49 ml/dəq) və ya ağır dərəcəli (kreatinin klirensi 15-29 ml/dəq) böyrək çatışmazlığı olan pasiyentlərdə aşağıdakı dozalanma tövsiyə olunur: ürək qulaqcıqlarının qeyri-valvular mənşəli fibrilyasiyası olan pasiyentlərdə insult və sistem emboliyanın profilaktikası üçün tövsiyə olunan doza gündə bir dəfə 15 mq təşkil edir. DVT müalicəsi, AE müalicəsi və təkrarlanan DVT və AE-nin profilaktikası üçün: pasiyentlər ilk 3 həftə ərzində preparatı 15 mq dozada gündə iki dəfə qəbul etməlidirlər. Bundan sonra, tövsiyə olunan doza gündə bir dəfə 20 mq olduqda, pasiyentin qanaxma riski təkrarlanan DVT və AE riskindən üstün olduğu halda doza gündə bir dəfə 20 mq-dan gündə bir dəfə 15 mq-a endirilə bilər. Preparatın 15 mq istifadəsi klinikaya qədər modelləşdirməyə əsaslanır və klinik təcrübədə öyrənilməyib. Yüngül böyrək çatışmazlığı (kreatinin klirensi 50-80 ml/dəq) olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. RİBAKSAN 20 mq Diz oynağının və ya bud sümüyü dəyişdirmə əməliyyatını keçirən VTE-nin profilaktikası üçün, yüngül böyrək çatışmazlığı (kreatinin klirensi 50-80 ml/dəq) və ya orta dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi 30-49 ml/dəq) olan böyük pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. DVT müalicəsi, AE müalicəsi və təkrarlanan DVT və AE-nin profilaktikası üçün yüngül böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin klirensi 50-80 ml/dəq) doza tənzimlənməsinə ehtiyac yoxdur. Tövsiyə olunan doza gündə bir dəfə 10 mq olduqda, doza tənzimlənməsinə ehtiyac yoxdur. Qaraciyər çatışmazlığı RİBAKSAN preparatı Çayld-Pyu üzrə B və C sinfi sirroz daxil olmaqla, klinik əhəmiyyətli qanaxma riskini şərtləndirən koaqulopatiya ilə müşayiət olunan qaraciyər xəstəlikləri olan pasiyentlər üçün əks göstərişdir. Yaşlılar Doza tənzimlənməsi tələb olunmur. Bədən cəkisi Doza tənzimlənməsi tələb olunmur. Cins Doza tənzimlənməsi tələb olunmur. Uşaqlar 18 yaşından kiçik uşaq və yeniyetmələrdə RİBAKSAN preparatının təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Məlumat yoxdur. Bu səbəbdən RİBAKSAN preparatının 18 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə edilmir. Kardioversiya keçirən xəstələr RİBAKSAN ilə müalicə, kardioversiya tələb edən pasiyentlərdə başlanıla və ya davam etdirilə bilər. Əvvəllər antikoaqulyantlarla müalicə olunmayan pasiyentlərdə transezofaqeal exokardioqramma (TEE) kardioversiyası üçün kifayət qədər antikoaqulyasiya təmin edilməsi məqsədi ilə RİBAKSAN preparatı ilə müalicəyə kardioversiyadan əvvəl ən azı 4 saat əvvəl başlanmalıdır. Bütün pasiyentlər üçün kardioversiyadan əvvəl RİBAKSAN preparatının tövsiyə olunduğu kimi istifadəsinin təsdiqlənməsi tələb olunur. Müalicənin başlanması və müddəti barədə qərar qəbul edildikdə, kardioversiya keçirən pasiyentlərdə antikoaqulyant müalicə üçün müəyyən edilmiş tövsiyələr nəzərə alınmalıdır. Ürək qulaqcıqlarının qeyri-valvular mənşəli fibrilyasiyası olan, stent qoyulmasını PCI (perkutan koronar müdaxilə) keçirən pasiyentlər Oral antikoaqulyantların qəbulunu tələb edən və stent yerləşdirmə PCI keçirən, ürək qulaqcıqlarının qeyri-valvular mənşəli fibrilyasiyası olan pasiyentlərdə P2Y12 inhibitoruna əlavə olaraq maksimal 12 ay ərzində RİBAKSAN preparatının gündə bir dəfə 15 mq azaldılmış dozasının (və ya orta dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi 30-49 ml/dəq) olan pasiyentlər üçün gündə bir dəfə 10 mq RİBAKSAN) istifadəsinin təcrübəsi məhduddur. İstifadə qaydası RİBAKSAN preparatı peroral istifadə olunur. Tabletlər qida ilə birlikdə qəbul olunmalıdır. RİBAKSAN tabletini bütöv qəbul edə bilməyən pasiyentlər üçün preparatın birbaşa qəbulundan əvvəl onu xırdalamaq və su və ya alma püresi ilə qarışdırmaq və peroral qəbul etmək olar. Xırdalanmış 20 mq RİBAKSAN tabletlərindən istifadə etdikdən sonra dərhal yemək qəbul etmək lazımdır. Xırdalanmış RİBAKSAN tabletini mədə zondu vasitəsilə də yeritmək olar və tətbiq etməzdən əvvəl zondun mədədə yerləşməsinə əmin olmaq lazımdır. Xırdalanmış tableti az miqdarda su ilə birlikdə mədə zondu vasitəsilə yeritmək lazımdır, bundan sonra zond su ilə yuyulub təmizlənməlidir. Xırdalanmış 20 mq RİBAKSAN tabletlərindən istifadə etdikdən sonra dərhal enteral qidalanma tətbiq edilməlidir.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin xülasəsi Rivaroksabanın təhlükəsizliyi 13 əsas faza III tədqiqatında qiymətləndirilmişdir (Cədvəl-ə bax). Ümumilikdə, on doqquz III faza tədqiqatında 69,608 yetkin xəstə və iki faza II və bir faza III tədqiqatda 412 pediatrik xəstə Rivaroksabana məruz qalmışdır. Cədvəl. Tədqiq olunan xəstələrin sayı, böyüklər və uşaqlar üçün Ksarelto III faza tədqiqatlarında ümumi gündəlik doza və maksimum müalicə müddəti aşağıdakı kimidir. Göstəriş Xəstə sayı* Ümumi sutkalıq doza Maksimal müalicə müddəti Diz oynağının və ya bud sümüyü dəyişdirmə 6,097 10 mq 39 gün əməliyyatını keçirən böyüklərdə venoz tromboemboliyanın (VTE) profilaktikası Böyüklərdə dərin venaların trombozunun 3,997 10 mq 39 gün (DVT) profilaktikası Böyüklərdə dərin venaların trombozunun 6,790 Gün 1 – 21: 30 mq 21 ay (DVT) və ağciyər emboliyasının (AE) 22-ci gün və sonra: müalicəsi 20 mq Ən azı 6 aydan sonra: 10 mq və ya 20 mq Yenidoğulmuşlar və 18 yaşdan kiçik 329 Gündə bir dəfə 20 mq 12 ay uşaqlarda standart antikoaqulyant müalicənin Rivaroksaban ilə DVT ilə başlanmasından sonra VTE-nin müalicəsi və müalicə olunan böyüklərdə VTE-nin residivinin profilaktikası. müşahidə edilən oxşar təsirə nail olmaq üçün bədən çəkisinə uyğunlaşdırılmış doza Ürək qulaqcıqlarının qeyri-valvular mənşəli 7,750 20 mq 41 ay fibrilyasiyası olan xəstələrdə insult və sistem emboliyasının profilaktikası. Kəskin koronar sindromu (ACS)-dən sonra 10,225 Müvafiq olaraq 5 mq və ya 31 ay xəstələrdə aterotrombotik hadisələrin 10 mq, ASA və ya ASA plus profilaktikası. klopidoqrel və ya tiklopidin ilə birgə tətbiq. Aspirin ilə aterosklerotik hadisələrin riskini 18,244 5 mq ASA ilə birgə idarə 47 ay koronar arterial xəstəliyi (CAD) və ya olunur və ya tək 10 mq periferik arterial xəstəliyi (PAD)-də azaldır. 3,256** 5 mq ASA ilə birgə 42 ay * Rivaroksabanın ən azı bir dozasına məruz qalan xəstələr ** VOYAGER PAD tədqiqatından Seçilmiş mənfi reaksiyaların təsviri Farmakoloji təsir mexanizminə görə bu dərman preparatı bütün toxumalarda və orqanlarda gizli və ya aşkar qanaxma riskinin artması ilə əlaqəli qanaxmadan sonra anemiyaya səbəb ola bilər. Müəyyən xəstə populyasiyalarında, yəni nəzarətsiz ağır arterial hipertenziyaya və/və ya hemostaza təsir edən eyni vaxtda müalicə alan xəstələrdə qanaxma riski artacaq. Simptomlar və şiddəti (ölümcül nəticələr daxil olmaqla) qanaxmanın və/və ya anemiyanın yerindən və dərəcəsindən asılıdır. Hemorragik ağırlaşmalar zəiflik, solğunluq, başgicəllənmə, baş ağrısı və ya səbəbi bilinməyən ödem, təngnəfəslik və səbəbi bilinməyən şok kimi özünü göstərə bilər. Sinə ağrısı və ya stenokardiya kimi ürək işemik simptomları anemiya nəticəsində bəzən müşahidə edilirdi. Perfuziyanın azalması səbəbindən kompartman sindromu və ya böyrək çatışmazlığı kimi ağır qanaxmaya ikincili göründüyü məlum olan ağırlaşmalar bildirilmişdir. Buna görə də, antikoaqulyantlar qəbul edən xəstələrdə xəstənin vəziyyətini qiymətləndirərkən qanaxma ehtimalı nəzərə alınmalıdır. Mənfi reaksiyaların cədvəlli siyahısı Bu reaksiyaların tezliyi aşağıdakı kimi təsnif olunur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1 000, <1/100), nadir hallarda (≥1/10 000, <1/1 000), çox nadir hallarda (<1/10 000), məlum deyil (mövcud məlumatlardan təxmin etmək mümkün deyil) Cədvəl 3. Faza III klinik tədqiqatlarda və ya marketinqdən sonrakı istifadə zamanı* və pediatrik xəstələrdə iki faza II və bir faza III tədqiqatlarda yetkin xəstələrdə bildirilmiş bütün mənfi reaksiyalar Tez-tez Bəzən Nadir hallarda Çox nadir hallarda Məlum deyil Qan və limfa sistemində baş verən pozğunluqlar Anemiya (müvafiq Trombositoz laboratoriya (trombositlərin sayının A parametrləri daxil artması daxil olmaqla) , olmaqla) trombositopeniya İmmun sistemdə baş verən pozğunluqlar Allergik reaksiya, allergik Anafilaktik şok daxil dermatit, angionevrotik olmaqla, anafilaktik ödem və allergik ödem reaksiyalar Sinir sistemində baş verən pozğunluqlar Başgicəllənmə, baş Serebral və intrakranial ağrısı qanaxma, sinkope Gözdə baş verən pozğunluqlar Gözdə qansızma (konyunktivaya qansızma daxil olmaqla) Ürəkdə baş verən pozğunluqlar Taxikardiya Damar pozğunluqları Hipotenziya, hematoma Tənəffüs sistemində, döş qəfəsində və ortadivarda baş verən pozğunluqlar Burun qanaxması, qanhayxırma Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Diş ətindən Ağızda quruluq qanaxma, mədə- bağırsaq traktından qanaxma (rektal qanaxma daxil olmaqla), mədə- bağırsaq və qarın ağrıları, dispepsiya, ürəkbulanma, A qəbizlik , ishal, A qusma Qaraciyərdə və öd yollarında baş verən pozğunluqlar Transaminazaların Qaraciyər çatışmazlığı, Sarılıq, konyuqasiya yüksəlməsi bilirubinin artması, qanda edilmiş bilirubinin A qələvi fosfatazanın konyuqasiya olmuş A artması, QQT artması bilirubinin səviyyəsinin artması (ALT-nin eyni vaxtda artması ilə və ya olmadan), xolestaz, hepatit (hepatosellülar zədə daxil olmaqla) Dəri və dərialtı toxumada baş verən pozğunluqlar (Nadir hallarda Övrə Stivens-Conson ümumiləşmiş sindromu/toksik (generalizəolunmuş) nekroliz, DRESS qaşınma ilə müşayiət sindrom olunan), səpgi, ekximoz, dəri və dərialtı qansızma Sümük-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar A Ətraflarda ağrı Hemartroz Əzələyə qansızma Qanaxmaya uyğun ikincili kompartman sindromu Böyrəklərdə və sidik yollarında baş verən pozğunluqlar Sidik-cinsiyyət Böyrək yollarında qanaxma çatışmazlığı/kəskin (hematuriya və böyrək çatışmazlığı menorragiya daxil olmaqla), böyrək çatışmazlığı (o cümlədən qanda kreatininin artması, qanda sidik cövhərinin artması) Ümumi pozğunluqlar və istifadə yerində vəziyyət Qızdırma , periferik Özünü pis hiss etmək Lokalizəedilmiş ödem ödem, güc və (halsızlıq daxil olmaqla) enerjinin ümumi azalması (yorğunluq və asteniya daxil olmaqla) Tədqiqatlar Laktatdehidrogenaza A, lipazanın, amilazanın A aktivliyinin artması Travma, zəhərlənmə və prosedur ağırlaşmaları Əməliyyat sonrası Damar C qanaxma (o psevdoanevrizması cümlədən əməliyyat sonrası anemiya və yaradan qanaxma), A zədə A: planlı bud-çanaq və ya diz protezi əməliyyatı keçirən yetkin xəstələrdə VTE-nin profilaktikasında müşahidə edilir. B: DVT, PE müalicəsində və 55 yaşdan kiçik qadınlarda çox tez-tez təkrarlanmanın qarşısının alınmasında müşahidə olunur. C: Kəskin koronar sindromundan (ACS-dən) sonra xəstələrdə aterotrombotik hadisələrin qarşısının alınmasında nadir hallarda müşahidə olunur (perkutan koronar müdaxilədən sonra) * Mənfi hadisələrin toplanmasına əvvəlcədən müəyyən edilmiş seçmə yanaşma ayrıca III faza tədqiqatlarında tətbiq edilmişdir. Mənfi reaksiyaların tezliyi artmadı və bu tədqiqatların təhlilindən sonra yeni dərman reaksiyası müəyyən edilmədi.
Doza həddinin aşılması
Rivaroksaban tabletlərinin həddindən artıq dozası qanaxmaya səbəb ola bilər. Doza həddinin aşılması ilə bağlı qanaxma fəsadları baş verərsə, Rivaroksaban tabletlərinin qəbulunu dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır. Rivaroksabanın sistem təsiri məhdud absorbsiya nəticəsində birdəfəlik >50 mq dozada artmır. Rivaroksabanın doza həddinin aşılması zamanı absorbsiyanı azaltmaq üçün aktivləşdirilmiş kömürün istifadəsi nəzərdən keçirilə bilər. Plazma zülalları ilə yüksək səviyyədə birləşdiyindən, rivaroksaban dializ olunmur. Laborator antikoaqulyasion parametrlərin qismən geri dönməsinə plazma məhsullarının istifadəsi ilə nail olmaq olar. Çox ağır hallarda andexanet alfa, protrombin kompleksi və ya rekombinant faktor kimi spesifik vasitələrin istifadəsi düşünülə bilər.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
1-25°C-dən aşağı temperaturda, sərin, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Jeil Pharmaceutical Co Ltd., Republic of Korea. 7 Cheongganggachang-ro, Baegam-myeon, Cheoin-gu, Yongin-si, Gyeonggi-do, Republic of Korea.
Qeydiyyat vəsiqəsinin sahibi
LN COMPANY LLC, Republic of Azerbaijan. Baku city, Nasimi district, Bakikhanov street 18.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.