PRANAKARD 5 ML N10 AMP

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirSistem istifadə üçün anabolik vasitə. Ürək xəstəliklərinin müalicəsi üçün dərman vasitəsi

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,55 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PRANAKARD 0,5 q /5 ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Meldonium

Tərkibi

Təsiredici maddə: 1 ampulda 500 mq meldonium vardır. Köməkçi maddə: inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün anabolik vasitə. Ürək xəstəliklərinin müalicəsi üçün dərman vasitəsi. ATC kodu: C01EB22.

Farmakoloji xüsusiyyətləri

Pranakard preparatının tərkibində təsir edici maddə meldoniumdur. Meldonium insan orqanizminin hər bir hüceyrəsində yerləşən kimyəvi quruluşca qamma-butirobetainin analoqudur. Pranakard fiziki yüklənmə şəraitində hüceyrələrin oksigenə olan tələbat və təchizat arasında tarazlığı bərpa edir, hüceyrələrdə mübadilənin toksiki məhsullarının toplanmasının qarşısını alır, onları zədələnmədən qoruyur: eləcədə mərkəzi sinir sisteminə tonuslandırıcı təsir göstərir. Pranakardın istifadəsi nəticəsində orqanizm yüklənməyə tab gətirir və tez bir zamanda enerji ehtiyatlarını bərpa edir. Bu xüsusiyyətlərini nəzərə alaraq Pranakard ürək-qan damar sisteminin fəaliyyət pozğunluqları, baş beyin qan təchizatı pozğunluqlarının müalicəsi zamanı təyin olunur.

İstifadəsinə göstərişlər

Aşağıdakı hallarda kompleks müalicədə istifadə edilir: – İş fəaliyyətinin zəifləməsi, həddindən artıq fiziki gərginlik (o cümlədən idmançılarda); – Cərrahi əməliyyatdan sonra reabilitasiyanın sürətlənməsi üçün; – Ürəyin işemik xəstəliyi (ÜİX) (stenokardiya, miokard infarktı), xroniki ürək çatışmazlığı, miokardın dishormonal distrofiya fonunda kardialgiya; – Beyinin qanla təmin olunmasının pozulması (insult, serebrovaskulyar çatışmazlığı); – Gözün tor qişasında qan dövranının kəskin pozulması, torlu qişaya müxtəlif etiologiyalı hemoftalm və qansızma, torlu qişanın mərkəzi venasının və onun şaxələrinin trombozu, müxtəlif mənşəli retinopatiya (o cümlədən diabetik və hipertonik).

Əks göstərişlər

• Meldoniuma qarşı yüksək həsasslıq • Kəllə daxili təzyiqin yüksəlməsi • Qaraciyər və/və ya böyrəklərin ciddi zədələnmələri • 18 yaşa qədər uşaqlar (istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir) • Hamiləlik • Laktasiya dövrü

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər və/və ya böyrək xəstəlikləri olan pasiyentlər Pranakard istifadə olunmazdan öncə həkim ilə məsləhətləşməlidirlər (qaraciyər və böyrək funksiyalarını yoxlamaq vacibdir).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Nitroqliserin, nifedipin, β-adrenoblokatorlar və digər arterial təzyiqin enməsinə və ya damar genişləndirici təsirə malik preparatlar. Pranakardın bu preparatlarla müştərək təyini arterial təzyiqin enməsinə və ürək yığılmalarının artmasına səbəb ola bilər. Pranakard siklofosfamid və ya fosfamid ilə birgə təyin olunduqda bu preparatların ürəyə mənfi təsirini artırır. Tərkibində meldonium olan digər preparatlarla eyni vaxtda istifadə etmək məsləhət görülmür, belə ki, əlavə təsirlərin yaranması riski arta bilər. Pranakardı ürək qlikozidləri, stenokardiyanın müalicəsində, ürək ritmin pozulması zamanı, qanın qatılığını azaldan, tromb əmələ gəlmə riskini azaldan, sidikqovucu preparatlarla və bronxlarda spazmı götürən preparatlarla eyni vaxtda istifadə etmək olar. Pranakard lizinopril ilə birgə xroniki ürək catışmazlığının müalicəsində təyin oluna bilər. Pranakard orat turşusu ilə birgə qan dövranının pozğunluğu zamanı meydana çıxan zədələnmələri aradan götürmək məqsədilə təyin oluna bilər. Pranakard azidotimidin və qazanılmış immunçatışmazlığı sindromunun (QİÇS) müalicəsi üçün digər preparatlar ilə kombinasiya şəklində istifadə QİÇS-in müalicəsində müsbət təsir göstərir. Pranakard dəmir preparatları ilə birgə dəmir defisitli anemiyanın müalicəsi məqsədilə təyin oluna bilər. Pranakard indinavirinlə törədilmiş kardiotoksiklik halında və efavirenzlə törədilmiş neyrotoksiklik halında qoruyucu təsir göstərir. Pranakard qida, içki və alkoqol ilə qarşılıqlı təsirə girmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü və süd verən dövr preparatı istifadə etməyə əks göstərişdir. Əgər anaya Pranakardı qəbul etmək lazımdırsa, süd verməyi saxlamaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Pranakardın nəqliyyat vasitəsini və hərəkət edən mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Pranakard venadaxili yeridilir. Dozanı, müalicə kursunu göstəriş və vəziyyətiniz ilə əlaqədar olaraq Sizin müalicə həkiminiz təyin edir. Mümkün stimullaşdırıcı effektlə bağlı günün birinci yarısında istifadə etmək məsləhət görülür. Ürək-damar xəstəlikləri (ÜİX, xroniki ürək çatışmazlığı, dishormonal kardiomiopatiya) Kompleks müalicənin tərkibində gündə 0,5-1,0 q meldonium (5-10 ml Pranakard) venadaxili, bütün doza dərhal istifadə edilir və ya doza, iki qəbul üçün bölünüb 10-14 gün ərzində istifadə edilir, sonra daxilə qəbul formasına keçilir. Müalicənin ümumi kursi 4-6 həftə təşkil edir. Təkrar kurslar ildə 2-3 dəfə mümkündür. Həddindən artıq zehni və fiziki gərginlik (o cümlədən idmançılarda): gündə 1 dəfə 500 mq venadaxili. Müalicə kursu – 10-14 gün. Ehtiyac olduqda müalicə 2-3 həftədən sonra təkrar olunur. Xroniki alkoqolizm (spesifik müalicə ilə kombinasiya şəklində): gündə 2 dəfə 500 mq venadaxili. Müalicə kursu – 7-10 gün. Göz dibinin damar patologiyası və torlu qişanın distrofiyası: 10 gün ərzində 0,5 ml 10%-li məhlul (50 mq mildronat) retrobulbar və subkonyunktival yeridilir. Gözün iltihabında qlükokortikosteroidlərin parenteral və ya lokal yeridilməsi ilə kombinə edilir, damarların distrofik xəstəliklərində – mikrosirkulyasiyanı yaxşılaşdıran dərman vasitələri ilə. Beyin qan dövranın pozulması: serebrovaskulyar patologiyanın kəskin fazasında – 10 gün ərzində gündə 1 dəfə 500 mq venadaxili, sonra isə daxilə (peroral dərman formasında) qəbuluna keçilir. Müalicənin ümümi kursu – 4-6 həftə təşkil edir. Beyin qan dövranının xroniki pozğunluqları: gündə 1 dəfə,günün birinci yarısında 500 mq venadaxili yeridilir,sonra isə peroral dərman formasında qəbul olunur. Müalicə kursu – 2-3 həftə. Uşaq və yeniyetmələrdə istifadəsi Uşaq və yeniyetməlrədə Pranakardın effektivlik və təhlükəsizliyi haqqında məlumatlar olmadığı üçün uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi əks göstərişdir.

Əlavə təsirləri

Aşağıdakı əlavə təsirlər meydana çıxa bilər: • allergik reaksiyalar, baş ağrıları, dispepsiya (həzm pozğunluqları) Nadir hallarda(1000 nəfərdən 1də) • yüksək həssaslıq reaksiyaları, allergik dermatit, angionevrotik ödem, övrə, anaflaktik reaksiyalar; • qəfil yanğı hissinin meydana çıxması, əl barmaqlarının əsməsi, bədənin müxtəlif hissələrinin keyləşməsi, qulaqlarda küy, başgicəllənmə, yerişin pozulması, dəri hisiyyatının itməsi, huşun itməsi; • ürək ritmin pozulması, ürək döyünmə, sinədə diskomfort hissinin, ağrının olması; • arterial təzyiqin yüksəlməsi/enməsi, arterial təzyiqin çox yüksəlməsi, dərinin qızarması, dərinin avazıması; • boğazda iltihab, öskürək, təngnəfəslik, tənəffüsün çətinləşməsi; • ağızda metal dadının olması, iştahanın itməsi, ürəkbulanma, qusma, köpün əmələ gəlməsi, diareya, qarında ağrı; • səpmə, qaşınma; • kürəkdə ağrı, əzələ zəifliyi, əzələ spazmı; • sidik ifrazının tezləşməsi; • ümümi zəiflik, əsmə, ödem, üzün ödemi, ayaqların odemi, istilik hissiyyatı, soyuqluq hissiyyatı, soyuq tər; • elektrokardioqrammada normadan kənaraçıxmalar, ürək fəaliyyətinin sürətlənməsi, qanda eozinofillərin miqdarının yüksəlməsi. Əgər hər hansı əlavə təsirlər meydana çıxarsa müalicə həkiminə müraciət edin.

Doza həddinin aşılması

Əgər Pranakard təyin olunan dozadan artıq qəbul olunubsa baş ağrısı ilə müşayət olunan arterial təzyiqin enməsi, ürək döyüntülərinin tezləşməsi, başgicəllənmə və ümümi zəiflik meydana çıxa bilər. Bu zaman həkimə müraciət etmək lazımdır. Əgər Siz Pranakard inyeksiyasının vurulmasını buraxmısınıza, ilk imkan düşdükcə preparatı tətbiq etmək lazımdır. Ancaq növbəti inyeksiya üçün vaxt gəldisə, dərmanın adi dozasını daxil etməlisiniz. Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat doza yeridilməməlidir. Pranakardın istifadəsinin erkən dayandırılması ilə bağlı heç bir mənfi hal müşahidə edilməmişdir.

Buraxılış forması

5 ml məhlul ampulada. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə və skarifikatorla birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinini sahibi RUP “Belmedpreparatı”. Belarusiya Respublikası, 220007, Minsk şəhəri, Fabrisius küç.,30. Tel.:/Faks: (+ 375 17) 220 37 16. e-mail: [email protected] http://www.belmedpreparaty.com.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“PRANAKARD 5 ML N10 AMP” üçün ilk rəyi siz yazın.