Pumpan 20 ml damcı
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Digər terapevtik məhsullar |
| İstehsal ölkəsi | Avstriya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,48 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PUMPAN daxilə qəbul üçün damcı
Tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 20 ml yemişan (Crataegus) D1, 10 ml öküzgözü (Arnica) D6, 10 ml kalium karbonat D6, 10 ml Üskükotu (Digitalis) D12, 10 ml May inciçiçəyi (Convallaria mayalis) D12 vardır. Köməkçi maddələr: 43% etil spirti (çəkiyə görə), təmizlənmiş su, 1 ml=25 damcı
Təsviri
Şəffaf, sarı rəngdən qırmızımtıl sarı rəngə çalan mayedir.
Farmakoterapevtik qrupu
Digər terapevtik məhsullar. ATC kodu: V03AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Homeopatiya nizamlayıcı müalicə hesab edilir. PUMPAN homeopatik kombinə edilmiş preparatdır. Preparatın tərkibinə daxil olan komponentlər bir-birini tamamlayaraq geniş təsir sahəsinə, müalicənin təhlükəsizliyinə və sadələşməsinə səbəb olur. Farmakokinetikası Farmakokinetik məlumatlar yoxdur. Klinikayaqədərki təhlükəsizliklə bağlı məlumatlar Genlər, reproduktiv sistemə dair toksiki təsiri, karsinogenliyi öyrənilməmişdir.
İstifadəsinə göstərişlər
Ürəyin işemik xəstəliklərinin, arterial hipertenziyanın, xroniki ürək çatışmazlığının I-II mərhələsinin, neyrosirkulyator distoniyanın kompleks müalicəsi.
Əks göstərişlər
Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə (gülümbahar, çobanyastığı, xrizantem) və ya digər köməkçi maddələrə qarşı həssaslıq PUMPAN® 12 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmur. Xüsusi göstərişlər və xəbərdarlıq Ürək aritmiyanın yaranması və ya güclənməsi şəraitində həkimə müraciət etmək lazımdır. Homeopatik dərman vasitəsini qəbul edərkən ilkin reaksiya müşahidə oluna bilər. Bu cür reaksiyalar adətən özü-özünə keçib gedir. Preparatın tərkibinə bitki mənşəli komponentlər daxil olduğundan saxlanma zamanı az nəzərə çarpan bulanıqlıq, qoxu, tamın zəifləməsi müşahidə oluna bilər. Bunlar preparatın effektivliyini aşağı salmır. Dərman vasitəsinin tərkibinə hər 10 ml-də 160 mq alkoqol (etanol) daxildir. 10 damcıda olan miqdar 4 ml pivəyə və ya 2 ml-dən az şəraba ekvivalentdir. Dərman vasitəsindəki alkoqol heç bir nəzərəçarpacaq effektə malik deyildir. Əgər şikayətlər artarsa və ya 7 gündən artıq davam edərsə, həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələri ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri müşahidə olunmamışdır. PUMPAN preparatının birgə istifadəsi digər ürəyə müalicəvi təsir edən preparatların qəbulunu həkim nəzarət altında azalda bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi ilə əlaqədar məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə konkret risklə bağlı sübutlar mövcud deyildir. Preparat yalnız həkim məsləhətindən sonra qəbul edilə bilər. Preparatın fertilliyə təsiri ilə bağlı məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
PUMPAN preparatının nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə nəzərəçarpacaq təsiri yoxdur.
İstifadə qaydası və dozası
Daxilə qəbul olunur. Effektivliyinin daha yaxşı təmin olunması məqsədilə PUMPAN yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra qəbul edilməlidir. PUMPAN-ı bir qədər suya qataraq qəbul edin. Doza Yaş Qəbul sayı və müalicənin müddəti (birdəfəlik) Ürəyin işemik xəstəliyi Böyüklər 1-2 ay müddətində gündə 3 dəfə. Vəziyyət stabilləşdikdə gündə 2 dəfəyə 10 damcı keçilir. Arterial hipertenziya Böyüklər və 12 yaşdan 2-3 ay müddətində gündə 3 dəfə. Bundan sonra arterial təzyiqə nəzarət 10 damcı yuxarı yeniyetmələr etməklə dəstəkləyici terapiya kimi gündə 2 dəfəyə keçirilir. I-II mərhələ xroniki ürək çatışmazlığı Böyüklər və 12 yaşdan 2-3 ay müddətində gündə 3 dəfə. Bundan sonra saxlayıcı terapiya kimi 10 damcı yuxarı yeniyetmələr gündə 2 dəfəyə keçirilir. Neyrosirkulyator distoniya Böyüklər və 12 yaşdan 2-3 ay müddətində gündə 3 dəfə. Bundan sonra arterial təzyiqə nəzarət 10 damcı yuxarı yeniyetmələr etməklə saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçirilir. Xəstəliyin əvvəlində, əlamətləri yüngülləşdirilmək üçün böyüklər və yeniyetmələr hər 30-60 dəqiqədən bir 10 damcı (8 dəfədən çox olmayaraq) istifadə edə bilər. Yaxşılaşma başlayandan sonra preparatın qəbulu gündə 3 dəfəyə qədər endirilə bilər. Uşaqlar Təhlükəsizliyi ilə bağlı məlumatlar olmadığına görə, PUMPAN-ı 12 yaşdan kiçik uşaqların qəbulu məsləhət görülmür.
Əlavə təsirləri
Hələlik məlum deyildir. Nadir hallarda ağız suyunun ifrazının artması yarana bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları barədə hələlik məlumat yoxdur.
Buraxılış forması
20 ml, 50 ml və ya 100 ml məhlul, polietilen dozatorla təchiz edilmiş qəhvəyi şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30C-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Richard Bittner AG, Ossiacherstraße 7, 9560 Feldkirchen, Avstriya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.