Prestilol 5 mq / 5 mq N30 tablet

Dərman formasıTablet
Farmakoloji təsirACF inhibitorları, digər kombinasiyalar
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

20,86 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsinin qəbuluna başlamazdan əvvəl bu içlik vərəqədə verilən təlimatları diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar əks olunur. • Bu içlik vərəqəni saxlayın. Ona təkrar ehtiyacınız ola bilər. • Əlavə suallarınız yaranarsa, öz müalicə həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin. • Bu preparat şəxsən Sizə təyin edilmişdir. Onu digər şəxslərə vermək olmaz. Onlardakı əlamətlər Sizinkilərə oxşar olsa belə, bu onlara ziyan vura bilər. • Bu içlik vərəqədə göstərilməyən xoşagəlməz təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə həkiminizə, tibb bacısına və ya əczaçınıza məlumat verin. PRESTİLOL 5 mq/5 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Bisoprolol fumarate/perindopril arginine

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq bisoprolol fumarat (4,24 mq bisoprolola müvafiqdir), 5 mq perindopril arginin (3,395 mq perindoprilə müvafiqdir) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza PH 102 (E460), kalsium karbonat (E170), jelatinləşdi- rilmiş qarğıdalı nişastası, natrium nişasta qlikolyatı A (E468), susuz kolloidal silisium (E551), maqnezium stearat (Liqa E572), natrium kroskarmelloza (E468), qliserin (E422), hipromelloza (E464), makroqol 6000, titan dioksid (E171), sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172).

Təsviri

Prestilol açıq çəhrayı-bej rəngli, uzunsov, iki-hissəli, üzəri örtüklü tabletlərdir və bir üzündə ‘ ’ işarəsi, digər üzündə isə “5/5” yazısı oyulmuşdur. Tablet iki bərabər hissəyə bölünə bilər.

Farmakoterapevtik qrupu

ACF inhibitorları, digər kombinasiyalar. ATC kodu: C09BX02.

Farmakoloji xüsusiyyətləri

• Bisoprolol fumarat β-blokatorlar qrupuna aiddir. β-Blokatorlar ürək döyüntüsünü zəiflədərək ürəyin qanı bədənə daha effektiv qovmasına yardım edir. • Perindopril arginin angiotenzinçevirici fermentin (AÇF) inhibitorları adlanan dərman qrupuna daxildir. O, qan damarlarına genişləndirici təsir göstərərək, qanın qovulmasını asanlaşdırır.

İstifadəsinə göstərişlər

Prestilol yüksək qan təzyiqi (hipertoniya) hallarını müalicə etmək və/və ya stabil xroniki ürək çatışmazlığında (orqanizmin ehtiyaclarını ödəmək üçün ürəyin qan təchizatının yetərsizliyi nəticəsində yaranan təngnəfəslik və şişkinlik varsa) və/və ya ürək xəstəlikləri riskini azaltmaq, məsələn, sabit koronar arteriya xəstəliyi olan xəstələrdə (ürəyin qan təchizatının azalması və ya pozulması) infarkt riskini azaltmaq və infarkt keçirmiş xəstələrdə və/və ya ürəyin qan təchizatını yaxşılaşdırmaq üçün damarların genişləndirilməsi üçün əməliyyatdan keçmiş xəstələrdə istifadə edilir.

Əks göstərişlər

• Sizin bisoprol və ya hər hansı digər β-blokatora, perindoprilə və ya hər hansı digər AÇF inhibitoruna, yaxud bu preparatın hər hansı digər inqrediyentinə (“Tərkibi” bölməsində sadalanan) qarşı allergiyanız varsa; • ürəyinizlə bağlı qəflətən ağırlaşan və\yaxud stasionar müalicə tələb edən problemləriniz varsa; • kardiogen şok keçirmisinizsə (aşağı qan təzyiqi ilə bağlı ciddi ürək çatışmazlığı); • yavaş və ya qeyri-sabit ürək döyüntüsü ilə səciyyələnən ürək xəstəliyiniz varsa (ikinci və ya üçüncü dərəcəli atrioventrikulyar blokada, sinus vəzisinin disfunksiyası); • zəif ürək döyüntüsü varsa; • çox aşağı qan təzyiqiniz varsa; • kəskin astma və ya ciddi xroniki ağciyər xəstəliyiniz varsa; • ətraflarınızda qan dövranı ilə bağlı ciddi problemləriniz varsa (məsələn, Reyno xəstəliyi) və bu səbəbdən əl və ayaq barmaqlarınız keyləşir və ya rəngi solur və ya göyərirsə; • müalicə edilməyən feoxromositoma (böyrəküstü vəzidə nadir yenitörəmə xəstəliyi) xəstəliyiniz varsa; • maddələr mübadiləsi asidozu varsa (bu zaman qanınızda turşuluq səviyyəsi yüksək olur); • üzünüzdə, dilinizdə və ya boğazınızda şişklinlik və xışıltılı nəfəsalma varsa, daha əvvəl AÇF inhibitoru ilə müalicə zamanı dərinizdə kəskin qaşınma və səpmə halları baş veribsə və ya ailənizin hər hansı üzvündə digər hallarda bu simptomlar müşahidə edilibsə (angiödem adlanan bir haldır); • 3 aydan çox hamiləsinizsə (erkən hamiləlik dövründə də Prestilol preparatının qəbulu arzuedilməzdir – bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsi); • əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksional pozulması probleminiz varsa; • əgər Siz dializ və ya başqa hemofiltrasiya proseduraları istifadə edirsiz; Istifadə olunan maşın növündən asılı olaraq, Prestilol-un qəbulu Sizin üçün uyğun olmaya bilər; • qan təchizatı azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu); • ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril/valsartan dərman vəsitələri ilə birlikdə istifadə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”); Prestilol, sakubitril / valsartan dərman vəsitələrin son qəbulundan 36 saatdan sonra təyin edilməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Prestilol qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Sizdə aşağıda gös- tərilmiş hallardan hər hansı biri varsa və ya olmuşsa, həkiminizi bu barədə məlumatlandırmalısınız: • diabet xəstəliyiniz varsa; • böyrək xəstəliyiniz varsa (o cümlədən böyrək transplantasiyası) və ya dializ qəbul edirsinizsə; • qaraciyər xəstəliyiniz varsa; • aorta və ya mitral klapanların stenozu (ürəkdən gələn əsas qan damarının daralması) və ya hipertrofik kardiomiopatiya (ürək əzələsinin xəstəliyi) və ya böyrək arteriyasının stenozu (böyrəyi qanla təchiz edən arteriyanın daralması) xəstəliyiniz varsa; • qanda aldosteron hormonunun səviyyəsinin anomal artması (birincili aldosteronizm); • ürək çatışmazlığı və ya ürəyinizlə bağlı hər hansı digər problemləriniz varsa, məsələn ürək döyüntüsü ritmində zəif pozuntular və ya sakit halda döş qəfəsində kəskin ağrılar (Prinsmetal stenokardiyası); • kollagenoz xəstəliyiniz varsa (birləşdirici toxumanın xəstəliyi), məsələn sistem eritematoz və ya sklerodermiya; • duzsuz pəhrizdəsinizsə və ya kalium tərkibli duz əvəzedicilərindən istifadə edirsinizsə; • bu yaxınlarda ishal və ya qusma baş veribsə və ya bədən susuzlaşıbsa (Prestilol qan təzyiqinin düşməsinə səbəb ola bilər); • ASLP- aferez keçmisinizsə (xolesterinin qandan aparat vasitəsilə çıxarılması); • hazırda allergiyaya qarşı müalicə keçirsinizsə və ya arı sancmasına olan allergiya və həssaslığın azaldılması üçün müalicə keçirsinizsə; • ciddi pəhriz rejimi saxlayırsınızsa; • anesteziya və yaxud mühüm cərrahiyyə əməliyyatı gözlənilirsə; • ətraflarınızda qanın hərəkəti ilə bağlı problemləriniz varsa; • astma və ya xroniki ağciyər xəstəliyiniz varsa; • psoriaz xəstəliyiniz varsa (və ya olubsa); • böyrəküstü vəzidə şiş varsa (feoxromositoma); • qalxanvarı vəzidə pozuntu varsa (Prestilol preparatı qalxanvarı vəzinin hiperaktivliyinin simptomlarını gizlədə bilər); • angioödem varsa (üzün, dodaqların və ya udqunma və ya nəfəsalmada ciddi çətinliklər yaradan dilin və boğazın şişməsi ilə nəticələnən ciddi allergik reaksiya). Müalicə zamanı bu hər an baş verə bilər. Əgər belə simptomlarınız yaranarsa, Prestilolun qəbulunu dərhal dayandırın və həkiminizə müraciət edin; • qara dərilisinizsə, Sizdə angioödem riski daha yüksək olur və bu preparat digər dəri rəngindən olan pasientlərə nisbətən Sizdə qan təzyiqinin azaldılmasında daha az effektiv ola bilər; • yüksək arterial təzyiqin müalicəsi üçün aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə: – angiotenzin II reseptorların blokatorları (ARB) (bunlara sartanlar da deyilir, məsələn, valsartan, telmisartan, irbesartan) – xüsusilə də, əgər şəkərli diabetlə əlaqədar böyrək çatışmazlığından əziyyət çəkirsinizsə. – aliskiren Həkiminiz Sizdə böyrəklərin funksiyalarını, arterial təzyiq və qanda elektrolitlərin (məs., kalium) miqdarını mütamadi intervallarda yoxlaya bilər. Aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə angioödem riski artır: • rasekadotril (diareya zamanı istifadə edilir); • sirolimus, everolimus, temsirolimus və mTor inhibitorları sinifinə aid olan digər dərman vasitələri (transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilir); • sakubitril: ürək çatışmazlığın müalicəsində istifadə olunan (valsartan dərman vəsitəsi ilə kombinasiyasında); Prestilol preparatının qəbulunu dərhal dayandırmaq olmaz, çünki bu halda ürək fəaliyyəti kəskin pisləşə bilər. Müalicə, xüsusilə koronar arteriya xəstəlikləri olan pasientlərdə gözlənilmədən və dərhal dayandırılmamalıdır. Hamilə olduğunuzu (yaxud ola biləcəyinizi) düşünürsünüzsə, həkiminizi bu barədə mütləq xəbər- dar etməlisiniz. Hamiləliyin erkən dövrlərində Prestilolun qəbulu tövsiyə edilmir. Preparat hamilə- liyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu, uşağın sağlamlığına ciddi zərər vura bilər (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Həmişə, hazırda, yaxud son günlərdə qəbul etdiyiniz preparatlar barədə həkiminizə və ya əczaçınıza məlumat verin. Bəzi dərman preparatları Prestilol-un təsirini dəyişə və ya Prestilol onların təsirini dəyişə bilər. Belə bir qarşılıqlı təsir dərmanlardan birini və ya hər ikisini daha az effektiv edə bilər. Yaxud bu hal əlavə təsirlərin baş verməsi riskini və ciddiliyini artıra bilər. Aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə, mütləq həkiminizə bu barədə məlumat verin: • qan təzyiqinin tənzimlənməsi və ya ürək problemləri üçün hər hansı dərman (məsələn, amiodaron, amlodipin, klonidin, üskükotu qlikozidləri, diltiazem, dizopiramid, felodipin, flekainid, lidokain, metildopa, moksonidin, prokainamid, propafenon, xinidin, rilmenidin, verapamil); • yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan digər dərman vasitələri, o cümlədən angiotenzin II reseptorlarının blokatorları (ARB), aliskiren, diuretiklər (böyrəklər tərəfindən ifraz olunan sidiyin həcmini artıran preparatlar) (Həmçinin Prestilolun “İstifadə qaydası və dozası” bölməsində verilən məlumatlara nəzər salın); • kaliumtutucu dərman vasitələri (məs., triamteren, amilorid), kalium əlavələri və ya tərkibində kalium olan duz əvəzediciləri, və orqanizmdə kalium səviyyəsini artıran diqər preparatlar (heparin – qanın laxtalanmasının qarşısını alır, ko-trimoksazol ya da trimetoprim/sulfometoksazol bakterial infeksiyalar üçün istifadə olunur); • ürək pozuntularının müalicəsində istifadə edilən kaliumtutucu dərmanlar: gündəlik 12,5 mq- 50 mq arası dozalarda eplerenon və spironolakton, • aşağı qan təzyiqinin, şokun və ya astmanın müalicəsi üçün istifadə edilən dərmanlar (məs., efedrin, noradrenalin və ya adrenalin), • xərçəngin müalicəsində istifadə edilən estramustin; • diareyanın müalicəsində istifadə edilən dərman vasitələri (rasekadotril), ya transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilən mTor inhibitorları sinfinə aid olan digər dərman vasitələri (sirolimus, everolimus, temsirolimus) (Bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”); • ürək çatışmazlığının müalicəsində istifadə olunan sakubitril/valsartan dərman vasitələri ( Bax: “Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”); • litium (maniya, maniakal depressiya və qayıdan depressiya kimi psixi pozğunluqların müalicəsi üçün istifadə edilir); • depressiyanın müalicəsi üçün istifadə edilən bəzi preparatlar, məsələn imipramin, amitriptilin, monoaminooksidazanın (MAO) inhibitorları (MAO-B inhibitorları istisna olmaqla); • şizofreniyanın müalicəsində istifadə edilən bəzi preparatlar (neyroleptiklər); • epilepsiyanın müalicəsi üçün istifadə edilən bəzi preparatlar (fenitoin, fenobarbital kimi barbituratlar); • cərrahiyyə əməliyyatları üçün anesteziya vasitələri; • damargenişləndiricilər, o cümlədən nitratlar (qan damarlarını genişləndirən preparatlar); • trimetoprim (infeksiyaların müalicəsi üçün); • autoimmun pozğunluqların müalicəsi üçün və ya transplantasiya əməliyyatlarından sonra transplantatın qopma reaksiyasının qarşısının alınması məqsədilə istifadə edilən immunosupressant preparatlar (məsələn, siklosporin, takrolimus); • podaqranın müalicəsi üçün allopurinol; • Alzheymer xəstəliyinin və ya qlaukomanın müalicəsi üçün istifadə edilən parasimpatomimetik preparatlar; • qlaukomanın (gözdə təzyiqin artması) müalicəsi üçün istifadə edilən yerli β-blokatorlar; • malyariyanın müalicəsi və ya profilaktikası üçün istifadə edilən meflokin; • baklofen (bəzi xəstəliklər, məsələn sklerozlar zamanı baş verən əzələ sərtliyinin müalicəsi üçün); • tetraxlor-qızıl-turşu natrium, xüsusilə damar inyeksiyaları zamanı (revmatik artritin simptomlarının müalicəsi üçün); • qliptinlər sinfinə aid, diabetin müalicəsində istifadə edilən dərman vasitələri, məsələn insulin, metformin, linaqliptin, saksaqliptin, sitaqliptin, vildaqliptin; • qeyri-steroid iltihab əleyhinə preparatlar, məsələn ibuprofen və ya diklofenak və ya artritin, baş ağrısının, ağrı və ya iltihabın müalicəsi üçün yüksək dozalarda asetilsalisil turşu.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, yaxud hamilə ola biləcəyiniz ehtimal olunursa və ya hamiləlik planlaşdırılırsa, preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləlik Əgər hamiləsinizsə (və ya ola bilərsinizsə) bu barədə mütləq həkiminizə məlumat verin. Bir qayda olaraq həkim Sizə hamilə olmazdan əvvəl və ya hamilə olduğunuzu bilən kimi dərhal Prestilol preparatının qəbulunu dayandırmağı tövsiyə edəcək və Prestilol əvəzinə digər preparat təyin edəcək. Prestilol preparatının hamiləliyin erkən dövrlərində qəbulu tövsiyə edilmir və 3 aydan çox hamiləlik halında qəbul edilməsinə yol verilmir, çünki hamiləliyin üçüncü ayından sonra preparatın qəbulu bətninizdəki körpəyə ciddi ziyan verə bilər. Laktasiya Əgər südəmər uşağınız varsa, bu barədə həkiminizə məlumat verin. Laktasiya dövründə ananın Prestilol qəbul etməsi tövsiyə olunmur və əgər uşağınızı əmizdirməyi davam etdirmək istəyirsi- nizsə, xüsusilə əgər körpəniz yenidoğulmuşdursa və ya vaxtından əvvəl doğulmuşdursa, həkiminiz Sizə başqa müalicə təyin edə bilər. Pediatriyada istifadəsi Prestilol preparatını uşaqlara və yeniyetmələrə təyin etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Prestilol diqqətin cəmləşdirilməsinə təsir etmir, lakin bəzi pasientlərdə, xüsusilə müalicənin erkən mərhələlərində və ya spirtli içkilərlə birgə preparat qəbul olunduqda qan təzyiqinin aşağı düşməsi nəticəsində başgicəllənmə və ya ümumi zəiflik müşahidə edilə bilər. Əgər özünüzdə belə hallar müşahidə edirsinizsə, Sizin avtomobil və ya texnikanı idarə etmək qabiliyyətiniz zəif ola bilər.

İstifadə qaydası və dozası

Preparatı yalnız həkiminizin və ya əczaçınızın göstərişinə uyğun qəbul edin. Əmin deyilsinizsə və ya suallarınız varsa, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Tövsiyə edilən doza gündə bir tabletdir. Tabletinizi səhər yeməyindən əvvəl bir stəkan su ilə qəbul edin. Bəzi hallarda, həkiminiz səhər yeməyindən əvvəl gündə yarım tablet Prestilol təyin edə bilər. Böyrək xəstəlikləri olan pasiyentlər Böyrəyinizdə orta və ciddi xəstəlik və problemlər varsa, Prestilol qəbul edilməsi tövsiyə olunmur. Prestilol preparatının qida və içkilərlə birlikdə qəbulu Prestilol preparatını yeməkdən əvvəl qəbul etmək tövsiyə olunur. Uşaqlar və yeniyetmələrdə istifadəsi Preparatın uşaqlar və yeniyetmələr tərəfindən istifadə edilməsi tövsiyə olunmur. Prestilol preparatının qəbulunu unutduqda Preparatın davamlı qəbul edilməsi daha effektiv nəticə verdiyi üçün, preparatı gündəlik qəbul etmək önəmlidir. Lakin, əgər Prestilolun bir dozasını qəbul etməyi unutsanız, növbəti dozanı öz vaxtında qəbul edin. Ötürdüyünüz dozanı bərpa etmək üçün ikiqat doza qəbul etməyin. Prestilol preparatının qəbulunu dayandırdıqda Həkiminizlə məsləhətləşmədən Prestilol preparatının qəbulunu qəfil dayandırmayın və ya dozanı dəyişməyin, belə ki, bu, ürəyinizin fəaliyyətində kəskin pisləşməyə səbəb ola bilər. Müalicə, xüsusilə ürək-damar xəstəlikləri olan pasiyentlərdə, qəflətən dayandırılmamalıdır. Preparatın qəbulu ilə bağlı əlavə sualınız yaranarsa, həkiminizlə, əczaçınızla və ya tibb bacınız ilə məsləhətləşin.

Əlavə təsirləri

Bütün preparatlar kimi, bu preparatın da əlavə təsirləri ola bilər, lakin bu hər bir pasiyentdə rast gəlmir. Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı birini müşahidə etsəniz, dərhal preparatın qəbulunu dayandırın və həkiminizə müraciət edin: • aşağı qan təzyiqi səbəbindən ciddi başgicəllənmə və ya huşsuzluq (tez-tez baş verir- hər 10 pasiyentdən 1-də rast gələ bilər) • ürək çatışmazlığının kəskinləşməsi nəticəsində nəfəsalmanın pisləşməsi və/yaxud mayenin orqanizmdə ləngiməsi (tez-tez baş verir – hər 10 pasiyentdə 1-də rast gələ bilər) • üzün, dodaqların, ağızın, dilin və ya boğazın şişməsi, nəfəsalmanın çətinləşməsi (angioödem) (nadir hallarda baş verir – hər 100 pasiyentdən 1-də rast gələ bilər) • gözlənilməz təngnəfəslik, sinə ağrıları, və ya nəfəsalmada çətinlik (bronxospazm) (nadir hallarda baş verir – hər 100 pasiyentdən 1-də rast gələ bilər) • qeyri-normal və ya qeyri-müntəzəm ürək döyüntüsü, sinə ağrıları və ya ürək tutması (çox nadir rast gəlir – hər 10000 pasiyentdən 1-də rast gələ bilər) • ayaq və əllərin zəifləməsi və ya nitqin çətinləşməsi, bu da mümkün iflicin simptomları ola bilər (çox nadir – hər 10 000 pasiyentdən 1-də rast gələ bilər. • mədəaltı vəzinin iltihabı, bu da ciddi qarın boşluğu və kürək ağrılarına və səhhətin pisləşməsinə səbəb ola bilər (çox nadir – hər 10000 pasiyentdən 1-də rast gələ bilər) • dəri və ya gözlərin saralması (sarılıq), bu da hepatit xəstəliyinin simptomu ola bilər (çox nadir – hər 10000 pasiyentdən 10-da rast gələ bilər) • dəridə səpgilər, çox zaman üzdə, qollarda və ayaqlarda qırmızı gicişən ləkələrlə başlayır (multiformalı eritema) (çox nadir – hər 10000 pasiyentdən 1-də rast gələ bilər). Prestilol, adətən, pasiyentlər tərəfindən yaxşı qəbul edilir, lakin istənilən preparatda olduğu kimi, bu preparatda da müxtəlif əlavə təsirlər ola bilər, xüsusilə müalicənin başlanğıc mərhələlərində. Aşağıda sadalanan və ya göstərilməyən hər hansı əlavə təsir müşahidə etsəniz, dərhal bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin. Tez-tez rast gəlir (hər 10 pasientdən 1-dən çoxunda baş verə bilər): • Ürək döyüntüsünün zəifləməsi. Yayılmış (hər 10 pasientdən 1-ə qədər baş verə bilər): • baş ağrısı, • başgicəllənmə, • ürəkbulanma, • dad hissiyyatının pozulması, • əzələ qıcolmaları, • əllərin və ya ayaqların keyləşməsi və ya sancması, • görmənin pozulması, • qulaqda küy, • əl və ya ayaqların donması, • öskürək, • nəfəs çatışmazlığı, • mədə-bağırsaq pozuntuları, məsələn, ürəkbulanma, qusma, qarın ağrıları, həzmetmənin pozulması və ya dispepsiya, ishal, qəbizlik, • allergik reaksiyalar, məsələn dəri səpgiləri, qaşınmalar, • əzələ spazmları, • yorğunluq, • halsızlıq. Yayılmamış (hər 100 pasientdən 1-ə qədərində rast gələ bilər): • əhval-ruhiyyənin tez-tez dəyişməsi, • yuxu pozulmaları, • depressiya, • ağız quruması, • intensiv qaşınma və ya kəskin dəri səpgiləri, • dəridə uçuq və suluqlar, • dərinin günəşə qarşı həssaslığının artması (fotohəssaslıq reaksiyası), • tərləmə, • böyrəklərdə problemlər, • impotensiya, • qanda eozinofillərin artması (ağ qan hüceyrələri), • yuxululuq, • huşsuzluq, • titrəmə, • taxikardiya, • qeyri-normal ürək döyüntüsü (AV keçiriciliyin pozulması); (vaskulit), • ayağa qalxarkən başgicəllənmə, • əzələ zəifliyi, • artralgiya (oynaq ağrısı), • mialgiya (əzələ ağrısı), • döş qəfəsində ağrılar, • narahatlıq hissi, • yerli şişkinliklər (periferik ödem), • qızdırma, • zəifləmə • laborator göstəricilərdə dəyişikliklər: preparatın dayandırılması zamanı əksinə dəyişən qanda kalium səviyyəsinin artması, sodium səviyyəsinin azalması, diabetik xəstələrdə qanda çox aşağı şəkər səviyyəsi (hipoglikemiya), qanda sidik cövhərinin artması, qanda kreatinin səviyyəsinin artması. Nadir hallarda (hər 100 pasientdən 1-ə qədərində baş verə bilər): • qarabasma və vahiməli yuxular, • göz yaşının azalması (gözlərin quruması), • eşitmədə çətinliklər, • ereksiya ilə bağlı problemlər, • qara ciyərin iltihabı, dərinin və ya göz ağının saralmasına səbəb ola bilər, • allergik səbəbdən burun axma, asqırma • allergik reaksiyaya bənzəyən hallar, məsələn, qaşınma, qızarma, səpgi, • laborator göstəricilərin dəyişməsi: qara ciyər fermentinin artması, bilirubin səviyyəsinin artması, yağ səviyyəsinin normadan fərqlənməsi. Çox nadir (hər 1000 pasientdən 1-ə qədərində baş verə bilər): • çaşqınlıq, • gözlərin qıcıqlanması və ya qızarması (konyunktivit), • eozonofil pnevmoniya (pnevmoniyanın nadir növü), • mədəaltı vəzinin iltihabı (qarın boşluğu və kürəkdə kəskin ağrılara səbəb ola bilir), • saç tökülməsi, • psoriaz tipli səpginin yaranması və ya psoriazın ağırlaşması,kəskin böyrək çatışmazlığı, • qan göstəricilərində dəyişikliklər, məsələn ağ və qırmızı qan hüceyrələrinin sayının azalması, aşağı qemoqlobin səviyyəsi, trombositlərin sayının azalması. • tezliyi məlum deyil: tremor, riqidlik, hərəkət pozğunluqları, maska kimi üz, yavaş hərəkətlər, balanssız yeriş, əl və ayaq barmaqlarda rəngsizləşmə, solğunlaşma, keyimə və ağrı hissləri (Reyno sindromu). Sidiyin konsentrasiyasının (tündləşməsi) artması, xəstəhal, əzələ tutmaları, çaşqınlıq simptomları – antidiuretik hormonun (ADH) qeyri-adekvat sekresiya nəticəsində yarana bilər. Əgər bu əlavə təsirlərdən hər hansı biri qeyd olunursa, yaxud burada göstərilməmiş əlavə təsirlər müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin. Əlavə təsirlər barədə məlumatın verilməsi Hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə öz həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin. Bura bu içlik vərəqədə sadalanmayan istənilən arzuolunmaz təsir də aiddir. Əlavə təsirlər barədə məlumat verməklə Siz pasiyentlərin bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatla təmin edilməsinə kömək edə bilərsiniz.

Doza həddinin aşılması

Əgər Sizə təyin edilən tabletlərdən çox tablet qəbul etmisinizsə, dərhal həkiminizlə və ya əczaçınız ilə əlaqə saxlayın. Doza həddinin aşılmasının mümkün simptomları qan təzyiqinin aşağı düşməsi və nəticədə başgicəllənmə və ya huşsuzluq (əgər belə hal baş verərsə, ayaqlarınızı yuxarı qaldırıb uzanmanız yardım edə bilər), nəfəs almanın çətinləşməsi, titrəmə (qanda şəkərin düşməsi nəticəsində) və ya ürək döyüntüsünün zəifləməsi hallarının baş verməsidir.

Buraxılış forması

30 tablet, konteynerdə. 1 konteyner içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlama şəraiti 30°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti karton qutunun və konteynerin üzərində göstərilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti kimi göstərilən ayın son günü nəzərdə tutulur. İçərisində 30 tablet olan konteyner açıldıqdan sonra 60 gün ərzində istifadə edilməlidir. Dərmanı çirkab sularına və ya məişət tullantılarının içərisinə boşaltmaq olmaz. Qəbulu dayandırılmış preparatlarla nə etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə yönəlmişdir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Le Laboratuar Servye İndastri – Fransa 905 route de Saran 45520 Gidy-France (Fransa).

Qeydiyyat vəsiqəsinin sahibi

Le Laboratuar Servye – Fransa 50, rue Carnot 92284 Suresnes cedex – France (Fransa).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Prestilol 5 mq / 5 mq N30 tablet” üçün ilk rəyi siz yazın.