RABELOK 20 MG № 1 (AMPULI) (CADILA) (INDIYA)
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Peptik xora və qastro-ezofaqeal reflyüks xəstəliyinin müalicəsi üçün. Proton pompa inhibitoru |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,46 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RABELOK İV venadaxili inyeksiya məhlulu hazırlamaq üçün liofilizəedilmiş toz Beynəlxalq patentləşdirilməmiş adı: Rabeprazol
Tərkibi
Təsiredici maddə: 1 flakon liofilizəolunmuş tozun tərkibində 20 mq rabeprazol natrium vardır. Köməkçi maddələr: mannitol, natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Ağ və ya yüngül sarımtıl-ağ rəngli bərk maddədir. O, suda və metanolda çox yaxşı həll olur, etanolda, xloroformda və etilasetatda sərbəst həll olur, efirdə və n-heksanda həll olmur. V/D Rabelok 5 ml steril inyeksiya üçün su BP-də həll edildikdən sonra şəffaf rəngsiz məhlul alınır.
Farmakoterapevtik qrupu
Peptik xora və qastro-ezofaqeal reflyüks xəstəliyinin müalicəsi üçün. Proton pompa inhibitoru. ATC kodu: A02BC04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Rabeprazol natrium antisekretor maddələr, əvəzolunmuş benzimidazollara aiddir, antixolinergik və ya H -histaminə antaqonist xassələrə malik deyildir, lakin mədədə parietal hüceyrələrin2 + + sekretor səthlərində H /K -ATF-aza fermentini xüsusi inhibə etməklə turşu sekresiyasını tormozlayır. Bu ferment sisteminə turşu (proton) pompası (nasosu) kimi baxılır və deməli, Rabeprazol natrium mədədə turşu sekresiyasının son mərhələsini tormozlayan maddə kimi, mədənin proton pompasının (PPİ) inhibitoru kimi təsnif edilir. Bu effekt dozadan asılıdır və həm bazal, həm də qıcıqlandırıcıdan asılı olmayaraq, stimullaşdırılmış turşu sekresiyasının tormozlanmasına gətirib çıxarır. Anti-sekretor aktivliyi: 20 mq dozada Rabeprazol natriumun oral istifadəsindən sonra anti-sekretor effekt bir saat müddətində maksimum effektlə çatır və 2-4 saat müddətində davam edir. Bazal və qida ilə stimullaşdırılmış turşu sekresiyasının tormozlanması Rabeprazol natriumun ilk dozasının qəbulundan 23 saat sonra müvafiq olaraq 69% və 82% olur, tormozlanmanın müddəti isə 48 saata qədər davam edir. Farmakodinamik təsirin bu müddəti farmakokinetik yarımxaricolma müddətinə (təqribən 1 saat) nisbətən əhəmiyyətli dərəcədə uzun olduğunu söyləmək olar. Bu effekt yəqin ki, + + parietal H /K -ATF-aza fermenti ilə uzunmüddətli birləşmə ilə əlaqədardır. Rabeprazol natriumun turşu sekresiyasına tormozlayıcı təsiri gündə bir dəfə təkrar dozanın qəbulu ilə bir qədər güclənir, tormozlanmanın stabil vəziyyəti 3 gündən sonra əldə edilir. Preparatın qəbulu dayandırıldıqda sekretor aktivlik 2-3 gün müddətində normallaşır. Farmakokinetikası Rabeprazol natrium turşuya labil preparatdır və ona görə də peroral yolla enterik-örtüklü (bağırsaqda həll olan örtüklə örtülmüş) tablet (qastro-rezistent tablet) şəklində istifadə edilir. Ona görə də Rabeprazol natriumun absorbsiyası, yalnız tabletlərin mədəni tərk etməsindən sonra başlayır. Absorbsiya sürətlə baş verir, Rabeprazol natriumun pik plazma konsentrasiyası 20 mq dozanın qəbulundan təqribən 3,5 saat sonra yaranır. Rabeprazol natriumun pik plazma konsentrasiyası (C ) və AUC-u 10 mq-dan 40 mq-a qədər doza diapazonunda xətti xaraktermax daşıyır. 20 mq peroral dozanın mütləq biomənimsənilməsi (venadaxili yeridilmə ilə müqayisədə) geniş pre-sistem metabolizmin hesabına 52%-ə yaxın təşkil edir. Peroral istifadə zamanı mütləq biomənimsənilmə qida qəbuluna və ya antasidlərin istifadəsinə münasibətdə davamlıdır. Sağlam subyektlərdə plazmadan yarımxaricolma dövrü təqribən 1 saat (0,7-dən 1,5 saata qədər diapazonda) təşkil edir, ümumi klirens isə 283±98 ml/dəq qədər qiymətləndirilir. Qaraciyərin xroniki xəstəliyi olan pasiyentlərdə AUC sağlam könüllülərlə müqayisədə ikiqat artmışdır ki, bu da ilk keçid effektinin azalmasını əks etdirir, plazmadan yarımxaricolma dövrü isə 2-3 dəfə artmışdır. Rabeprazol natrium insanın plazma zülalları ilə təqribən 97% birləşir. Rabeprazol demək olar ki, tam metabolizmə, başlıca olaraq qeyri-fermentativ yolla və tioefir-Rabeprazol şəklində məruz qalır. Əsas plazma metabolitləri tioefir (M1) və karbon turşusudur (M6). Az miqdarda daha aşağı səviyyələrdə müşahidə edilən metabolitlərinə sulfon (M2), desmetil-tioefir (M4) və merkaptur turşusunun konyuqatı (M5) aiddir. Yalnız desmetil metabolit (M3) zəif antisekretor aktivliyə malikdir, lakin, o, plazmada olmur. Orqanizmdən əsasən dəyişilməmiş şəkildə sidiklə (90%) xaric olur. Metabolitlərin qalan hissəsi orqanizmdən nəcis vasitəsilə xaric olur. Tam bərpa olma 99,8% olmuşdur ki, bu da Rabeprazol natriumun metabolitlərinin ödlə xaric olmasının aşağı səviyyədə olduğunu göstərir. Bütün PPİ-lər başlıca olaraq qaraciyərdə sitoxrom P450 sistemi vasitəsilə metabolizə olunur və CYP2C19 izofermentinin ümumi genetic polimorfizmi onların klirensinə və biomənimsənilməsinə təsir göstərir. Müəyyən edilmişdir ki, proton pompasının bütün inhibitorları üçün CYP2C19 genotipləri vasitəsilə turşunun tormozlanmasına münasibətdə Rabeprazol istisna olmaqla uyğunsuzluq vardır. CYP2C19 üçün genetik polimorfizm Rabeprazolun klirensinə, klinik effektivliyə və dərman qarşılıqlı təsir potensialına əhəmiyyətli təsir göstərmir. Böyrək çatışmazlığının hemodializ tələb edən stabil, terminal mərhələsində olan pasiyentlərdə (kreatinin klirensi <5 ml/dəq/1,73m²) Rabeprazol natriumun yerləşməsi sağlam könüllülərdə olduğuna çox oxşar olmuşdur. Rabeprazol natriumun eliminasiyası yaşlı pasiyentlərdə bir qədər azalmış olur. 7 gün müddətində hər gün 20 mq Rabeprazol natriumun qəbulundan sonra cavan könüllülərlə müqayisədə AUC təqribən iki dəfə C isə 60% artmışdır.max Lakin, Rabeprazol natriumun kumulyasiyasına aid heç bir sübut yoxdur.
İstifadəsinə göstərişlər
• Oral Rabelokdan sonra onun ardınca müalicə, məsələn, əsasən oral Rabelok alan pasiyent hər hansı səbəbə görə müvəqqəti olaraq oral Rabelok qəbul etmək imkanı olmadığı zaman, məsələn, cərrahi prosedur zamanı. • 12-barmaq bağırsağın qanaxma və ya ağır xora ilə müşayiət olunan aktiv xorası. • Qanaxma və ya ağır xora ilə müşayiət olunan aktiv mədə xorası. • Pasiyentin peroral PPİ qəbul etmək imkanı olmadıqda, ağır eroziv və ya xoralı qastroezofaqeal reflüks xəstəliyi (QERX) və ya qeyri-eroziv reflüks xəstəliyi (QERX). • Cərrahi əməliyyat zamanı turşu-aspirasiya prosesinin profilaktikası. • İntensiv terapiya şöbəsində selikli qişanın stres nəticəsində törənən zədələnməsi, məsələn, başın zədələnməsi, yanıq və s.
Əks göstərişlər
Rabeprazol natriuma, əvəzedilmiş benzimidazollara və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı məlum yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü, 18 yaşınadək uşaqlar və yenietmələrdə istifadə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Rabeprazol natriumla müalicəyə simptomatik cavab mədədə və ya qida borusunda bədxassəli yenitörəmələrin olmasını istisna etmir, ona görə də Rabeprazolla müalicədən əvvəl bədxassəli yenitörəmə istisna edilməlidir. Tədqiqatda yüngüldən mötədil dərəcəyə qədər qaraciyər pozğunluqları olan, kontrol qrupunda yaşa və cinsə görə normal olan pasiyentlərdə dərman preparatı ilə bağlı ciddi təhlükəsizlik problemlərinin olmasını sübut edən heç bir faktın olmamasına baxmayaraq, həkimlərə tövsiyə olunur ki, ağır qaraciyər disfunksiyası olan pasiyentlərin rabeprazolla müalicəsinə ilk dəfə başlayan zaman ehtiyatlı olsunlar. Clostridium difficile inkişafı ehtimalı. Nəşr edilmiş müşahidə tədqiqatları göstərir ki, rabeprazol natrium kimi PPI ilə müalicə zamanı, xüsusilə xəstəxanaya yerləşdirilən xəstələrdə Clostridium difficile ilə əlaqəli ishal (CDAD) riskinin artması ola bilər. Bu diaqnoz yaxşılaşmayan ishal üçün nəzərə alınmalıdır. Xəstələr vəziyyətə uyğun olaraq ən aşağı dozadan və ən qısa PPİ terapiyasından istifadə etməlidirlər. CDAD, demək olar ki, bütün antibakterial preparatların istifadəsi zamanı da müşahidə edilmişdir. Hipomaqneziemiya yaranma riski. Ən azı 3 ay, əksər hallarda isə 1 il proton pompa inhibitorları ilə müalicə alan pasiyentlərdə ciddi hipomaqneziemiya halları müşahidə olunmuşdur. Hipomaqneziemiya yorğunluq, tetaniya, sayıqlama, qıcolmalar, başgicəllənmə və mədəcik aritmiyası kimi ciddi əlamətləri yarada bilər, lakin gözlənilmədən başlaya və diqqətdən yayına bilər. Əksər pasiyentlərdə maqnezium qəbulu ilə yanaşı proton pompası inhibitorunun qəbulunun dayandırılması hipomaqneziemiyanı aradan qaldırır. Osteoporoz və sınıq ehtimalı. Proton pompası inhibitorları ilə müalicə, xüsusilə yüksək dozalarda və uzunmüddətli (>1 il) istifadəsi zamanı osteoporozla əlaqəli, əsasən, yaşlı və yanaşı risk faktorları mövcüd olan pasiyentlərdə bud, bilək və onurğa sınıqları riskini cüzi dərəcədə artıra bilər. Tədqiqatlar göstərmişdir ki, proton nasosu inhibitorlarının istifadəsi sınıq riskini 10-40% artırır. Bu artım hallarının bəziləri digər risk faktorlarına görə ola bilər. Osteoporoz riski olan pasiyentlərdə müalicə mövcud kliniki tövsiyələrə uyğun aparılmalı və onlar kifayət qədər D vitamini və kalsium qəbul etməlidirlər. Xüsusi xəbərdarlıq Rabelok v/d 5 ml steril inyeksiya üçün su BP ilə durulaşdırıldıqdan sonra əgər otaq temperaturunda saxlanılarsa, 4 saat müddətində, soyuducuda saxlanılarsa, 24 saat ərzində istifadə edilməlidir. Bütün parenteral qarışıqlar kimi, həll edilmiş və ya əlavə olaraq durulaşdırılmış məhlul rənginin dəyişməsinə görə, çöküntünün əmələ gəlməsinə görə, məhlulun bulanmasına və ya flakondan axmasına görə yoxlanılmalıdır. İstifadə olunmayan hissə atılmalıdır. Məhlulun rəngində dəyişiklik olarsa, lütfən onu istifadə etməyin və flakonu atın.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Rabeprazol natrium demək olar ki, metabolitlərin böyrək eliminasiyası ilə, tam, əsasən qeyri- fermentativ metabolizmə məruz qalır. CYP3A4 və CYP2C19 fermentativ yolla metabolizmə səbəb olur. Sağlam subyektlər üzərində aparılan tədqiqatlar göstərdi ki, Rabeprazol natrium, varfarin, fenitoin, teofillin və ya diazepam kimi CYP sistemi vasitəsilə metabolizə olunan digər450 preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsirə girmir. Rabeprazol natrium mədə turşusunun dərin və uzunmüddətli tormozlanmasına səbəb olur. Absorbsiyası pH-dan asılı olan birləşmələrlə qarşılıqlı təsiri baş verə bilər, ona görə də belə qarşılıqlı təsir potensialı tədqiq edilmişdir. Rabeprazol natriumun birlikdə istifadəsi normal subyektlərdə ketokonazolun səviyyəsinin 33% azalmasına və diqoksinin səviyyəsinin 22% artmasına gətirib çıxarır. Ona görə də, belə preparatların Rabeprazolla birlikdə istifadəsi zamanı ayrı-ayrı pasiyentlər dozaya düzəliş edilməsinin zəruriliyini müəyyən etmək üçün yoxlanmalıdırlar. Klinik sınaqlarda antasidlər Rabeprazolla eyni zamanda istifadə olunmuş və bu zaman maye antasidlərlə heç bir qarşılıqlı təsir aşkar edilməmişdir. Qida ilə heç bir qarşılıqlı təsir müşahidə edilməmişdir. İnsanın qaraciyər mikrosomları ilə aparılan in vitro tədqiqatlar göstərdi ki, Rabeprazol natrium CYP450 izofermentləri (CYP2C19 və CYP3A4) vasitəsilə metabolizə olunur. Tədqiqatçılar fərz edirlər ki, qarşılıqlı təsir potensialı aşağıdır; lakin, siklosporinin metabolizminə təsiri proton pompasının digər inhibitorlarının təsirinə oxşardır. Varfarin ilə qarşılıqlı təsiri Varfarinlə eyni vaxtda PPI, o cümlədən, rabeprazol qəbul edən xəstələrdə INR və protrombin vaxtının artması barədə məlumatlar var. INR və protrombin vaxtının artması anormal qanaxmaya və hətta ölümə səbəb ola bilər. Metotreksat ilə qarşılıqlı təsiri. Arzuolunmaz təsirlərə aid məlumatlara, dərc olunmuş farmakokinetik tədqiqatların məlumatlarına və retrospektiv analizlərin nəticələrinə əsasən, ehtimal etmək olar ki, proton pompasının inhibitorlarının (PPİ) və metotreksatın (əsasən yüksək dozalarda, metotreksatın təyini barədə məlumata bax) birgə istifadəsi metotreksatın və/və ya onun metabolitinin konsentrasiyasının artmasına səbəb ola bilər. Buna baxmayaraq, metotreksatın PPİ ilə dərman qarşılıqlı təsiri barədə xüsusi tədqiqatlar aparılmamışdır. Atazanovir ilə qarşılıqlı təsiri Omeprazol ilə (gündə 1 dəfə 40 mq) birlikdə 300 mq atazanavir/100 mq ritonaviri və ya lansoprazol ilə (gündə 1 dəfə 60 mq) birlikdə 400 mq atazanaviri sağlam könüllülərdə istifadə etdikdə plazmada atazanavirin konsentrasiyası xeyli azalması və antiviral təsirin zəifləməsi müşahidə olunur və bu dərmanlara qarşı davamlılığı inkişaf etdirə bilər. Atazanavirin absorbsiyası mədənin pH-dan asılıdır. Beləliklə proton pompasının inhibitorları, o cümlədən, rabeprazol atazanavirlə birlikdə istifadə olunmamalıdır. Klaritromisin və amoksisillin ilə qarşılıqlı təsiri Antibakterial preparatlarla kombinasiya terapiyasının tədqiqi aparılmışdır. Bu dördtərəfli çarpaz tədqiqata rabeprazol 20 mq, amoksisillin 1000 mq, klaritromisin 500 mq və ya bu üç dərmanın kombinasiyasını (RAC – rabeprazol, amoksisillin, klaritromisin) qəbul edən 16 sağlam könüllü daxil edilmişdir. Klaritromisin və amoksisillin üçün AUC və C dəyərləri monoterapiya iləmax kombinasiya müalicəsini müqayisə edərkən oxşarlıq aşkarlanmışdır. Rabeprazol üçün AUC və C müvafiq olaraq 11% və 34%, 14-hidroksi-klaritromisin (klaritromisinin aktiv metaboliti)max üçün AUC və C monoterapiya ilə müqayisədə kombinasiya müalicəsi üçün müvafiq olaraqmax 42% və 46% artmışdır. Rabeprazol və klaritromisinin məruz qalma nisbətlərindəki bu artım klinik cəhətdən əhəmiyyətli hesab edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi Uşaqlarda istifadəsi tövsiyə olunmur, belə ki, bu yaş qrupunda onun istifadə təcrübəsi məhduddur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idaretmə qabiliyyətinə təsiri Rabeprozolun farmakodinamikasını və preparata xas əlavə təsirlərini nəzərə alsaq, Rabelokun avtomobil və potensial təhlükəli mexanizmləri idaretmə qabiliyyətinə neqativ təsirinin olmamasını qeyd etmək olar. Əgər yuxululuq halı müşahidə olunarsa, avtomobil idaretməni və mexanizimlərlə işi dayandırmaq tövsiyə olunur.
İstifadə qaydası və dozası
Uzunmüddətli oral müalicənin alternativi kimi, böyüklər üçün tövsiyə olunan doza 7-10 gün müddətində gündə 1 dəfə 15 dəqiqə ərzində venadaxili bolyus yeridilmə yolu ilə və ya venadaxili infuziya yolu ilə yeridilən 20 mq Rabeprazol təşkil edir. V/D Rabelok inyeksiya dekstroza ilə və fizioloji məhlulla uyuşur. Venadaxili yeridilmədən başqa digər parenteral yeritmə yollarından istifadə tövsiyə edilmir. Böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı olan pasiyentlərdə və ya yaşlı pasiyentlərdə dozaya hər hansı düzəliş tələb olunmur. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə 40 mq/gün-dən yüksək dozalar tədqiq edilməmişdir. Hemodializdə olan pasiyentlərdə dozaya düzəliş edilməsi tələb olunmur. Əzələ daxili inyeksiya tövsiyə olunmur!
Əlavə təsirləri
Preparatın nəzarətli klinik müayinələrin gedişatındaən tez-tez müşahidə olunmuş əlavə təsirləri səpgilər, diareya, meteorizm, baş ağrısı, qarında ağrılar, ağızda quruluq, asteniya olmuşdur. Klinik müayinələr zamanı barəsində məlumat olan əlavə reaksiyaların əksəriyyəti zəif və ya mülayim dərəcəli olmuş və keçici xarakter daşımışdır. Klinik müayinələrdə və postmarketinq dövründə aşağıdaki əlavə reaksiyalar qeydə alınmışdır və bu reaksiyalar aşağıda göstərilən kimi təsnif edilir: Tez-tez (>1/100 – <1/10) Bəzən (>1/1000 – <1/100) Nadir hallarda (>1/10000 – <1/1000) Çox nadir hallarda (<1/10000) tezliyi məlum deyil (əldə edilmiş məlumatlara əsaslanaraq tezliyini qiymətləndirmək mümkün olmur). İnfeksiyalar və invaziyalar: tez-tez – infeksiyalar. Qan və limfa sistemi: nadir hallarda – neytropeniya, leykopeniya, trombositopeniya, leykositoz. İmmun sistemi: nadir hallarda – hiperhəssaslıq. Mədə-bağırsaq traktı: tez-tez – diareya, qusma, ürəkbulanma; qarında ağrılar, qəbizlik, meteorizm; bəzən – dispepsiya, ağızda quruluq, gəyirmə; nadir hallarda – qastrit, stomatit, dad hissinin pozulması. Hepatobiliar sistem: nadir hallarda – hepatit, sarılıq, qaraciyər ensefalopatiyası. Metabolizm və qidalanma: nadir hallarda – anoreksiya; tezliyi məlum deyil – hiponatriemiya. Sinir sistemi: tez-tez – baş ağrısı, başgicəllənmə; bəzən – yuxuya meyllilik. Psixi pozğunluqlar: tez-tez – yuxusuzluq; bəzən – əsəbilik; nadir hallarda – depressiya; tezliyi məlum deyil –şüurun qarışması. Hiss orqanları: nadir hallarda – görmə qabiliyyətinin pozulması. Tənəffüs sistemi: tez-tez – öskürək, faringit, rinit; bəzən – bronxit, sinusit. Ürək-damar sistemi: tezliyi məlum deyil – periferik ödemlər. Sümük-əzələ sistemi və birləşdirici toxumalar: tez-tez – qeyri-spesifik ağrı, bel nahiyəsində ağrı; bəzən – mialgiya, baldır əzələlərinin qıcolması, artralgiya. Dəri və dərialtı toxumalar: bəzən – səpgilər, eritema; nadir hallarda – qaşınma, güclü tərləmə, bullyoz reaksiyalar; çox nadir hallarda – multiformalı eritema, toksik epidermal nekroliz (TEN), Stivens-Conson sindromu. Böyrək və sidikqovucu yollar: bəzən – sidikçıxarıcı yolların infeksiyaları; nadir hallarda – interstisial nefrit. Reproduktiv sistem və süd vəzilərinin tərəfindən pozulmalar: tezliyi məlum deyil – ginekomastiya. Ümumi pozulmalar: tez-tez – asteniya, qripəbənzər hallar; bəzən – döş qəfəsində ağrı, titrətmə, qızdırma. Qeydiyyatdan sonrakı məlumatlar Qaraciyər fermentlərinin artımı haqqında və nadir hallarda hepatit və sarılıq haqqında məlumat olmuşdur. Sirrozu olan pasiyentlərdə qaraciyər ensefalopatiyası haqqında nadir məlumatlar alınmışdır. Həmçinin, hypomaqnezemiya, trombositopeniya, neytropeniya, leykopeniya, bullyoz və ya suluqlu dəri səpgiləri, kəskin sistem allergik reaksiyaları, mialgiya və artralgiya haqqında nadir məlumatlar olmuşdur. Çox nadir hallarda toxumadaxili nefrit, ginekomastiya, multiformalı eritema, toksiki epidermal nekroliz (TEN) və Stivens-Conson sindromu haqqında məlumatlar olmuşdur. Laborator göstəricilərdə rabeprazol natriumla müalicəyə aid heç bir məlum olan digər patologiyalar olmamışdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması ilə bağlı heç bir klinik simptom aşkar olunmayıb. Heç bir xüsusi antidot məlum deyildir. Rabeprazol natrium zülallarla sıx birləşir və ona görə də dializ vasitəsilə orqanizmdən xaric olması az ehtimal olunur. Müalicə dəstəkləyici və simptomatik olmalıdır.
Buraxılış forması
Venadaxili inyeksiya məhlulu hazırlamaq üçün liofilizəedilmiş toz flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yüksək olmayan temperaturda, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Stabilliyi Rabelok V/D 5 ml steril inyeksiya üçün su BP ilə durulaşdırıldıqdan sonra əgər otaq temperaturunda saxlanılarsa 4 saat müddətində, soyuducuda saxlanılarsa 24 saat ərzində istifadə edilməlidir. Bütün parenteral qarışıqlar kimi, həll edilmiş və ya əlavə olaraq durulaşdırılmış məhlul rənginin dəyişməsinə görə, çöküntünün əmələ gəlməsinə görə, məhlulun bulanmasına və ya flakondan axmasına görə yoxlanılmalıdır. İstifadə olunmayan hissə atılmalıdır. Məhlulun rəngində dəyişiklik olarsa, lütfən onu istifadə etməyin və flakonu atın.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ünvan Plot No. 1389, Trasad Road Dholka – 382 225, Əhmədabad. Gujarat State, Hindistan.
Qeydiyyat vəsiqəsinin sahibi
Cadila Pharmaceuticals Limited. Ünvan Plot No. 1389, Trasad Road Dholka – 382 225, Əhmədabad. Gujarat State, Hindistan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.