Qliserin 25 ml məhlul Tulskaya
| Dərman forması | Məhlul |
|---|---|
| Farmakoloji təsir | Dermatoprotektor vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,65 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QLİSERİN xaricə istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Glycerol
Tərkibi
Təsiredici maddə: distillə olunmuş qliserin PK 94 – 1 kq. Köməkçi maddələr:1,223-1,233 sıxlıqlı qliserin alınana qədər təmizlənmiş su.
Təsviri
Şəffaf, rəngsiz, şirəyəbənzər, iysiz, hiqroskopik mayedir.
Farmakoterapevtik qrupu
Dermatoprotektor vasitə. ATC kodu: D11AX.
Farmakoloji xüsusiyyətləri
Dermatoprotektor yumşaldıcı dərman vasitəsi olub, dərini və selikli qişaları yumşaldır.
İstifadəsinə göstərişlər
Dərinin və selikli qişaların quruluğu.
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Göstərişlər üzrə istifadə etmək mümkündür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri. Məlumat yoxdur. İstafadə qaydası və dozası Xaricə istifadə edilir. Dərinin və selikli qişaların zədələnmiş sahələrinə tələb edilən qədər sürtülür.
Əlavə təsirləri
Allergik reaksiyalar. Yerli – qıcıqlanma (uzunmüddətli istifadə zamanı).
Doza həddinin aşılması
Məlumat yoxdur.
Buraxılış forması
Xaricə və yerli istifadə üçün məhlul. 25 q, 40 q və ya 50 q məhlul, narıncı rəngli şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30˚C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/İradları qəbul edən təşkilat “Tula Pharmaceutical Factory” MMC. Ünvan Rusiya Federasiyası, 300004, Tula ş., Torxovski keçidi, 10. Tel.:/Faks: (4872) 41-04-73.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.