Pikovit 1 yaş+ 150 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirPolivitamin vasitə
İstehsal ölkəsiSloveniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,64 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PİKOVİT şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Multivitamins

Tərkibi

5 ml (1 qaşıq) şərbətin tərkibində ardır: Təsiredici maddələr: Retinol palmitat 1,7 MME/q (vitamin А) 900 BV Xolekalsiferol 1MME/q (vitamin D ) 100 BV3 Askorbin turşusu (vitamin С) 50,00 mq Tiamin hidroxlorid (vitamin В ) 1,00 mq1 Riboflavin natrium fosfat (vitamin В ) 1,00 mq2 Piridoksin hidroxlorid (vitamin В ) 0,60 mq6 Sianakobalamin (vitamin В ) 1,00 mkq12 Nikotinamid (vitamin PP) 5,00 mq Dekspantenol (D-pantenol) 2,00 mq Köməkçi maddələr: аqar, traqakant kitrəsi, saxaroza, duru dekstroza (qlükoza), portağal yağı aromatizatoru, portağal aromatizatoru, qreypfrut aromatizatoru, polisorbat 80, limon turşusu monohidratı, al-qırmızı boya [Ponceau 4R] (E124), natrium- benzoat, təmizlənmiş su.

Təsviri

Şərbət qatı, yapışkana bənzər, açıq sarıdan qəhvəyimtil-narıncı rəngə qədər, azacıq gözə çarpan hissəcikli mayedir. Xoş qoxu və turş dada malikdir. Farmakoterapevtik xassələri Polivitamin vasitə. ATC kodu: A11BA. Farmakoloji xassələri Farmakodinamikası Pikovit şərbətinin tərkibində vitamin kompleksi vardır, hansılar ki, orqanizmdə normal boyatma və inkişaf üçün, sağlamlığın saxlanması və möhkəmləndirilməsi üçün zəruri olan metabolik proseslərin mühüm faktorlarıdır. Vitamin А uşaq orqanizminin hüceyrələrinin böyüməsini və yetişməsini tənzimləyir, həmçinin antioksidant müdafiənin komponentidir, hüceyrə membranının quruluşuna daxildir, dərinin və selikli qişaların müdafiəsi üçün vacibdir, görmənin fotokimyəvi aktında iştirak edir, hüceyrə immuniteti reaksiyasını stimullaşdırır. Vitamin D orqanizmdə kalsium və fosfor balansının saxlanmasında mühüm rol oynayır. Onun3 çatışmazlığı zamanı sümük toxumasında kalsiumun miqdarı azalır, raxit inkişaf edir. Vitamin В karbohidtat mübadiləsini təmin edir, sinir sisteminin normal fəaliyyətinə səbəb olur.1 Vitamin В toxumaların, o cümlədən dəri hüceyrələrinin regenerasiya proseslərinə kömək edir.2 Vitamin В zülal, karbohidrat və yağ mübadiləsində iştirak edir, hemoqlobinin, həmçinin6 qalxanabənzər vəzi hormonlarının əmələ gəlməsində iştirak edir, sümüklərin, dişlərin, dişətinin quruluşunun və funksiyalarının saxlanmasına səbəb olur. Vitamin В qanyaranma proseslərində iştirak edir, sinir sisteminin normal fəaliyyət göstərməsinə12 səbəb olur. Vitamin С əsas vitamin-аntioksidantdır, dəmirin bağırsaqdan sorulmasında iştirak edir, birləşdirici toxumada mübadiləni tənzimləyir, damarların keçiriciliyini normallaşdırır, toksinlərin zərərsizləşdirilməsində aktiv iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını yüksəldir, iltihabi reaksiyaları zəiflədir. Nikotinamid toxumalarda metabolik prosesləri aktivləşdirir, regenerasiya proseslərinin gedişini yaxşılaşdırır, steroid hormonların sintezində iştirak edir. D-pantenol zülal metabolizmində, yağ turşularının və xolesterinin sintezində, enerji hasilində iştirak edir, bağırsaq biosenozunun mühüm komponenti olan bifidobakteriyaların artmasına kömək edir. Farmakokinetikası Pikovit şərbəti haqqında farmakokinetik məlumat yoxdur. Orqanizmdəki bəzi vitaminlərin funksiyaları məlumdur və ədəbiyyatda təsvir olunur. Suda həll olan vitaminlər (B vitaminləri, C vitamini və nikotinamid) gündəlik tələbatı ödəmək üçün lazım olan miqdarda çox yaxşı sorulur. Artıq miqdar sidiklə, bəzi hallarda isə nəcislə də xaric olur. Bu vitaminlər bədəndə məhdud miqdarda saxlanılır, buna görə də onların müntəzəm qəbulu toxumalarda kifayət qədər konsentrasiyanı qorumaq üçün lazımdır. Yağların iştirakı ilə, yağda həll olunan A və D vitaminləri, peroral qəbul edildikdə, nazik bağırsaqda yaxşı sovrulur.

İstifadəsinə göstərişlər

Pikovit şərbəti normal qidalanmanı əvəz etmir. Pikovit şərbəti uşaqlar üçün profilaktik məqsədlə nəzərdə tutulmuşdur: – iştaha olmayan zamanı; – orqanizmin infeksion və soyuqdəymə xəstəliklərinə qarşı müqavimətini yüksəltmək üçün; – keçirilmiş xəstəliklərdən sonra sağalma dövründə; – fiziki inkişaf kifayət qədər olmayan zaman (boyatmanın gecikməsi); – xüsusilə, qış və yaz mövsümlərində, gündəlik rasionda vitamin qismində; – məktəb yaşlı uşaqlarda yüksək fiziki və sinir-psixi yüklənmə zamanı; – antibiotiklərdən istifadə zamanı kompleks müalicənin tərkibində.

Əks göstərişlər

Preparatın tərkibindəki maddələrə qarşı yüksək həssaslıq. Şəkərli diabet (5 ml Pikovit şərbətinin tərkibində 3 q şəkər vardır). A və D hipervitaminozu.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Pikovit şərbətini 1 yaşa qədər uşaqlara vermək tövsiyə olunmur. Hər hansı hiperhəssaslıq reaksiyası zamanı preparatın qəbulu dayandırılmalıdır Sidiyin sarı rəngə boyana bilməsi tamamilə zərərsizdir və şərbətin tərkibində riboflavinin olması ilə izah olunur. Pikoviti tərkibində vitaminlər olan preparatlarla qəbul etmək tövsiyə olunmur. Xəbərdarlıq: Xəstəlik zamanı və ya dərman qəbulu periodunda istifadədən öncə həkimlə məsləhətləşin. 5ml Pikovit şərbətinin tərkibində 3,3 q saxaroza, 0,7 q qlükoza vardır, buna görə də anadangəlmə kəskin qlükoza və fruktoza keçirməzliyi, qlükoza/qalaktoza malabsorbsiya sindromu və saxaroza/izomaltoza çatışmazlığı olan uşaqlara tövsiyə olunmur. Preparatın tərkibində azorəngləyici E124 vardır, hansı ki, allergik reaksiyalar yarada bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Vitamin С sulfanilamidlər qrupundan olan antimikrob vasitələrin təsirini və əlavə effektlərini (o cümlədən sidikdə kristalların meydana çıxması) gücləndirir. Uyuşmazlığı Tətbiq edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlara və süd verən analara vitaminləri həkim məsləhəti ilə qəbul etmək gərəkdir. Şərbətdəki vitamin dozaları uşaqlar üçün məsləhət görülüb. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrinin və mexanizmlərin idarəedilməsinə təsiri haqqında məlumat yoxdur. Preparat uşaqların hərəkət funksiyasına təsir etmir.

İstifadə qaydası və dozası

Preparat daxilə qəbul olunur. İstifadə etməzdən əvvəl şərbəti çalxalamaq lazımdır. 1 yaşdan 3 yaşa qədər uşaqlar: gündə 2 dəfə 1 dozalayıcı və ya çay qaşığı (5 ml) şərbət tövsiyə olunur. 4 yaşdan 6 yaşa qədər uşaqlar: gündə 3 dəfə 1 dozalayıcı və ya çay qaşığı (5ml). 7 yaşdan 14 yaşa qədər uşaqlar: gündə 3-4 dəfə 1 dozalayıcı və ya çay qaşığı (5ml). Şərbəti çay, şirə və ya meyvə püresi ilə qarışdıraraq və ya qaşıq vasitəsilə vermək olar. Kifayət qədər iştaha olmadıqda şərbəti 1 ay müddətində hər gün vermək lazımdır. Təkrar kurs 1-3 aydan sonra və ya həkim məsləhəti ilə.

Doza həddinin aşılması

Tövsiyə olunan dozalarda qəbul zamanı intoksikasiya gözlənilmir. Yüksək dozalarda qəbul A və D hipervitaminozuna səbəb ola bilər, amma doza həddinin aşılması az ehtimal olunandır.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür. Tövsiyə olunan gündəlik dozanı artırmayın, təsadüfən yüksək dozaların qəbulu zamanı dərhal həkimə müraciət edin.

Yararlılıq müddəti

2 il. Flakon açıldıqdan sonra 2 ay ərzində istifadəyə yararlıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti

25С-dən yüksək olmayan temperaturda saxlamaq lazımdır. İşıqdan qorumaq üçün orijinal bağlamada saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Buraxılış forması

Şərbət. Şüşə flakon (Ph. Eur. III tip) plastik qapaqlı, plastik dozalayıcı qaşıq: 150ml şərbət, karton qutuda. Buraxılma şərti Reseptsiz buraxılır.

İstehsalçı

KRKA, d.d., Novo mesto, Sloveniya Smarjeska c. 6, 8501 Novo mesto, Slovenia Azərbaycanda Nümayəndəlik Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi. Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pikovit 1 yaş+ 150 ml sirop” üçün ilk rəyi siz yazın.