Piralgin N20 tablet

Təsiredici maddə: CODEINE + CAFFEINE + METAMIZOLE SODIUM + NAPROXEN + PHENOBARBITAL
Təsiredici maddəCODEINE + CAFFEINE + METAMIZOLE SODIUM + NAPROXEN + PHENOBARBITAL
Dərman formasıTablet
Farmakoloji təsirAnalgeziyaedici dərman vasitəsi. Ağrıkəsici və qızdırmasalıcı. Pirazolonlar
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,84 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PİRALGİN NEO tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 300 mq analgin (metamizol natrium),100 mq naproksen, 50 mq kofein, 10 mq fenobarbital, 8 mq kodein vardır. Köməkçi maddələr: kartof nişastası, talk(E-553), maqnezium stearat (E-470), natrium laurilsulfat (E-487).

Təsviri

Sarı, yaxud krem çalarlı ağ rəngdən sarı və ya krem çalarlı ağ rəngə qədər tabletlərdir.

Farmakoterapevtik qrupu

Analgeziyaedici dərman vasitəsi. Ağrıkəsici və qızdırmasalıcı. Pirazolonlar. ATC kodu: N02BB72.

Farmakoloji xüsusiyyətləri

Ağrıkəsici, iltihab əleyhinə, qızdırmasalıcı, spazmolitik və sedativ təsirlərə malikdir. Kombinə olunmuş preparatın farmakoloji effektləri aktiv tərkib hissələrinin təsir xüsusiyyətləri ilə əlaqədardır. Metamizol natrium və naproksen analgeziyaedici və qızdırmasalıcı təsirə malik qeyri-steroid iltihab əleyhinə vasitədir. Naproksen həmçinin güclü iltihab əleyhinə effəktə malikdir. Kodein və kofein Piralginin tərkibinə daxil olan maddələrin analgetik effektini yüksəldir. Fenobarbital sedativ, yuxugətirici, spazmolitik təsir göstərir, skelet əzlələrinin tonusunu azaldır.

İstifadəsinə göstərişlər

Piralgin Neo müxtəlif mənşəli yüngül və orta dərəcəli ağrı sindromu zamanı istifadə olunur. Xüsusilə oynaq, əzələ ağrıları, radikulit, menstruasiya zamanı ağrılarda, nevralgıyalarda, eləcə də baş və diş ağrılarında effektivdir. Piralgin Neo müxtəlif mənşəli qızdırmalı hallarda qızdırmanı aşağı salan vasitə kimi, soyuqdəymə, ağrı sindromu və iltihab əlamətləri ilə müşayiət olunan xəstəliklər zamanı istifadə edilə bilər.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşi yüksək həssaslıq; qaraciyər və böyrəklərin funksiyasının aydın ifadə olunmuş şəkildə pozulması; kəskinləşmə mərhələsində mədə və 12-barmaq bağırsağın xora xəstəliyi; tənəffüsün çətinləşməsi ilə müşayiət olunan vəziyyət, bronxospazm; qan xəstəlikləri; yüksək kəllədaxili təzyiq, kəllə-beyin travması; kəskin miokard infarktı, ürək ritminin pozulması, yüksək arterial təzyiq; alkoqol sərxoşluğu; qlaukoma; hamiləlik və laktasiya dövrü (dərman qəbulu zamanı süd verilməsini dayandırmaq lazımdır); 12 yaşa qədər uşaqlar; qlükoza-6- fosfatdehidrogenaza defisiti. Qadınlarda hamiləliyin 20-ci həftəsində təyin olunan qeyri steroid iltihab əleyhinə preparatlar (preparatın tərkibinə naproksen daxildir) dölyanı mayenin azalmasına və/və ya yenidoğulmuşlarda böyrək patologiyalarının inkişafına səbəb olur (neonatal böyrək disfunksiyası).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın uzun müddət həkim nəzarəti olmadan qəbulu dərman asılılığına səbəb olması haqqında pasiyentə məlumat vermək lazımdır. Müalicə fonunda kofein saxlayan məhsulların (çay, kofe) həddən artıq qəbulu doza həddinin aşmasına səbəb ola bilər. Preparatın qəbulu zamanı spirtli içkilərin qəbulu qadağan olunmalıdır. Hamiləlik və laktasiya dövründə istifadəsi. Hamiləlik və laktasiya zamanı preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırma dayandırılır. Ehtiyat tədbirləri Qaraciyər, yaxud böyrək funksiyasının pozğunluğu, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi olan xəstələr, remissiya mərhələsində yaşlı insanlara ehtiyatla tətbiq edilir. Preparatın uzunmüddətli (5 gündən çox) istifadəsi zamanı periferik qana və böyrəyin funksional vəziyyətinə nəzarət etmək lazımdır. Metamizol qəbul etmiş bəzi şəxslərdə preparatın qəbulundan bir necə gün və ay sonra hepatosellülyar xarakterli kəskin hepatitin meydana çıxma halları haqqında məlumatlar qeyd olunur. Autoimmun hepatit və ya sarılıqla müşahidə olunan və ya sarılıqsız qan zərdabında qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi əlamətləri ola bilər. Əksər xəstələr metamizol qəbulunu dayandırdıqdan sonra bu əlamətlər keçib gedir, lakin ayrı-ayrı hallarda kəskin qaraciyər çatışmazlığının proqresivləşməsi haqqında məlumatlar qeyd olunur. Metamizolun qaraciyəri zədələməsi mexanizmi tam sona kimi aydın deyil, lakin bunun immunoallergik mənşəli olması haqqında məlumatlar var. Qaraciyər zədələnməsi simptomları (ürəkbulanma hissi, (ürəkbulanma və ya qusma), qızdırma, yorğunluq hissi, iştahanın itməsi, tünd rəngli sidik, acıq rəngli nəcis, dəri örtüklərinin və göz ağının sarı rəngə boyanması, qaşınma, səpgi və ya qarnın yuxarı hissəsində ağrı) müşahidə olunan kimi həkimə müraciət etmək lazımdır. Belə xəstələrə metamizolun qəbulunu dayandırıb qaraciyərin funksiyasını qiymətləndirmək lazımdır. Metamizol əvvəllər bu preparatın qəbulu fonunda digər səbəblər olmadan qaraciyər zədələnməsi epizodları olduğu halda təkrar təyin olunmamalıdır. Həkim təyinatı olmadan ağrıkəsici vasitə kimi preparat 5 gündən çox, qızdırmasalıcı vasitə kimi isə 3 gündən çox qəbul edilməməlidir. Piralgin Neo idmançılarda dopinq-nəzarət analizlərinin nəticələrini dəyişə bilər. Atopik bronxial astması və pollinozu olan xəstələrdə hiperhəssaslıq reaksiyalarını əmələgəlmə riski artır. Preparatın qəbul edilməsi qarın nahiyəsində kəskin ağrı zamanı diaqnozun təyin edilməsini çətinləşdirə bilər. Nəqliyyat vasitələrinin və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Piralgin Neo yüksək sürətli psixi və fiziki reaksiyalar tələb edən (avtonəqliyyatın, mexanizimlərin, cihazların idarə edilməsi və s.) işlərin yerinə yetirilməsini çətinləşdirə bilər. Digər dərman vasitələri ilə qarşilıqlı təsiri Sedativ vasitələr və trankvilizatorlar preparatın analgeziyaedici təsirini gücləndirir. Qeyri-narkotik analgetiklər, trisiklik antidepressantlar, peroral kontraseptiv vasitələr, allopurinol metamizol natriumun toksikliyini artırır. Barbituratlar, fenilbutazon və qaraciyərin mikrosomal fermentlərinin digər induktorları metamizol natriumun təsirini zəiflədir. Metamizol dərman preparatlarının metabolizmini təmin edən fermentləri induksiya edir. Metamizol bupropion, efavirenzom, metadon, valproat, siklosporin və ya sertralin ilə birgə təyin olunduqda bu dərman preparatlarının plazmada konsentrasiyasının azalmasına və klinik effektin zəifləməsinə səbəb olur. Buna görə də metamizol digər dərman preparatları ilə birlikdə ehtiyatla təyin olunmalıdır. Ehtiyac olduqda dərman preparatlarının səviyyəsinə nəzarət olunmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dövrlərdə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatı qəbul edərkən, nəqliyyat vasitələrini idarə etməkdən və artan diqqət konsentrasiyası və psixomotor reaksiyaların sürətini tələb edən potensial təhlükəli fəaliyyətlərlə məşğul olmaqdan çəkinməlisiniz.

İstifadə qaydası və dozası

Preparat, adətən gündə 1-3 dəfə 1 tablet qəbul edilir. Maksimal sutkalıq doza 4 tabletdir. 12 yaşdan yuxarı uşaqlar böyüklər üçün qəbul edilən dozanın yarısını qəbul edə bilərlər. Preparatı həkim təyin etmədən ağrıkəsici vasitə kimi 5 gündən çox qəbul etmək olmaz.

Əlavə təsirləri

Dispeptik pozğunluqlar (qusma, ürəkbulanma, epiqastral nahiyədə ağrı, qəbizlik), dərinin allergik reaksiyaları (səpgi, qaşınma, övrə), başgicəllənmə, yuxuya meyillilik, psixomotor reaksiyaların zəifləməsi, ürəkdöyünmə müşahidə oluna bilər. Nadir hallarda isə qan sisteminin zəifləməsi (leykopeniya, qranulositopeniya, aqranulositoz) mümkündür. Çox nadir hallarda qaraciyərin dərman zədələnməsi, kəskin hepatit, sarılıq, qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi müşahidə oluna bilər. Uzun müddət yüksək dozada qəbul etdikdə qaraciyər və böyrəklərin funksiyasının pozulması, öyrəşmə (ağrıkəsici effektin zəifləməsi), dərman asılılığı (kodein) mümkündür. Preparatın bütün əlavə, o cümlədən hazırki təlimatda göstərilməyən təsirləri haqqında müalicə həkiminə bildirmək lazımdır. Doza həddinin aşilması Simptomları: ürəkbulanma, qusma, mədədə ağrı, taxikardiya, ürək aritmiyası, zəiflik, yuxululuq, sayıqlama, tənəffüsün zəifləməsi. Müalicəsi: qusmanı törətmək, mədəni yumaq, adsorbentlərin təyini (aktivləşmiş kömür), simptomatik terapiya, həyati vacib funksiyaların saxlanmasına yönələn tədbirlər.

Buraxılış forması

10 tablet, konturlu qablaşdırılmada 10, 20 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. Stasionar üçün qablaşdırma: 150 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC temperaturdan yüksək olmayan, orijinal qablaşdırmasında, quru, işiqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılış şərti Resept əsasında buraxılır. İstehsalçi/Qeydiyyat vəsiqəsinin sahibi RUM «Belmedpreparatı». 220007, Minsk şəhəri Fabrisus küçəsi, 30.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Piralgin N20 tablet” üçün ilk rəyi siz yazın.