Perekis (Hidrogen peroksid) 3 % 100 ml məhlul Belmed
| Dərman forması | Məhlul |
|---|---|
| Farmakoloji təsir | Digər antiseptik və dezinfeksiyaedici vasitələr. |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HİDROGEN PEROKSİD 30 mq/ml xaricə istifadə etmək üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Hydrogen peroxide
Tərkibi
40 ml Təsiredici maddə: 40 ml məhlulun tərkibində 1,2 q hidrogen peroksid vardır. Köməkçi maddələr: natrium benzoat, təmizlənmiş su. 100 ml Təsiredici maddə: 100 ml məhlulun tərkibində 3 q hidrogen peroksid vardır. Köməkçi maddələr: natrium benzoat, təmizlənmiş su. 200 ml Təsiredici maddə: 200 ml məhlulun tərkibində 6 q hidrogen peroksid vardı. Köməkçi maddələr: natrium benzoat, təmizlənmiş su. 400 ml Təsiredici maddə: 400 ml məhlulun tərkibində 12 q hidrogen peroksid vardır. Köməkçi maddələr: natrium benzoat, təmizlənmiş su.
Təsviri
Rəngsiz şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Digər antiseptik və dezinfeksiyaedici vasitələr. АТС kodu: D08AX01.
Farmakoloji xüsusiyyətləri
Oksidləşdiricilər qrupundan olan antiseptik vasitədir. Hidrogen peroksid zədələnmiş dəri və selikli qişalarla təmasda olduqda aktiv oksigen ayrılır və mikrobəleyhinə, dezodorasiyaedici, depiqmentasiyaedici xüsusiyyətlər göstərməklə üzvi maddələrin (proteinlər, qan, irin) mexaniki təmizlənməsinə və inaktivləşməsinə səbəb olur. Antiseptik təsirlər sterilizasiyaedici deyil, onun istifadəsi ilə mikroorqanizmlərin sayı yalnız müvəqqəti olaraq azaldılır. Bol köpüklənmə trombəmələgəlməni təmin edir və kiçik damarlardan qanaxmaların dayanmasına səbəb olur. İstifadəsinə göstərişləri Kiçik kəsiklərin, yaraların (eləcə də irinli yaraların), dəri yaralarının, yanıqların təmizlənməsi üçün dezinfektant. Kiçik qanaxmaların dayandırılması (səthi, burun). Ağız və boğazın yuyulması (stomatit, angina) Ginekoloji xəstəliklər zamanı dezinfeksiya məqsədilə. Əks göstərişləri Dərman preparatının komponentlərinə qarşı yüksək həssaslıq. Sərbəst oksigenin qan dövranına düşməsi nəticəsində qaz emboliyasının yaranması ehtimalına görə preparat bədənin qapalı səthlərinə və cərrahi yaralara istifadə edilməməlidir. Cərrahi alətlərin (endoskopların hissələri) və imalələrin dezinfeksiyası üçün istifadə edilməməlidir. Xüsusi göstərişlər və ehtiyatlı tədbirləri Yalnız xarici səthə istifadə üçün nəzərdə tutulub. Dərman maddəsinin okklüziv sarğılarda istifadəsi tövsiyə olunmur. Gözlərə düşməsinə yol verilməməlidir. Preparat sərbəst oksigenin qan dövranına düşməsinin və qaz emboliyasının yaranmasının qarşısının alınması məqsədilə qapalı səthlərin və nüfuzedici yaraların yuyulmasında istifadə edilməməlidir. Qələvi mühitdə, qələvi metalların mövcudluğunda, bəzi oksidantların mürəkkəb radikallarında, işıq və istidə stabil deyil. Toxumanı işıqlandırır. Hidrogen peroksid məhlulu ilə yaraların təmizlənməsi tetanus və ya digər yara infeksiyaları ilə yoluxmamağa zəmanət vermir. Pediatrik praktikada istifadəsi. 12 yaşdan yuxarı uşaqlarda ağız boşluğunun və boğazın yuyulması üçün istifadə edilir. Preparat kiçik yaşlı uşaqlarda yalnız həkim göstərişinə əsasən istifadə edilə bilər. Heriatrik praktikada istifadəsi. Dəqiq məlumatlar yoxdur. Qaraciyər və böyrək funksiyaları pozulmuş şəxslərdə istifadəsi. Dəqiq məlumatlar yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatı yerli olaraq qələvi dərman maddələri ilə eyni zamanda istifadə etmək olmaz. Hamiləlik və laktasiya dövründə istifadəsi. Dəqiq məlumatlar yoxdur. Hamiləlik zamanı və laktasiya müddətində preparatdan istifadə etməzdən öncə həkimlə məsləhətləşmək vacibdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlum deyil. İstifadə qaydasi və dozalanma Xarici səthə istifadə üçün 30 mq/ml məhlul istifadə edilir; ağız boşluğu və boğazın yuyulması üçün, selikli qişalara tətbiq edilmə üçün 2,5 mq/ml məhlul istifadə edilir (30 mq/ml məhlul su ilə 1:11 nisbətində durulaşdırılır). Durulaşdırılmamış məhlul selikli qişaların təmizlənməsi üçün istifadə edilməməlidir. Dəri və ya selikli qişaların zədələnmiş sahələri dərman vasitəsinin məhlulu ilə nəmləndirilmiş pambıq və ya tənzifdən ibarən tamponlarla təmizlənir. Tamponları pinsetlə tutmaq lazımdır. Yara səthinin sulanması mümkündür.
Əlavə təsirləri
Yaraların təmizlənməsi zamanı yanna hissi yarana bilər. Preparat ağızın uzunmüddətli yaxalanması üçün istifadə edildikdə dil məməciklərinin hipertrofiyası və hissiyyatın itməsi müşahidə edilə bilər. Dərman vasitəsinin fərdi olaraq intolerantlığı hallarında yerli allergik reaksiyaların yaranması mümkündür. Bu içlik vərəqə daxil edilməmiş əlavə təsirlər də daxil olmaqla, əlavə təsirlərin müşahidə edildiyi hallarda mütləq həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Preparatın təsadüfi daxilə qəbulu udlaqda ağrılılığa, mədə yığılmalarına və qusmaya səbəb ola bilər. Sərbəst oksigenin qəfil mədə-bağırsaq traktına düşməsi mədənin kəskin köpməsinə və daxili qanaxmaya səbəb ola bilər. Su içməyə icazə verilir. Hidrogen peroksidin böyük həcmdə qəbulu oksigenin mədəyə düşməsi ilə nəticələnən qaz emboliyasının yaranmasına gətirib çıxara bilər.
Buraxılış forması
40 ml, 100 ml, 200 ml və ya 400 ml preparat qara rəngə boyanmış flakonlarda, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yüksək оlmayan temperaturda, işıq şüalarından qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Respublika unitar Müəssisəsi “Belmedpreparatı”. Belorusiya Respublikası, 220007, Minsk şəhəri, Fabrisiusa küç, 30, t/f.:(37517)2203716. e-mail:[email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.