Pedeks 5 % 60 ml losyon

Dərman formasıLosyon
Farmakoloji təsirAntiparazitar vasitə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PEDEKS 0,5% xaricə istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Permethrin

Tərkibi

Təsiredici maddə: 1 q məhlulun tərkibində 5 mq permetrin vardır Köməkçi maddələr: etil spirti, izopropil spirti, iynəyarpaqlıların efir yağı, təmizlənmiş su.

Təsviri

Sarımtıl rəngli, şəffaf mayedir. Zəif opalessensiya mümkündür.

Farmakoterapevtik qrupu

Antiparazitar vasitə. ATC kodu: P03AC04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Permetrin sintetik piretroidin izomerlərinin sis – və trans formalarının qarışığıdır. Həşəratlara və eləcə də bitlərə insektisid və akarisid təsir göstərir. Permetrin həşəratların sinir hüceyrələrinin membranında membranın polyarizasiyasını tənzimləyən natrium və kalium ionlarının hərəkətini pozur. Repolyarizasiya pozulduğu üçün ifliçi baş verir. Farmakokinetikası Orqanizmdə esterazın təsiri nəticəsində permetrin tez bir zamanda qeyri-aktiv metabolitlərə hidrolizə uğrayır və orqanizmdən əsasən sidik vasitəsi ilə xaric olunur.

İstifadəsinə göstərişlər

Böyüklər və 2 aylıqdan yuxarı uşaqlarda pedikulyozun bütün mərhələlərində (yumurta, sürfə və yetkin fərd)

Əks göstərişlər

Məhlulun komponentlərinə qarşı yüksək həssaslıq. 2 aylığa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məhlul gözə düşərsə onu çoxlu miqdarda su ilə yumaq lazımdır.2 aylıqdan – 2 yaşa kimi olan uşaqlarda proseduranın tibb personalı tərəfindən aparılması məsləhətdir. Dəri səthində olan açıq və infeksiyalaşmış yaralar zamanı istifadəsi məsləhət görülmür Digər dərmanlarla qarşılıqlı təsiri Öyrənilməyib

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dövrlərdə istifadəsi zamanı mümkün olan risk faktoru tam araşdırılmalıdır. Laktasiya dövründə preparat istifadə olunursa, ana südü ilə qidalandırma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə dərman preparatının təsiri müəyyən edilməmişdir.

İstifadə qaydası və dozası

Böyüklər və uşaqlarda saçlar, tüklərin dibi və başın dərisi pambıq və ya tənzifin köməyi ilə Pedeks məhlulu ilə isladılır. Saçların qalınlığından və uzunluğundan asılı olaraq təqribi 25-50 ml məhluldan istifadə olunmalıdır. Proseduradan sonra saçları bağlamaq və 40 dəq.müddətində saxlamaq lazımdır. Sonra saçları isti su, sabun və ya şampunla yumaq lazımdır. Saçları yuduqdan sonra ölmüş bit və sirkəni kənarlaşdırmaq üçün nazik dişli daraqla daranmalıdır. Pedeks məhlulunun 2 yaşdan kiçik uşaqlarda preparatın onlarda istifadəsi zamanı təhlükəsizliyi haqqında tam informasiya olmadığı üçün istifadəsi məsləhət görülmür.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında heç bir məlumat yoxdur.

Əlavə təsirləri

Məhlulun selikli qişaya zəif qıcıqlandırıcı təsiri vardır. Nadir hallarda tətbiq sahəsində qaşınma, qızartı, səpgi, şişkinlik və yanğı hissi ola bilər.

Buraxılış forması

60 ml məhlul, tünd rəngli şüşə flakonda.1 flakon, içlik vərəqə ilə birgə karton qutuya qablaş-dırılır.

Saxlanma şəraiti

25°C dən aşağı tempereaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vərəqəsinin sahibi «LMP» MMC. Vietalvas 1, Riqa, LV-1009, Latviya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pedeks 5 % 60 ml losyon” üçün ilk rəyi siz yazın.