Pişikotu (Valerian) cövhəri 30 məhlul Borisov
| Dərman forması | Məhlul |
|---|---|
| Farmakoloji təsir | Digər yuxugətirici və sedativ vasitələr. |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,78 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Beynəlxalq patentləşdirilməmiş adı: Valerianae radix
Tərkibi
Təsiredici maddə:pişikotunun kökündən və kökümsov gövdəsindən 1:5 nisbətində alınan spirtli çıxarışdır. Köməkçi maddə: etil spirti 70%.
Təsviri
Qırmızımtıl qəhvəyi rəngli, şəffaf, xarakterik aromat qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Digər yuxugətirici və sedativ vasitələr. АТC kodu: N05CM09.
Farmakoloji xüsusiyyətləri
Pişikotu kökünün preparatları sedativ təsirə malikdir, yuxunun baş verməsini asanlaşdırır və onun keyfiyyətini yaxşılaşdırır.
İstifadəsinə göstərişlər
Yüksək sinir oyanıqlığı (nevrasteniya) və yuxunun pozulmasında istifadə edilir.
Əks göstərişlər
Hiperhəssaslıq, hamiləlik, laktasiya dövrü, 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Mərkəzi sinir sisteminin zəifləməsilə müşayiət olunan depressiya və digər pozuntular, xroniki enterokolit, qaraciyər xəstəlikləri, alkoqolizm, epilepsiya, kəllə-beyin travması və qıcolma hüdudunun azalması ilə baş beynin digər xəstəlikləri. Pişikotu preparatlarının effektinin tədricən inkişafı səbəbindən preparatı psixi oyanıqlığın və yuxunun pozulması simptomlarının azalması vacib olduğu halda təcili yardım vacib olduqda, istifadə etmək məsləhət görülmür. Məsləhət görülən müalicə müddəti 2-4 həftə təşkil edir. Dərman vasitəsinin 2 həftəlik fasiləsiz qəbulundan sonra xəstəliyin sinmptomları qaldıqda və ya pasiyentin vəziyyəti pisləşdikdə, həkimə müraciət etmək vacibdir. Dərman vasitəsinin tərkibində etil spirti olduğu üçün qaraciyər xəstəlikləri olan pasiyentlərə ehtiyatla təyin etmək lazımdır. Dərman vasitəsinin tərkibində 65%-dən olmayaraq, etil spirti, daha doğrusu birdəfəlik dozada 400-650 mq vardır ki, bu da. 10-16 ml pivə və ya 4-7 ml çaxıra ekvivalentdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pişikotu preparatlarının sintetik sedativ vasitələrlə kombinasiyası tibbi nəzarəti tələb edir. Tərkibində etil spirtinin olması ilə əlaqədar qarşılıqlı təsir: alkoqolla birlikdə istifadəsi zamanı disulfiramabənzər reaksiyalara (istilik hissi, dəri örtüyünün qızarması, qusma, taxikardiya) səbəb olan dərman vasitələrilə (disulfiram, sefamandol, sefoperazon, latamoksef, xloramfenikol, xlorpropamid, qlibenklamid, qlipizid, tolbutamid, qrizeofulvin, nitro-5 imidazol törəmələri (metronidazol, ornidazol, tinidazol), ketokonazol, prokabazin) eyni vaxtda istifadəsindən çəkinmək lazımdır. Tərkibində etil spirti olan digər dərman vasitələrilə birlikdə istifadəsindən çəkinmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsinə dair kifayət qədər məlumat olmadığı və tərkibində etil spirti olduğu üçün bu dövrlərdə istifadəsi məsləhət görülmür. Pediatriyada istifadəsi 12 yaşa qədər uşaqlarda istifadəsinə dair kifayət qədər məlumat olmadığı və tərkibində etil spirti olduğu üçün bu yaş dövründə preparatın istifadəsi məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın tərkibində etil spirti vardır. Müalicə dövründə nəqliyyat vasitələrini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Yeməkdən 30 dəqiqə əvvəl, daxilə qəbul edilir. Böyüklər üçün birdəfəlik doza gündə 3 dəfə ½ stəkan suda həll edilmiş 20-30 damcı təşkil edir. 12 yaşdan yuxarı uşaqlara qəbula onların yaşı qədər damcı təyin edilir. Yüksək əsəb oyanıqlığı zamanı sutkada 3 dəfə istifadəsi məsləhət görülür. Yuxunun pozulması zamanı yatmazdan 30-60 dəqiqə əvvəl, eləcə də, ehtiyac olduqda, axşam vaxtı əlavə olaraq istifadəsi məsləhət görülür. Müalicə kursunun müddəti xəstəlik nəzərə alınmaqla, dərman vasitəsinə qarşı dözümsüzlük və əldə edilən effektdən asılı olaraq, həkim tərəfindən müəyyən edilir. Tərkibində etil spirti olduğuna görə tinkturanı uzun müddət istifadə etmək məsləhət görülmür. Uşaqlarda istifadə müddəti minimal olmalıdır. Müalicə dövründə tərkibində etanol olan digər vasitələrin qəbulundan çəkinmək lazımdır.
Əlavə təsirləri
Allergik reaksiyaların yaranması, başağrısının, ümumi zəifliyin, iş qabiliyyətinin azalması, yuxululuq, qıcıqlanmanın, həyəcanın, mədə-bağırsaq pozuntularının (ürəkbulanma, qarın nahiyəsində ağrı) baş verməsi mümkündür. Yüksək dozalar bradikardiya və aritmiyaya, eləcə də, bağırsağın hərəki fəaliyyətinin zəifləməsinə (qəbizlik) səbəb ola bilər. Əlavə təsirlərin yaranması zamanı (eləcə də,bu içlik vərəqədə qeyd edilməyən), həkimə müraciət etmək vacibdir.
Doza həddinin aşılması
Simptomları Doza həddinin xroniki aşılması süstlük hissinə, başağrıya, yuxululuğa, mədə-bağırsaq sistemi tərəfindən baş verən diskomforta, ürəkbulanmaya, iş qabiliyyətinin azalmasına, ürək fəaliyyətinin pozulmasına (bradikardiya) səbəb olur. Pişikotunun 20 q dozaya qədər qəbulu zamanı doza həddinin kəskin aşılması qarın nahiyəsində spastik xarakterli ağrının inkişafına, sinədə sıxılma hissinə, başgicəllənməyə, əllərdə tremora və bəbəklərin genişlənməsinə səbəb ola bilər. Müalicəsi Doza həddinin aşılmasının simptomları təzahür etdikdə, preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır. Doza həddinin kəskin aşılması zamanı qusma induksiyasını, mədənin yuyulmasını aparmaq lazımdır. Terapiya simptomatikdir.
Buraxılış forması
30 ml məhlul, damcısalanı olan qapaqla bağlanmış şüşə flakonda. Müvafiq sayda qutusuz flakon və içlik vərəqə birlikdə qrup qutusuna qablaşdırılır.
Saxlanma şəraiti
25 ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel./Faks: +375 (177) 735612.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.