Qlukofaj 500 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Şəkərli diabetin müalicəsi üçün vasitələr. Peroral qəbul üçün şəkəri aşağı salan preparatlar. Biquanidlər. Metformin |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,50 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLÜKOFAJ 500 mq, 850 mq, 1000 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Metformin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq, 850 mq və ya 1000 mq metformin hidroxlorid vardır. Köməkçi maddələr: povidon, maqnezium stearat. Örtük: Qlükofaj 500 mq və 850 mq: hidroksipropilmetilsellüloza. Qlükofaj 1000 mq: təmiz opadri YS-1-7472 (makroqol 400, makroqol 8000, hidroksipropilmetilsellüloza).
Təsviri
Qlükofaj 500 mq və 850 mq: dairəvi, hər iki tərəfi qabarıq, ağ rəngli örtüklü tabletlərdir. Qlükofaj 1000 mq: oval, hər iki tərəfi qabarıq, hər iki tərəfində bölmə xətti və bir tərəfində “1000” yazısı olan ağ rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Şəkərli diabetin müalicəsi üçün vasitələr. Peroral qəbul üçün şəkəri aşağı salan preparatlar. Biquanidlər. Metformin. ATC kodu: A10ВА02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Metformin antihiperqlikemik effektə malik biquanid olaraq, qan plazmasında qlükozanın həm bazal, həm də postprandial səviyyələrinə təsir göstərir. O, insulin sekresiyasını stimullaşdırmır və bu səbəbdən də hipoqlikemiya törətmir. Metformin 3 təsir mexanizminə malikdir: − qlükoneogenezin və qlikogenolizin inhibə olunması hesabına qaraciyərdə qlükozanın hasilatını aşağı salır; − insulinə qarşı həssaslığın artması hesabına əzələlərdə periferik qlükozanın tutulmasını və utilizasiyasını yaxşılaşdırır; − bağırsaqda qlükozanın sorulmasını ləngidir. Metformin, qlikogensintaza fermentinə təsir göstərərək, qlikogenin hüceyrədaxili sintezini stimullaşdırır. O, həmçinin, qlükozanın bütün növ membran nəqledicilərinin (GLUT) nəqledici həcmini artırır. Farmakodinamik effektləri Klinik tədqiqatlarda metforminin qəbul edilməsi, bədən kütləsinə təsir etməmişdir və ya bədən kütləsini bir qədər aşağı salmışdır. Qlikemiyaya göstərdiyi təsirdən asılı olmayaraq, metformin lipid metabolizminə müsbət effekt göstərir. Terapevtik dozaların istifadəsi ilə aparılan nəzarət olunan klinik tədqiqatların gedişində müəyyən edilmişdir ki, metformin ümumi xolesterinin, aşağı sıxlıqlı lipoproteinlərin və triqliseridlərin miqdarını aşağı salır. Klinik effektivlik Randomizə olunmuş prospektiv tədqiqatda (UKPDS) 2-ci tip şəkərli diabetdən əziyyət çəkən yetkin yaşlı pasiyentlərdə, qanda qlükoza səviyyəsinin intensiv nəzarətinə dair uzunmüddətli effektivlik müəyyən edilmişdir. Metformin qəbul edən artıq kütləyə malik pasiyentlərdə, pəhrizin qeyri-effektiv olduğunun təsdiqindən sonra, əldə olunan analizlərin nəticələri aşağıdakıları göstərmişdir: − yalnız pəhrizlə (43,3 hadisə/1000 pasiyent-il) p=0,0023 müqayisədə və həmçinin, sulfanilkarbamid və insulin ilə monoterapiya qəbul edən kombinəedilmiş qruplarla (40,1 hadisə/1000 pasiyent-il) p=0,0034 müqayisədə, metformin qrupunda şəkərli diabetin ağırlaşmalarının (29,8 hadisə/1000 pasiyent-il) inkişaf etməsinin mütləq riskinin statistik əhəmiyyətli dərəcədə aşağı düşməsini; − şəkərli diabet ilə əlaqəli baş verən ölümlərin mütləq riskinin statistik əhəmiyyətli dərəcədə aşağı düşməsini: metformin qəbulu fonunda 7,5 hadisə/1000 pasiyent-il, yalnız pəhriz 12,7 hadisə/1000 pasiyent-il, p=0,017; − ümumi ölüm göstəricisinin statistik əhəmiyyətli dərəcədə aşağı düşməsini: yalnız pəhrizlə 20,6 hadisə/1000 pasiyent-il (p=0,011) ilə müqayisədə və sulfanilkarbamid və insulin ilə monoterapiya qəbul edən kombinəedilmiş qruplarla 18,9 hadisə/1000 pasiyent-il (p=0,021) ilə müqayisədə, metformin qəbulu fonunda 13,5 hadisə/1000 pasiyent-il; − miokard infarktının inkişaf etməsinin mütləq riskinin statistik əhəmiyyətli dərəcədə aşağı düşməsini: metformin qəbulu fonunda 11 hadisə/1000 pasiyent-il, yalnız pəhriz fonunda 18 hadisə/1000 pasiyent-il (p=0,01). Metformini ikinci xətt müalicə vasitəsi kimi sulfonilkarbamid preparatları ilə kombinasiyada istifadə etdikdə, klinik nəticələr baxımından heç bir üstünlük aşkar edilməmişdir. 1-ci tip şəkərli diabetdən əziyyət çəkən bəzi pasiyentlərdə metformin və insulin kombinasiyası istifadə edilmişdir, lakin, bu kombinasiyanın klinik üstünlükləri rəsmi təsdiq olunmamışdır. Uşaqlar 10-dan 16-ya qədər yaş qrupu məhdud pediatrik populyasiyada 1 il müddətində aparılan nəzarət olunan klinik tədqiqatlardan alınan məlumatlar göstərir ki, uşaqlarda qlikemiyanın nəzarətinə alınan cavab, yetkin yaşlı pasiyentlərdən alınan cavabla eynidir. Farmakokinetikası Absorbsiyası Metformin tabletlərinin peroral qəbulundan sonra, qan plazmasında maksimal konsentrasiya (C )max təxminən 2,5 saatdan (T ) sonra əldə edilir.max Sağlam könüllülərdə 500 mq və ya 850 mq metformin tabletlərinin mütləq biomənimsənilməsi 50- 60% təşkil edir. Peroral qəbul edildikdən sonra, metforminin 20-30%-i orqanizmdən mədə-bağırsaq traktı (MBT) vasitəsi ilə dəyişilməmiş halda xaric olunur. Metformini adi dozalarda və qəbul rejimlərində istifadə etdikdə, qan plazmasında daimi konsentrasiya 24-48 saat müddətində əldə edilir və ümumilikdə 1 mkq/ml-dən az olur. Daxilə qəbul edildikdən sonra metforminin absorbsiyası doyan və tamamlanmamış olur. Hesab edilir ki, metformin qeyri-xətti farmakokinetika ilə xarakterizə olunur. 850 mq dozada peroral qəbul edildikdən sonra, qan plazmasında maksimal konsentrasiyanın 40% aşağı düşməsi, AUC göstəricisinin (konsentrasiyanın zamandan asılılıq əyrisi altındakı sahə) 25% aşağı düşməsi və qan plazmasında maksimal konsentrasiyaya çatma müddətinin 35 dəqiqə uzanması müşahidə olunur. Bu məlumatların klinik əhəmiyyəti məlum deyil. Paylanması Metforminin qan plazmasının zülalları ilə birləşmə dərəcəsi əhəmiyyət kəsb etmir. Metformin eritrositlərdə paylanır. Preparatın qanda maksimal səviyyəsi, qan plazmasına nisbətən daha aşağıdır və təxminən eyni müddətdə əldə edilir. Ehtimal olunur ki, eritrositlər metforminin paylanmasının əlavə kompartmentidir. Orta paylanma həcmi (Vd) 63-276 l təşkil edir. Metabolizmi Metformin orqanizmdən sidiklə dəyişilməmiş halda xaric olur. İnsan orqanizmində metforminin heç bir metaboliti identifikasiya edilməyib. Eliminasiyası Metforminin böyrək klirensi 400 ml/dəqiqədən artıqdır ki, bu da metforminin yumacıq filtrasiyası və borucuq sekresiyası vasitəsi ilə xaricolmasını göstərir. Daxilə qəbul edildikdən sonra yarımxaricolma dövrü təxminən 6,5 saat təşkil edir. Böyrək funksiyaları pozulduqda, böyrək klirensi kreatinin klirensinə proporsional aşağı düşür və beləliklə, yarımxaricolma dövrü uzanır ki, bu da metforminin qan plazmasında səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Xüsusi pasiyent qruplarının xarakteristikası Böyrək çatışmazlığı Orta dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər barədə mövcud məlumatlar azdır; böyrək funksiyaları normal olan pasiyentlərlə müqayisədə, bu qrup pasiyentlərdə metforminin sistem təsirinin etibarlı qiymətləndirilməsini aparmaq mümkün deyil. Bu səbəbdən, dozanın korreksiyasını klinik effektivliyi/tolerantlığı nəzərə alaraq, həyata keçirmək olar. Uşaqlar Birdəfəlik qəbul ilə aparılan tədqiqat: 500 mq dozada metformin hidroxloridin birdəfəlik qəbulundan sonra, uşaqlarda preparatın farmakokinetik profili, sağlam böyüklərlə eyni olmuşdur. Çoxsaylı qəbul ilə aparılan tədqiqat: bir tədqiqatın nəticələri barədə məlumatlar məhduddur. 14 gün müddətində gündə 2 dəfə 500 mq dozada dəfələrlə metformin qəbul edən şəkərli diabetdən əziyyət çəkən böyüklərlə müqayisədə, 7 gün müddətində gündə 2 dəfə 500 mq dozada metformin hidroxloridin çoxsaylı qəbulu fonunda uşaqlarda, qan plazmasında maksimal konsentrasiaya (C )max və sistem ekspozisiya (AUC ), müvafiq olaraq, 33% və 40% aşağı olmuşdur. Qlikemiyaya0-t nəzarətdən asılı olaraq, preparatın dozasının fərdi qaydada titrlənməsini nəzərə alaraq, bu məlumatlar məhdud klinik əhəmiyyətə malikdirlər.
İstifadəsinə göstərişlər
Qlükofaj 2-ci tip şəkərli diabetin müalicəsi üçün istifadə edilir, xüsusilə artıq bədən kütləsinə malik olan pasiyentlərdə, yalnız pəhrizlə müalicə və fiziki məşqlərlə qlikemiyaya kifayət qədər nəzarəti təmin etmək mümkün olmadığı halda. − böyüklərdə Qlükofaj monoterapiya şəklində, digər peroral diabetəleyhinə vasitələrlə və ya insulinlə kombinasiyada istifadə oluna bilər; − 10 yaşdan yuxarı uşaqlar üçün Qlükofaj monoterapiya şəklində və ya insulinlə kombinasiyada istifadə oluna bilər. Artıq çəkidən əziyyət çəkən 2-ci tip şəkərli diabetli böyük pasiyentlərdə, diyetaterapiyanın effektsizliyi zamanı birinci xətt preparatı kimi metformin tabletlərinin qəbulu fonunda şəkərli diabetin ağırlaşmasının inkişafı tezliyinin azalması aşkar edilmişdir (“Farmakodinamikası” bölməsinə bax).
Əks göstərişlər
− Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; − istənilən tipli metabolik asidoz (məsələn, laktatasidoz, diabetik ketoasidoz); − diabetik prekoma; − ağır böyrək çatışmazlığı (YFS ˂ 30 ml/dəqiqə); − böyrəklərin funksiyasının pozulmasına səbəb olan kəskin hallar: dehidratasiya, ağır infeksiya, şok; − toxumaların hipoksiyasının inkişafına səbəb olan xəstəliklər (xüsusilə kəskin xəstəliklər və ya xroniki xəstəliklərin ağırlaşması): dekompensasiyalı ürək çatışmazlığı, tənəffüs çatışmazlığı, yaxınlarda keçirilmiş miokard infarktı, şok; − qaraciyər çatışmazlığı, kəskin alkoqollu intoksikasiya, alkoqolizm.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Laktatasidoz Laktatasidoz – böyrək funksiyaları kəskin pisləşdikdə, kardiorespirator xəstəlik və ya sepsis zamanı tez-tez meydana çıxan, çox nadir, lakin ciddi metabolik ağırlaşmadır. Böyrək funksiyalarının kəskin pisləşməsi baş verdikdə, metforminin toplanması meydana çıxır və laktatasidozun inkişaf etmə riskini yüksəldir. Susuzlaşma (ağır dərəcəli diareya və ya qusma, qızdırma və ya mayenin qəbul edilməsinin azalması) olduqda, metforminin istifadəsini müvəqqəti dayandırmaq lazımdır, həkimə müraciət etmək tövsiyə olunur. Metformin qəbul edən pasiyentlərə, böyrək funksiyalarının kəskin pozulmasına səbəb ola bilən dərman preparatlarının (məsələn, hipotenziv preparatlar, diuretiklər və QSİƏP) istifadəsini ehtiyatla başlamaq lazımdır. Laktatasidozun baş vermə riskinin digər faktorları: həddindən artıq alkoqolun istifadəsi, qaraciyər çatışmazlığı, kifayət qədər nəzarət olunmayan şəkərli diabet, ketoz, uzunmüddətli ac qalma və hipoksiya ilə əlaqəli istənilən vəziyyətlər və həmçinin, laktatasidoza səbəb ola bilən dərman preparatlarının birlikdə istifadəsi (“Əks göstərişlər” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə bax). Pasiyentləri və (və ya) onlara qulluq edən şəxsləri, laktatasidozun inkişaf etmə riski barədə məlumatlandırmaq lazımdır. Laktatasidoz asidotik təngnəfəslik, qarın nahiyəsində ağrı, əzələlərin qıcolması, asteniya və hipotermiya və daha sonra komanın inkişaf etməsi ilə səciyyələndirilir. Şübhəli simptomlar inkişaf etdiyi halda pasiyent metforminin istifadəsini dayandırmalı və dərhal həkimə müraciət etməlidir. Laborator müayinə zamanı qanın pH göstəricisinin aşağı düşməsi (< 7,35), qan plazmasında laktatın səviyyəsinin yüksəlməsi (> 5 mmol/l), anion fərqin və laktat/piruvat nisbətinin artması aşkar olunur. Böyrək funksiyaları Müalicəyə başlamazdan əvvəl və sonraları müntəzəm olaraq, YFS-i (yumacıq filtrasiyasının sürəti) qiymətləndirmək lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax). YFS < 30 ml/dəqiqədə olan pasiyentlər üçün metforminin istifadəsi əks göstərişdir, böyrək funksiyalarına təsir göstərən vəziyyətlər olduqda, preparatın istifadəsini müvəqqəti dayandırmaq lazımdır (“Əks göstərişlər” bölməsinə bax). Ürək funksiyaları Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər hipoksiyanın və böyrək çatışmazlığının inkişaf etmə riskinə daha çox meyllidirlər. Stabil ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə metformini yalnız ürək və böyrək funksiyalarının müntəzəm nəzarəti altında istifadə etmək olar. Kəskin və qeyri-stabil ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün Qlükofaj preparatının istifadəsi əks göstərişdir. Tərkibində yod olan kontrast preparatların yeridilməsi Tərkibində yod olan kontrast preparatların vena daxilinə yeridilməsi, kontrast preparatın istifadəsi nəticəsində inkişaf edən nefropatiyaya gətirib çıxara bilər ki, bu da metforminin toplanmasına və laktatasidozun inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. Vizuallaşdırma prosedurasından əvvəl və ya proseduranın gedişində metforminin istifadəsini dayandırmaq lazımdır və prosedur sona çatdıqdan minimum 48 saat sonra, yalnız böyrək funksiyaları təkrar qiymətləndirildikdən və stabil kimi təsdiq olunduqdan sonra, preparatın istifadəsinə yenidən başlamaq olar (“İstifadə qaydası və dozası” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Cərrahi müdaxilələr Ümumi, spinal və ya epidural anesteziyanın istifadəsi ilə aparılan cərrahi əməliyyat müddətində metforminin qəbulunu dayandırmaq lazımdır. Qlükofaj preparatı ilə müalicəni, cərrahi müdaxilələrdən ən azı 48 saat sonra və ya qida qəbulunu bərpa etdikdən sonra, yalnız böyrək funksiyaları təkrar qiymətləndirildikdən və stabil kimi təsdiq olunduqdan sonra, yenidən başlamaq olar. Uşaqlar Metformin ilə müalicəyə başlamazdan əvvəl 2-ci tip şəkərli diabet diaqnozunu təsdiq etmək lazımdır. 1 il müddətində aparılan klinik tədqiqatlarda metforminin uşaqların böyüməsinə və cinsi inkişafına təsir göstərməsi aşkar edilməmişdir, lakin preparatın daha uzunmüddət ərzində istifadəsi barədə heç bir məlumat yoxdur. Bu səbəbdən, uşaqlarda və xüsusilə də prepubertant dövrdə, metforminin bu göstəricilərə təsirini müşahidə etmək tövsiyə edilir. 10 yaşdan 12 yaşa qədər uşaqlar Nəzarət olunan klinik tədqiqatlara 10-12 yaşlı yalnız 15 uşaq daxil edilmişdir. 12 yaşa qədər uşaqlarda metforminin effektivliyi və təhlükəsizliyi böyük uşaqlardan və yeniyetmələrdən fərqlənmədiyinə baxmayaraq, 10 yaşdan 12 yaşa qədər uşaqlara metformini təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Digər ehtiyat tədbirləri Pasiyentlərə gün ərzində karbohidratların düzgün bölüşdürülməsi ilə pəhriz saxlamaq tələb olunur. Artıq bədən kütləsinə malik olan pasiyentlərə aşağı kalorili pəhriz saxlamaq lazımdır. Xəstəliyin gedişinə nəzarət etmək üçün müntəzəm laborator analizlər aparmaq lazımdır. Metformin qan zərdabında B12 vitamini səviyyəsini azalda bilər. B12 vitamininin aşağı səviyyədə olma riski metforminin dozasının artması ilə, müalicənin davam etmə müddəti ilə və/və ya B12 vitamini çatışmazlığının səbəb olduğu məlum risk faktorları olan xəstələrdə artır. B12 vitamini çatışmazlığına dair şübhə yarandıqda (məsələn, anemiya və neyropatiya zamanı), qan zərdabında B12 vitamininin səviyyəsi ölçülməlidir. B12 vitamini çatışmazlığı risk faktorları olan xəstələrdə B12 vitamini səviyyəsinin periodik olaraq yoxlanılması tələb oluna bilər. Dərman vasitəsinə yaxşı dözümlülük müşahidə olunduqca və heç bir əks göstəriş olmadıqca metforminlə müalicə davam etdirilməlidir, B12 vitamini çatışmazlığı ilə bağlı müvafiq bərpayönümlü müalicə mövcud klinik tövsiyələrlə birlikdə icra olunur. Qlükofaj preparatının istifadəsi hipoqlikemiyaya səbəb ola bilməz, lakin preparatı insulinlə və ya diabetəleyhinə digər peroral preparatlarla (sulfanilkarbamid preparatları və meqlitinidlər) kombinasiyada istifadə etdikdə, ehtiyatlı olmaq tövsiyə olunur. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Birlikdə istifadəsi tövsiyə olunmur Alkoqol və tərkibində alkoqol olan preparatlar Alkoqol intoksikasiyası laktatasidozun inkişaf etmə riskinin yüksəlməsi ilə, xüsusilə ac qaldıqda, qidalanmada çatışmazlıq olduqda və ya qaraciyər çatışmazlığında. Tərkibində yod olan kontrast preparatlar Vizuallaşdırma prosedurasından əvvəl və ya proseduranın gedişində metforminin istifadəsini dayandırmaq lazımdır və prosedura sona çatdıqdan minimum 48 saat sonra, yalnız böyrək funksiyaları təkrar qiymətləndirildikdən və stabil kimi təsdiq olunduqdan sonra, preparatın istifadəsinə yenidən başlamaq olar (“İstifadə qaydası və dozası” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). İstifadə edildikdə, ehtiyat tələb edən kombinasiyalar Bəzi dərman preparatları, məsələn, siklooksigenaza (SOG) II fermentinin selektiv inhibitorları daxil olmaqla, QSİƏP, AÇF inhibitorları, angiotenzin II reseptorlarının antaqonistləri və diuretiklər, xüsusilə ilgək diuretikləri, böyrək funksiyalarına mənfi təsir göstərə bilərlər ki, bu da laktatasidozun inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola biər. Bu preparatların istifadəsinin əvvəlində və ya onları metformin ilə birlikdə istifadə etdikdə, böyrək funksiyalarına diqqətlə nəzarət etmək lazımdır. Hiperqlikemik təsirə malik dərman preparatları (qlükokortikoidlər (sistem və yerli təsirli) və simpatomimetiklər) Qanda qlükozanın daha tez-tez təyin olunması tələb oluna bilər, xüsusilə müalicənin əvvəlində. Zərurət yarandıqda, göstərilən dərman preparatları ilə aparılan müalicə müddətində və onların istifadəsini dayandırdıqdan sonra, metforminin dozalanmasını korreksiya etmək lazımdır. Üzvi kationların nəqlediciləri (ÜKN) Metformin həm ÜKN1-in, həm də ÜKN2-nin substratıdır. Metformini ÜKN1-in inhibitorları (verapamil) kimi preparatlarla eyni zamanda istifadə etdikdə, metforminin effektivliyinin aşağı düşməsinə gətirib çıxara bilər. ÜKN1-in induktorları (rifampisin), MBT-dən metforminin sorulmasını və onun effektivliyini yüksəldə bilər. ÜKN2-in inhibitorları (simetidin, doluteqravir, ranolazin, trimetoprim, vandetanib, izavukonazol), metforminin böyrəklərdən eliminasiyasını aşağı sala bilərlər və beləliklə, onun qan plazmasında konsentrasiyasını yüksəldə bilərlər. ÜKN1-in və ÜKN2-nin inhibitorları (məsələn, krizotinib, olaparib) metforminin effektivliyini və böyrəklər vasitəsi ilə xaricolmasını dəyişə bilərlər. Bu səbəbdən, xüsusilə böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə, göstərilən preparatları metforminlə birlikdə təyin etdikdə, ehtiyatlı olmaq tövsiyə edilir, çünki qan plazmasında metforminin konsentrasiyası yüksələ bilər. Zərurət yarandıqda, metforminin dozasının korreksiyasını nəzərdən keçirmək olar, çünki, ÜKN-nin inhibitorları/induktorları metforminin effektivliyini dəyişə bilərlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Perikonsepsiya dövründə və hamiləlik zamanı nəzarət olunmayan hiperqlikemiya anadangəlmə anomaliyalar, hamiləliyin pozulması, hamiləlikdən qaynaqlanan hipertoniya, preeklampsiya və perinatal ölüm riskinin artması ilə əlaqəlidir. Ana və körpəsi üçün hiperqlikemiya ilə əlaqəli arzuolunmaz halların riskini azaltmaq məqsədilə bütün hamiləlik boyunca qanda qlükoza səviyyəsini mümkün qədər normaya yaxın saxlamaq vacibdir. Metformin, anada rast gəlinən konsentrasiyalara çata bilən konsentrasiyalarda ciftə keçir. Kohort tədqiqatdan hamilə qadınlar haqqında əldə edilən böyük həcmdə məlumatlarda (1000-dən çox halda) və dərc olunmuş məlumatlarda (meta-analizlər, klinik tədqiqatlar və qeydiyyatlar) perikonsepsiya dövründə və/və ya hamiləlik zamanı metforminin təsirindən sonra anadangəlmə anomaliyaların və ya feto/neonatal toksiklik riskinin artması göstərilmir. Ana bətnində dərman vasitəsinin təsirinə məruz qalmış uşaqlarda metforminin uzunmüddətli nəticələrə səbəb olması haqqında məhdud və qeyri-müəyyən məlumatlar mövcuddur. Hamiləlik zamanı dərman vasitəsinin təsirinə məruz qalmış 4 yaşına qədər uşaqlarda metforminin motorikanın inkişafına və sosial inkişafa təsir etdiyi qeyd edilmir, belə ki, uzunmüddətli nəticələr haqqında məlumatlar məhduddur. Klinik ehtiyac olduqda, hamiləlik zamanı və perikonsepsiya dövründə insulinə əlavə və alternativ qismində metforminin istifadəsi nəzərdən keçirilə bilər. Laktasiya dövrü Metformin ana südü ilə xaric olunur. Ana südü ilə qidalanan yenidoğulmuşlarda/körpələrdə metforminin qəbul edilməsi fonunda yan təsirlər müşahidə edilməmişdir. Məlumatlar məhdud sayda olduğundan ana südü ilə qidalanma dövründə dərman vasitəsinin qəbulu tövsiyə olunmur. Ana südü ilə qidalandırmanın dayandırılmasına dair qərar ana südü ilə qidalanmanın faydaları və uşaqda potensial yan təsirlər riski nəzərə alınmaqla verilməlidir. Fertillik Metformin 600 mq/kq/sutka dozasında istifadədə erkək və dişi siçovullarda fertilliyə təsir göstərməmişdir ki, bu doza bədən səthinin sahəsinə əsasən hesablanaraq, insanlarda istifadə üçün tövsiyə olunan maksimal sutkalıq dozadan, demək olar ki, 3 dəfə çoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Qlükofaj preparatı ilə aparılan monoterapiya hipoqlikemiya yaratmır və bu səbəbə görə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Lakin, pasiyentlər nəzərə almalıdırlar ki, Qlükofaj preparatını digər diabetəleyhinə dərman preparatları ilə (sulfanilsidik cövhəri törəmələri, insulin və ya meqlitinidlər) kombinasiyada istifadə etdikdə, hipoqlikemiya baş verə bilər.
İstifadə qaydası və dozası
Dozalanması Normal böyrək funksiyalı (YFS ≥ 90 ml/dəqiqə) böyüklər Böyüklər Monoterapiya və digər peroral diabetəleyhinə vasitələrlə kombinəolunmuş terapiya Qlükofaj preparatının adi ilkin dozası sutkada 2-3 dəfə qida qəbulu zamanı və ya qida qəbulundan sonra 500 mq və ya 850 mq təşkil edir. Müalicəyə başladıqdan 10-15 gün sonra, qanda qlükozanın göstəricilərinin nəticələrinə əsasən preparatın dozasını korreksiya etmək lazımdır. Dozanın tədricən artırılması, preparatın mədə-MBT tərəfindən keçirilməsinin yaxşılaşmasına səbəb ola bilər. Məsləhət görülən üç qəbula bölünmüş maksimal doza sutkada 3 q təşkil edir. Digər diabetəleyhinə vasitədən keçid planlaşdırıldığı halda, bir preparatın istifadəsini dayandırmaq və Qlükofaj preparatının, yuxarıda göstərilən dozada, qəbuluna başlamaq lazımdır. İnsulinlə kombinasiya Qanda qlükozanın daha effektiv nəzarətini əldə etmək məqsədi ilə, Qlükofaj preparatını və insulini kombinəedilmiş şəkildə istifadə etmək olar. Qlükofaj preparatının adi başlanğıc dozası sutkada 2- 3 dəfə 500 mq və ya 850 mq təşkil etdiyi halda, insulinin dozasıını qanda qlükozanın göstəricilərinin nəticələri əsasında seçmək lazımdır. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə böyrək funksiyalarının zəifləməsi mümkünlüyünü nəzərə alaraq, Qlükofaj preparatının dozasını böyrək funksiyalarının parametrlərinin qiymətləndirilməsi əsasında seçmək lazımdır. Müntəzəm olaraq, böyrək funksiyalarını qiymətləndirmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Uşaqlar və yeniyetmələr 10 yaşdan yuxarı uşaqlar üçün Qlükofaj preparatını həm monoterapiya şəklində, həm də insulinlə birlikdə istifadə etmək olar. Adi başlanğıc doza sutkada 1 dəfə qida qəbulu zamanı və ya qida qəbulundan sonra 500 mq və ya 850 mq təşkil edir. Aparılan terapiyadan 10-15 gün sonra qanda qlükozanın göstəricilərinin nəticələrinə əsaslanaraq, preparatın dozasını korreksiya etmək lazımdır. Dozanın tədricən artırılması, preparatın mədə-bağırsaq sistemi tərəfindən keçirilməsinin yaxşılaşmasına səbəb ola bilər. Qlükofaj preparatının məsləhət görülən maksimal dozası sutkada 2-3 qəbula bölünmüş, 2000 mq təşkil edir. Böyrək çatışmazlığı Tərkibində metformin olan preparatlarla müalicədən əvvəl YFS-i qiymətləndirmək lazımdır, sonralar ildə minimum 1 dəfə. Böyrək funksiyasının pozulmasının sonrakı inkişafı riski olan pasiyentlər və yaşlı şəxslərdə böyrəklərin funksiyasına tez-tez, məsələn, hər 3-6 aydan bir nəzarət etmək lazımdır. Maksimal sutkalıq doza YFS Əlavə məlumat (gündəlik 2-3 dozaya bölünür) 60-89 3000 mq Böyrəklərin funksiyasının zəifləməsilə əlaqədar dozanın azaldılmasına baxılmalıdır. 45-49 2000 mq Metforminin istifadəsindən əvvəl laktatasidozun inkişafı riskini artıra bilən faktorları müəyyən30-44 1000 mq etmək lazımdır. ˂ 30 – Metformin əks göstərişdir.
Əlavə təsirləri
Müalicənin əvvəlində ən tez-tez meydana çıxan və əksər hallarda spontan keçib gedən, əlavə təsirlərə ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı və iştahanın itməsi aiddir. Göstərilən simptomların inkişaf etməsinin profilaktikası üçün Qlükofaj preparatını 2 və ya 3 dəfəyə qəbul etmək və dozanı tədricən yüksəltmək məsləhət görülür. Metforminlə müalicənin gedişində aşağıda göstərilən əlavə təsirlər müşahidə oluna bilər. Bu təsirlərin tezliyi aşağıdakı kimi təsnif olunur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1 000, <1/100), nadir hallarda (≥1/10 000, <1/1 000), çox nadir hallarda (<1/10 000). Əlavə effektlər hər bir tezlik qrupu üçün, onların ağırlıq dərəcəsinin azalması sırasında göstərilmişdir. Maddələr mübadiləsi və qidalanmada baş verən pozulmalar Tez-tez: − B vitamininin azalması/çatışmazlığı (bax: “Xüsusi göstərişlər” bölməsi).12 Çox nadir hallarda: − laktatasidoz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); Sinir sistemi tərəfindən baş verən pozulmalar Tez-tez: − dadbilmə qabiliyyətinin pozulması. Mədə-bağırsaq sistemində baş verən pozulmalar Çox tez-tez: − ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı, iştahanın olmaması kimi, MBT-nın pozulması. Bu cür arzuolunmayan təsirlər daha tez-tez müalicənin əvvəlində yaranır və bir qayda olaraq spontan keçib gedir. Göstərilən simptomların inkişaf etməsinin profilaktikası üçün Qlükofaj preparatını, qida qəbulundan əvvəl və ya sonra 2 və ya 3 dəfəyə qəbul etmək məsləhət görülür. Dozanın tədricən artırılması MBT tərəfindən baş verən əlavə təsirlərin yaranmasını azalda bilər. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozulmalar Çox nadir hallarda: − tək-tək hallarda, metforminin istifadəsi dayandırıldıqdan sonra keçib gedən, qaraciyərin funksional sınaqlarında dəyişikliklər və ya hepatit halları müşahidə edilmişdir. Dəri və dərialtı toxumalarda baş verən pozulmalar Çox nadir hallarda: − eritema, qaşınma, səpgi kimi dəri reaksiyaları. Uşaqlar 1 il ərzində metformin qəbul edən məhdud sayda 10-16 yaşlı uşaqlara arasında nəzarətedilən və postmarketinq tədqiqatların məlumatları onu göstərir ki, bu qrup pasiyentlərdə əlavə təsirlərin təbiəti və ağırlıq dərəcəsi böyüklər ilə analogiya təşkil edir. Əlavə təsirlər barədə məlumatın verilməsi Qlükofaj preparatı ilə müalicəyə başladıqdan sonra bütün şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Bu, dərman vasitəsinin fayda/risk nisbətinin profilinə fasiləsiz nəzarət etməyə imkan verir.
Doza həddinin aşılması
Qlükofaj preparatını 85 q dozada istifadə etdikdə, hipoqlikemiyanın inkişaf etməsi müşahidə olunmamışdır. Lakin, laktatasidozun inkişafı barədə hallar qeyd edilmişdi. Metforminin yüksək dozalarının istifadəsi və ya müşayətedici risklər laktatasidozun inkişaf etməsinə səbəb ola bilər. Laktatasidoz hospitalizasiya tələb edən təxirəsalınmaz tibbi vəziyyətdir. Müalicəsi Hemodializ orqanizmdən laktatın və metforminin xaricolmasını təmin edən ən effektiv tədbirdir.
Buraxılış forması
500 mq-lıq örtüklü tabletlər 10 tablet, PVX/alüminium folqa blisterdə. 3, 6 və ya 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 15 tablet, PVX/alüminium folqa blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 20 tablet, PVX/alüminium folqa blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 850 mq-lıq örtüklü tabletlər 15 tablet, PVX/alüminium folqa blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 20 tablet, PVX/alüminium folqa blisterdə, 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 1000 mq-lıq örtüklü tabletlər 10 tablet, PVX/alüminium folqa blisterdə. 3 və ya 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 15 tablet, PVX/alüminium folqa blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 20 tablet, PVX/alüminium folqa blisterdə, 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il (500 mq və 850 mq tabletlər). 3 il (1000 mq tabletlər). Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
1. Merck Sante s.a.s., Fransa 2 rue du Pressoir Vert – 45400, Semoy, Fransa. 2. Merck Healthcare KGaA, Darmstadt, Almaniya Frankfurter Str. 250 Darmstadt – Almaniya
Qeydiyyat vəsiqəsinin sahibi
Merck Sante s.a.s., Fransa. Azərbaycan Respublikasının ərazisində məhsulların (malların) keyfiyyətinə dair istehlakçıların tələblərini qəbul edən təşkilatın ünvanı: “Acino Pharma AG”, şirkətinin Azərbaycan nümayəndəliyi Bakı şəh., Azərbaycan, İzmir küçəsi, 1033 HYATT Tower II 1-ci mərtəbə Tel.: + +994 12 504 00 44 Elektron ünvan:PV [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.