Raskarol 10 mq N16 tablet

Dərman formasıTablet
Farmakoloji təsirDigər ishal əleyhinə dərman vasitələri
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,67 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. • İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər; • Əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya müraciət edin; • Bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. • Həkimə və ya xəstəxanaya müraciət etdikdə, bu dərman vasitəsini qəbul etdiyiniz barədə məlumat verin. • Preparatı təyin edildiyi kimi istifadə edin, məsləhət görülən dozadan az və ya artıq istifadə etməyin. RASKAROL 10 mq, 30 mq dispers tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Racecadotril

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq və ya 30 mq rasekadotril vardır. Köməkçi maddələr: Eudrajit NE 30 D, prejelatinləşdirilmiş qarğıdalı nişastası, mannitol, aspartam, krospovidon, kalium asesulfam, çiyələk ətirləndiricisi, natrium stearilfumarat.

Təsviri

Dairəvi, ağ rəngli dispers tabletlərdir.

Farmakoterapevtik qrupu

Digər ishal əleyhinə dərman vasitələri. ATC kodu: A07XA04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Rasekadotril müxtəlif toxumalarda, xüsusilə, nazik bağırsağın epitelində yerləşən hüceyrə membranının peptidaza fermenti enkefalinazanın inhibitoru olan aktiv metabolit tiorfana qədər hidroliz olunan prodərmandır. Bu ferment həm ekzogen peptidlərin həzminə, həm də enkefalinlər kimi endogen peptidlərin parçalanmasına kömək edir. Rasekadotril enkefalinləri fermentativ deqradasiyadan qoruyur, bununla da onların nazik bağırsaqda enkefalinergik sinapslarda təsirini uzadır və hipersekresiyanı azaldır. Rasekadotril yalnız bağırsaqda təsir göstərən antisekretor maddədir. Vəba toksini və ya iltihab nəticəsində bağırsaqda su və elektrolitlərin hipersekresiyası azalır və bazal sekretor aktivliyə təsir göstərmir. Rasekadotril bağırsaq tranzitinin davam etmə müddətini dəyişmədən sürətlə diarreya əleyhinə təsir göstərir. Farmakokinetikası Absorbsiyası Peroral (ağızdan) qəbul zamanı rasekadotril sürətlə absorbsiya olunur. Stabil vəziyyətdə olan ekspozisiya bir dozadan sonra ekspozisiya dəyəri ilə müqayisə edilə bilər. Paylanması Sağlam könüllülərdə C etiketli rasekadotrilin oral istifadəsindən sonra qan plazmasında onun konsentrasiyası qan hüceyrələrindəki göstəricidən 200 dəfədən çox, ümumi qanda olan göstəricidən isə 3 dəfə yüksək olmuşdur. Beləliklə, bu dərman vasitəsi qan hüceyrələri ilə əhəmiyyətli dərəcədə birləşmir. Orqanizmin digər toxumalarında radiokarbonin paylanması, plazmada 66,4 kq görülən paylanma həcmi ilə göstərildiyi kimi orta dərəcədədir. Rasekadotrilin aktiv metabolitinin (tiorfan=(RS)-N-(1-okso-2-(merkaptometil)-3-fenilpropil) qlisin) 90 faizi plazma zülalları ilə, əsasən albuminlə birləşir. Rasekadotrilin təsirinin davam etmə müddəti və dərəcəsi dozadan asılıdır. Enkefalinazanın pik plazma inhibisiyası təxminən 2 saat ərzində əldə edilir və 1,5 mq/kq dozada 90% inhibə olunur. Plazmada enkefalinazanın inhibisiya müddəti təxminən 8 saatdır. Biotransformasiyası Plazmada enkefalinazanın inhibisiyası ilə ölçülən rasekadotrilin yarımxaricolma müddəti təxminən 3 saat təşkil edir. Rasekadotril sürətlə aktiv metaboliti tiorfan (RS)-N-(1-okso-2-(merkaptometil)-3-fenilpropil) qlisinə hidroliz olunur, bu da öz növbəsində Smetiltiorfan oksidə, s-metil tiorfana, 2-metansulfinilmetil propion turşusuna və 2-metilsulfanilmetil kimi qeyri-aktiv metabolitlərə çevrilir və bu metabolitlər əsas preparatın 10%-dən çox sistem təsiri zamanı əmələ gəlir. Sidikdə və nəcisdə həmçinin əlavə kiçik metabolitlər şəklində də müəyyən edilmiş və miqdarı ölçülmüşdür. In vitro məlumatlar rasekadotril/tiorfan və onun dörd əsas aktiv olmayan metabolitinin əsas CYP- fermentlərinin 3A4, 2D6, 2C9, 1A2 və 2C19 izoformlarını klinik əhəmiyyətli inhibə etmədiyini göstərmişdir. In vitro məlumatlar rasekadotril/tiorfan və dörd əsas aktiv olmayan metabolitinin CYP fermentlərinin izoformlarını (3A ailəsi, 2A6, 2B6, 2C9/2C19, 1A ailəsi, 2E1) və fermentləri konyuqə edən uridin- qlikoziltransferazanı (UQT) klinik əhəmiyyətli induksiya etmədiyini göstərmişdir. Pediatrik populyasiyadan əldə edilmiş farmakokinetik məlumatlar yetkin populyasiyadakı nəticələrə bənzəyir və C göstəricisi preparatın qəbulundan 2 saat 30 dəqiqə sonra əldə edilir. 7 gün ərzində 8max saatdan bir təyin edilən çoxsaylı dozanın qəbulu fonunda kumulyasiya qeyd edilməmişdir. Eliminasiyası Rasekadotril aktiv və inaktiv metabolitlər şəklində xaric olunur. Preparat əsasən böyrəklərlə (81,4%) və daha az miqdarda isə nəcislə (təxminən 8%) xaric olunur. Ağciyərlərlə eliminasiyası əhəmiyyətsiz dərəcədədir (dozanın 1% -dən az).

İstifadəsinə göstərişlər

Diareyanın müalicəsində təyin edilir. 3 aylıqdan yuxarı uşaqlarda kəskin diareya simptomlarının müalicəsində istifadə edilir. Diareyanı müalicə zamanı digər tədbirlər effektiv olmadıqda preparat kifayət qədər maye qəbulu və adi pəhriz tədbirlərilə təyin edilir. Rasekadotril, dəstəkləyici müalicə kimi də təyin edilə bilər (xəstəliyin səbəbini müalicə etmək mümkün olduqda).

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: • 3 aylıqdan kiçik uşaqlarda; • nəcisdə qan və irin olduqda, hərarət olduqda. Diareyanın səbəbi bakterial infeksiya ola bilər ki, bu da, həkim tərəfindən müalicə edilməlidir; • xroniki və antibiotiklərin qəbulundan yaranan diareya; • böyrək xəstəlikləri və ya qaraciyər funksiyasının pozulması; • davamlı və ya nəzarət edilməyən qusma; • dəri reaksiyaları; Yuxarida qeyd edilən hallar preparatın qəbulundan əvvəl və ya sonra baş verdikdə həkimə müraciət etmək lazımdır. Preparatın bəzi komponentləri barədə məlumat Raskarolun hər tabletinin tərkibində 1 mmoldan (23 mq) az miqdarda natrium vardır. Məsləhət görülən doza aşılmadığı halda, natriumdan asılı olan heç bir əlavə təsir yaranmır. Raskarolun tərkibində mannitol vardır, lakin dozadan asılı heç bir əlavə təsirin yaranması gözlənilmir. Preparatın tərkibində 0,01 mmol (0,258 mq) kalium vardır. Bunu, kalium pəhrizi saxlayan və böyrək funksiyasının zəifliyi olan pasiyentlərdə nəzərə almaq lazımdır. Raskarolun tərkibində aspartam vardır ki, bu da fenilalanin mənbəyidir ki, bu preparatın istifadəsi fenilketonuriya olan pasiyentlərdə təhlükəlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xəstə preparatı qəbul etməzdən əvvəl hazırda və əvvəllər qəbul etdiyi və ya qəbul edəcəyi dərman vasitələri (reseptlə və ya reseptsiz buraxılan) barədə həkimə və ya əczaçıya məlumat verməlidir. AÇF inhibitorları ilə yanaşı istifadə angioödem riskini artırır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Preparat hamiləlik dövründə istifadə etmək olmaz. Terapiya dövründə pasiyent hamilə olduğunu aşkar etdikdə həkimlə məsləhətləşməlidir. Laktasiya Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Preparatın ana südünə nüfuz etməsi barədə məlumat olmadığı üçün laktasiya dövründə istifadə etmək olmaz. Pediatriyada istifadəsi 3 aylıqdan aşağı uşaqlarda istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Raskarol nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə zəif təsir göstərir və ya heç təsir etmir.

İstifadə qaydası və dozası

Preparatı ciddi həkim təyinatı ilə qəbul etmək lazımdır. Preparatın qəbulu ilə bağlı sual meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Raskarol 10 mq – çəkisi 13 kq-dan aşağı olan uşaqların müalicəsi üçün uyğundur. Raskarol 30 mq – çəkisi 13 kq-dan yuxarı olan uşaqların müalicəsi üçün uyğundur. Məsləhət görülən gündəlik doza uşağın bədən kütləsindən asılıdır: müntəzəm interval ilə gündə 3 dəfə 1-2 tablet təyin edilir (1,5 mq/ kq bədən kütləsinə) Bədən kütləsi 9 kq-dan az olan uşaqlarda gündə 3 dəfə 1 tablet 10mg təyin edilir. Bədən kütləsi 9-13 kq olan uşaqlarda gündə 3 dəfə 2 tablet 10mg istifadə edilir. Bədən kütləsi 13-27 kq olan uşaqlarda gündə 3 dəfə 1 tablet 30mg təyin edilir. Bədən kütləsi 27 kq artıq olan uşaqlarda gündə 3 dəfə 2 tablet 30mg təyin edilir. Müalicə müddəti həkim tərəfindən müəyyən edilir. Müalicə pasiyentin vəziyyəti stabilləşənə qədər, lakin 7 gündən çox olmamaq şərtilə aparılır. Raskarol 100-200 ml mayedə (su və ya süd) və ya yarıbərk qidada həll edildikdən sonra suspenziya şəklində daxilə qəbul edilir. Tabletləri bilavasitə çeynəmək və udmaq olmaz. Diareya zamanı orqanizmin itirdiyi mayeni kompensasiya etmək üçün preparat adekvat miqdarda duz (elektrolitlər) və maye ilə birlikdə qəbul edilməlidir. Orqanizmin itirilmiş mayesini bərpa etmək üçün preparatı dehidratasion məhlullarla birlikdə istifadə etmək məsləhət görülür. Preparatın istifadəsilə əlaqədar hər hansı sual meydana çıxdıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Xüsusi qrup pasiyentlərdə istifadəsi 3 aylıqdan yuxarı uşaqlarda dozalanma qaydası təlimatda qeyd edildiyi kimidir. Yaşlılarda istifadəsi Preparatın dozasının korreksiyası tələb edilmir. Böyrək və qaraciyər çatışmazlığı Preparatı böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadə etmək olmaz. Qida və içkilərlə istifadəsi Raskarol yeməkdən əvvəl və ya sonra qəbul edilə bilər. Preparatın effektinin həddindən artıq güclü və ya zəif olmasını müşahidə etdikdə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Preparatın qəbulu ötürüldükdə Preparatın qəbulu unudulduqda, ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz.

Əlavə təsirləri

Bütün digər dərman vasitələrində olduğu kimi Raskarol preparatına qarşı həssas olan pasiyentlərdə əlavə təsirlər yarana bilər. Aşağıda sadalanan simptomlardan hər hansı biri baş verərsə, preparatın qəbulunu dərhal saxlamaq və həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət etmək lazımdır. Aşağıdakı əlamətlər angioödemin simptomları ola bilər: sifətin, dilin və boğazın ödemi; udqunmanın çətinləşməsi; övrə və ya tənəffüsün çətinləşməsi. Bütün bu simptomlar ciddi əlavə təsirlərə aiddir. Bu hallardan hər hansı birinin baş verməsi, pasiyentin Raskarola qarşı allergiyası olmasından xəbər verir. Yuxarıda qeyd edilən əlavə təsirlər çox nadir hallarda baş verir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Bəzən: tonzillit (badamcıqların iltihabı), səpgi, eritema (dərinin qızarması). Məlum deyil: multiformalı eritema (ətraflarda və ağız ətrafında çəhrayı zədələnmələr), dilin iltihabı, sifətin iltihabı, dodaqların iltihabı, göz qapaqlarının iltihabı, övrə, düyünlü eritema (dərialtı düyünlərin yaranması), papulyoz səpgi (dəridə kiçik və bərk zədələnmələr), pruriqo (qaşınan dəri zədələnmələri), pruritus (yayılmış qaşınma). İçlik vərəqədə qeyd edilməyən əlavə təsirlər yarandıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır!

Doza həddinin aşılması

Doza həddi aşıldıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Buraxılış forması

Raskarol 10 mq 8 tablet blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Raskarol 30 mq 15 tablet blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

İlko İlaç Sanayi ve Ticaret A.Ş., Turkey. 3. Organize Sanayi Bölgesi Kuddusi Caddesi, 23. Sokak №1 42050 Selçuklu/Konya/Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

İlko İlaç Sanayi ve Ticaret A.Ş., Turkey. Veysel Karani Mah. Çolakoğlu Sok. №10 34885 Sancaktepe-İstanbul/ Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Raskarol 10 mq N16 tablet” üçün ilk rəyi siz yazın.