PIRIDOKSINA GIDROXLORID 1 ML N10 AMP BIOSINTEZ
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Vitamin |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,02 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PİRİDOKSİN inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Pyridoxine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq piridoksin hidroxlorid vardır. Köməçi maddə: dinatrium edetat, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya zəif-sarımtıl rəngli mayedir.
Farmakoterapevtik qrupu
Vitamin. ATC kodu: A11HA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası B vitamini maddələr mübadiləsində iştirak edir ki, bu da mərkəzi və periferik sinir sisteminin6 normal fəaliyyəti üçün vacibdir. Orqanizmə daxil olduğu zaman o, fosforlaşır, piridoksal-5-fosfata çevrilir və dekarboksilləşmə, amin turşularının transaminləşməsini və rasemizasiyasını, həmçinin kükürd tərkibli və hidroksilləşmiş amin turşularının fermentativ çevrilməsini həyata keçirən fermentlərin tərkibinə daxil olur. Triptofanın mübadiləsində iştirak edir (serotoninin biosintez reaksiyasında iştirak). Piridoksinin izoləedilmiş defisiti çox nadir hallarda, başlıca olaraq, xüsusi süni qidalanmada olan uşaqlarda rast gəlir (diareya, qıcolmalar, anemiya şəklində təzahür edir, periferik neyropatiya inkişaf edə bilər). Farmakokinetikası Qaraciyərdə farmakoloji aktiv metabolitlərin əmələ gəlməsi ilə metabolizə olunur (piridoksalfosfat və piridoksaminofosfat). Piridoksalfosfat plazma zülalları ilə 90% birləşir. Bütün toxumalara yaxşı keçir; əsasən, qaraciyərdə toplanır, az dərəcədə – əzələlərdə və MSS-də. Plasentadan keçir, ana südü ilə xaric olunur. Yarımxaricolma dövrü – 15-20 gündür. Böyrəklərlə (venadaxili yeridilmə zamanı 2%-i ödlə), həmçinin hemodializ vasitəsi ilə xaric olunur.
İstifadəsinə göstərişlər
Hipo- və avitaminoz B6. İzoniazid və digər izoniazid turşusunun hidrazid törəmələrinin profilaktikası və müalicəsində. Yenidoğulmuşlarda anadangəlmə piridoksindən-asılı qıcolma sindromu. Kompleks müalicənin tərkibində: Nevralgiyada: parkinsonizm, mərkəzi və periferik mənşəli iflic, Littl xəstəliyi, Menyer sindromu və xəstəliyi, dəniz və hava xəstəliyi, radikulit, nevralgiya, nevritlər.
Əks göstərişlər
Piridoksin hidroxloridə qarşı yüksək həssaslıq, laktasiya zamanı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Mədənin və 12-barmaq bağırsağın (mədə şirəsinin turşuluğunun mümkün artması ilə əlaqədar) xora xəstəliyi, ürəyin işemik xəstəliyi Xüsusi göstərişlər Qaraciyərin ağır zədələnmələri zamanı piridoksinin 50 mq/gün-dən yuxarı dozada istifadəsi fəaliyyətinin pozulmasına gətirib çıxara bilər. Urobilinogenin Erlix reagenti ilə təyini nəticələrə təsir edə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İzoniazid, penisillamin, sikloserin, piridoksinin effektini zəiflədir. Estrogen tərkibli oral kontraseptivlər qanda piridoksinin konsentrasiyasını artıra bilər. Piridoksini levodopa ilə birgə istifadə etmək məsləhət görülmür, belə ki, piridoksin levodopanın təsirini zəiflədə bilər. Diuretiklərin təsirini gücləndirir. Fenitoin, fenobarbitalla eyni vaxtda istifadəsi zamanı fenitoin, fenobarbitalın qan plazmasında konsentrasiyası azala bilər. Tiamin (B və sianokobalamin (B ilə farmasevtik olaraq uyuşmur.1) 12) Ürək qlikozidləri, qlutamin turşusu , kalium və maqnezium aspartat ilə birgə tətbiqi mümkündür. Piridoksinin sikloserin, etionamid, hidralazin, azatioprin, xlorambutil, kortikotropin, siklofosfamid, siklosporin, merkaptopurin, izoniazid, penisillamin ilə birgə istifadəsi anemiya və neyropatiya yarada bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Piridoksin plasentadan keçir. Hamiləlik zamanı qəbulu yalnız həkim nəzarəti və yalnız ana üçün gözlənilən müalicəvi effekt döl üçün potensial riskdən üstün olanda mümkündür. Laktasiya Piridoksin ana südünə keçə bilir. Piridoksinin qəbulu qaçılmaz olduğu zaman ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Hamiləlik və laktasiya dövründə piridoksinin yüksək dozada uzunmüddətli qəbulu uşaqlarda “piridoksin asılılığı” yarada bilər. Hamiləlik zamanı piridoksinin fizoloji norma üçün nəzərdə tutulan qəbulunu artırmaq olmaz. (2 mq/gün)
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Piridoksin parenteral yolla yeridilir (dərialtı, əzələdaxili və ya venadaxili). Preparat inyeksiya yolu ilə o zaman istifadə olunur ki, onun daxilə qəbulu qeyri-mümkün olsun (qusma zamanı və ya bağırsaqlarda sorulmanın pozulması zamanı). Hipo və avitaminoz B zamanı6 Böyüklərə – 50-100 mq/gün 1-2 qəbula, uşaqlara – 20 mq. Böyüklər üçün müalicə kursu – 1 ay, uşaqlar üçün – 2 həftə. Kompleks müalicənin tərkibində Nevrologiyada – böyüklərə 50-100 mq/gün 1-2 qəbula. Müalicə kursu – 1 ay. Uşaqlara – 20 mq/gün, müalicə kursu – 2 həftə. Parkinsonizm zamanı 100 mq məhlulu əzələdaxili, dərialtı təyin edirlər. Müalicə kursu 20-25 inyeksiyadır. 2-3 aydan sonra müalicə kursunu təkrarlayırlar. Piridoksindən-asılı qıcolma sindromunun müalicəsi üçün – venadaxili ya əzələdaxili yeniodoğulmuşlara uşaqlara 100 mq piridoksin yeridilir. İzonikotin turşusunun hidrazidi və onun törəmələri (izoniazid, ftivazid və s.) mənşəli vərəmin müalicəsi zamanı 1 q yeridilən məhlula 100 mq piridoksin təyin edirlər (mərkəzi sinir sisteminin funksiyasının pozulmasının qarşısını almaq üçün). İzonikotin turşusunun hidrazidi və onun törəmələri (izoniazid, ftivazid və s.) mənşəli neyrotoksikliyin müalicəsi zamanı venadaxili 500-700 mq/gün məhlul təyin edirlər.
Əlavə təsirləri
Arzuolunmaz reaksiyalar orqan və orqanlar sisteminin zədələnməsi ilə əlaqədar tibbi lüğətin ardıcıllığı əsasında normativ tənzimləyici fəaliyyəti üçün (MedDRA) təqdim olunub. Əlavə təsirlərin dəqiqliyini təyin etməyə imkan verən kliniki sınaqlar yoxdur. İmmun sisteminin pozulması ilə əlaqədar: allergik reaksiyalar Sinir sisteminin pozulması ilə əlaqədar: ətraflarda sıxılma hissinin əmələ gəlməsi – “əlcək” və “corab” simptomu, qıcolmalar (yalnız sürətli yeridilmə zamanı baş verə bilər) Mədə-bağırsaq traktının pozulması ilə əlaqədar: duz turşusunun hipersekresiyası Cinsiyyət orqanları və süd vəzinin pozulması ilə əlaqədar: 200-600 mq/gün və yüksək dozada qəbulu zamanı laktasiyanı tam dayanana qədər azaldır.
Doza həddinin aşılması
Simptomları Preparatın doza həddinin aşılması miodistrofiya simptomları ilə müşayiət olunur (artan əzələ zəifliyi, əzələlərin hipotoniyası, aktiv hərəkətlərin həcminin məhdudlaşdırılması); sinir oyanıqlığı; taxikardiya Müalicəsi Preparatın istifadəsi ləğv edilir. Simptomatik müalicə təyin olunur. Xüsusi antidotu yoxdur. Preparatın qəbulunun dayandırılması zamanı doza həddinin aşılması simptomu tez keçir.
Buraxılış forması
50 mq/ml inyeksiya üçün məhlul. 1ml məhlul ampulda. 5 ampul, polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə, ampul bıçağı və ya ampul skarifikatoru ilə birlikdə karton qutuya qablaşdırılır. Qablaşdırmada sındırmaq üçün halqası, nöqtəsi və xətti olan ampullar olduqda qablaşdırmaya skarifikator və ya ampul bıçağı qoyulmur.
Saxlanma şəraiti
25C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Biosintez” İSC, Rusiya Federasiyası. Rusiya Federasiyası, 440033, Penza ş., Drujba küç., 4. Tel.:/Faks: (8412) 57-72-49.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.