RESPIVENT 4,5/160MCG 60 DOZA
| Dərman forması | İnhalyasiya tozu |
|---|---|
| Farmakoloji təsir | Kombinəolunmuş bronxodilatator (selektiv beta 2 –adrenomimetik + yerli qlükokortikosteroid) |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
22,88 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RESPİVENT Diskeir 4,5/160 mkq inhalyasiya üçün toz RESPIVENT Discair Beynəlxalq patentləşdirilməmiş adı:: Formoterol fumarate dihydrate, Budesonide
Tərkibi
Təsiredici maddə: 1 dozada 0,0045 mq formoterol fumarat dihidrata bərabər 0,006 mq formoterol fumarat dihidrat, 0,160 mq budesonidə bərabər 0,200 budesonid vardır. Köməkçi maddə: laktoza.
Təsviri
Ağ rəngli tozdur.
Farmakoterapevtik qrupu
Kombinəolunmuş bronxodilatator (selektiv beta 2 –adrenomimetik + yerli qlükokortikosteroid) ATC kodu: R03AK07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Budesonid Budesonid, tənəffüs yollarında dozadan asılı iltihabəleyhinə təsir göstərən bir qlükokortikosteroiddir və bunun nəticəsində astma simptomları azalır.İnhalyasiya yolu ilə orqanizmə daxil olan budesonid sistem kortikosteroidlərdən daha az mənfi təsir göstərir. Qlükokortikosteroidlərin iltihabəleyhinə təsir mexanizmi dəqiq məlum deyil. Formoterol Formoterol selektiv β2 -adrenoreseptorların agonistidir ki, tənəffüs yollarının obstruksiyası olan xəstələrdə bronx saya əzələlərinin sürətli və uzunmüddətli genişlənməsinə səbəb olur. Bronxodilatator təsiri dozadan asılıdır, 1-3 dəqiqə ərzində başlayır. Təsir effektinin müddəti tək dozadan sonra ən azı 12 saat təşkil edir. Klinik effektivlik və təhlükəsizlik Astma Yetkinlərdə klinik tədqiqatlar göstərir ki, formoterolun budesonidə əlavə olunması astma simptomlarını və astma tutmalarının sayını azaldır və ağciyər funksiyasının yaxşılaşmasını təmin edir. İki 12- həftəlik araşdırmalarda budesonid / formoterolun ağciyər funksiyasına təsiri budesonid və formoterolun kombinasiyasına bərabər idi və tək başına budesonidin istifadəsindən artıq idi. Bütün müalicə dövrü qısa müddətli təsir göstərən β2 -adrenoreseptor agonisti istifadə edildi. Zamanla antiastmatik təsirin azalması əlaməti müşahidə olunmadı. 6-11 yaşlarında olan 265 uşaqda budesonid / formoterolun (gündə 2 dəfə 80 mikroqram / 4,5 mikroqram inhalasiya) və qısa təsirli β2- adrenoreseptor agonisti (lazım olduqda) istifadəsi ilə 12 həftəlik 2 pediatrik tədqiqat aparılıb. Hər iki tədqiqatda ağciyər funksiyası yaxşılaşmışdır və müalicə müvafiq dozada tək budesonidin istifadəsi ilə müqayisədə yaxşı keçirilmişdir. İki 12 aylıq tədqiqatlarda orta və ağır AXOX xəstələrində ağciyər funksiyasına və xəstəliyin kəskinləşmə sürətinə (oral steroid və / və ya antibiotik müalicə kursları və / və ya xəstəxanaya hospitalizasiya kursları kimi müəyyən edilmişdir) təsiri qiymətləndirilmişdir. Hər iki tədqiqat üçün daxilolma meyarları normal pre-bronxodilatator FEV1 <50% proqnozlaşdırıldı. Tədqiqatlara daxil olmaq üçün post-bronxodilatatorun orta göstəricisi FEV1 = 42% , normal kimi proqnozlaşdırılmışdır. Tək formoterolla ya da plasebo ilə müalicə etdikdə ( 1,8-1,9 plasebo / formoterol qrupu ilə mügayisədə orta nisbət göstərici-1,4) müqayisədə il ərzində (yuxarıda müəyyənləşdirilmiş kimi) tutmaların orta sayı budesonid / formoterol ilə əhəmiyyətli dərəcədə azalmışdır. 12 ay ərzində peroral kortikosteroid alan xəstələrdə gunlərin orta sayı budesonid / formoterol qrupunda (7-8 gün / xəstə / il, plasebo və formoterol qruplarında 11-12 və 9-12 günlə) müqayisədə azaldı. FEV1 kimi ağciyər funksiyası parametrlərindəki dəyişikliklər üçün budesonid / formoterol tək formoterol ilə müalicədən müqayisədə üstün deyildi. Farmakokinetikası Absorbsiyası Sabit dozada budesonidin və formoterolun kombinasiyası monoproduktların müvafiq dozada budesonid və formoterolla müqayisədə absorbsiya olunması baxımından bioekvivalentdir. Buna baxmayaraq, monoproduktlarla müqayisədə sabit doza kombinasiyanın tətbiq olunmasından sonra kortizol supressiyasında kiçik bir artım müşahidə olunmuşdur. Bildirilir ki, bu fərq klinik təhlükəsizliyə təsir göstərməyəcəkdir. Budesonid ilə formoterol arasındakı farmakokinetik qarşılıqlı təsirə görə heç bir sübut yoxdur. Farmakokinetik parametrlər budesonid və formoterolun monoproduktlar kimi və ya sabit doza kombinasiyası kimi tətbiq edildikdən sonra müqayisədə ekvivalentdir. Budesonid üçün, AUC bir qədər yüksək idi, sabit dozada kombinasiyanın tətbiqindən sonra sorulma sürəti bir qədər artıq idi və maksimal plazma konsentrasiyası daha yüksək idi. Formoterol üçün, maksimal plazma konsentrasiyası sabit dozada kombinasiyanın tətbiqi ilə müqayisədə ,demək olar ki ,eyni idi. İnhalyasiya edilmiş budesonid sürətlə sorulur və maksimal plazma konsentrasiyası inhalyasiyadan 30 dəqiqə sonra əldə edilir. Tədqiqatlarda, toz inhalyatoru vasitəsilə tənəffüs edildikdən sonra budesonidin ortalama ağciyərdə toplanması dozanın 32- 44% ini təşkil edirdi. Sistemli biomənimsəmə dozanın təxminən 49% -dir. 6-16 yaşlarında olan uşaqlarda ağciyərdə çökməsi eyni dozada böyüklərdə olduğu kimi eyni dərəcədə düşür. Alınan son konsentrasiya plazmada təyin olunmadı. İnhalyasiya olunmuş formoterol sürətlə absorbsiya olunur və maksimal plazma konsentrasiyası inhalyasiydan 10 dəqiqə ərzində əldə edilir. Klinik tədqiqatlarda, toz şəklində inhalyasiyadan sonra formoterolun orta ağciyər çökməsi dozanın 28-49% -dəkdir. Sistemli biomənimsəmə dozanın təxminən 61% -dir. Paylanması və biotransformasiyası Plazma zülalları ilə birləşmə formoterol üçün təxminən 50%, budesonid üçün isə 90% -dir. Formoterol üçün paylanma həcmi təxminən 4 l / kq, budesonid üçün 3 l / kq. Formoterol konyuqasiya reaksiyaları ilə təsirsiz hala gətirilir (aktiv O-dimetil və deformil metabolitlər formalaşır, bunlar, əsasən, inaktivləşdirilmiş konyuqatlar şəklində olur). Qaraciyərin ilkin keçidində budesonid aşağı səviyyəli qlükokortikosteroid metabolitlərinə geniş dərəcədə (təxminən 90%) biotransformasiyaya uğrayır. Əsas metabolitlərin, 6-beta-hidroksi-budesonid və 16-alfa-hidroksi-prednizolonun glyukokortikosteroid fəaliyyəti, budesonidin çəkisinin 1% -dən azdır. Formoterol və budesonid arasındakı metabolik qarşılıqlı təsirlərin və ya yerdəyişmə reaksiyalarının göstəriciləri yoxdur. Xaric olması (Eliminasiyası) Formoterolun əsas hissəsi qaraciyər metabolizması ilə dəyişir və böyrəklər vasitəsilə orqanizmdən çıxarılır. İnhalyasiyadan sonra, formoterolun çatdırılmış dozanın 8-13% -ə qədər metabolizə olunmamış şəkildə sidiklə eliminasiya olunur. Formoterol yüksək sistemli klirensinə(təxminən 1,4 l /dəq) sahibdir və son preparatın yarımparçalanma dövrü 17 saatdır. Budesonid, əsasən , CYP3A4 fermentinin iştirakı ilə metabolizmə ugrayır. Budesonidin metabolitləri sidiklə dəyişilməmiş və ya konyuqasiya olunmuş şəkildə xaric olur. Sidikdə yalnız əhəmiyyətsiz miqdarda dəyişməmiş şəkildə budesonid aşkar edilmişdir. Budesonid yüksək sistem klirensə malikdir (təxminən 1,2 l / dəq) və i.v.-dən sonra plazmadan yarımxaricolma dövrü 4 saat dir. Uşaqlarda və böyrək çatışmazlığı olan xəstələrdə budesonid və ya formoterolun farmakokinetikası öyrənilməyib. Qaraciyər xəstəliyi olan xəstələrdə budesonidin və formoterolun qanda konsentrasiyası arta bilər. Budesonid və formoterol üçün sistem məruz qalma dozası orqanizmə daxil olan bu maddələrin dozası ilə əlaqələlidir.
İstifadəsinə göstərişlər
RESPİVENT aşağıdakı hallarda istifadə olunur: Astmanın müalicəsində AXOX ( Ağciyərin xronik obstruktiv xəstəliyi) müalicəsində. Astma RESPİVENT astma simptomlarını nəzarət etmək və müalicəsi üçün istifadə olunur. Astma xəstəliyinin mərhələli müalicəsində 3-cü mərhələdən təyin olunur. Həkiminiz astma üçün iki astma inhalyatoru təyin edə bilər: RESPİVENT və həmçinin ‘rahatlaşdıran inhalyator’. • Hər gün RESPİVENTİ istifadə edin. Bu, astma tutmalarının qarşısını alır. • “Rahatlaşdıran inhalyator” astma simptomları meydana gəldikdə nəfəs almanı asanlaşdırmaq üçün istifadə olunur. Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) AXOX-un orta və ağır tutmalarını və simptomların tezliyini azaldır. AXOX ,əsasən siqaret çəkmə səbəbindən əmələ gələn, ağciyərlərin və tənəffüs yollarının uzun müddətli bir xəstəliyidir. Əks-göstərişlər Preparatın komponentlərinə ( Budesonid, formoterol, laktoza) qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Müalicəni dozanı tədricən azaldaraq dayandırmaq lazımdır. Digər inhalsiya müalicəsində olduğu kimi doza qəbulundan dərhal sonra paradoksal bronxospazm, xırıltının artması və təngnəfəslik baş verə bilər, bu zaman preparatın istifadəsini dərhal dayandırmaq, pasiyenti müayinə etmək və alternativ terapiya təyin etmək vacibdir. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Bitki mənşəli dərman və dərman preparatları da daxil olmaqla digər dərman vasitələrindən istifadə edirsinizsə və ya yaxınlarda istifadə etmisinizsə, həkiminizə və ya əczaçınıza xəbər verin. Aşağıdakı dərmanlardan hər hansı birini istifadə etdiyinizdə həkiminizə və ya əczaçnıza deyin: • Yüksək qan təzyiqində istifadə olunan beta-blokatorlar (atenolol, propranolol). intraokulyar təzyiqli qlaukoma müalicəsində istifadə olunan göz damcıları (timolol kimi) • Sürətli və qeyri-müntəzəm ürək ritminin pozulmasında istifadə olunan dərman preparatları (xinidin kimi), • Ürək çatışmazlığının müalicəsində istifadə edilən dərmanlar (diqoksin kimi), • Hipertenziya müalicəsində istifadə olunan diuretiklər (furosemid kimi) • Oral steroid dərmanları (prednizolon kimi), • Astma müalicəsində istifadə edilən ksantin törəmələri (teofillin və ya aminofillin kimi) • Digər tənəffüs yollarının genişləndiriciləri (salbutamol kimi), • Depressiya və narahatlıq müalicəsində istifadə olunan trisiklik antidepressantlar (amitriptilin kimi). • Depressiya müalicəsində istifadə olunan Mono-Amin Oksidaz İnhibitorları (MAOI) (fenelzin kimi) • Ağır psixi xəstəliklərin müalicəsində istifadə edilən fenotiazin çatdıran preparatlar (xlorpromazin və proxlorperazin kimi) • İİV (QİÇS) müalicəsində istifadə olunan bəzi preparatlar (proteaz inhibitoru ritonavir kimi), • Göbələk əleyhinə istifadə olunan dərman preparatları (məsələn itrakonazol, vorikonazol, posakonazol və ketokonazol) • Parkinson xəstəliyində istifadə olunan dərmanlar ( levodopa kimi), • Tiroid vəzi xəstəliklərində və disfunksiyalarında istifadə edilən preparatlar(levo-tiroksin kimi) • Antibiotiklər (klaritromisin və telitromisin kimi). • Cərrahi əməliyyatlarda və ya diş müalicəsində ümumi anesteziya alsanız, həkiminizə və ya əczaçınıza deyin. Dərman vasitəsi olan və ya olmayan bir preparatı istifadə etdiyiniz halda, həkiminizə və ya əczaçınıza məlumat verin. Hamiləlik və laktasiya dövrlərində istifadəsi Hamiləlik Bu dərman preparatını istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Əgər hamilə olmusuz və ya hamilə qalmağı planlaşdırırsınızsa, RESPİVENT istifadə etmədən əvvəl həkiminizlə danışın. RESPİVENT istifadə etdiyiniz dövrdə hamilə qalsanız, preparatı istifadə etməyinizi dayandırmayın, dərhal həkiminizlə əlaqə saxlayın. Müalicə müddətində hamilə olduğunuzu fərq etsəniz dərhal həkiminizə və ya əczaçınıza müracyət edin. Laktasiya Laktasiya dövründə RESPİVENT istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda uşağa olan potensial riskdən üstüm olsun.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
RESPİVENT nəqliyyat vasitərərini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.
İstifadə qaydası və dozası
Həmişə həkiminiz, tibb bacısı və ya əczaçınız tərəfindən təyin olunduğu kimi RESPİVENTi istifadə edin. Astma və ya AXOX simptomları olmasa belə müntəzəm olaraq, hər gün RESPİVENT-dən istifadə etməyə davam etmək vacibdir. Astma üçün RESPİVENT istifadə edirsinizsə, həkiminiz astma simptomlarını mütəmadi olaraq yoxlamalıdır. Astma və ya AXOX simptomları haqqında vacib məlumat RESPİVENT istifadə edərkən hava çatışmazlıgı, boğulma və ya xırıltılı tənəffüs olarsa, preparatı istifadə etməyə davam etməlisiniz, ancaq əlavə müalicəyə ehtiyacınız olduğu üçün ən qısa zamanda həkiminizə müraciət etməlisiniz. Aşağıdakılardan hər hansı birini fərq etdiyiniz halda həkiminizlə əlaqə saxlayın: – Əgər cətin nəfəs alırsınızsa və ya gecə astma simptomlarından tez-tez oyanırsınızsa – Döş qəfəsində təzyiq hiss edirsinizsə və ya sinədə təzyiq hissi normal haldan daha uzun müddətli olarsa Bu simptomlar astmaya və ya AXOX-a tam nəzarət etmədiyinizi və dərhal əlavə müalicəyə ehtiyac olduğunu göstərir. Astma Hər gün RESPİVENT istifadə edin. Bu, astma simptomlarının qarşısını alır. Böyüklər (18 yaş və yuxarı) – Adətən 1 inhalyasiyadan gündə 2 dəfə təyin olunur. – Həkiminiz bəzən 2 inhalyasiyadan gündə 2 dəfə təyin edə bilər. – Əgər xəstəlik əlamətləri yaxşı idarə olunarsa, həkiminiz dərman preparatınızı gündə 1 dəfə təyin edə bilər. Aşagadaki qaydada astma inhalyatoru kimi tək RESPİVENT istifadə edin: – 1 inhalyasiya səhər, 1 inhalyasiya isə axşam, yaxud – 2 inhalyasiya səhər , yaxud – 2 inhalyasiya axşam Həkiminiz 2 inhalyasiyadan gündə 2 dəfəyə-dək artıra bilər. Həkiminiz (ya da tibb bacısı) astmanın əlamətlərini düzgün nəzarət etməyinizə kömək edəcək. Yalnız həkiminizlə (və ya tibb bacısı ilə) söhbət etmədən doza tənzimlənməsini etməyin. Astma simptomları ortaya çıxdıqda “rahatlaşdıran bir inhalyator” olaraq RESPİVENT istifadə edin. – Astma simptomları varsa, 1 inhalyasiya qəbul edin və bir neçə dəqiqə gözləyin. – Əgər özunuzu daha yaxşı hiss etmirsinizsə, təkrar inhalyasiya alın. – 1 dəfəyə 6-dan çox inhalyasiya etməyin. Sizə lazım olduqda, istifadə edə bilərsiniz, belə ki, hər zaman RESPİVENTi yanınızda saxlayın. Adətən gündə 8 inhalasiyadan cox tələb olunmur, amma bununla yanaşı, həkiminiz müvəqqəti müddət üçün gününə 12 inhalyasıya-dək istifadə etməyə icazə verə bilər. Əgər gündə 8 və ya daha çox inhalasiya lazımdırsa, həkiminizlə danışın. Müalicənin dəyişdirilməsi lazımdır. 24 saatdan ərzində 12-dən çox inhalyasiya istifadə etməyin. Ağciyərin Xroniki Obsruktiv Xəstəliyi (AXOX) – Preparat yalnız böyüklərdə təyin olunur (18 yaş və yuxarı) Tövsiyə edilən doza – 2 inhalyasiyadan gündə 2 dəfə. İstifadə qaydası və mexanizmi RESPİVENT , oral inhalyasiya şəklində istifadə edilir. İnhalyasiyadan sonra ağız su ilə yaxalanmalıdır. Nəfəs cihazı vasitəsilə tənəffüs edildikdə, dərman ağciyərlərə çatır. Buna görə cihazın ağızlıq hissəsindən dərindən və güclü nəfəs almaq vacibdir. Tənəffüs cihazının istifadəsi həkimə və ya əczaçı tərəfindən göstərilməlidir. Disk inhalerinin istifadə instruksiyası Karton qutuda bazarda təqdim edilən inhalyasiya cihazı təhlükəsizlik məqsədləri üçün qoruyucu paketdə yerləşdirilir Disk inhalyatorunuzu istifadə etməzdən əvvəl, göstərildiyi kimi paketdən çıxarın. Paketdən çıxararkən tənəffüs cihazı sönəcək. İstifadə edilməmiş bir tənəffüs cihazında 60 doza toz şəklində preparat ayrı-ayrı saxlanılır. Doza göstəricisi inhalyasiya cihazında preparatın neçə dozası qaldığını göstərir. Hər doza dəqiq ölçüdə və gigiyenik şərtlərə görə qorunur. Baxmağa və ya doldurmağa ehtiyac yoxdur. İnhalyasiya cihazını istifadə etmək asandır. Dərmanı qəbul etmək aşağıdakı üç addımda göstərilir. 1. Açmaq 2. İnhalyasiya etmək 3. Bağlamaq RESPİVENT inhalasiya cihazı necə işləyir? Üst qapağı itələmək üçün qırmızı düyməni (uşaq kilidi) basın. Üst qapağı itələdikdə ağızlıqdan kiçik bir çuxur açılır və preparatın bir dozası qəbul olunmağa hazırdır. İnhalyasiya cihazı bağlandıqda, üst qapaq başlanğıc mövqeyinə dönərək növbəti istifadəyə hazır olur. Üst qapaq, istifadə edilmədikdə inhalasiya cihazını qoruyur. 1. Açmaq- İnhalyasiya cihazını necə istifadə etməli? İnhalyasiya cihazını açmaq və inhalyasiya üçün hazırlamaq üçün qırmızı düyməyə basaraq üst qapağını çıxarmaq kifayətdir.İnhalyasiya cihazını elə tutun ki, ağızlıq hissəsi dodaq səviyyəsində olsun. İnhalasiya cihazı artıq istifadə üçün hazırdır. Üst qapağın hər bir açılışında bir doz inhalyasiya üçün hazırdır. Bu doza göstəricisində görülür. Dərmanı itirməkdən qaçınmaq üçün üst qapaq ilə oynamaq olmaz. 2.İnhalyasiya etmək Dərman preparatını qəbul etmədən əvvəl bu bölməni diqqətlə oxumaq lazımdır. • İnhalyasiya cihazını ağızdan uzaq saxlayın. Nəfəsinizi kənara mümkün qədər çox verin. Unutmayın – inhalyasiya qurğusuna nəfəs verməyin. • Cihazın ağızliq hissəsini dodaqlarınızla tutun. Uzun və dərindən nəfəs çəkin – inhalyasiya cihazının daxilindən, burnunuzdan deyil. • Ağzınızdan inhalyatoru çıxarın. • Nəfəsinizi 10 saniyəyə qədər yaxud rahatlıqla saxlaya bildiyiniz qədər tutun. • Yavaş-yavaş tənəffüs edin. 3. Bağlamaq • İnhalyasiya cihazını bağlamaq üçün yalnız üst qapağı əvvəlki vəziyyətinə sürüşdürməlisiniz. • İnhalyasiya cihazı yenidən istifadəyə hazırdır. YADDA SAXLAYIN! İnhalyasiya cihazını quru saxlayın. İstifadə edilmədikdə onu bağlayın. İnhalyasiya cihazının daxilinə nəfəs verməyin. Üst örtük qapağı hazır olduqda açın. Təyin olunan dozadan daha çox nəfəsinizə çəkməyin.
Əlavə təsirləri
Bütün dərman vasitələrdə olduğu kimi, RESPİVENT in tərkibində olan maddələrə yüksək həssaslığı olan insanlarda əlavə təsirləri ola bilər. Bütün dərman preparatları kimi, RESPİVENT əlavə təsirlərə səbəb ola bilər, amma hər xəstədə baş vermir. Aşağıdakılardan hər hansı biri baş verərsə, RESPİVENT istifadəsini dayandırın və dərhal həkiminizi xəbərdar edin və ya ən yaxın xəstəxananızın təcili yardım şöbəsinə müraciət edin: • səpgi ( angioödem) və / və ya qəfildən huşunu itirmə hissiyati (nəfəs almanın çətinləşməsi , dil və / və ya boğaz şişkinliyi və ya udma çətinlikləri) . Bu, allergik reaksiyanın olmasını göstərir. Bunlar nadir əlavə təsirləridir 1000-dən çox adamda 1-dən az rast gələ bilər. • Dərmandan sonra dərhal xırıltının yaranması. Bu çox nadir vəziyyətdir və 10 000 nəfərdən 1 xəstədə az olur rast gəlməsi. Bunlar çox ciddi əlavə təsirlərdir. Bunlardan biri müşahidə olarsa, təcili tibbi müdaxiləyə və ya xəstəxana müraciətə ehtiyacınız ola bilər. Digər mümkün olan əlavə təsirlər. Ümumi (rast gəlmə ehtimalı -10 nəfərin arasında 1 xəstədən az) • Palpitasiya (ürək atmasını hiss edirsiniz), silkələnmə və sarsıntı hiss edilir. Bu təsiri görsəniz, bunlar ümumiyyətlə mülayim əlavə təsirlərdir və RESPİVENTi istifadə etməyə davam etdikdə, onlar keçəcəklər. •Ağızda kandidoz (göbələk infeksiyası). RESPİVENT istifadə edildikdən sonra ağzınızı su ilə yaxalasanız bu əlavə təsir müşahidə olunmaz. • Yüngül boğaz ağrısı, öskürək və səs qüsurları, • Baş ağrısı. Yayğın olmayan əlavə təsirlər (100 nəfərdən 1 dən az xəstədə rast gəlir) • Yorğunluq, sinir və həyəcan hissi, • Yuxu pozğunluğu, • Başgicəllənmə, • Ürək bulanma və ya qusma, • Ürək döyüntülərinin artması, • Dəridə qançır • Əzələ qıcolması. Nadir hallarda ( 1 000 nəfərdən 1-xəstədən az) • Dəri səpgiləri, qaşınma, • Bronxospazm ( bronx saya əzələlərində daralma) Səpgilər RESPİVENTi istifadə etdikdən sonra dərhal inkişaf edərsə, preparatın istifadəsini dayandırın və dərhal həkiminizlə məsləhətləşin. • Qanda kalium səviyyəsinin azalması, • Ürək ritminin pozğunluqları( aritmiya). Çox nadir (10 000 nəfərdən 1 dən azdır) • Depressiya, • Davranış pozğunluqları, xüsusən uşaqlarda, • Ürəkdə ağrı və ya damar daralması (stenokardiya), • Qan şəkərinin (qlükoza) səviyyəsinin artması, • Ağızda xoşagəlməz dad, • Qan təzyiqinin dəyişməsi, • Ürəkdə qeyri-adi elektrik siqnalının yaranması (QRS intervalının uzanması), • Kuşinq sindromu (böyrəküstü vəzlərin xəstəliyi və bunun nəticəsində kortizol səviyyəsinin həddən artıq artması çəkinin çoxalmasına, artıq tüklənməyə gətirir). İnhalyasion kortikosteroidləri, xüsusən uzun müddət ərzində yüksək dozada qəbul edildikdə, orqanizmdəkı normal steroid hormonlarının istehsalına təsir edə bilər. Bu təsirlər aşağıdakılardır: • Sümüklərdə mineral sıxlığında dəyişikliklər (sümüklərin yumşalması), • Katarakta (göz büllurunun bulanması), • Qlaukoma (gözdə artmış təzyiq), • Uşaq və yeniyetmələrdə böyümə tempinin azalması, • Böyrəküstü vəzlərə təsir. Bu təsirlər, kortikosteroid tabletlərlə müqayisədə inhalyasion kortikosteroidlərlə müalicədə daha az ehtimal olunur. Əlavə təsirlərin hər hansı ciddi birini görsəniz və ya bu təlimatda göstərilməyən əlavə təsirlərlə qarşılaşdığınız təqdirdə, həkiminizə və ya əczaçınıza məlumat verin. Bu təlimatlarda sadalanmayan bir əlavə təsirə məruz qalsanız, həkiminizə və ya əczaçınıza məlumat verin.
Doza həddinin aşılması
Simptomları Başağrı, tremor, ürəkdöyünmə. Müalicəsi Dəstəkləyici və simptomatik terapiya.
Buraxılış forması
60 doza, konteynerdə. 1 konteyner, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C- dən aşağı otaq temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlıq müddəti 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Neutec İnhaler İlaç San. Ve Tic. A.Ş / Türkiyə. Ünvan 1.Orqanizə Sənaye Bölgəsi 2, yol, No:3 Arifiye / Sakarya / Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.