Privituss 708 mq 100 ml sirop
| Dərman forması | Sirop |
|---|---|
| Farmakoloji təsir | Öskürəkəleyhinə preparat |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,70 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PRİVİTUSS daxilə qəbul üçün suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Levocloperastine
Tərkibi
Təsiredici maddə: 100 ml suspenziyanın tərkibində 708 mq L-kloperastin fendizoat vardır. (400 mq kloperastin hidroxloridə ekvivalentdir); Köməkci maddələr:ksantan qatranı, polioksietilen stearat, ksilitol, metilparahidroksibenzoat, prorilparahidroksibenzoat, natrium hidroksid, banan aromatizatoru, ionsuzlaşdırılmış su.
Təsviri
Süd rəngli qatı suspenziyadır.
Farmakoterapevtik qrupu
Öskürəkəleyhinə preparat. ATC kodu: R05DB21.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası L-kloperastin (levokloperastin) kloperastinin sola fırlanan enantiomeridir. L-kloperastin mərkəzi sinir sistemi səviyyəsində təsir edərək bulbar öskürək mərkəzini inhibə edir. Bununla yanaşı, L-kloperastinin periferik təsiri onun antihistamin, antiserotonin və miorelaksant xüsusiyyətləri ilə bağlıdır ki, bu da L-kloperastinin öskürək və bronxospazmın müalicəsində yüksək effektivliyini təmin edir. Başqa opiat öskürəkəleyhinə maddələrdən (kodein) fərqli olaraq L-kloperastin məhz öskürək mərkəzinə yüksək selektivliyi sayəsində mərkəzi sinir sisteminə mənfi sedativ effekt göstərmir. L-kloperastinin MSS mənfi təsirinin zəif olması onun xüsusi xassəsi, spesifik stereoizomerinin xüsusiyyəti ilə bağlıdır. Antihistaminlərlə (difenhidramin) eyni kimyəvi quruluşa malik olmasına baxmayaraq, L- kloperastinin terapevtik dozasının hətta 450 dəfə aşması kliniki olaraq sedativ təsir göstərmir. L-kloperastin arterial təzyiqə, EKQ və ya ürək ritminə təsir etmir. Farmakokinetikası Peroral qəbuldan sonra L-kloperastin mədə-bağırsaq traktından sorulur, birincili metabolizmə uğrayır və 90-120 dəqiqədən sonra ən yüksək plazma konsentrasiyasına (C ) çatır. Peroralmax qəbuldan sonra biomənimsənilməsi >40%. L-kloperastin biotransformasiyaya uğrayır və orqanizmdə geniş paylanır, oral qəbuldan sonra paylanma həcmi 150 l/kq olur. Hədəf orqanlarda, əsasən də, ağciyərlərdə plazma konsentrasiyası ilə müqayisədə yüksək konsentrasiyada toplanır. Plazmada mövcud olan fraksiyanın 97%-dən çoxu zülallar ilə birləşir. L-kloperastin plasentar baryeri keçir (orta dərəcədə), ancaq burada akkumulyasiya olunması haqqında heç bir məlumat yoxdur. Orqanizmdən əsasən metabolit şəklində bağırsaq yolu ilə (2/3 hissəsi), sidiklə (1/3 hissəsi) xaric olunur.
İstifadəsinə göstərişlər
Müxtəlif etiologiyalı öskürəyin simptomatik müalicəsi.
Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq. Kicik yaşlı uşaqlarda (0-2 yaş) istifadəsi ilə bağlı tam məlumat olmadığından preparatın təyin edilməsi məsləhər görülmür. Hamiləlik zamanı, ümumiyyətlə, tövsiyə edilmir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın terapevtik dozalarda qəbulu sedativ təsir göstərmir və nəqliyyat vasitələrinin idarə edilməsinə maneə yaratmır. İstifadəyə dair xüsusi tədbirlər: İstifadədən əvvəl yaxşıca silkələyin. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Levokloperastinin ikincili mərkəzi təsiri əhəmiyyətli dərəcədə azalsa da, preparat mərkəzi sinir sisteminin depressantları və stimulyatorları ilə qarşılıqlı təsir göstərə bilər. Antihistamin/antiserotonin maddələrin və az dərəcədə miorelaksantlar (papaverin) ilə birgə istifadəsi zamanı onların təsirini gücləndirdiyi üçün bunların birgə istifadəsi nəzərə alınmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlarda aparılan tədqiqatlarda L-kloperastinin embriotoksik və teratogen təsiri aşkar olunmamışdır. Lakin buna baxmayaraq, praktikada hamiləliyin ilk aylarında preparatın təyinatı məsləhət görülmür. L-kloperastinin hamiləliyin son aylarında istifadəsi zərurəti meydana çıxarsa, həkimin birbaşa nəzarəti altında təyin oluna bilər. Pediatriyada istifadəsi 0-2 yaşlı uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi haqqında kifayət qədər məlumat olmadığından bu yaş qrupunda istifadə etmək məsləhət görülmür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Terapevtik dozalarda qəbul oluduqda sedasiya törətmir, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Böyüklərdə: 5 ml gündə 3 dəfə. Uşaqlarda: 2-4 yaş: 2 ml gündə 2 dəfə; 4-7 yaş: 3 ml gündə 2 dəfə; 7-15 yaş: 5 ml gündə 2 dəfə. Hər istifadədən əvvəl flakonu çalxalayın. Qablaşdırmada, dozalanmanı ölcmək üçün 2-3-5 ml-lik qeydləri olan ölçü qaşığı var. Flakonu açmaq və bağlamaq üçün təlimat. Açılması Flakonun qapağını aşagı sıxın və sol istiqamətdə burun. Bağlanması Flakonun qapağını sağ istiqamətdə axıra kimi burun. Əlavə təsirlər Klinik tədqiqatların məlumatlarına əsasən, nadir hallarda yüngül formada tranzitor mədə- bağırsaq pozğunluqları müşahidə olunur. L-kloperastinin terapevtik dozalarda istifadəsi zamanı, onun mərkəzi təsiri ilə bağlı heç bir sedativ yaxud qıcıqlandırıcı əlamət aşkar olunmamışdır. Allergik reaksiyalar, hətta ləng allergik reaksiyalar müşahidə oluna bilər. Preparatın istifadə göstərişlərinə uyğun qəbulu zamanı əlavə təsirlərin yaranma riski azalır. Yaranan hər hansı bir əlavə təsirlər adətən müvəqqətidir. İÇLİK VƏRƏQDƏ QEYD OLUNMAYAN ƏLAVƏ TƏSİRLƏR MÜŞAHİDƏ OLUNARSA,
Doza həddinin aşılması
Dozanın artıq miqdarda qəbulu zamanı müəyyən tədbirlər aparılmalıdır (mədənin yuyulması, aktivləşdirilmiş kömürün istifadəsi) və xəstədə hədsiz həyəcan əlamətləri yoxlanılmalıdır.
Buraxılış forması
Daxilə qəbul üçün suspenziya. 100 ml suspenziya, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Marco Viti Farmaceutici S.p.A. Via Tarantelli 13/15, 22076 Mozzate – Italy.
Qeydiyyat vəsiqəsinin sahibi
AESCULAPIUS Farmaceutici S.r.l. Via Cefalonia, 70-25124-Brescia – Italy.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.