Protizol 5 mq / 20 mq 5 ml göz damcısı

Təsiredici maddə: DORZOLAMIDE + TIMOLOL
Təsiredici maddəDORZOLAMIDE + TIMOLOL
Dərman formasıDamcı
Farmakoloji təsirYerli istifadə üçün qlaukoma əleyhinə vasitələr
İstehsal ölkəsiPortuqaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,65 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. • İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumağınız lazım gələ bilər; • əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya müraciət edin; • bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə, preparat onlara ziyan verə bilər. • əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. PROTİZOL göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Timolol + Dorzolamide

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq dorzolamidə ekvivalent miqdarda dorzolamid hidroxlorid, 5 mq timolola ekvivalent miqdarda timolol maleat vardır. Köməkçi maddələr:mannitol, natrium sitrat dihidrat, hidroksietilsellüloza, benzalkonium xlorid (konservant ), inyeksiya üçün su, natrium hidroksid.

Təsviri

Demək olar ki, rəngsiz, azacıq özlülüyü olan, yüngül opalessensiyaedici steril məhluldur.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün qlaukoma əleyhinə vasitələr. ATC kodu: S01ED51.

Farmakoloji xüsusiyyətləri

Protizolun təsiredici maddəsi timolol və dorzolamiddən ibarətdir. Timolol, β-blokatorlar adlanan dərman qrupuna aiddir. Dorzolamid, karboanhidrazanın inhibitorları adlanan dərman qrupuna aid edilir. Preparat gözdaxili təzyiqi azaldır.

İstifadəsinə göstərişlər

Protizol preparatı, qlaukomanın (gözdaxili təzyiqin yüksəlməsi) müalicəsi üçün təyin edilir. β- adrenoblokatorla terapiya zamanı gözdaxili təzyiqi azaltmaq mümkün olmadıqda, preparatdan istifadə edilir.

Əks göstərişlər

– Preparatın istənilən komponetinə və digər beta-blokatorlara qarşı yüksək həssaslıq; – hazırda və ya əvvəl keçirilən ağır ağciyər xəstəlikləri, bronxial astma və ya ağır xroniki obstruktiv bronxit (ağciyərlərin ağır xəstəlikləri qıcıqlanmaya səbəb ola bilər) kimi tənəffüs sisteminin pozulmaları; tənəffüsün çətinləşməsi və/və ya uzunmüddətli öskürək); – sinus bradikardiyası, ürək çatışmazlığı və ya ürək ritminin pozulması (qeyri-müntə- zəm ürək ritmi, sinoatrial blokada, peysmeykerlə kontrol edilməyən II və III dərəcəli atrioventrikulyar blokada) və ya digər ürək pozulmaları; – kəskin böyrək çatışmazlığı, kreatinin klirensi 30 ml/dəqiqədən az olarsa və ya hiperxloremik asidoz. Preparatın qəbulu ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: – ürəyin işemik xəstəliyi (döş qəfəsində ağrı və ya sıxılma, təngnəfəslik və ya boğulma), ürək çatışmazlığı, qan təzyiqinin enməsi; – badikardiya kimi ürək ritminin pozulması, tənəffüs pozulmaları, yüngül və ya orta ağırlıqlı ağciyərlərin xroniki obstruktiv xəstəliyi; – qan dövranı xəstəliyi (məsələn, Reyno xəstəliyi və ya Reyno sindromu); – diabet, belə ki, timolol qanda şəkərin səviyyəsinin azalması simptomlarını gizlədə bilər; – qalxanabənzər vəzinin həssaslığı, belə ki, timolol simptomları gizlədə bilər; – əzələ zəifliyi və ya miasteniya. Əməliyyatdan və anesteziyadan əvvəl (hətta stomatoloqda) həkimə və ya stomatoloqa Protizol prepartından istifadə edilməsi barədə məlumat verilməlidir, belə ki, dərman vasitəsi anesteziya zamanı istifadə edilən bəzi dərman vasitələrinin işinə təsir edə və ya anesteziya ilə əlaqədar arterial təzyiqi qəflətən azalda bilər. Protizol preparatı ilə müalicə zamanı pasiyentə “koronar xəstəlik” diaqnozu qoyulduqda, preparatın dozasını tədricən azaltmaqla dayandırmaq lazımdır. Gözdə travma, yara inkişaf etdikdə və ya cərrahiyyə aparıldıqda həkimə müraciət etmək lazımdır. Aşağıda sadalanan hallar baş verdikdə preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır: – göz infeksiyası, gözdə qıcıqlanma və ya gözdə qızartı, göz qapaqlarının ödemi və ya simptomların pisləşməsi kimi gözdə istənilən pozulma; – allergik reaksiyanın simptomları. Allergik reaksiyaların simptomları özundə səpgi, qaşınma, tənəffüsün çətinləşməsi və ya sifətin, dodaqların, dilin, ağızın və/ya boğazın ödemi kimi əlamətləri birləşdirir (“Əlavə təsirləri” bölməsinə bax). Preparatın tərkibində benzalkonium xlorid vardır. Konservant qismində iştirak edən benzalkonium xlorid, gözlərdə qıcıqlanmaya səbəb ola bilər. Protizol preparatından istifadə zamanı yumşaq kontakt linzalardan istifadə etməkdən çəkinmək lazımdır. Preparatı istifadə etməzdən əvvəl kontakt linzalar çıxardılmalı və instilyasiyadan 15 dəqiqə sonra yenidən taxılmalıdır. Belə ki, benzalkonium xlorid yumşaq kontakt linzaların rəngini dəyişəbilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pasiyent preparatı qəbul etməzdən əvvəl hazırda, əvvəl qəbul etdiyi və ya qəbul edəcəyi dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verməlidir. Protizol preparatı, qlaukomanın müalicəsində istifadə edilən göz damcıları da daxil olmaqla digər dərman vasitələrinə təsir edə bilər. Aşağdakı dərman vasitələrinin qəbulu zamanı həkimə məlumat vermək lazımdır: arterial təzyiqi endirən preparatlar, ürək preparatları, diabetin müalicəsində istifadə edilən dərman vasitələri, xinidin (ürək xəstəlikləri və malyariyanın bəzi formalarında istifadə edilir), fluoksetin və paroksetin kimi antidepresantlar, monoaminooksidazanın (MAO) inhibitorlartı, kodein və ya morfin kimi narkotiklər və aspirin və hormonlar (məsələn, estrogen, insulin, tiroksin) daxil olmaqla, qeyri-steroid iltihab əleyhinə preparatların yüksək dozaları. Aşağıdakı preparatları Protizol ilə eyni vaxtda təyin etmək olmaz: tərkibində dorzolamid və ya digər karboanhidraza inhibitorları olan göz damcıları, peroral qəbul edilən karboanhidrazanın inhibitorları, tərkibində beta-blokatorlar olan digər göz damcıları.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Hamiləlik dövründə preparatın istifadəsinə ehtiyac olmadıqda istifadə etmək olmaz. Preparatı laktasiya dövründə istifadə etmək olmaz. Belə ki, timolol ana südünə nüfuz edə bilər. Laktasiya dövründə hər hansı preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləş- mək lazımdır. Pediatriyada istifadəsi Protizol preparatı uşaqlarda istifadə edilmir. Qaraciyərin funksional pozğunluğu olan pasiyentlər Hazırda və ya əvvəllər qaraciyər xəstəlikləri olan pasiyentlər bu barədə həkimə məlumat verməlidirlər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatdan istifadə zamanı görmənin dumanlanması kimi əlavə təsirlər baş verdiyindən, bu əlamətlər tam aradan qalxana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.

İstifadə qaydası və dozası

Preparatı ciddi həkim təyinatı ilə qəbul etmək lazımdır. Preparatın qəbulu ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır. Doza və müalicə müddəti həkim tərəfindən müəyyən edilir. Məsləhət görülən doza Zədələnmiş gözə və ya gözlərə gündə 2 dəfə hər 12 saatdan bir (səhər və axşam) 1 damcı təyin edilir. Protizol preparatının qəbulu zamanı digər göz damcılarından istifadə edildikdə, hər instilyasiya arasında 10 dəqiqə fasilə etmək lazımdır. Həkim məsləhəti olmadan preparatın dozasını dəyişdirmək olmaz. Pasiyent preparatın istifadəsini dayandırdıqda həkimə məlumat verməlidir. İstifadə qaydası 1. Preparatı ilk dəfə istifadə etməzdən tamperin bərkliyindən əmin olmaq lazımdır. Əlləri yumaq və rahat vəziyyət almaq lazımdır. 2. Flakonu açmaq üçün qapağı burmaq lazımdır. 3. Başı arxaya doğru əyib, yüngülcə alt göz qapağını eəl dartmq lazımdır ki, cib formsı yaransın. 4. Damcısalanın ucunu gözə yaxınlaşdırmaq lazımdır, lakin toxundurmaq olmaz. 5. Flakonu, damcı düşənə qədər yanlardan yüngülcə sıxmaq və gözün alt qapağını buraxmaq lazımdır. 6. Barmaqla gözün burun hissəsindəki küncünə 2 dəqiqə müddətində basmaq lazımdır. Bu, timololun sorularaq orqanizmin digər hissələrinə düşməsinin qarşısını alır. 7. Ehtiyac olduqda yuxarıda qeyd edilən addımları digər gözdə də təkrar etmək lazımdır. 8. Flakonun qapağını həddindən artıq bərk sıxmadan bağlamaq lazımdır. Preparatın təsirinin həddindən artıq güclü və ya zəif olduğunu hiss etdikdə, pasiyent həkimə və ya əczaçıya məlumat verməlidir. Preparatın istifadəsi ötürüldükdə Preparatın qəbulu unudulduqda, dərhal ötürülən dozanı qəbul etmək lazımdır. Növbəti dozanın vaxtı yaxınlaşdıqda, ötürülən dozanı qəbul etmək olmaz. Bundan sonra preparatı adi qaydada istifadə etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz.

Əlavə təsirləri

Bütün digər dərman vasitələrində olduğu kimi preparatın qəbulu zamanı əlavə təsirlər yarana bilər, lakin bu reaksiyalar bütün pasiyentlərdə təzahür etmir. Adətən, pasiyent preparatı ciddi əlavə təsirlər baş vermədiyi halda istifadə edə bilər. İstifadə ilə bağlı suallar meydana çıxdıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Həkim göstərişi olmadan preparatın istifadəsini dayandırmaq olmaz. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: Çox tez-tez (10 pasiyentdən 1-də) Tez-tez (100 pasiyentdən 1-10-da) Bəzən (1000 pasiyentdən 1-10-da) Nadir hallarda (10000 pasiyentdən 1-10-da) Məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Bəzi simptomlar təcili tibbi yardım tələb edir. Bu simtomlardan hər hansı biri baş verdikdə, həkimə müraciət etmək lazımdır. Ağır yayılmış allergik reaksiyalar (səpgi, sifətin, dodaqların, boğazın və ya dilin və ətrafların ödemi daxil olmaqla). Bu cür əlavə təsirlər tənəffüs sistemində udqunma və nəfəsalma kimi həyat üçün təhlükəli allaergik reaksiyalara səbəb ola bilər. Çox tez-tez: ağızda acılıq, yangı hissiyyatı. Tez-tez: görmənin dumanlanması, qaşınma, gözün və ya gözlərin ətrafında ödem və ya qıcıqlanma, buynuz qişanın həssaslığının azalması, gözlərdə quruluq, alın sinusunun iltihabı, baş ağrısı, zəiflik. Bəzən: qüzehli qişanın iltihabı, görmə itiliyinin azalması, qarışıq tənəffüs, mədə pozulmaları, böyrəklərdə daş xəstəliyi, başgicəllənmə, depresiya, ləng ürək ritmi, bayılma, yorğunluq. Nadir hallarda: üst göz qapaqlarının sallanması (gözlərin yarıya qədər yumulması), ikili görmə, gözlərdə qıcıqlanma, o cümlədən, qızartı, yanma hissiyyatı, ağrı, göz qapaqlarının qabıq verməsi, buynuz qişanın ödemi, gözdə təzyiqin enməsi, təngnəfəslik, rinit (zökəm), burun qanaxmaları, tənəffüs yollarının əzələlərinin spazmı nəticəsində təngnəfəslik (bronxospazm), öskürək, ishal, boğazın qıcıqlanması, ağız boşluğunda quruluq, dərinin qıcıqlanması, dəri səpgisi, saçların tökülməsi, ağ gümüşəbənzər rənglə dəri səpgisi (psoriaza bənzər səpgi) və ya psoriazın ağırlaşması, övrə və qaşınma kimi allergik reaksiyalar, dərinin və bağırsağın (sistem qırmızı qurdeşənəyi) iltihabı, gözlərdə sancma hissiyyatı, yuxusuzluq, qorxulu yuxular, yaddaşın itməsi, əzələ zəifliyinin pisləşməsi (miasteniya), libidonun azalması, insult, qulaqlarda küy, qan təzyiqinin enməsi, sinədə ağrı, ürəkdöyünmənin sürətlənməsi, mayenin əmələ gəlməsi, ürəkdöyünmənin ritminin və ya sürətinin dəyişməsi, durğun ürək çatışmazlığı (təngnəfəsliklə və maye toplanması ilə ayaqlarda ödemin gəlməsi ilə müşayiət edilən ürək xəstəliyi), ürək çatışmazlığı, axsama, ətrafların soyumsı (Reyno sindromu), cinsiyyət orqanının birləşdirici toxumasında qeyri-müntəzəm bərkimə. Digər dərman vasitələri kimi gözə yeridilmiş timolol da qana nüfuz edə bilir. Bu isə venadaxili və ya oral beta-blokatorların təsiri nəticəsində yaranan əlavə təsirlərlə analoji ola bilər. Yerli oftalmoloji yeridilmədən sonra yaranan əlavə təsirlər, venadaxili və daxilə qəbul üsulu ilə yeridilən preparatlardan zəifdir. Aşağıdakı əlavə təsirlər, beta-blokatorların istifadəsi zamanı baş verə bilər: – qanda qlükozanın səviyyəsinin enməsi; – beyinin qanla təchizatının azalması; – torlu qişanın qatının qan damarlarının filtrasiya əməliyyatından sonra laylanması baş verə bilər ki, bu da görmənin pozulmasına, buynuz qişanın həssaslığının zəifləməsinə, gözlərdə quruluğa, buynuz qişanın eroziyasına (göz almasının ön payının zədələnməsi) səbəb ola bilər; – dadbilmənin pozulması, ürəkbulanma, dispepsiya, qarın nahiyəsində ağrı, qusma; – saçların tökülməsi; – fiziki hərəkətlərlə əlaqədar olmayan əzələ ağrısı; – seksual disfunksiya; – əzələ zəifliyi, yorğunluq. Əlavə təsirlər haqqında məlumatın verilməsi Pasiyentdə, içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir yarandıqda, həkimə və ya əczaçıya müraciət etməlidir. Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox informasiyanın əldə olunmasına kömək edir.

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması və ya təsadüfən daxilə qəbulu zamanı aşağıdakı hallar baş verə bilər: başgicəllənmə, tənəffüsün çətinləşməsi, ürəkbulanma, başağrısı, qeyri-normal yuxugörmə, disfagiya və ya ürək ritminin ləngiməsi hissi. Bu halda dərhal həkimə müraciət etmək lazımdır. Belə hllarda qanda elektrolitlərin səviyyəsi (xüsusilə kaliumun) və qanın pH-ı nəzarətdə saxlanmalıdır. Müalicə simptomatik və dəstəkləycidir. Timolol qandan dializ vasitəsilə asanlıqla xaric olmur.

Buraxılış forması

5 ml məhlul , flakonda. 1, 3 və ya 6 flakon damcısalanla və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda bütün buraxılış formaları olmaya bilər.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini məişət tullantılarına və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarını atmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.

Yararlılıq müddəti

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. İlkin açılmadan sonra preparatın yararlılıq müddəti 28 gündür. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı(lar) Laboratorio Edol-Produtos Farmacêuticos, S.A. Avenida 25 de Abril, 6-6A 2795-225 Linda–a–Velha, Portuqaliya. Rafarm, S.A. Thesi Pousi – Xatzi Agiou Louka, 19002 Paiania – Attiki, Yunanıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

Rich Pharma LP. Summit House, 4-5 Mitchel street, Edinburgh, EH67BD, Birləşmiş Krallıq.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Protizol 5 mq / 20 mq 5 ml göz damcısı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar