Prospan 100 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirBəlğəmgətirici preparatlar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PROSPAN şərbət

Tərkibi

Təsiredici maddə: 1 ml şərbətin tərkibində 7 mq sarmaşıq yarpaqlarının quru ekstraktı [(5- 7,5):1], eksragent: etanol 30% vardır. Köməkçi maddələr: təmizlənmiş su, kalium sorbat, susuz limon turşusu, ksantan kitrəsi, 70 %-li sorbitol məhlulu (kristallaşdırılmış), albalı ətirləyicisi (2,5 ml şərbətin tərkibində 0,963 q sorbitol = 0,08 çörək vahidi).

Təsviri

Bir qədər bulanıq, xoşagələn meyvə dadlı və albalı ətirli, qonur rəngli şərbət.

Farmakoterapevtik qrupu

Bəlğəmgətirici preparatlar. ATC kodu: R05CA.

Farmakoloji xüsusiyyətləri

Prospan bitki mənşəli preparatdır. Tərkibində saponinlər, triterpenoidlər, flavonoidlər var. Bəlğəmgətirici, öskürəkəleyhinə və spazmolitik təsir göstərir. Bəlğəmin özlülüyünü aşağı salır və xaricolmasını asanlaşdırır. Mikrobəleyhinə aktivliyə malikdir.

İstifadəsinə göstərişlər

Yuxarı tənəffüs yollarının və ağciyərlərin iltihabi xəstəliklərinin kompleks müalicəsində simptomatik vasitə qismində.

Əks göstərişlər

– Preparatın tərkibində olan aktiv inqradiyentə və ya hər hansı komponentə qarşı yüksək həssaslıq; – fruktozaya qarşı dözümsüzlük.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

2 yaşa qədər uşaqlara Prospan öskürəkəleyhinə şərbəti ehtiyatla istifadə etmək lazımdır. Prospan öskürəkəleyhinə şərbətin tərkibində spirt, şəkər və rəngləyicilər yoxdur. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər nəzərə almalıdırlar ki, preparatın 2,5 ml məhlulunun tərkibində 0,963 q sorbitol vardır ki, bu da 0,08 ÇV-ə müvafiqdir. Terapevtik effektiv sarmaşıq ekstraktının çəkilməsi üçün adsorbent şəklində 30 həcm % etanol istifadə olunur ki, gələcəkdə qurudulma prosesində ekstraktın tərkibindən tamamilə xaric olunur. Lakin, qurudulma prosesində, ekstraktın tərkibindən tamamilə xaric olunur. Diqqət! Preparatın tərkibində sarmaşıq ekstraktının olmasını nəzərə alaraq, saxlanma müddətində mayenin yüngül bulanması və dadının bir qədər dəyişməsi müşahidə oluna bilər ki, bunun da preparatın terapevtik effektinə heç bir təsiri yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Müəyyən edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi barədə kifayət qədər məlumatın olmamasını nəzərə alaraq, göstərilən pasiyent qrupunda preparatı istifadə etmək tövsiyə olunmur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir göstərmir.

İstifadə qaydası və dozası

1 yaşa qədər uşaqlara gündə 2 dəfə 2,5 ml; 1 yaşdan 5 yaşa qədər uşaqlara gündə 3 dəfə 2,5 ml; 6 yaşdan 9 yaşa qədər uşaqlara gündə 3 dəfə 5 ml; böyüklərə və 10 yaşdan yuxarı uşaqlara gündə 3 dəfə 5-7,5 ml – preparatı əlavə olunan, ölçü qapağından istifadə edərək, qəbul etmək lazımdır. İstifadə etməzdən əvvəl hər dəfə flakonu yaxşı çalxalamaq lazımdır. İstifadə etdikdən sonra hər dəfə flakonu kip bağlamaq lazımdır! Preparatın istifadəsinin davametmə müddəti Müalicə kursu 1 həftə təşkil etməlidir. Terapevrik effektin möhkəmləndirilməsi məqsədi ilə, xəstəliyin simptomları aradan qalxdıqdan sonra belə, müalicəni daha 2-3 gün müddətində davam etdirmək tövsiyə olunur.

Əlavə təsirləri

– Nadir hallarda, ürəkbulanma, qusma və diareya kimi mədə-bağırsaq simptomları və tərkibində sorbitolun olması ilə əlaqəli, işlədici effekt meydana çıxa bilər; – çox nadir hallarda, təngnəfəslik, ödem, dərinin qızarması və ya qaşınma kimi allergik reaksiyalar meydana çıxa bilər; – həssas pasiyentlərdə tezlik məlum deyil.

Doza həddinin aşılması

Tövsiyə olunan sutkalıq dozanı aşmaq olmaz. Preparatın, sutkalıq dozadan üç qat yüksək dozalarda daxilə qəbul edilməsi, ürəkbulanmanın, qusmanın və diareyanın meydana çıxmasına səbəb ola bilər. Doza həddinin aşılmasını simptomatik müalicə etmək lazımdır.

Buraxılış forması

100 ml, flakonda. 1 flakon, ölçü qapağı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Flakon açıldıqdan sonra preparatın saxlanılma müddəti 6 aydır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Engelhard Arzneimittel GmbH & Co. KG”. Ünvan Xersberqştrasse 3, 61138 Niderdorfelden, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Prospan 100 ml sirop” üçün ilk rəyi siz yazın.