Relif 28,4 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirBabasilin və anal çatların müalicəsində xaricə istifadə üçün digər vasitələr.
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,72 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RELİF rektal məlhəm Beynalxalq patentləşdirilməmış adı: Phenylephrine hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 2,5 mq fenilefrin hidroxlorid vardır. Köməkçi maddələr: mineral yağ, vazelin, metilparahidroksibenzoat (Е218), propilparahidroksibenzoat (Е216), susuz lanolin, benzoy turşusu (Е210), qarğıdalı yağı, qliserol, lanolin spirtləri, bərk parafin (58/60), kəklikotu yağı, vitamin E, ağ mum, təmizlənmiş su.

Təsviri

Kənar qarışıqsız zəif qoxulu sarımtıl məlhəmdir.

Farmakoterapevtik qrupu

Babasilin və anal çatların müalicəsində xaricə istifadə üçün digər vasitələr. АТС kodu: С05АХ.

Farmakoloji xüsusiyyətləri

Fenilefrin hidroxlorid α-adrenomimetikdir, yerli damardaraldıcı təsir göstərir, anorektal nahiyənin ekssudasiyasını, toxumaların şişkinliyini, qaşınmanı azaldır.

İstifadəsinə göstərişlər

Babasilin, anal çatların, anal qaşınmaın müalicəsində simptomatik vasitə kimi.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, ağır arterial hipertenziya, ürək ritminin taxisistolik pozuntuları, kompensasiya olunmayan ürək catışmazlığı, ürək keciriciliyinin pozuntuları, ağır böyrək və/və ya qaraciyər catışmazlığı, tireotoksikoz, kəskin pankreatit, tromboemboliya (həmcinin əvvəl kecirilmiş), qranulositopeniya, monoaminooksidazanı (MAO) inhibə edən preparatlarla birlikdə və ya MAO-nu inhibə edən preparatlarla müalicənin bitməsindən 14 gün sonra istifadəsi. Xüsusi ğöstərişlər və ehtiyat tədbirləri Arterial hipertenziyalı, ürək-damar xəstəlikləri, qalxanvari vəzin xəstəlikləri, bağlıbucaqlı qlaukoma, şəkərli diabet, qaraciyər, mədəaltı vəzi xəstəlikləri, sidik ifrazatı pozuntuları (məs., prostat vəzinin hiperplaziyası) olan pasiyentlərdə dərman vasitəsini yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etməli, müalicə zamanı həkim nəzarətində olmalıdır. Preparatı təyin etməzdən əvvəl həkim diqər simpatomimetik vasitələrə qarşı allergik reaksiyalar da daxil olmaqla allergik anamnezi dəqiqləşdirməlidir. Anal kanaldan ciddi qanaxmalarda və ya istifadədən sonra terapevtik effekt olmazsa, həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparat digər damardaraldıcı vasitələrlə eyni zamanda istifadə edilməməlidir (yeritmə üsulundan asılı olmayaraq), eləcə də antihipertenziv dərman vasitələri ilə (β-adrenoblokatorlarla). Atropin sulfat, fenilefrin tərəfindən törədilən reflektor bradikardiyanı aradan qaldırır və ona olan vazopressor reaksiyanı artırır. Fenilefrinlə β-adrenoblokatorların eyni vaxtda qəbulu arterial hipertenziya və ürək blokadası mümkün ola bilən bradikardiyaya gətirə bilər. Relif dərman vasitəsinin qalxanabənzər vəzi hormonları ilə, ürək keciriciliyinə təsir edən (ürək qlikozidləri, antiaritmik vasitələr) preparatlarla birgə qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. Kalium ifrazına səbəb olan preparatlarla (məsələn, furosemid kimi diuretiklər) eyni vaxtda qəbulu hipokaliemiyanın artmasına və fenilefrin kimi vazopressor preparatlara qarşı həssaslığın azalmasına səbəb ola bilər. Fenilefrin və digər simpatomimetik preparatlarla birlikdə istifadə mərkəzi sinir sisteminin əlavə stimullaşdırılmasına səbəb ola bilər və bu da oyanıqlıq, əsəbilik, yuxusuzluq, hətta qıcolma tutmaları ilə müşayiət oluna bilər. Relif dərman vasitəsini MAO inhibitorları ilə eyni zamanda və ya müalicəni dayandırdıqdan sonra 14 gün ərzində istifadə etməyin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə dərman vasitəsinin istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sinir sistemində yarana bilən əlavə təsirləri nəzərə alaraq, ehtiyatlı olmaq məsləhət görülür.

İstifadə qaydası və dozası

Preparat gigiyenik prosedurlardan sonra istifadə edilməlidir. Applikatorun qoruyucu başlığı çıxardılır. Applikator tuba goşulur və applikatoru yağlamaq üçün bir qədər məlhəm çıxardılır. Məlhəm gündə 4 dəfəyə qədər (səhər, gecə və hər bağırsaq boşalmasından sonra) zədələnmiş nahiyəyə anal çıxışın xaricinə və ya daxilinə ehtiyatla applikator vasitəsilə sürtülür. Hər istifadədən sonra applikatoru yumaq və qoruyucu başlığa yerləşdirmək lazımdır. 12 yaşa qədər uşaqlarda istifadəsi həkimin göstərişi ilə olmalıdır. Böyüklərdə və 12 yaşdan yuxarı olan uşaqlarda babasilin özünü müalicəsi üçün istifadə olunan doza gündə 2 mq fenilefrin hidroxlorid (1 q məlhəmdə 2,5 mq fenilefrin hidroxlorid var) keçməməlidir. Həkimin təyini olmadan bu dozadan artıq istifadə tövsiyə edilmir.

Əlavə təsirləri

Aşağıdakı əlavə təsirlər daş verə bilər: Ürək-damar sisteminə: reflektor bradikardiya, ürək ritminin pozuntuları, arterial təzyiqin artması. İmmun sistemə: digər simpatomimetik vasitələrə qarşı allerqik reaksiyalar, qarşılıqlı tipli reaksiyalar daxil olmaqla hiperhəssaslıq reaksiyaları, hansılar ki, özünü dəri səpgiləri, qaşınma, anqionevrotik ödem, kontakt dermatit şəklində göstərə bilər. Sinir sisteminə: başgicəllənmə, əsəbilik, baş ağrısı, tremor, yuxusuzluq, narahatlıq, isti basma hissi. Dəriyə və dərialtı toxumalara: kontakt dermatit, hiperemiya, dəri səpgiləri, qaşınma, ödem, ağrı, göynəmə. Əlavə təsirlər barədə məlumatların verilməsi Əgər istənilməyən reaksiyalar yaranarsa, həkiminizlə məsləhətləşin. Bu tövsiyə, içlik vərəqədə göstərilməyənlər də daxil olmaqla, hər hansı bir istənilməyən reaksiyalara tətbiq edilir. Əlavə təsirlər barədə məlumatları, siz dərmanların səmərəsizliyi barədə məlumatlar da daxil olmaqla, əlavə təsirlər haqqında məlumat bazasına bildirə bilərsiniz. Əlavə təsirlər haqqında məlumat verməklə, siz preparatın təhlükəsizliyi haqqında daha ətraflı məlumatın toplanmasına kömək etmiş olursunuz.

Doza həddinin aşılması

Tövsiyə olunmuş doza həddinin aşılması zamanı hiperkoaqulyasiyaya meyillilik yarana bilər. Doza həddinin aşılması zamanı aşağıdakı pozuntular ola bilər: arterial hipertenziya, ürək nahiyəsində ağrı və diskomfort, ürəkdöyünmə, nəfəs pozuntuları, qeyri-kardiogen ağciyər ödemi, oyanma, qıcolma, yuxu pozuntuları, əsəbilik, qıcıqlanma, hallüsinasiyalı psixozlar, ümumi zəiflik, anoreksiya, ürəkbulanma, qusma, oliquriya, sidik ifrazının pozulması, üzun qızarması, ətraflarda soyuqluq hissi, paresteziyalar, hiperqlikemiya, hipokaliemiya, həyati vacib orqanlara qan axınının azalması, hansi ki, boyrəklərin qan təchizatını pisləşdirir, metabolik asidoz, ümumi periferik müqavimətin artması nəticəsində ürəyin yüklənməsinin artması. Müalicəsi simptomatikdir.

Buraxılış forması

28,4 q məlhəm, tubda. 1 tub applikator və içlik vərəgə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yuksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Famar S.A. 63, Ag. Dimitrou str., 17456 Alimos, Athens, Yunanıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

Bayer Konsumer Keya AG. Peter Merian-Ştrasse 84, 4052 Basel, İsveçrə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Relif 28,4 q məlhəm” üçün ilk rəyi siz yazın.