Polgyl 0,5 % 100 ml infuziya
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Nitroimidazol törəməsi |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,32 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
POLGİL 0,5 % venadaxili infuziya üçün mǝhlul POLGYL 0,5 % Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole
Tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 500 mq metronidazol vardır. Köməkçi maddələr: natrium xlorid, limon turşusu monohidrat, dinatrium fosfat, inyeksiya üçün su.
Təsviri
PVX/PP torbada şǝffaf, rǝngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Nitroimidazol törəməsi. ATC kodu: J01XD01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Metronidazol geniş tǝsir spektrinǝ malik olan, effektiv antiprotozoy vǝ antibakterial dǝrman maddǝsidir. POLGİL 0,5% Trichomonas vaginalis, Giardia intestinalis, Entamoeba histolytica, Lamblia intestinalis, hǝmçinin obliqat anaeroblara (spor ǝmǝlǝ gǝtirǝn vǝ ǝmǝlǝ gǝtirmǝyǝn) – Bacteroides spp., Clostridium spp., Peptostreptococcus spp., Peptococcus spp., Eubacterium-un hassas ştammlarına qarşı yüksǝk aktivliyǝ malikdir. Aerob mikroorqanizmlǝr və fakultativ anaeroblar POLGİL 0,5%-a qarşı hǝssas deyildir, lakin qarışıq floranın (aeroblar və anaeroblar) iştirakında metronidazol adi aeroblara qarşı effektiv olan antibiotiklərlə sinergist tǝsir göstərir. POLGİL 0,5%-in tǝsir mexanizminin mahiyyǝti anaerob mikroorqanizmlǝrin və ibtidailǝrin hüceyrǝdaxili nǝqledici proteinlǝri tǝrǝfından metronidazolun 5-nitroqrupunun biokimyǝvi reduksiyasindan ibarǝtdir. POLGİL 0,5%-in reduksiya olunmuş 5-nitroqrupu mikroorqanizm hüceyrǝlǝrinin DNT-si ilǝ qarşılıqlı tǝsirdǝ olaraq onların nuklein turşularının sintezini tormozlayır ki, nǝticǝdǝ bakteriyalar mǝhv olur. Farmakokinetikası Anaerob infeksiyalı xǝstǝlǝrin vena daxilinə 20 dǝqiqǝ ǝrzindǝ 500 mq POLGİL 0,5% yeridildikdǝ qan zǝrdabında preparatın konsentrasiyası 1 saatdan sonra 35,2 mkq/ml, 4 saatdan sonra 33,9 mkq/ml, 8 saatdan sonra 25,7 mkq/ml olur. Preparat yüksǝk nüfuzetmǝ qabiliyyatinǝ malikdir vǝ orqanizmin ǝksǝr toxuma və mayelǝrindǝ, o cümlǝdǝn ağciyǝrlǝrdǝ, böyrǝklǝrdə, qaraciyǝrdǝ, dǝridǝ, onurğa-beyni mayesindǝ, beyindǝ, öddǝ, ağız suyunda, amniotik mayedǝ, absess boşluqlarında, vaginal sekretdǝ, toxuma mayesindǝ, süddǝ bakterisid konsentrasiyalara çatır. Qan zülalları ila birlǝşməsi zǝifdir və 10-20%-dǝn yüksǝk olmur. Ödyaranma prosesi normal olduğu halda POLGİL 0,5%-in vena daxilinǝ yeridilmǝsindǝn sonra öddǝ olan konsentrasiyası qan plazmasındaki konsentrasiyasından xeyli dǝrǝcǝdǝ yüksək ola bilǝr. POLGİL 0,5% orqanizmdǝn böyrǝklǝr vasitǝsilǝ xaric oluan dozası 63%-dır (preparatm 20%-i – dǝyişilmǝmiş şǝkildǝ xaric olur). POLGİL 0,5%-in yarımxaricolma dövrü 6-7 saat tǝşkil edir. Böyrǝk klirensi 10,2 ml/dǝq tǝşkil edir.
İstifadəsinə göstərişlər
Metronidazola qarşı həssas anaerob bakteriyaların yaratdığı terapevtik və cərrahi infeksiyaların müalicəsi, Anaerob infeksiyanın inkişaf riski olan cərrahi əməliyyatlarda profilaktika məqsədilə, Ciddi bağırsaq və qaraciyər amebiazı.
Əks göstərişlər
Hiperhǝssaslıq. MSS-in üzvi zǝdǝlǝnmǝlǝri. Leykopeniya. Qaraciyǝr çatışmazlığı. Hamilǝlik ( ilk 3 ay!) vǝ laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hamilǝlik (ilk 3 ayından sonra yalnız son dərəcə zəruri hallarda istifadə edilməlidir). Qaraciyǝr çatışmazlığı. Müalicǝ zamanı etanolun qǝbulu ǝks göstǝrişdir. Leykopeniya zamanı müalicǝnin müddǝti infeksion prosesin ǝmǝlǝ gǝlmǝsindǝn asılıdır. Ataksiya, başgicǝllǝnmǝ vǝ nevroloji statusun digǝr pozğunluqları ǝmǝlə gǝldikdǝ müalicǝ dayandırılır. Müalicǝ zamanı sidik tünd rǝngǝ boyanır. Böyrǝk çatışmazlığı. Böyrǝk funksiyaları pozulmuş xǝstǝlǝrǝ preparatın tǝkrar yeridilmǝsi POLGİL 0,5%-in qan zǝrdabında kumulyasiyasına sǝbǝb ola bilǝr. Buna görǝ dǝ ağır böyrǝk çatışmazlığı olan xǝstǝlǝrdǝ POLGİL 0,5%-dǝn istifadǝ tezliyini azaltmaq lazımdır. Hemodializ olunan xǝstǝlǝrdǝ POLGİL 0,5% vǝ onun metabolitlǝri 8 saat dializ müddǝtindǝ demǝk olar ki, tam olaraq orqanizmdǝn xaric olunur, odur ki, dializdǝn dǝrhal sonra tǝkrar olaraq POLGİL tǝyin edilmǝlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Venadaxili yeritmǝk üçün POLGİL 0,5%-i digǝr dǝrman vasitǝlǝri ilǝ qarışdırmaq mǝslǝhǝt görülmür! Dolayı tǝsirli antikoaqulyantların tǝsirini güclǝndirir və protrombin vaxtını artırır. Disulfiram kimi etanolun mǝnimsǝnilmǝsini pozur. Disulfiram ilǝ birgǝ istifadǝ edildikdǝ müxtǝlif nevroloji simptomlar ǝmǝlǝ gǝlǝ bilǝr. Simetidin POLGİL 0,5%-in metabolizmini lǝngidir, bu isǝ qanda onun konsentrasiyasının yüksǝlmǝsinǝ sǝbǝb olmaqla ǝlavǝ effektlǝrin ǝmǝlǝ gǝlmǝ riskin artırır. Litium preparatları ilǝ birgǝ istifadǝ edildikdǝ onların plazma konsentrasiyasının yüksǝlməsinǝ və intoksikasiya simptomlarının yaranmasına sǝbǝb ola bilǝr. Sulfanilamidlar POLGİL 0,5%-in mikrob ǝleyhinǝ tǝsirini güclǝndirir. Qarışıq anaerob-aerob mǝnşǝli infeksiyaların müalicǝsindǝ infuziya üçün POLGİL 0,5% mǝhlulu ilǝ birlikdǝ penisillin, sefalosporin, aminoqlikozid, flüorxinolon hǝmçinin klindamisin, xloramfenikol vǝ vankomisin kimi antibakterial preparatlar tǝyin oluna bilǝr.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. POLGYL 0,5% hamiləliyin ilk 3 ayı ərzində istifadə edilməməlidir. Hamiləliyin ilk 3 ayından sonra yalnız son dərəcə zəruri hallarda istifadə edilməlidir. Laktasiya dövründə əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Böyüklǝr vǝ 12 yaşdan yuxarı uşaqlar Başlanğıc doza 0,5-1 q damcı üsulu ilǝ (infuziyanın müddǝti 30-60 dǝqiqǝ) sonra isǝ – hǝr 8 saatdan bir 500 mq 5 ml/dǝq sürǝtlǝ. Müalicǝ kursu – 7 gün, lakin ehtiyac olarsa venadaxili yeridilmǝ daha uzun müddǝt ǝrzindǝ aparıla bilǝr. Maksimal gündǝlik doza – 4 q. Xǝstǝnin vǝziyyǝti yaxşılaşdıqdan sonra preparat 400-500 mq dǝstǝklǝyici dozada gündǝ 3-4 dǝfǝ daxilǝ qǝbul edilǝ bilǝr. 12 yaşa qǝdǝr POLGYL uşaqlara eyni sxem üzrǝ 7,5 mq/kq birdǝfǝlik doza tǝyin edilir. İrinli septik xǝstǝliklǝr zamanı adǝtǝn 1 kurs müalicǝ aparılır. Xroniki böyrǝk çatışmazlığı vǝ ya qaraciyǝr çatışmazlığı olan xǝstǝlǝrǝ maksimal gündǝlik doza lq-dan çox olmamalıdır (gündǝ 2 dǝfǝ)
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Aşağıdakılardan hər hansı birini görsəniz, həkiminizə məlumat verin: Çox nadir hallarda • Konvulsiyalar • Başgicəllənmə və ya eşitmə və ya mövcud olmayan şeyləri görmə daxil olmaqla psixi problemlər (hallüsinasiyalar) • Dəridə səpgilər və ya qızartılar • Bulanıq və ya ikiqat görmə daxil olmaqla vizual problemlər • Görmə kəskinliyinin azalması • Rəngli təsvirdə dəyişikliklər • Baş ağrısı • Mialgiya, artralgiya • Tünd sidik • Xolestatik hepatit, qaraciyər çatışmazlığı • Yuxu və ya başgicəllənmə • Əzələlərdə və ya oynaqlarda ağrı Məlum deyil • Əzələlərdə uyuşma, karıncalanma və ya ağrı və ya yorğunluq • Ağızda xoşagəlməz dad • Dil üzərində ərp, dilin rənginin dəyişməsi. • Bulantı, qusma, mədə narahatlığı və ya ishal • İştahsızlıq • Mədə ətrafında ağrı • Hərarət • Psixoloji pozğunluq • Gözlərdə ağrı (optik nevrit) • Qızdırma, baş ağrısı, boyun sərtliyi, işığa qarşı həddindən artıq həssaslıq, ürəkbulanma və qusma daxil olmaqla bir qrup əlamətin yığılması. Bu vəziyyət beyni və medullanı (meningit) əhatə edən membranın iltihabının nəticəsi ola bilər. • Gözlərdə və ətrafında yaşayan qan, dəri, şişlik və iltihabla xarakterizə olunan səpgilər (Stivens-Conson sindromu, toksik epidermal nekroz, multiformalı eritema). • Dəridə maye ilə dolu qabarcıqlarla xarakterizə olunan ağır xəstəlik (toksik epidermal nekroz) Hǝzm sisteminǝ: diareya, anoreksiya, ürəkbulanma, qusma, bağırsaq sancısı, qǝbizlik, ağızda “metal dadı”, ağızda quruluq, iştahsızlıq, qlossit, stomatit, pankreatit. Sinir sisteminǝ: başgicǝllǝnmǝ, hǝrǝki koordinasiyanın pozulması, ataksiya, şüurun qarışması, ǝsǝbilik, depressiya, yüksǝk oyanıqlıq, zǝiflik, yuxusuzluq, baş ağrısı, qıcolmalar, hallüsinasiyalar, periferik neyropatiya. Allergik reaksiyalar: övrǝ, dǝri sǝpgisi, dǝrinin hiperemiyası, burun tutulması, qızdırma, artralgiya, anafilaktik reaksiya. Sidik-ifrazat sisteminǝ: dizuriya, sistit, poliuriya, sidiyin saxlanmaması, kandidoz, sidiyin qırmızı, qǝhvǝyi rǝngǝ boyanması Yerli reaksiyalar: tromboflebit (inyeksiya yerindǝ ağrı, qızartı vǝ ya ödem) Digǝr: neytropeniya, leykopeniya, aqranulositoz, trombositopeniya, ALT, AST, ALP-də artma, EKQ-dǝ T dişciyinin yastılanması.
Doza həddinin aşılması
Preparatın doza hǝddinin aşılması zamanı ataksiya, qusma, dezorientasiyaəmələ gələ bilər. Simptomatik müalicə aparılmalıdır.
Buraxılış forması
İnfuziya üçün mǝhlul 5 mq/ml. 100 ml mǝhlul rǝngsiz PVX/PP torbada. 1 torba içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İştehşalçı/Qeydiyyat vǝsiqǝsinin sahibi Vakıflar OSB Mahallesi, Sanayi Caddesi, No:22/1 Ergene/TEKİRDAĞ, Türkiyǝ. (282) 675 14 04. (282) 675 14 05.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.