Polkortolon 4 mq N50 tablet

Dərman formasıTablet
Farmakoloji təsirPolkortolon qlükokortikosteroidlər adlanan dərman preparatları qrupuna daxildir
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,52 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman preparatını istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Bu içlik vərəqəni saxlamaq lazımdır, onun təkrar oxunması lazım gələ bilər. Əlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dərman preparatı hər bir pasiyentə fərdi olaraq təyin olunur. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni simptomlar olsa belə, preparat onlar üçün zərərli ola bilər. Hər hansı əlavə təsir, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsir meydana çıxarsa, həkimə, əczaçıya və ya digər tibb işçisinə müraciət etmək lazımdır. “Əlavə təsirlər” bölməsinə bax. POLKORTOLON 4 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Triamcinolonе

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq triamsinolon vardır. Köməkçi maddələr: kartof nişastası, maqnezium stearat, laktoza monohidrat.

Təsviri

Girdə, hər iki tərəfi yastı, bir tərəfində “o”, digər tərəfində isə “ ” həkk edilmiş, ağ və ya mg demək olar ki, ağ rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Polkortolon qlükokortikosteroidlər adlanan dərman preparatları qrupuna daxildir. ATC kodu: H02AB08.

Farmakoloji xüsusiyyətləri

Polkortolon güclü iltihabəleyhinə təsirə malikdir. Preparatın tərkibində böyrəküstü vəzilərin qabıq maddəsinin sintetik hormonu vardır.

İstifadəsinə göstərişlər

Polkortolon aşağıda göstərilən xəstəliklərin müalicəsi üçün istifadə olunur: – endokrin sistemin pozğunluqları (böyrəküstü vəzilərin qabıq maddəsinin birincili çatışmazlığı, böyrəküstü vəzilərin qabıq maddəsinin anadangəlmə hiperplaziyası); – revmatik xəstəliklər; – kollagenozlar (birləşdirici toxuma xəstəlikləri); – dermatoloji xəstəliklər (məsələn, eksfoliativ dermatit, kəpəklənən dəmrov xəstəliyinin ağır forması, pemfiqus); – ağır formada keçən, digər üsullarla müalicə olunmayan allergik xəstəliklər; – oftalmoloji xəstəliklər (məsələn, konyunktivit, keratit, irit və iridosiklit); – tənəffüs yollarının xəstəlikləri (sarkoidoz, vərəm); – hematoloji xəstəliklər; – onkoloji xəstəliklər (simptomatik müalicə vasitəsi kimi); – həzm traktının xəstəlikləri (xoralı kolit, Kron xəstəliyi); – dağınıq skleroz.

Əks göstərişlər

– Polkortolon preparatının təsiredici maddəsinə və ya tərkibində olan hər hansı komponentinə (“Tərkibi” bölməsinə bax) qarşı allergiya (yüksək həssaslıq); – göbələk infeksiyalarının törətdikləri xəstəliklər; – vaksinasiyadan əvvəl, xüsusilə canlı virus vaksinləri ilə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Polkortolon preparatından istifadə etdikdə, aşağıdakı hallarda xüsusilə ehtiyatlı olmaq lazımdır: – suçiçəyi, kəmərləyici dəmrov və qızılca kimi, bəzi infeksion xəstəliklərin ağır gedişi. Yoluxma baş verdiyi halda həkim müvafiq müalicə təyin etməlidir. Əvvəllər bu xəstəlikləri keçirməyən pasiyentlər, yoluxmuş xəstələrlə əlaqədən çəkinməlidirlər; – infeksiyalara qarşı müqavimətin aşağı düşməsi. Dərman preparatı yoluxma simptomlarını maskalaya (gizlədə) bilər. Aşağıdakı xəstəliklər və ya vəziyyətlər olduğu halda, Polkortolon preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır: – mədə və (və ya) onikibarmaq bağırsaq xorası; – bağırsaq xəstəlikləri (məsələn, təzə bağırsaq anastomozları, bağırsaq divertikulları, kolit); – tromboflebit; – böyrək çatışmazlığı; – osteoporoz (xüsusilə qadınlarda menopauzada); – əzələlərdə şiddətli zəiflik və yorğunluq (miasteniya); – göbələk və ya virus infeksiyaları; – qlaukoma; – xolesterinin və triqliseridlərin səviyyəsinin yüksəlməsi; – qanda zülalların səviyyəsinin aşağı düşməsi; – hipertenziya; – durğunluq ürək çatışmazlığı; – epilepsiya; – qaraciyər funksiyalarının pozulması, qaraciyər sirrozu; – göz kəmərləyici dəmrov; – kəskin psixoz və psixi pozğunluqlar. Preparat bu xəstəliklərin simptomlarını gücləndirə bilər; – vərəm; – qalxanabənzər vəzinin hipofunksiyası; – şəkərli diabet; – aspirin ilə eyni zamanda qəbul edildikdə, qanın laxtalanma faktorunun (protrombinin) çatışmazlığı; – görmə itiliyi pisləşdikdə və ya görmə orqanında digər pozğunluqlar olduqda, həkimə müraciət etmək lazımdır. Polkortolon preparatının istifadəsi fonunda amöbiazın (amöb dizenteriyası parazitinin törətdiyi mədə-bağırsaq traktı (MBT) xəstəliyidir) meydana çıxması mümkündür. Polkortolon preparatının tərkibində laktoza vardır. 1 tabletin tərkibində 200 mq laktoza monohidrat var. Pasiyentə əvvəllər bəzi şəkərlərə qarşı dözümsüzlük diaqnozu qoyulduğu halda, preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatın istifadəsinin qida qəbulundan və spirtli içkilərdən asılılığı Polkortolon preparatını qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Bu preparat orqanizmdə natriumun konsentrasiyasını yüksəldir ki, bu da ödemlərə və arterial təzyiqin yüksəlməsinə gətirib çıxara bilər. Bu səbəbdən, duzun istifadəsini məhdudlaşdırmaq lazımdır. Mədə-bağırsaq qanaxmalarının meydana çıxma riskinin mövcudluğunu nəzərə alaraq, müalicə müddətində alkoqoldan istifadə etmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda istifadə edilən dərman preparatları barədə və ya bir müddət əvvəl istifadə edilən və ya istifadəsi planlaşdırılan preparatlar barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Bəzi dərman vasitələri Polkortolon preparatının təsirini gücləndirə bilər və bu cür dərmanlar (İİV infeksiyası zamanı təyin olunan ritonavir, kobisistat kimi, preparatlar daxil olmaqla) qəbul edən pasiyentin vəziyyətlərinə diqqətli nəzarət tələb oluna bilər. Pasiyent, aşağıdakı dərman preparatlarından hər hansının istifadəsi barədə həkimə məlumat verməlidir: – insulin və şəkərli diabetin müalicəsi üçün peroral preparatlar; – diuretiklər; – kumarin, indandion, heparin törəmələri (antikoaqulyantlar); – streptokinaza, urokinaza (fibrinolitik preparatlar); – qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) adlandırılan, ağrıkəsici preparatlar, məsələn, ibuprofen; – anabolik steroidlər, androgenlər (hormonal pozğunluqların müalicəsi üçün istifadə olunan preparatlar); – tərkibində estrogenlər olan kontraseptiv preparatlar; – vaksinalar (Polkortolon vaksinaların effektivliyini aşağı salır); – amfoterisin B (göbələk xəstəliklərinin müalicəsi üçün istifadə olunan antibiotik); – karbohidrat anhidrazanın inhibitorları (qlaukomanın müalicəsi üçün istifadə olunan preparatlar); – xolinolitik dərman preparatları (əsasən, atropin); – trisiklik antidepressantlar (depressiyanın müalicəsi üçün istifadə olunan preparatlar); – qalxanabənzər vəzinin hiperfunksiyasının müalicəsi üçün istifadə olunan dərman preparatları və qalxanabənzər vəzinin hormonları; – ürək qlikozidləri (məsələn, ürək çatışmazlığının müalicəsi üçün istifadə olunan üskükotu qlikozidləri); – izoniazid (vərəmin müalicəsi üçün istifadə olunan preparat); – meksiletin (ürək fəaliyyətinin pozulmasının müalicəsi üçün istifadə olunan dərman preparatı); – fol turşusu (Polkortolon preparatı orqanizmin bu maddəyə olan tələbatını yüksəldir).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı qəbul etməyə başlamazdan əvvəl, pasiyent hamilə olması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyini planlaşdırılması və ya körpəsini ana südü ilə qidalandırması barədə həkimə məlumat verməlidir. Hamiləlik dövrü Hamiləlik dövründə Polkortolon preparatını istifadə etmək olmaz. Laktasiya dövrü Laktasiya dövründə Polkortolon preparatını istifadə etmək olmaz. Dərman preparatının az miqdarı ana südünə nüfuz edir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Polkortolon baş ağrısının, başgicəllənmənin və hətta psixi pozğunluqların baş verməsinə səbəb ola bilər. Bu cür simptomlar meydana çıxdıqda, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək, həmçinin yüksək diqqət tələb edən fəaliyyətlə məşğul olmaq olmaz.

İstifadə qaydası və dozası

Preparatı həkim təyinatına müvafiq qəbul etmək lazımdır. Hər-hansı şübhə yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Polkortolon preparatının dozalarını və müalicənin müddətini həkim təyin edir. Adətən, preparat sutkada 1 dəfə, səhərlər qəbul edilir. Böyüklər Adətən təyin olunan dozalar: sutkada 4 mq-dan 48 mq-a qədər. Bəzi hallarda dozanın artırılması tələb oluna bilər. Uşaqlarda istifadəsi Həkim dozanı fərdi təyin edir. Dozanın miqdarı xəstəliyin növündən və uşağın bədən kütləsindən asılıdır. Pasiyentin vəziyyətinə müntəzəm nəzarət etmək lazımdır. Polkortolon südəmər körpələrdə və böyükyaşlı uşaqlarda boy artımının və inkişafın ləngiməsinə səbəb ola bilər (xüsusilə preparatdan uzun müddət istifadə etdikdə). Polkortolon preparatının dozası ötürüldükdə Pasiyent dərman preparatının bir dozasını ötürdükdə, ötürülən dozanı mümkün qədər tez qəbul etmək lazımdır. Preparatın qəbul vaxtı yaxınlaşdıqda, ötürülən dozanı qəbul etmək lazım deyil. Ötürülən dozanın əvəzinə ikiqat doza qəbul etmək olmaz. Polkortolon preparatının istifadəsinin dayandırılması Polkortolon preparatının istifadəsinin dayandırılması barədə qərarı həkim qəbul edir. Qlükokortikoidlərin istifadəsinin aşağıdakı ləğvetmə simptomları meydana çıxa bilər: qızdırma, əzələ və oynaq ağrıları, pis əhval. Preparatın istifadəsi ilə əlaqəli hər-hansı şübhə meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu preparatın da əlavə təsirləri mövcuddur, lakin bu təsirlər hər pasiyentdə inkişaf etmir. Aşağıdakı simptomlar meydana çıxdığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Tezlik məlum deyil (əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil): – şiddətli allergik reaksiya (səpgilər, qaşınma, üz nahiyəsinin, dodaqların, dilin ödemi, tənəffüsün çətinləşməsi), döş qəfəsi nahiyəsində narahatlıq hissi; – güclü ürəkbulanma və ya qusma, qanla qusma, qara qətranlı nəcis və ya nəcisdə təzə qanın olması; – menstrual siklin pozulması; – qıcolmalar; – taxikardiya və ya aritmiya; – boğazda davamlı ağrılar, soyuqdəymə və bədən temperaturunun yüksəlməsi; – psixoz simptomları; – baldırların və ya topuqların ödemi; – qançırlar və qansızmalar; – bədən kütləsinin artması; – görmə qabiliyyətinin pozulması; – psixi pozğunluqıar (eyforiya, ağır dərəcəli depressiya, şəxsiyyətin pozulması). Digər əlavə təsirlər Tezlik məlum deyil (əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil): – durğunluq ürək çatışmazlığı; – qan təzyiqinin yüksəlməsi; – əzələ zəifliyi, osteoporoz, sümüklərin sınmasına meyillilik, bud sümüyünün başının və said nahiyəsi sümüklərinin aseptik nekrozu; – iştahanın artması, bədən kütləsinin artması, ürəkbulanma, qarın nahiyəsində ağrı, köpmə, qıcqırma; – mədə xorası, MBT-nın qanaxmaları, pankreatit; – yaraların pis sağalması, dəri üzərində tüklənmənin həddindən artıq artması, sızanaqlı səpgilər, dərinin dartınması, dərinin nazilməsi; -ödem, ayaqlarda dərinin qızarması, hərəkət zamanı güclənən ağrı, dərinin temperaturunun yüksəlməsi (tromboflebit); – yuxusuzluq, başgicəllənmələr və baş ağrısı; – İtsenko-Kuşinq sindromu; xarakterik əlamətləri – ayabənzər sifət, bədən formasının girdələşməsi, arıq ətraflar; – uşaqlarda boy artımının ləngiməsi; – qanda şəkərin konsentrasiyasının yüksəlməsi (şəkərli diabet); – trombların əmələ gəlmə riskinin yüksəlməsi; – kalsiumun yuyulmasının sürətlənməsi; – görmə itiliyinin aşağı düşməsi. Əlavə təsirlər barədə məlumatın verilməsi Hər hansı əlavə təsir, o cümlədən bu içlik vərəqədə qeyd edilməyən istənilən əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Əlavə təsirlər barədə, həmçinin qeydiyyat vəsiqəsinin sahibinə məlumat vermək olar. Əlavə təsirlər barədə məlumat verməklə, Siz dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.

Doza həddinin aşılması

Dərman preparatının istifadəsi zamanı doza həddi aşıldıqda, həkimə, əczaçıya və ya ən yaxın xəstəxananın qəbul şöbəsinə müraciət etmək lazımdır. Qan təzyiqinin yüksəlməsi və ödemlər kimi, doza həddinin aşılması simptomları meydana çıxa bilər.

Buraxılış forması

25 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° С-dən aşağı temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Heç bir dərman preparatını kanalizasiyaya və ya adi məişət tullantıları ilə birlikdə atmaq olmaz. İstifadə olunmayan dərman preparatının utilizasiyası üsulları barədə məlumatı əczaçıdan almaq lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Adamed Pharma S.A. 5, Marszalka Jozefa Pilsudskiego St. 95-200 Pabianice, Polşa. Qeydiyyat vəsiqəsinin sahibi Adamed Pharma S.A. 6A, Pienkow, Mariana Adamkiewicza St. 05-152 Czosnow, Polşa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Polkortolon 4 mq N50 tablet” üçün ilk rəyi siz yazın.