PARAFENAM N100 TABLET

Dərman formasıTablet
İstehsal ölkəsiHindistan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

20,17 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KODAK tabletlər

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 450 mq parasetamol, 8 mq bromheksin hidroxlorid, 2 mq xlorferamin maleat, 100 mq quanfenezin vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, qarğıdalı nişastası (pasta üçün), metilhidroksilbenzoat, propil- hidroksilbenzoat, povidon, kolloidal susuz silisium dioksid, natrium nişasta qlikolyatı, maqnezium stearat, təmizlənmiş talk, təmizlənmiş su, brilliant göyü supra, izopropil spirti.

Təsviri

Bir tərəfi ağ, bir tərəfi göy rəngdə olan, ikilaylı, iki yerə bölünə bilən, örtüksüz tabletlərdir. ATC kodu: N02BE51.

İstifadəsinə göstərişlər

Burun tutulması, başağrısı, hərarət, boğaz ağrısı, yuxusuzluq və öskürəyə qarşı.

Əks göstərişlər

• Ağır qaraciyər çatışmazlığı • Hipertoniya və ürək-damar pozğunluqu • Monoaminooksidazanın inhibitorları tipli antidepressant ilə birgə istifadə • Laktasiya dövrü • Preparatın tərkibində olan hər hansı maddəyə qarşı yüksək həssaslıq

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Gündə 4 tabletdən artıq qəbul etməyin. Əgər simptomlar 48 saatdan artıq davam edərsə, həkiminizlə məsləhətləşin. Hamiləlikdə, digər xəstəliklərdə və ya digər preparatları qəbul etdikdə, bu preparatın qəbulundan əvvəl öz həkiminizlə məsləhətləşin. Qaraciyər və böyrək çatışmazlığı, qlaukoma, prostatın genişlənməsi, hipertioreoz, ürək-damar pozğunluqu, şəkər xəstəliyi keçirən pasiyentlər preparatı qəbul etməzdən öncə öz həkimi ilə məsləhətləşməlidirlər. 6 yaşa çatmamış uşaqlar, hamilə və laktasiya dövründə olan qadınlar ancaq həkimin göstərişi ilə bu preparatdan istifadə edə bilərlər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

MAO-nun inhibitorları tipli antidepressantla birgə istifadə etdikdə hipertonik kriz baş verə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə KODAK preparatının qəbulu əks göstərişdir. Hamiləlik və laktasiya dövründə olan qadınlar ancaq həkimin məsləhəti ilə bu preparatdan istifadə edə bilərlər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə etdikdə bu preparatdan istifadə etmək tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Böyüklər: 1 tablet 6-12 yaşlı uşaqlar: yarım tablet Yuxarıda qeyd olunan dozalanma 6 saatlıq intervalla və ya həkiminizin məsləhəti ilə qəbul oluna bilər. 6 yaşa qədər uşaqlar: preparatın qəbulu məsləhət görülmür

Əlavə təsirləri

Kliniki araşdırmalar zamanı müşahidə edilən əlavə təsirlər: 1) Yuxululuq 2) Mədə-bağırsaq pozğunluğu 3) Psixomotor pozğunluq 4) Taxikardiya 5) Aritmiya 6) Ağızda quruluq 7) Ürəkdöyünmə 8) Sidik tutulması Parasetamolun uzun müddət qəbulu qaraciyərin zədələnməsinə səbəb ola bilər

Buraxılış forması

10 tablet, aüminium/PVX blisterlərdə. 10 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

o 25 C-dan yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatı çirkab sularına və məişət tullantılarının içərisinə atmaq olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı

Brawn Laboratories Limited. 13, N.I.T, Industrial area, Faridabad-121001 Haryana, India.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“PARAFENAM N100 TABLET” üçün ilk rəyi siz yazın.