Prostatilen 2 mq N10 inyeksiya
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Prostat vəzinin xoşxassəli hiperplaziyasında istifadə edilən vasitələr |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
28,63 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PROSTATİLEN-BİOFARMA inyeksiya məhlulu hazırlamaq üçün liofilizat Beynəlxalq patentləşdirilməmiş adı: Prostate extract
Tərkibi
Təsiredici maddə: 1 flakonda 2 mq öküzlərin prostat vəzisinin ekstraktının sulu məhlulundan ekstraksiya yolu ilə alınmış liofilizəolunmuş toz vardır. Köməkçi maddələr: qlisin.
Təsviri
Amorf toz və ya ağ və ya ağımtıl-sarı çalarlı məsaməli kütlədir.
Farmakoterapevtik qrupu
Prostat vəzinin xoşxassəli hiperplaziyasında istifadə edilən vasitələr. ATC kodu:G04CX. Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası Prostatilen prostat vəziyə spesifik orqanotrop təsir göstərir. Prostat vəzinin xəstəliklərində preparat patogenetik müalicə vasitəsi qismində mikrosirkulyasiya proseslərini və trombositar-damar hemostazı normallaşdırır, toxumaların ödemini, leykositar infiltrasiyanı (o cümlədən vəzin sekretində leykositlərin səviyyəsini azaldır) azaldır və aradan qaldırır, sekret mikroflorasına dolayı bakteriostatik təsir göstərir, aşkar olunmuş törədicinin titrini tam sterilliyə qədər azaldır və ya mikroorqanizmlərin həyat fəaliyyətini zəiflədir. Prostatilen spermatogenezi normallaşdırır (spermatozoidlərin miqdarını və hərəkətliliyini artırır), T- və B-limfositlərin vəziyyətinə moduləedici təsir göstərir, sidik kisəsinin əzələ tonusunu tənzimləyir, detruzorun tonusu daxil olmaqla, orqanizmin qeyri-spesifik rezistentliyini artırır. Farmakokinetikası Peptid preparat olan Prostatilen hüceyrə proteazalarla aminoturşulara qədər parçalanır. Prostatilen və onun metabolitləri sidiklə ekskresiya edilir. Preparatın kumulyativ effekti yoxdur.
İstifadəsinə göstərişlər
Xroniki prostatit, prostat vəzinin adenoması, onun funksiyalarının yaş ilə bağlı pozulmaları və bununla əlaqədar sidik ifrazı aktının pozulmaları, prostat vəzinin əməliyyatdan sonrakı ağırlaşmaları; interoseptiv kopulyativ disfunksiya; kişi sonzuzluğu.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı və iribuynuzlu qaramal zülallarına qarşı yüksək fərdi həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatla müalicə zamanı prostat vəzinin aktivliyinin klinik göstəricilərinin analizi məsləhət görülür (prostatspesifik antigen).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Öyrənilməyib. Uyuşmazlığı Preparatı digər dərman vasitələri ilə bir şprisdə qarışdırmaq olmaz. Yalnız tövsiyə edilən həlledicilərdən istifadə edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat qadınlarda istifadə edilmir. Pediatriyada istifadəsi Preparat uşaqlarda istifadə edilmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tədqiq edilməyib.
İstifadə qaydası və dozası
Böyük, o cümlədən yaşlı kişilərdə müalicə üçün istifadə edilir. Əzələ daxilinə yeridilir. İstifadədən əvvəl flakonun içərisindəki liofilizat 1-2 ml inyeksiya üçün suda və ya 0,9%-li natrium xlorid məhlulunda və ya 0,5%-li novokain məhlulunda həll edilir. Həlledici kimi novokaindən istifadə edildikdə, novokainlə bağlı təhlükəsizlik barədə məlumatı nəzərə almaq lazımdır. Preparat hər gün yeridilir, sutkada 1 dəfə 1-2 flakon təyin edilir. Müalicə kursu 5-10 gün təşkil edir. Ehtiyac olduqda, təkrar kurs aparılır (1-6 aydan sonra).
Əlavə təsirləri
Qaşınma, səpgi daxil olmaqla, allergik reaksiyalar mümkündür; yeridilmə nahiyəsində dəyişiklik.
Doza həddinin aşılması
Öyrənilməyib. Buraxılış forması. Liofilizəolunmuş toz, flakonda. 5 flakon, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda, işıqdan qorumaq məqsədilə orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Biofarma ƏZ” MMC, Ukrayna. Ünvan Ukrayna, 09100, Kiyev vilayəti, Belaya Serkov ş., Kiyev k. 37.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.