Prenessa 8 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | AÇF inhibitorları |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,42 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PRENESSA 4 mq; 8 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Perindopril
Tərkibi
Təsiredici maddə: perindopril erbumin. 4 mq tabletlər: 1 tabletin tərkibində 4 mq perindopril erbumin vardır. 8 mq tabletlər: 1 tabletin tərkibində 8 mq perindopril erbumin vardır. Köməkçi maddələr: kalsium xlorid heksahidrat, laktoza monohidrat, krospovidon A tip, mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, maqnezium stearat.
Təsviri
4 mq tabletlər: ağ və ya demək olar ki, ağ rəngli, oval formalı, ikitərəfli cüzi qabarıq, bir tərəfi kəsik, iti kənarlı tabletlərdir. 8 mq tabletlər: ağ və ya demək olar ki, ağ rəngli, oval formalı, ikitərəfli cüzi qabarıq, bir tərəfi kəsik, iti kənarlı tabletlərdir.
Farmakoterapevtik qrupu
AÇF inhibitorları. ATC kodu: C09AA04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamika Hipertoniya Perindopril hipertoniyanın bütün növlərində aktivdir: yüngül, orta, ağır; ayaqüstə, eləcə də uzanıqlı vəziyyətdə sistolik və diastolik arterial təzyiqin azalması müşahidə olunur. Perindopril periferik damar müqavimətini azaldaraq, eyni zamanda arterial təzyiqin də sistematik şəkildə aşağı düşməsinə gətirib çıxardır. Nəticədə, periferik qan dövranı ürək yığılmalarının tezliyinə heç bir təsir göstərmədən artır. Qlomerulyar filtrasiyasının sürətinin (QFS) adətən dəyişməz qalmasına baxmayaraq, böyrək qan dövranı bir qayda olaraq artır. Birdəfəlik dozanın qəbulundan sonra preparatın hipertoniya əleyhinə maksimum təsiri 4-6 saat davam edir və ən az 24 saat ərzində öz təsirini qoruyub saxlayır; maksimal təsirin 87-100%-ni qalıq təsir təşkil edir. Qısa müddətdə qan təzyiqinin aşağı düşmə hallarının azalması müşahidə olunur. Müalicəyə cavab verən xəstələrdə təzyiq 1 ay müddətində normallaşır və bu hal taxifilaksiya əmələ gəlmədən davam edir. Müalicənin dayandırılması rikoşet effekti vermir. Perindopril sol mədəciyin hipertrofiyasını azaldır. Sübut edilmişdir ki, perindopril damargenişləndirici xüsusiyyətlərə malikdir. O, böyük damarlarının elastikliyini artırır, kiçik damarlarda isə media/lumen nisbətini azaldır. Tiazid diuretik vasitəsi ilə həyata keçirilən terapiya additiv tipli sinergizmin əmələ gəlməsi ilə nəticələnir. AÇF inhibitoru ilə tiazidin birləşməsi həmçinin diuretikin səbəb ola biləcəyi hipokaliemiya riskini aşağı salır. Ürək çatışmazlığı Perindopril ürəyə qayıdan qan yükünü (preload) və qanın xaric edilməsində ürəyin üzləşdiyi müqaviməti (afterload) azaldaraq, ürəyin fəaliyyətini aşağı salır. Ürək çatışmazlığı olan xəstələrdə aşağıdakı hallar müşahidə edilmişdir: – sol və sağ mədəciyin doldurulması təzyiqinin aşağı salınması; – ümumi periferik damar müqavimətinin aşağı salınması; – ürək hasilatının artırılması və ürək indeksinin təkmilləşdirilməsi. Müqayisəli tədqiqatlara əsasən, plasebodan fərqli olaraq, yüngül və orta ürək çatışmazlığı olan xəstələrə perindoprilin ilkin 2 mq dozasının yeridilməsi arterial təzyiqinin əhəmiyyətli dərəcədə azaldılması ilə müşahidə olunmamışdır. Farmakokinetika Absorbsiya və biotransformasiya Peroral yeridilmədən sonra perindoprilin absorbsiya prosesi sürətlənir və preparat 1 saat ərzində tam şəkildə konsentrasiya olunur. Perindoprilin plazma yarım ömrü 1 saata bərabərdir. Perindopril dərmanönüdür. Yeridilmiş perindoprilin 27%-i qan axınına aktiv metabolit perindoprilat şəklində ötürülür. Aktiv perindoprilatdan əlavə, perindopril, həmçinin, 5 qeyri-aktiv metabolitlərdən ibarətdir. Perindoprilatın maksimal plazma konsentrasiyası 3-4 saat ərzində baş verir. Qida qəbulunun perindoprilin perindoprilata çevrilmə prosesini gecikdirdiyi və beləliklə də, biomənimsənilməni azaltdığı üçün perindoprili peroral şəkildə gündə 1 dəfə səhər yeməyindən əvvəl qəbul etmək lazımdır. Perindoprilin dozası ilə plazmanın preparata olan təsiri arasında xətti asılılığın mövcüdluğu sübut edilmişdir. Paylanması Sərbəst perindoprilatın paylanma həcmi təxminən 0,2 l/kq təşkil edir. Angiotenzinin konvertasiyası üçün perindoprilin proteinlərinin plazma proteinləri ilə əlaqələndirmə dərəcəsi 20% təşkil edir, lakin bu rəqəm konsentrasiyaya görə dəyişə bilər. Xaric olması Perindoprilat sidiklə xaric olur. Sərbəst fraksiyanın terminal yarım ömrü isə 17 saat təşkil edərək, 4 gün davam edən dayanıqlı vəziyyət ilə nəticələnir. Yaşlı insanlar Yaşlı insanlarda, həmçinin ürək və böyrək çatışmazlığı olan xəstələrdə preparatın xaric olma prosesi daha uzun müddət davam edir. Böyrək çatışmazlığı Ağırlıq dərəcəsindən (kreatinin klirensi) asılı olaraq, böyrək çatışmazlığı zamanı preparatın dozasının tənzimlənməsi məsləhət görülür. Qaraciyər çatışmazlığı Perindoprilin klirensi sirrozdan əziyyət çəkən xəstələrdə modifikasiya olunur: ana molekulanın qaraciyər klirensi 2 dəfə azalır. Lakin, formalaşmış perindoprilatın sayı azalmır, buna görə də doza tənzimlənməsi tələb olunmur.
İstifadəsinə göstərişlər
Prenessa preparatının, tabletlərin, təsiredici maddəsi angiotenzinçevirici fermentin (AÇF) inhibitorları adlı dərman vasitəsi qrupuna aiddir. Onun təsir mexanizmi qan damarlarını genişləndirməsi ilə əlaqədardır ki, bu da qanı nəql edən ürəyin işini asanlaşdırır. Prenessa tabletləri aşağıdakı hallarda istifadə olunur: – yüksək arterial təzyiqin (arterial hipertoniya) müalicəsində, – simptomatik ürək çatışmazlığının müalicəsində (ürək bədənin ehtiyaclarını ödəmək üçün kifayət qədər qan nəql edə bilmədiyi zaman), – ürəyin işemik xəstəliyi olan pasiyentlərdə (ürəyə qan axınının azalması və ya əngəllənməsi zamanı) və ya artıq ürək infarktı keçirmiş və/və ya ürəyə qan axınının yaxşılaşdırılması üçün ürəyə qan aparan damarların genişləndirilməsi əməliyyatı olmuş xəstələrdə infarkt kimi ürək pozğunluqlarının yaranma riskinin azaldılması üçün.
Əks göstərişlər
Aşağıdakı hallarda Prenessa preparatını qəbul etməyin: – perindoprilə, AÇF-in hər hansı digər inhibitoruna və ya bu dərman vasitəsinin hər hansı komponentinə (bax: “Tərkibi”) qarşı allergiyanız varsa; – öncədən hər hansı AÇF inhibitorunu qəbul etdiyiniz zaman dodaqlar və üzün, boynun və ola bilsin ki, əl və ayaqların da qəfil şişməsinə və ya asfiksiya (boğulma) və ya səsin batmasına (angionevrotik ödem) səbəb olan hiperhəssaslıq reaksiyaları baş vermişsə; – keçmişdə hər hansı digər hallarda sizdə və ya ailə üzvlərinizdə angionevrotik ödem müşahidə olunmuşsa; – hamiləlik dövrü 3 ayı keçibsə (həmçinin hamiləliyin erkən dövrlərində Prenessa preparatının istifadəsi tövsiyə olunmur – “Hamiləlik və laktasiya dövründə İstifadəsi” bölməsinə baxın); – şəkərli diabet və ya böyrək funksiyası pozğunluğundan əziyyət çəkir və arterial təzyiqin aşağı düşməsi üçün tərkibində aliskiren olan dərman vasitələri qəbul edirsinizsə; – böyüklərdə uzunmüddətli (xroniki) ürək çatışmazlığının bir növünü müalicə etmək üçün istifadə edilən sakubitril/valsartan dərmanı qəbul etmisinizsə və ya hazırda qəbul edirsinizsə, angionevrotik ödem (boğaz kimi nahiyədə dəri altında sürətli şişkinlik) riski artır; – qanın mənfi yüklü səthlərlə təmasına səbəb olan ekstrakorporal müalicələr; – böyrək arteriyasının əhəmiyyətli ikitərəfli stenozu və ya tək işləyən böyrəyin arteriyasının stenozu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Prenessa preparatını istifadə etməzdən öncə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Ola bilsin ki, Prenessa preparatı sizin üçün uyğun deyil. Buna görə də, Prenessa preparatını istifadə etməzdən öncə həkiminizi aşağıdakılar barəsində məlumatlandırın: – sizə ürəyə qan axınının azaldığı və ya əngəlləndiyi (qeyri-stabil stenokardiya) bildirilibsə; – sizə ürək əzələsinin genişləndiyi və ürək klapanı problemlərinizin olduğu bildirilibsə; – sizə böyrəklərə qan təmin edən arteriyaların daraldığı (böyrək arteriyasının stenozu) bildirilibsə; – qanınızda aldosteron adlanan hormonun səviyyəsi anormal dərəcədə artarsa (ilkin aldosteronizm); – şəkərli diabetdən əziyyət çəkirsinizsə; – hər hansı digər böyrək, ürək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə; – hemodializ müalicəsi alırsınızsa və ya yaxın vaxtlarda böyrək transplatasiyası əməliyyatı keçirmisinizsə; – duzsuz pəhriz saxlayır və ya ağır qusma və ya ishaldan əziyyət çəkir, yaxud sidik miqdarını artıran preparatlar (diuretiklər) qəbul edirsinizsə; – litium birləşmələri, yəni maniya və ya depressiyanın müalicəsi üçün preparatlar qəbul edirsinizsə; – kalium əlavələri və ya tərkibində kalium olan duz əvəzediciləri, yaxud qan zərdabında kaliumun səviyyəsini artıra bilən dərman vasitələri (heparin və s.) qəbul edirsinizsə; – aparatın köməyi ilə qanda xolesterinin miqdarının azaldılması prosedurundan (aşağı sıxlıqlı lipoprotein aferezi (ASLP-aferez)) keçməyi planlaşdırırsınızsa; – аrı və ya eşşək arısı sancmasına qarşı allergik reaksiyaların azaldılması üçün müalicə alırsınızsa və ya almağı planlaşdırırsa; – sistemli qırmızı qurdeşənəyi və ya sklerodermiya kimi hər hansı bir kollagen xəstəlikdən əziyyət çəkir və ya immunosupressiv terapiya alırsınızsa; – etnik mənsubiyyətinizdən asılı olaraq arterial təzyiqiniz kifayət qədər aşağı düşmürsə (xüsusilə tünd dəri rənginə sahib olan xəstələrdə); – yaxın vaxtlarda əməliyyat olunacaq və ya sizə ümumi anesteziya tətbiq olunacaqsa; – serebrovaskulyar xəstəliklərdən əziyyət çəkirsinizsə; – yüksək arterial təzyiqin müalicəsində istifadə olunan aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə: – angiotenzin II reseptorlarının blokatorları (ARB) (həmçinin sartanlar kimi tanınan – məsələn: valsartan, telmisartan, irbesartan və s.), xüsusilə, əgər şəkərli diabetlə əlaqəli böyrək problemləriniz olarsa; – aliskiren. Həkiminiz böyrək funksiyalarını, qan təzyiqini və elektrolitlərin (məsələn, kalium) qanda miqdarını vaxtaşırı yoxlaya bilər. Həmçinin “Əks göstərişlər” bölməsindəki məlumatlara baxın. Aşağıdakı preparatlardan hər hansı birinin qəbulu angionevrotik ödem riskini artırır: – rasekadotril (diareyanın müalicəsində istifadə edilir); – sirolimus, everolimus, temsirolimus və mTOR inhibitorları sinfinə aid digər dərman vasitələri (köçürülmüş orqanların orqanizm tərəfindən dəf olunmasının qarşısını almaq üçün istifadə olunur); – vildaqliptin (diabetin müalicəsində istifadə olunur). Hamilə olduğunuzu (və ya hamilə ola biləcəyinizi) düşünürsünüzsə, bu barədə həkimi dərhal məlumatlandırmalısınız. Hamiləliyin erkən dövrlərində Prenessa preparatının qəbulu tövsiyə olunmur, preparat həmçinin hamiləliyin 3-cü ayından sonra qəbul olunmamalıdır, çünki bu mərhələdə uşağınıza ciddi zərər verə bilər (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hər hansı digər dərman vasitəsi qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə, bu barədə həkiminizi və ya əczaçını məlumatlandırın. Həkimin məsləhəti olmadan reseptsiz buraxılan dərman vasitələrini qəbul etməyin. Bu əsasən aşağıdakı dərman vasitələrinə aiddir: – soyuqdəymənin müalicəsi üçün istifadə olunan, tərkibində təsiredici maddə kimi psevdoefedrin və ya fenilefrin olan dərman vasitələri, – ağrıkəsici dərmanlar, o cümlədən asetilsalisil turşusu (qızdırmanın müalicəsində və trombların yaranmasının qarşısını almaq üçün istifadə edilən əksər dərman vasitələrinin tərkibində rast gəlinən maddə), – kalium əlavələri, – tərkibində kalium olan duz əvəzediciləri. Aşağıdakılardan hər hansısa birini qəbul edirsinizsə, onun Prenessa preparatının tabletləri ilə eyni zamanda istifadəsinin təhlükəsiz olduğundan əmin olmaq üçün bu barədə həkiminizə məlumat verin: – yüksək arterial təzyiqin və/və ya ürək çatışmamazlığının müalicəsində istifadə olunan digər dərman vasitələri, o cümlədən sidik miqdarını artıran dərman vasitələri (diuretiklər), – kaliumtutucu dərman vasitələri (məsələn, triamteren, amilorid), kalium əlavələri və tərkibində kalium olan duz əvəzediciləri, – ürək çatışmazlılığının müalicəsində istifadə olunan kaliumtutucu dərman vasitələri: gündə 12,5-50 mq arası dozalarda qəbul edilən eplerenon və spironolakton, – qeyri-müntəzəm ürəkdöyünmənin müalicəsində istifadə olunan dərman vasitələri (prokainamid), – şəkərli diabetin müalicəsində istifadə olunan dərman vasitələri (vildaqliptin kimi insulin və ya daxilə qəbul edilən antidiabetik dərman vasitələri), – baklofen (məsələn, multi skleroz kimi xəstəliklərdə əzələ sərtliyinin müalicəsi üçün istifadə olunur), – podaqra xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri (allopurinol), – Ağrıkəsici kimi qəbul edilən aspirin də daxil olmaqla, qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP, məsələn, ibuprofen, diklofenak), – vazodilatorlar, o cümlədən nitratlar (qan damarlarını genişləndirən dərman vasitələri), – heparin (qanın durulaşması üçün qəbul edilən dərman vasitələri), – orqanizmin immun reaksiyasının azaldılması üçün və ya transplantasiya əməliyyatından sonra qəbul olunan dərman vasitələri (immunodepressantlar, məsələn siklosporin, takrolimus), – trimetoprim və trimetoprim/sulfametoksazol kimi də tanınan ko-trimoksazol (infeksiyaların müalicəsi üçün), – estramustine (xərçəngin müalicəsində istifadə olunur), – sinir sisteminin müəyyən bir hissəsi üzərində stimullaşdırıcı təsir göstərən dərman vasitələri, məsələn, efedrin, adrenalin və ya norepinefrin (simpatomimetiklər), – mani və ya depressiyanın müalicəsində qəbul olunan dərman vasitələri (litium preparatları), – depressiya, həyəcan, şizofreniya kimi psixi xəstəliklərin və ya digər psixozların müalicəsində tətbiq olunan dərman vasitələri (trisiklik antidepresanlar və neyroleptiklər), – artritin müalicəsində inyeksiya şəklində tətbiq edilən qızıl preparatları (natrium aurotiomalat), – tez-tez diareyanın (racecadotril) müalicəsində və ya transplantasiya orqanlarının imtinasının qarşısını almaq istifadə olunan dərman vasitələri (sirolimus, everolimus, temsirolimus və mTOR inhibitorları sinfinə aid digər preparatlar). “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın. Həkiminiz dozanın təyinatını dəyişə və/və ya digər ehtiyat tədbirləri ala bilər. – angiotenzin II reseptorlarının blokatorları (ARB) və ya aliskirenin qəbulu zamanı (həmçinin “Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrindəki məlumatlara baxın). Prenessa preparatının tabletlərinin tərkibində laktoza var (laktoza monohidrat formasında) Hər hansı şəkərə qarşı dözümsüzlüyünüz varsa, bu preparatın qəbuluna başlamazdan əvvəl həkimə müraciət edin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləsiniz və ya ana südü ilə qidalandırırsınıza, hamilə ola biləcəyinizi düşünürsünüz və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman preparatının qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik Hamilə olduğunuzu (və ya hamilə ola biləcəyinizi) düşünürsünüzsə, bu barədə həkiminizi dərhal məlumatlandırın. Həkim hamiləlikdən əvvəl və ya hamilə olduğunuz aşkar olunan kimi Prenessa preparatının qəbulunu dayandırmağınızı tövsiyə edə və Prenessa əvəzində sizə digər bir preparat təyin edə bilər. Prenessa preparatının hamiləliyin erkən dövründə qəbulu tövsiyə olunmur və hamiləliyin 3-cü ayından sonra istifadəsi əks göstərişdir, çünki hamiləliyin üçüncü trimestrindən sonra qəbulu uşağa ciddi zərər verə bilər. Laktasiya Ana südü ilə qidalandırır və ya bunu planlaşdırırsınıza, bu barədə həkiminizə məlumat verin. Prenessa preparatı ana südü ilə qidalandıran qadınlar üçün tövsiyə olunmur və ana südü ilə qidalandırmaq istəyirsinizsə, xüsusilə körpəniz yeni və ya vaxtından əvvəl doğulubsa həkiminiz sizə başqa bir müalicə təyin edə bilər. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaq və yeniyetmələrdə tətbiqi indiyənədək tədqiq edilməmişdir. Bu halda, uşaq və yeniyetmələrdə tətbiqi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Prenessa preparatının sizin üzərinizdəki təsirini öyrənməzdən əvvəl avtomobil idarə etmək və ya mexanizmlərlə işləmək tövsiyə olunmur. Prenessa preparatı, adətən, diqqətin toplanması qabiliyyətinə təsir göstərmir, lakin, bəzi xəstələrdə xüsusilə müalicənin başlanğıcında və ya digər antihipertenziv agentlərlə kombinasiyada qəbul edildikdə qan təzyiqinin aşağı düşməsi səbəbiylə zəiflik və ya başgicəllənmənin meydana çıxması mümkündür. Nəticədə avtomobil idarəetmə qabiliyyəti və texnika ilə iş müvəqqəti olaraq pozula bilər. İstifadə qaydası və dozalar Prenessa preparatının qida və içkilərlə qəbulu Qida qəbulunun preparatın təsir mexanizminə təsirini azaltmaq məqsədi ilə Prenessa preparatını yeməkdən əvvəl qəbul etmək tövsiyə olunur. Preparat hər zaman bu içlik vərəqədə verilən təlimata və ya həkim və ya əczaçının göstərişinə uyğun olaraq qəbul edilməlidir. Şübhələriniz varsa, həkimə və ya əczaçıya müraciət edin. Yüksək arterial təzyiqin müalicəsi zamanı tövsiyə olunan başlanğıc doza gündə bir dəfə olmaqla 4 mq perindopril (Prenessa preparatının 1 ədəd 4 mq-lıq tableti) təşkil edir. Zəruri olarsa, bu doza gündə bir dəfə olmaqla 8 mq perindoprilə (Prenessa preparatının 2 ədəd 4 mq-lıq tableti) qədər artırıla bilər. Ürək çatışmazlığının müalicəsi zamanı tövsiyə olunan başlanğıc doza gündə bir dəfə olmaqla 2 mq perindopril (Prenessa preparatının yarım ədəd 4 mq-lıq tableti ) təşkil edir; zəruri olarsa, bu doza gündə bir dəfə olmaqla 4 mq perindoprilə (Prenessa preparatının 1 ədəd 4 mq-lıq tableti) qədər artırıla bilər. Ürəyin stabil işemik xəstəliyinin müalicəsi zamanı tövsiyə olunan başlanğıc doza gündə bir dəfə 4 mq perindopril (Prenessa preparatının 1 ədəd 4 mq-lıq tableti) təşkil edir; bu dozaya yaxşı dözümlülük göstərilərsə, o, gündə bir dəfə olmaqla 8 mq perindoprilə (Prenessa preparatının 2 ədəd 4 mq-lıq tableti) qədər artırıla bilər. Tableti bir stəkan su ilə səhər hər gün eyni vaxtda yeməkdən əvvəl qəbul edin. Müalicənin gedişində həkim müalicəsinin effektinə və Sizin tələblərinizə uyğun olaraq dozanı tənzimləyir. Aşağıdakı hallarda doza normadan az olmalı və həkim tərəfindən təyin edilməlidir: – yaşlı xəstələrdə, – böyrək funksiyası pozğunluğundan əziyyət çəkən xəstələrdə, – böyrəklərə qan daşıyan damarların daralması (renovaskulyar hipertenziya) səbəbiylə yüksək qan təzyiqi olan xəstələrdə, – eyni zamanda sidiyin miqdarını artıran dərman vasitələri (diuretiklər) ilə müalicə alan xəstələrdə, – diuretiklər ilə müalicənin dayandırılması mümkün olmayan arterial hipertenziya olan xəstələrdə, – ağır ürək çatışmazlığı olan xəstələrdə və – qan damarlarının genişləndirən dərman vasitələri – vazodilatorlar ilə müalicə alan xəstələrdə. Həkiminiz tibbi vəziyyətiniz əsasında müalicə müddətini müəyyən edəcək. Prenessa preparatının dozasının buraxılması Preparat hər gün qəbul edilməlidir. Bir dozanı qəbul etməyi unutmusunuzsa, sadəcə sonraki dozanı adi qaydada qəbul edin. Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul edilməməlidir. Bir neçə dozanın qəbulunu unutmusunuzsa, xatırladığınız zaman növbəti dozanı qəbul edin. Daha sonra preparatı təlimata uyğun istifadə edin. Prenessa preparatının qəbulunun dayandırılması Müalicə dayandırıldığı zaman qan təzyiqi tədricən yenidən yüksələ bilər və bu, xüsusilə ürək, beyin və böyrəklərdə qan təzyiqinin yüksəlməsi səbəbiylə ağırlaşmalar riskini artıra bilər. Ürək çatışmazlığı olan xəstələrin vəziyyəti hospitalizasiyanın tələb olunmasına səbəb olacaq dərəcədə ağırlaşa bilər. Bununla əlaqədar olaraq, Prenessa preparatının qəbulunu dayandırmağı qərara almısınızsa, bunu ilk öncə həkiminiz ilə məsləhətləşməlisiniz. Bu preparatın istifadəsi ilə bağlı əlavə suallarınız yaranarsa, həkiminiz və ya əczaçıya müraciət edin.
Əlavə təsirləri
Bütün digər dərman vasitələri kimi bu preparat da hər kəsdə müşahidə olunmasa da, bəzi insanlarda əlavə təsirlər törədə bilər. Preparatla müalicə zamanı aşağıdakı əlavə təsirlər mümkündür: Tez-tez (ən çox 10 nəfərdən birində müşahidə oluna bilər) – baş ağrısı, başgicəllənməsi, fırlanma hissi (vertiqo), əl və ayaqlarda paresteziyalar və ya keyimə hissi, – görmə qabiliyyətinin pozulması, – qulaqlarda cingilti, cızıltı, vızıltı (qulaqlarda küy), – aşağı arterial təzyiq (arterial hipotenziya) və arterial hipotenziya ilə bağlı effektlər, – öskürək, nəfəs darlığı (təngnəfəslik), – ürəkbulanma, qusma, qarın ağrısı, dad dəyişiklikləri (disgevziya), mədə pozğunluğu (dispepsiya), ishal və qəbizlik, – səpgi, qaşınma, – əzələ spazmları, – zəiflik (asteniya). Bəzən (ən çox 100 nəfərdən birində müşahidə oluna bilər) – qanda şəkərin konsentrasiyasının azalması (hipoqlikemiya), – müalicənin dayandırılması zamanı qanda kalium səviyyəsinin artması, – natriumun səviyyəsinin azalması, – əhval dəyişiklikləri, yuxunun pozulması, – depressiya, – yuxuya meyillilik, huşunu itirmə, – palpitasiyalar (ürək döyüntüsü), taxikardiya, – vaskulit (qan damarlarının iltihabı), – xırıltılı tənəffüs (bronxospazm), – ağızda quruluq, – üzdə, boyunda, dodaqlarda, selikli qişalarda, dil və ya boğazda qəfil ödemə (səsin batması və boğulma ilə müşahidə olunur), həmçinin əl və ya ayaqların da qəfil şişməsinə (angionevrotik ödem), övrəyə səbəb ola bilən hiperhəssaslıq reaksiyaları, – fotosensibilizasiya reaksiyası (dərinin günəş işığına həssaslığının artması), – artralgiya (oynaq ağrıları), mialgiya (əzələ ağrısı), – böyrək disfunksiyası, – ereksiyaya (sərtlik) nail olmaq və ya saxlamaq bacarıqsızlığı (impotensiya), – sinə ağrısı, halsızlıq, periferik ödemlər, qızdırma, – qanda sidik turşusunun səviyyəsinin artması, qanda kreatinin səviyyəsinin artması, bayılma (özündən getmə). Nadir hallarda (ən çox 1000 nəfərdən birində müşahidə oluna bilər) – laboratoriya göstəricilərində dəyişikliklər: qan zərdabında bilirubin səviyyəsinin artması, qaraciyər fermentlərinin aktivliyinin artması, – psoriazın ağırlaşması, – tünd sidik, halsızlıq (ürəkbulanma) və ya xəstə olmaq (qusma), əzələ spazmları, süurun qarışıqlığı və qıcolmalar. Bunlar uyğun olmayan antidiuretik hormon ifrazı adlı bir vəziyyətin simptomları ola bilər; – sidik ifrazının azalması və ya olmaması; – qızartı; – kəskin böyrək çatışmazlığı. Çox nadir hallarda (ən çox 10000 nəfərdən birində müşahidə oluna bilər) – şüur dolaşıqlığı, – yüksək risk altında olan xəstələrdə arterial təzyiqin həddindən artıq aşağı düşməsi səbəbiylə ürək ritminin pozulması (aritmiya), sinə ağrısı (stenokardiya), infarkt və insult, – ağciyər toxumasında müəyyən qan hüceyrələrinin (eozinofillər) yığılması səbəbiylə ağ ciyər iltihabı (eozinofil pnevmoniya), burun boşluğu selikli qişasının iltihabı (rinit), – mədəaltı vəzin iltihabı (pankreatit), – qaraciyər iltihabı (hepatit), – çəhrayı-qırmızı yastı ləkələr şəklində özünü büruzə verən allergik səpgi (multiformalı eritema), – kəskin böyrək çatışmazlığı. Məlum deyil (mövcud məlumatlardan təxmin etmək mümkün deyil) – əl və ya ayaq barmaqlarında rəngin dəyişməsi, uyuşma və ağrı (Reynо fenomeni).
Doza həddinin aşılması
Lazım olduğundan çox tablet qəbul etmisinizsə, dərhal həkimə və ya əczaçıya müraciət edin. Doza həddi aşıldıqda ən çox rast gələn əlamətlərə arterial təzyiqin qəfil düşməsi (arterial hipotenziya) aiddir. Digər əlamətlərə ürəkdə nəbzin tezliyinin artması və ya azalması, qeyri-müntəzəm və/və ya sürətlənən ürək döyüntüsünün gətirdiyi xoşagəlməz hislər, sürətli nəfəsalma, başgicəllənmə, narahatlıq və/və ya öskürək daxil ola bilər. Arterial təzyiqiniz həddindən artıq aşağı düşərsə, uzanın, ayaqlarınızı yuxarı qaldırın və başınızın altına kiçik yastıq qoyun.
Yararlılıq müddəti
3 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
30°C-dən yuxarı olmayan temperaturda və nəmdən qorumaq məqsədilə orijinal qutusunda saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi KRKA d.d., Novo mesto, Slovenia. Novo mesto, Smarjeska c. 6, 8501 Novo mesto, Slovenia. Azərbaycanda Nümayəndəlik Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.