Parasetamol 500 mq N20 tablet Sopharma
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Analjeziklər və antipiretiklər. Anilidlər |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PARASETAMOL SOFARMA tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol
Tərkibi
Тəsiredici maddə: 1 tabletin tərkibində 500 mq parasetamol vardır. Кöməkçi maddələr: povidon K30, laktoza monohidrat, buğda nişastası, maqnezium stearat, talk.
Təsviri
Yastı, ağdan ağımtıla qədər, dairə formasında olan 13 mm diametrində, bir tərəfində bölmə xətti olan tabletlərdir. Tabletləri iki bərabər hissəyə bölmək olar.
Farmakoterapevtik qrupu
Analjeziklər və antipiretiklər. Anilidlər. ATC kodu: N02BE01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Parasetamol Sofarma tabletlərinin tərkibində güclü ağrıkəsici və qızdırmasalıcı təsirə malik parasetamol adlı təsiredici maddə vardır. Parasetamol güclü analgetik və antipiretik təsirə maikdir. Onun iltihabəleyhinə aktivliyi zəif təzahür edir və klinik əhəmiyyətə malik deyil. Təsir mexanizmi siklooksigenazaları (COX-1 və COX-2 zəif tormozlayır, COX-3 isə seçici şəkildə) inhibə edərək və hətta bradikinin-həssas reseptorları blokada edərək baş beyin və onurğa beyində prostaqlandinlərin sintezini inhibə edir. Farmakokinetikası Sorulması Peroral istifadəsindən sonra parasetamol tez və demək olar ki, tamamilə mədə-bağırsaq sistemindən sorulur. Onun sorulması vegetarianlarda ləng və natamam ola bilər. Maksimal plazma konsentrasiyasına peroral istifadəsindən təqribən 30-60 dəqiqədən sonra çatır. Paylanması Orqanizmin maye və toxumalarında intensiv şəkildə paylanır. Plazma zülalları ilə zəif birləşir. Metabolizmi Parasetamol əsasən qaraciyərdə, qlükuronlaşma və sulfatlaşma yolu ilə metabolizmə uğrayır. Xaric olması Əsasən qlükuronlar şəklində (60-80%), sulfo-birləşmə şəklində (20-30%) və az miqdarda dəyişilməmiş parasetamol şəklində (5%) sidiklə xaric olur. Yarımxaricolma dövrü 1-3 saatdır.
İstifadəsinə göstərişlər
Zəif və orta dərəcəli baş ağrılarında, miqren, diş ağrısında, revmatik və əzələ ağrılarında, menstrual ağrıların müalicəsində, boğaz ağrısı, həmçinin soyuqdəymə ağrılarında, yüksək hərarət zamanı müşahidə olunan əzginliyin müalicəsində istifadə olunur. Əgər simptomlarınız ağırlaşırsa və ya 3 gün ərzində simptomlarınızda müsbət dinamika müşahidə olunmursa, həkiminizə müraciət edin.
Əks göstərişlər
– Parasetamol Sofarma preparatının təsiredici maddəsınə və ya köməkçi maddələrindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq); – Ağır qaraciyər xəstəlikləri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
– Əgər Sizdə ağır qaraciyər və ya böyrək xəstəliyi varsa, həkiminizə məlumat verin . – Əgər simptomlarınız ağırlaşırsa və ya 3 gün ərzində simptomlarınızda müsbət dinamika müşahidə olunmursa, müalicəniz təkrar nəzərdən keçirilməlidir. – Əgər Parasetamol qəbul edərkən aritmiya müşahidə olunarsa müalicə dərhal dayandırılmalıdır. – Parasetamol Sofarmanı qəbul edərkən doza həddinin aşılmasına yol verməmək üçün tərkibində parasetamol olan digər dərman preparatları qəbul etmək olmaz – Xroniki alkoqolizmdə ehtiyatla istifadə edin. Bəzi tərkib hissələri barədə vacib məlumat – Bu dərmanın tərkibindəki buğda nişastasına çox az miqdarda qlüten daxildir və əgər Sizdə seliakiya (qlütenə qarşı dözümsüzlük ) xəstəliyi varsa, hər hansı bir problem yaranma ehtimalı yoxdur. Bir tabletin tərkibində 3,6 mikroqrama qədər qlüten var. Buğdaya garşı allergiyası olan (seliakiyadan fərqli) pasientlərə bu preparatın qəbulu məsləhət görülmür. – Preparatın tərkibində laktoza monohidrat vardır. Əgər Sizdə bəzi şəkər növlərinə qarşı dözümsüzlük varsa, bu preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatlar arasında mümkün ola bilən qarşılıqlı təsirə yol verməmək üçün yanaşı olaraq digər dərman preparatları ilə (o cümlədən reseptsiz buraxılan) aparılan müalicə haqqında müalicə həkiminə və ya əczaçıya məlumat vermək lazımdır. Az dozalarda və ya məsləhət görülən istifadə qaydası üzrə qəbul edərkən klinik əhəmiyyət daşıyan qarşılıqlı təsirlər müşahidə olunmur. Aşağıdakı preparatları qəbul etdikdə həkiminizi xəbərdar edin: – kumarin antikoaqulantları (qan laxtalanmasının əleyhinə dərman preparatları) – Asetilsalisil turşusu (aspirin) və digər QSİƏP (qeyri-steroid iltihabəleyhinə preparatlar) – Qusmaəleyhinə dərman vasitələri (metoklopramid, domperidon parasetamolun sorulmasını artıra bilər) – Antiepileptik dərmanlar (fenitoin, karbamazepin, fenobarbital) – Antibakterial dərman preparatları (izoniazid, rifampisin, xloramfenikol) – Xolestiraminlər (xolesterinin səviyyəsi yüksək olduqda) və antasidlər (mədə turşuluğuna azaldan dərman vasitələri) Həkiminiz Sizə qanda şəkərin və ya sidik turşusunun laborator müayinəsini təyin edərsə, onu Parasetamol qəbul etdiyiniz haqda məlumatlandırın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərman vasitəsini qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Parasetamol Sofarma preparatını hamiləlik dövründə istifadə etmək olar. Siz minimal doza istifadə etməlisiniz, hansı ki ağrını azaldır və/və ya qızdırmanı qısa bir zamanda salır. Həkiminizə və ya tibb bacısına müraciət edin əğər ağrı və/və ya sonra yüksək bədən hərarəti sakitləşməyib və ya Sizə daha tez-tez dərmanı qəbul etmək lazımdır. Parasetamol cüzi miqdarda ana südünə keçir. Laktasiya dövründə sutkalıq terapevtik dozaya və müalicə kursunun davametmə müddətinə ciddi şəkildə əməl olunduğu hallarda parasetamoldan istifadə etmək olar. Pediatriyada istifadəsi 6 – 12 yaş arası olan uşaqlar: gündə 3-4 dəfə, ½-1 tablet. 24 saat ərzində 4 tabletdən artıq qəbul etmək olmaz. 6 yaşa qədər uşaqlar: 6 yaşa qədər uşaqlar üçün bu dərman forması uyğun deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
barədə heç bir məlumat yoxdur. Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Həmişə Parasetamol Sofarma preparatını həkiminizin təyinatına və ya bu içlik vərəqədə yazılmış qəbul qaydasına dəqiq şəkildə əməl etməklə qəbul edin. Nədənsə əmin olmadıqda həkiminizdən və ya əczaçınızdan soruşun. Parasetamol Sofarma tabletləri daxilə qəbul edilir. Tabletlər 2 bərabər hissəyə bölünə bilər.
İstifadə qaydası və dozası
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 – 4 dəfə, 1 – 2 tablet. Maksimal sutkalıq doza 8 tabletdən ibarətdir. 12 yaşdan yuxarı olan uşaqlar 24 saat ərzində 3 q-dan (6 tablet) artıq qəbul etməməlidirlər. 6 – 12 yaş arası olan uşaqlar: gündə 3-4 dəfə, ½-1 tablet. 24 saat ərzində 4 tabletdən artıq qəbul etmək olmaz uşağa. 6 yaşa qədər uşaqlar – 6 yaşa qədər uşaqlar üçün bu dərman forması uyğun deyil. 2 qəbul arasında 4 – 6 saatlıq fasilə məsləhət olunur. Lazım olduqda dərman vasitəsi hər 4 saatdan bir qəbul oluna bilər, 24 saat ərzində sutkalıq dozanı keçmək məsləhət olunmur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Müalicə kursu həkimin məsləhəti olmadan 3 gündən artıq davam edilməməlidir. Qida məhsulları və içkilərlə birlikdə qəbul edilməsi Parasetamol Sofarma preparatının müalicə zamanı qaraciyərin zədələnmə riskinin artması ilə əlaqədar olaraq spirtli içkilərdən istifadə olunması məsləhət görulmür. Parasetamol Sofarma qəbulunu unutduqda Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Sizdə bu dərman preparatının qəbulu barədə hər hansı əlavə sual yaranarsa, həkiminizə və ya əczaçınıza müraciət etməyiniz xahiş olunur.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, Parasetamol Sofarma, hamıda olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Nadir hallarda (≥ 1/10000 – < 1/1000) yüngül fəsadlar mümkündür mədə-bağırsağ traktı tərəfindən ürəkbulanma, qusma, qarında ağrı, diareya mümkündür. Çox nadir hallarda (qanda trombositlərin sayının azalması, leykositlərin sayının azalması, aqranulositoz (yüksək bədən hərarəti, dərinin zədələnməsi və qanda dənəli leykositlərin azalması ilə gedən kəskin xəstəlik), anemiyalar (qeyri adi yorğunluq, zəiflik və dərinin solğunluğu). Çox nadir hallarda hiperhəssaslıq reaksiyaları müşahidə olunur, əsasən dəridə qaşınma, müxtəlif xarakterli səpgilər,övrə meydana çıxır. Tənəffüs sistemində – nəfəs darlığına meyilliyi olan xəstələrdə, asetilsalisil turşusuna (aspirin) və digər QSİƏ preparatlarına qarşı allergiyalı xəstələrdə tənəffüsün çətinləşməsi. Uzun müddət yüksək dozalardan istifadə olunduğu zaman qaraciyərin toksik zədələnməsinə gətirib çıxara bilər. Bunun ilkin əlamətləri ürəkbulanma, qusma, tərləmə və ümumi halsızlıqdır. Yüksək dozaları qəbul etdikdə böyrəklərin funksiyasının pozulması mümkündür. Çox nadir ciddi dəri reaksiyalar halları qeydə alınmayıb. Əgər hər hansı bir əlavə təsir ağırlaşarsa və ya təlimatda qeyd olunmayan əlavə təsirlər əmələ gələrsə, həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması qaraciyər transplantasiyası və hətta ölümlə nəticələnən kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Əgər Siz preparatı lazım olandan yüksək dozada qəbul etmisinizsə, sərxoşluğun ilk əlamətləri yarana bilər – qarında ağırlıq hissi və ağrı, ürəkbulanma, qusma, iştahanın pozulması, narahatçılıq, ümumi halsızlıq. Preparatı lazımi dozadan yüksək dozada qəbul etdiyiniz halda həkiminizi xəbərdar edin, hətta özünüzü yaxşı hiss etsəniz də. Doza həddinin aşılması dərmanın qəbulundan sonrakı ilk 1 saatda meydana çıxarsa aktiv kömürün qəbulu və ya ilk sutka ərzində vena daxilinə N – asetilsistein yeridilməsi effektiv ola bilər.
Buraxılış forması
10 tablet, polivinilxlorid və alüminium folqadan hazırlanmış blisterdə. 2 blister, içilik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.