Qliserin 50 ml məhlul Azərfarm
| Dərman forması | Məhlul |
|---|---|
| Farmakoloji təsir | Yerli istifadə üçün vasitə |
| İstehsal ölkəsi | Azərbaycan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,30 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TİBBİ QLİSERİN yerli istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Glycerol
Tərkibi
Təsiredici maddə: 100 q məhlulun tərkibində 86 q qliserin vardır. Köməkçi maddələr: distillə olunmuş su.
Təsviri
Rəngsiz, özlü (şərbətəbənzər), iysiz, şirin dadlı, hiqroskopik məhluldur.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün vasitə.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Qliserin həm 30%-li sulu məhlul, həm də mineral və üzvi maddələr daşıyan, suda və qliserində həll olan liniment və məlhəm əsası kimi dəriyə yumşaldıcı təsir göstərir. Qliserin həmçinin xaricə istifadə olunan bor turşusunun, protarqolun, taninin həlledicisi kimi istifadə olunur. Farmakokinetikası Qliserin dəridən sorulmur, ancaq selikli qişadan asanlıqla sorulur.
İstifadəsinə göstərişlər
Qliserin xaricə dəri və selikli qişanı yumşaldıcı kimi istifadə olunan liniment və məlhəmlərin hazırlanması zamanı müvafiq olaraq liniment və məlhəm əsası kimi istifadə olunur. Həmçinin, qəbizlik zamanı imalə şəklində işlədici kimi istifadə olunur.
Əks göstərişlər
Preparata qarşı həssaslıq. Dərinin açıq yaraları. Babasil (kəskinləşmə dövründə, anus çatları, düz bağırsağın iltihab xəstəlikləri və şişləri).
İstifadə qaydası və dozası
Böyüklərdə xaricə applikasiya şəklində quru dəriyə istifadə olunur. Qəbizlik zamanı imalə şəklində istifadə olunur (2-5 ml).
Əlavə təsirləri
Xaricə istifadə zamanı qıcıqlanma, allergik reaksiyalar kimi əlavə təsirlər müşahidə olunarsa, sonrakı istifadəsinin davam etdirilməsi üçün həkimlə məsləhətləşmək lazımdır. Uzun müddətli rektal istifadə zamanı düz bağırsağın qıcıqlanması, defekasiya fizioloji prosesinin zəifləməsi mümknüdür.
Doza həddinin aşılması
Müşahidə olunmayıb.
Buraxılış forması
25 q və ya 50 q məhlul, flakonda. Müvafiq sayda flakon və içlik vərəqə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
20-25 °C-dən aşağı temperaturda, möhkəm bağlanmış flakonda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
«Azərfarm»MMC, Azərbaycan Respublikası, Bakı ş., Bakıxanov qəs., Bünyadov küç.,14.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.