Protivqribkoviy 1 % 30 q gel

Təsiredici maddə: UNDECYLENOYL MONOETHANOLAMIDE
Təsiredici maddəUNDECYLENOYL MONOETHANOLAMIDE
Dərman formasıGel
Farmakoloji təsirXaricə istifadə üçün göbələk əleyhinə preparat
İstehsal ölkəsiLatviya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,40 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

GÖBƏLƏK ƏLEYHİNƏ GEL xaricə istifadə üçün gel ANTI-MYCOTIC GEL Beynəlxalq patentləşdirilməmiş adı: Undecylenici monoethanolamidum

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq undesilen turşusunun monoetanolamidi vardır. Köməkçi maddələr: etil spirti, propilenqlikol, karbomer, metilparahidroksibenzoat, trolamin, propilparahidroksibenzoat, təmizlənmiş su.

Təsviri

Ağ rəngdən boz rəngə çalan qeyri-şəffaf geldir.

Farmakoterapevtik qrupu

Xaricə istifadə üçün göbələk əleyhinə preparat. ATC kodu: D01AE04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Göbələk əleyhinə gelin aktiv tərkib hissəsi olan undesilen turşusunun monoetanolamidi (UMEA) aktiv funqisid maddədir. Lipofildir, UMEA propilenqlikolun iştirakı ilə dəri səthində olan patogen mikrofloraya bakterisid təsir göstərir, həmçinin göbələklə zədələnmiş dərinin daha dərin qatlarına təsir göstərir. Göbələk əleyhinə gel aşağıdakı göbələk formalarına təsir göstərir: Epidermophyton sp. Candida albicans Microsporum canis Trichophyton rubrum Undesilen turşusunun monoetanolamidi patogen göbələklərin sitoplazmatik membranını zədələyərək onun keçiriciliyini pozur. Nəticədə göbələk hüceyrəsi məhv olur. Farmakokinetikası Məsləhət görülən dozada (gündə 1-2 dəfə 1-2 q) zədələnmiş dəriyə istifadəsi zamanı aktiv maddələrin cüzi hissəsi absorbsiya oluna və qan axınına keçə bilər.

İstifadəsinə göstərişlər

Dermatomikozlar

Əks göstərişlər

− Preparatın komponentlərinə qarşı yüksək həssaslıq − 2 yaşa qədər uşaqlar

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Gel ancaq xaricə istifadə olunur. Açıq yaralara və selikli qişalara istifadə etmək olmaz. Gözə düşməsindən qorumaq lazımdır. Zədələnmiş dərinin ətrafındakı toxumaları nəzarətdə saxlamaq lazımdır. Qızartı olduqda preparatın istifadəsini dayandırmaq lazımdır. Göbələk əleyhinə gelin komponentləri haqqında vacib informasiya Gelin tərkibinə daxil olan köməkçi vasitə propilenqlikol dərinin qıcıqlanmasına səbəb ola bilər, digər köməkçi vasitələr propilparaben və metilparaben allergik reaksiya verə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Öyrənilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dövrdə istifadəsi barədə məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Gel nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Mikozla zədələnmiş dəriyə gündə 2 dəfə nazik qatla sürtülməlidir.

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiya törədə bilər. Belə hallarda preparatın qəbulu dayandırılır.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında məlumat yoxdur.

Buraxılış forması

30 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “LMP”, MMC. Vietalvas küç., 1 Riqa, LV – 1009, Latviya. [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Protivqribkoviy 1 % 30 q gel” üçün ilk rəyi siz yazın.