Reamberin 1,5 % 400 ml infuziya
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Su-elektrolit balansına təsir edən məhlullar |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,40 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
REAMBERİN® 1,5% infuziya üçün məhlul REAMBERIN®
Tərkibi
Təsiredici maddələr: 1000 ml məhlulun tərkibində 15,00 q meqlümin natrium suksinat, 8,725 q N- metilqlükamin (meqlümin), 5,280 q kəhrəba turşusu vardır. Köməkçi maddələr: natrium xlorid, kalium xlorid, maqnezium xlorid, natrium hidroksid, kəhraba turşusu, inyeksiya üçün su. 1000 ml üçün ion tərkibi Natrium ionu 147 mmol Kalium ionu 4,02 mmol Maqnezium ionu 1,26 mmol Xlorid ionu 109,0 mmol Siksinat ionu 46,0 mmol N-metilqlükammonium ionu 44,7 mmol Osmolyarlıq 315 mOsm/kq
Təsviri
Şəffaf rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Su-elektrolit balansına təsir edən məhlullar. ATC kodu: B05BB.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası REAMBERİN® antioksidant və antihipoksik təsirlərə malikdir, hüceyrədə aerob proseslərə müsbət təsir göstərərək sərbəst radikalların yaranmasını azaldır və hüceyrələrin enerji potensialını bərpa edir. Preparat Krebs siklinin fermentativ proseslərini aktivləşdirir və hüceyrələrdə qlükoza və yağ turşularının sərf edilməsinə səbəb olur və qanın qaz tərkibini və qələvi-turşu balansını normallaşdırır. Orta dərəcəli diuretik təsirə malikdir. Farmakokinetikası Venadaxili yeridildikdə preparat tez sərf olunur və orqanizmdə yığılmır.
İstifadəsinə göstərişlər
REAMBERİN® böyüklərdə və uşaqlarda 1 yaşdan etibarən müxtəlif etiologiyalı kəskin ekzogen və endogen intoksikasiyalarda antihipoksik və dezintoksikasion vasitə kimi istifadə edilir.
Əks göstərişlər
Fərdi dözümsüzlük, baş beynin ödemi ilə müşayiət olunan kəllə-beyin travmalarından sonrakı hallar, kəskin böyrək çatışmazlığı, böyrəklərin xronik xəstəlikləri (5-ci mərhələ, yumaqcıq filtrasiyanın sürəti 15 ml/dəq aşağı), hamiləlik, laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Orqanizmdə preparatın aerob prosesləri aktivləşdirməsi nəticəsində qanda qlükozanın konsentrasiyasının azalması, sidikdə qələvi reaksiyanın əmələ gəlməsi mümkündür. Şəkərli diabet xəstələrində və ya qlükozaya qarşı tolerantlığı zəif olan xəstələrdə qanda qlükozanın konsentrasiyasının müntəzəm yoxlanması tələb olunur. Alkaloz və böyrək çatışmazlığı zamanı ehtiyatla istifadə olunmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Antibiotiklərlə, suda həll olan vitaminlərlə, qlükoza məhlulu ilə yaxşı uyuşur. Preparatı butulkada və ya konteynerdə digər dərman preparatları ilə qarışdırmaq məsləhət görülmür. REAMBERİN® preparatını kalsium preparatları ilə birlikdə istifadə etmək olmaz, çünki kalsium suksinatın çökməsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatdan istifadə bu qrup xəstələrdə klinik tədqiqatlar aparılmadığı üçün əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
REAMBERİN® preparatından müalicə kursu keçirdikdə nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etmək məsləhət görülmür.
İstifadə qaydası və dozası
Böyüklər üçün: 1-4,5 ml/dəq sürətlə (dəqiqədə 90 damcıya qədər) vendaxili damcı üsulu ilə yeridilir. Orta sutkalıq doza – 10 ml/kq. Müalicə kursu – 11 günə qədər. Uşaqlar üçün: sutkada 6-10 ml/kq hesabladıqda 3-4 ml/dəq sürətlə vendaxili damcı üsulu ilə yeridilir. Müalicə kursu – 11 günə qədərdir. Yaşı xəstələrdə istifadəsi Yaşı xəstələrə dair tədqiqat aparılmayıb. Bununla əlaqədar, preparatdan istifadəni yeridilmənin daha ləng sürəti ilə başlamaq lazımdır: dəqiqədə 30-40 damcı (1-2 ml). Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi Böyrək çatışmazlığı olan xəstələrdə tədqiqatlar keçirilməyib. Bununla əlaqədar belə xəstələrdə preparatı istifadə etdikdə ehtiyatlı olmaq tövsiyə edilir. Alkalozda istifadəsi Dekompensasiyalı alkaloz aşkar etdikdə qanın qələvi-turşu vəziyyəti normallaşana qədər preparatdan istifadə dayandırılmalıdır.
Əlavə təsirləri
Preparatı sürətlə yeritdikdə əlavə təsirlərin meydana çıxması mümkündür. Əlavə təsirlərin baş-vermə tezliyi aşağıdaki kimi təsnif edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100, ˂1/10); bəzən (≥1/1000, ˂1/100); nadir ((≥1/10000, ˂1/1000); çox nadir (˂1/10000); tezliyi məlum deyil (mövcud olan məlumatlara əsasən tezliyini müəyyən etmək mümkün olmur). Ümumi pozğunluqlar və yeridildiyi yerdə reaksiyalar: çox nadir – titrətmə, hipertermiya, tərləmə, zəiflik, yeridildiyi yerdə ağrı, ödem, hiperemiya, flebit. İmmun sistemdə baş verən pozğunluqlar: çox nadir – allergik reaksiyalar, angionevrotik ödem, anafilaktik şok. Dəri və dərialtı torxumalarda baş verən pozğunluqlar: çox nadir – allergik səpgi, övrə, qaşınma. Tənəffüs sistemi, döş qəfəsi və divararalıq orqanlarında baş verən pozğunluqlar: çox nadir – təngnəfəslik, quru öskürək. Ürəkdə baş verən pozğunluqlar: çox nadir – taxikardiya, ürəkdöyünmə, təngnəfəslik, ürək nahiyəsində ağrı, döş qəfəsində ağrı. Damarlarda baş verən pozğunluqlar: çox nadir – arterial hipotenziya/hipertenziya, bədənin yuxarı hissəsində qızartı və yandırma hissi kimi qısamüddətli reaksiyalar. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: çox nadir – ürəkbulanma, qusma, ağızda metallik dad hissi, qarında ağrı, diareya. Sinir sistemində baş verən pozğunluqlar: çox nadir – başgicəllənmə, baş ağrısı, tremor, qıcolmalar, paresteziyalar, oyanıqlıq, narahatçılıq. Əlavə reaksiyalar əmələ gəldikdə preparatın yeridilmə sürətini azaltmaq tövsiyə edilir. Əgər bu təlimatda göstərilmiş arzuolunmaz effektlərdən hər hansı biri ağırlaşarsa və ya bu təlimatda qeyd olunmayan arzuolunmaz effektlər əmələ gələrsə, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Məlumat yoxdur.
Buraxılış forması
İnfuziya üçün məhlul 1,5%. 200 ml məhlul həcmi 250 ml 400 ml məhlul həcmi 450 ml və ya 500 ml olan alüminium qapaqla və ya alüminium və plastmas ilə kombinəolunmuş qapaqcıqla sıxılmış rezin tıxaclı şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatın dondurmaq olmaz. Rəngi dəyişildikdə və ya içərisində çöküntü olduqda preparatı istifadə etmək olmaz.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi MMC “”POLİSAN” Elmi-texnoloji əczaçılıq firması” (MMC ”POLİSAN” ETƏF). Rusiya Federasiyası, 192102, Sankt-Peterburq şəh., Salov küç., 72, korp. 2, lit.A, Tel.:/Faks: (812) 710 -82 -25. İstehlakçıların iddiaları istehsalçının ünvanına göndərilməlidir.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.