PLATIFILLIN 0,2% 1 ML N10 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Həzm sisteminin funksional pozğunluqlarında istifadə olunan preparatlar. Bağırsağın funksional pozğunluqlarında istifadə olunan preparatlar |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,60 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PLATİFİLLİN-ZDOROVYE inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 2 mq platifillin hidrotartrat vardır. Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz məhlul.
Farmakoterapevtik qrupu
Həzm sisteminin funksional pozğunluqlarında istifadə olunan preparatlar. Bağırsağın funksional pozğunluqlarında istifadə olunan preparatlar. ATC kodu: А03А Х.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Platifillinin təsir mexanizmi M-xolinoreseptorların blokadaya alınmasına əsaslanır ki, bunun nəticəsində sinir impulslarının postqanqlionar xolinergik sinir liflərindən, innervasiya olunan effektor orqanların hüceyrələrinə ötürülməsi pozulur; preparat saya əzələlərə birbaşa relaksasiyaedici təsir göstərir. Preparat həmçinin, vegetativ qanqlionların N-xolinoreseptorlarını blokadaya alır (əhəmiyyətli dərəcədə zəif). Preparat dozadan asılı antixolinergik təsirə malikdir: aşağı dozalarda tüpürcək və bronxial vəzilərin sekresiyasını, tər ifrazını, gözlərin akkomodasiyasını inhibə edir, göz bəbəklərinin genişlənməsinə, ürək yığılmalarının tezliyinin yüksəlməsinə səbəb olur; yüksək dozalarda – həzm traktının (ödçıxarıcı yollar və öd kisəsi daxil olmaqla) və sidik-ifrazat yollarının yığılma aktivliyini aşağı salır, mədə sekresiyasını tormozlayır. Preparatın xolinoblokadaedici təsiri özünü, sinir sisteminin parasimpatik hissəsinin yüksək tonusu və ya M-xolinostimulyatorların təsiri fonunda daha çox biruzə verir. Azan sinirin təsirini aşağı salmaqla, ürək keçiriciliyini yaxşılaşdırır, miokardın oyanıqlığını yüksəldir, ürək döyünməsini artırır. Dərinin kiçik damarlarının genişlənməsinə səbəb olur. Yüksək dozalarda damar-hərəki mərkəzi tormozlayır və simpatik qanqlionları blokadaya alır ki, bunun nəticəsində damarların genişlənməsi və arterial təzyiqin aşağı düşməsi (əsasən, vena daxilinə yeridildikdə) müşahidə olunur. Uşaqlığın, sidik kisəsinin və sidik-ifrazat yollarının saya əzələlərinin boşalmasına səbəb olur; spazmolitik təsir göstərərək, ağrı sindromunu aradan qaldırır. Azan sinirin tonusunun yüksəlməsi və ya xolinostimulyatorların istifadəsi nəticəsində meydana çıxan bronxospazm zamanı, bronxların saya əzələlərini boşaldır; tənəffüs həcmini artırır, bronxial vəzilərin sekresiyasını tormozlayır. Periferik xolinoreaktiv sistemlərə göstərdiyi təsirə görə atropinə oxşardır, lakin ondan az toksikidir və pasiyentlər tərəfindən daha yaxşı mənimsənilir. Atropinlə müqayisədə, periferik M- xolinoreseptorlara təsiri daha zəifdir, daha az dərəcədə taxikardiyaya (xüsusilə, yüksək dozalarda istifadə edildikdə) səbəb olur və daxili sekresiya vəzilərinin sekresiyasını daha az tormozlayır. Farmakokinetikası Platifillin histohematik baryerlərdən (hematoensefalik baryer daxil olmaqla), hüceyrə membranlarından və sinaptik membranlardan asanlıqla keçir. Yüksək dozalardan istifadə etdikdə, mərkəzi sinir sistemin toxumalarında əhəmiyyətli konsentrasiyalarda toplanır. Qaraciyərdə metabolizmə məruz qalır. Böyrəklər və bağırsaq vasitəsi ilə eliminasiya olunur. Düzgün (dozalar, preparatın istifadəsi arasında intervallar) istifadə edildikdə, kumulyasiya olunmur.
İstifadəsinə göstərişlər
Kompleks müalicənin tərkibində: qastroduodenit, funksional dispepsiya, pilorospazm, xolesistit, xolelitiaz, bağırsaq sancıları, böyrək sancıları, öd sancıları. Bronxial astma (bronxospazmın aradan qaldırılması üçün), bronxoreya. Alqodismenoreya. Serebral arteriayaların spazmı. Angiotrofonevroz.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq. Səyriyən aritmiya, taxikardiya, xroniki ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, mitral stenoz, ağır dərəcəli arterial hipertenziya. Kəskin qanaxma. Tireotoksikoz. Hipertermik sindrom. Qida borusunun axalaziyası, mədə çıxacağının stenozu, bağırsaq atoniyası. Qlaukoma. Qaraciyər və böyrək çatışmazlığı. Miasteniya. Sidik ifrazının ləngiməsi və ya ona meyllilik. Beyin zədələnməsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: prostat vəzinin hipertrofiyasından və ya sidik-ifrazat yollarının obstruksiyasından əziyyət çəkən pasiyentlər, Daun xəstəliyi, uşaq serebral iflici; reflyuks-ezofagit, reflyuks-ezofagitlə müşayiət olunan diafraqmanın qida borusu dəliyinin yırtığı; qeyri-spesifik xoralı kolit, müqakolon; diaqnozu təsdiq olunmamış qlaukomanın meydana çıxma ehtimalını nəzərə alaraq, 40 yaşdan yuxarı pasiyentlər; vegetativ (avtonom) neyropatiya; yaşlı pasiyentlər və ya zəifləmiş xəstələr; qatı, çətin xaric olunan bəlğəmin az hasilatı ilə müşayiət olunan xroniki ağciyər xəstəlikləri və ya müvəqqəti obstruksiya. Kserostomiyalı pasiyentlərdə preparatın uzunmüddətli istifadəsi, gələcəkdə ağız suyu ifrazının aşağı düşməsinə səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Fenobarbitalın, pentobarbitalın, maqnezium sulfatın və etaminal natriumun sedativ və yuxugətirici təsirlərini, H -histamin blokatorlarının, daxilə qəbul edilən diqoksinin və2 riboflavinin effektlərini gücləndirir (peristaltikanı ləngidir və sorulmanı yaxşılaşdırır); prozerinin effektlərini blokadaya alır. Adrenomimetiklər və nitratlar gözdaxili təzyiqin yüksəlməsinə səbəb olurlar. Verapamilin istifadəsi nəticəsində baş verən bradikardiyanı, morfinin istifadəsi nəticəsində meydana çıxan ürəkbulanmanı, qusmanı və bradikardiyanı aradan qaldırır. M-xolinoblokatorlar, amantadin, haloperidol (şizofreniyadan əziyyət çəkən xəstələrdə antipsixotik effektin zəifləməsi müşahidə oluna bilər), fenotiazin, monoaminooksidaza fermentinin inhibitorları, trisiklik antidepressantlar, benzaktizin, xinidin sulfat, izoniazid, bəzi antihistamin preparatlar, dizopiramid, novokainamid antixolinergik əlavə effektlərin inkişaf etmə riskini yüksəldirlər. Antixolinesteraz preparatlarla eyni zamanda istifadə etmək olmaz. Morfin preparatın ürək-damar sisteminə tormozlayıcı təsirini, MAO fermentinin inhibitorları – müsbət xrono- və batmotrop effektlərini, ürək qlikozidləri – müsbət batmotrop təsirini, xinidin və novokainamid – xolinoblokadayaalıcı təsirini gücləndirir. Saya əzələlərin spazmları ilə əlaqəli ağrı zamanı analgetiklər, sedativ preparatlar, trankvilizatorlar, damar spazmları baş verdikdə isə hipotenziv və sedativ preparatlar platifillinin təsirini gücləndirirlər. Uyuşmazlıq. Digər dərman preparatları ilə qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı yalnız, ana üçün gözlənilən faydası döl və ya uşaq üçün potensial riskdən üstün olduğu halda, ehtiyatla istifadə etmək olar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə müddətində yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Preparatı dəri altına yeritmək lazımdır. Böyüklərə və 15 yaşdan yuxarı uşaqlara spastik ağrıları, uzunmüddətli bronxial astma tutmalarını, serebral və periferik angiospazmları aradan qaldırmaq üçün sutkada 1-2 dəfə 1-2 ml yeritmək lazımdır. Kursluq müalicə təyin olunduqda, preparatı 10-15-20 gün müddətində sutkada 1-2 dəfə 1-2 ml dəri altına yeritmək lazımdır. Göstərişlərdən və pasiyentin yaşından asılı olaraq, preparatın birdəfəlik və sutkalıq dozaları və həmçinin, yeridilmə tezliyi həkim tərəfindən fərdi qaydada müəyyən olunur. Maksimal birdəfəlik doza 10 mq, maksimal sutkalıq doza 30 mq təşkil edir. Uşaqlar. Preparatı 15 yaşdan yuxarı uşaqlarda istifadə etmək olar.
Əlavə təsirləri
Həzm sistemində baş verən pozğunluqlar: ağızda quruluq, susuzluq hissi, dadbilmə qabiliyyətinin pozulması, disfagiya, bağırsaq motorikasının hətta atoniyaya qədər aşağı düşməsi, ödçıxarıcı yolların və öd kisəsinin tonusunun aşağı düşməsi. Böyrəklərdə və sidik-ifrazat sistemində baş verən pozğunluqlar: sidik ifrazının çətinləşməsi və ləngiməsi. Ürək-damar sistemində baş verən pozğunluqlar: taxikardiya, aritmiya (ekstrasistoliya daxil olmaqla), üz nahiyəsinin qızarması, qan axınları, arterial təzyiqin aşağı düşməsi. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, başgicəllənmə, dizartriya, mərkəzi sinir sisteminin oyanıqlığı, yuxusuzluq, həyəcanlılıq, amnestik sindrom. Görmə orqanında baş verən pozğunluqlar: midriaz, fotofobiya, akkomodasiyanın iflici, gözdaxili təzyiqin yüksəlməsi. Tənəffüs sistemində baş verən pozğunluqlar: bronxların sekretor aktivliyinin və tonusunun aşağı düşməsi – bu hal, çətin xaric olunan, qatı bəlğəmin əmələ gəlməsinə gətirib çıxarır. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: dəri üzərində səpgilər, övrə, eksfoliativ dermatit, tər ifrazının azalması, dəridə quruluq. İmmun sistemdə baş verən pozğunluqlar: anafilaktik reaksiyalar (anafilaktik şok daxil olmaqla).
Doza həddinin aşılması
Simptomları: paralitik bağırsaq keçməməzliyi, sidik ifrazının kəskin ləngiməsi (prostat vəzinin xoşxassəli hiperplaziyasından əziyyət çəkən xəstələrdə), akkomodasiyanın iflici, gözdaxili təzyiqin yüksəlməsi; ağız boşluğunun, burunun, boğazın selikli qişasında quruluq; udmanın çətinləşməsi, midriaz (qüzehli qişanın tam itməsinə qədər), tremor, qıcolmalar, hipertermiya, MSS-in (mərkəzi sinir sisteminin) oyanıqlığı və daha sonra tormozlanması, tənəffüs və damar- hərəkət mərkəzlərinin tormozlanması. Müalicəsi: sürətləndirilmiş diurez, bağırsaq parezini zəiflədən və taxikardiyanı aşağı salan xolinesteraza fermenti inhibitorlarının (fizostiqminin, qalantaminin və ya prozerinin) yeridilməsi. Mülayim oyanıqlıq və zəif qıcolmalar müşahidə olunduqda, maqnezium sulfat yeritmək lazımdır; ağır hallarda – natrium oksibutiratın təyin olunması, oksigenoterapiya, ağciyərlərin süni ventilyasiyası. Həyat üçün təhlükəli taxikardiya meydana çıxdıqda – xinidin sulfat, propranolol təyin olunmalıdır.
Buraxılış forması
2 mq/ml inyeksiya üçün məhlul 1 ml-lik ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ampul, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Zdorovye Əczaçılıq Şirkəti” MMC. Ünvan Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov şəhəri, Şevçenko küçəsi, ev 22.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.