Papazol N10 tablet

Dərman formasıTablet
Farmakoloji təsirPapaverin, kombinasiyaları
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,40 

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PAPAZOL tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Bendazol + Papaverine

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq dibazol (bendazol) və 30 mq papaverin hidroxlorid vardır. Köməkçi maddələr: kartof nişastası, kalsium stearat, talk.

Təsviri

Girdə, yastı-silindrik formalı, hər iki qırağı iti, ağ və ya bozumtul çalarlı ağ rəngli tabletlərdir. Çətinliklə görünən xalların olması mümkündür.

Farmakoterapevtik qrupu

Papaverin, kombinasiyaları. ATC kodu: A03AD51.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Bendazol (dibazol) miotrop təsirli spazmolitik preparatdır. Damargenişləndirici və spazmolitik təsir göstərir. Papaverin hidroxlorid miotrop təsirli spazmolitik preparatdır. Daxili orqanların və damarların saya əzələlərinin tonusunu aşağı salır. Arteriyaları genişləndirir, qan dövranının, o cümlədən, serebral qan dövranının artmasına səbəb olur. Farmakokinetikası Bendazolun biomənimsənilməsi təxminən 80 %-dir; qanda bendazolun biotransformasiya məhsullarına, bendazolun imidazol halqasının imin-qrupunun metilləşməsi və karboetoksilləşməsi nəticəsində əmələ gələn iki konyuqat – 1-metil-2-benzilbenzimidazol və 1- karboetoksi-2-benzilbenzimidazol aiddir. Bendazolun metabolitləri orqanizmdən sidiklə xaric olunurlar. Papaverin hidroxloridin biomənimsənilməsi orta hesabla 54 % təşkil edir. Qan plazmasının zülalları ilə birləşməsi 90 %-dir. Orqanizmdə yaxşı paylanılır, histohematik baryerlərdən keçir. Qaraciyərdə metabolizmə məruz qalır. Yarımxaricolma dövrü 0,5-2 saatdır (24 saata qədər uzana bilər). Orqanizmdən böyrəklər vasitəsi ilə metabolitlər şəklində xaric olunur. Hemodializ aparıldıqda, qandan tamamilə xaric olunur.

İstifadəsinə göstərişlər

Preparatdan periferik damarların və baş beyin damarlarının spazmlarında, qarın boşluğu orqanlarının saya əzələlərinin spazmlarında istifadə olunur.

Əks göstərişlər

Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq, atrioventrikulyar keçiriciliyin pozulması, tənəffüsün tormozlanması, epileptik sindrom, bronxoobstruktiv sindrom, uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicə müddətində alkoqolun istifadəsini istisna etmək lazımdır. Bağırsaq peristaltikası aşağı düşdükdə, kəllə-beyin travmasında, qaraciyər və/və ya böyrək çatışmazlığında, hipotireoz zamanı, böyrəküstü vəzilərin çatışmazlığında, prostat vəzinin hiperplaziyasında, hamiləlik və laktasiya dövründə preparatı ehtiyatla istifadə etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Farmakodinamik qarşılıqlı təsirlər: spazmolitiklərlə, sedativ preparatlarla, diuretiklərlə, trisiklik antidepressantlarla, prokainamidlə, rezerpinlə, xinidinlə eyni zamanda istifadə edildikdə, hipotenziv effektin güclənməsi baş verə bilər. Antixolinesteraz preparatların (qalantamin, prozerin, fizostiqmin və s.) saya əzələlərə təsirini zəiflədir; levodopanın parkinsonizməleyhinə effektini azaldır. Farmakokinetik qarşılıqlı təsirlər: adsorbentlər, büzüşdürücü və bürüyücü preparatlar, preparatın mədə-bağırsaq traktında sorulmasını aşağı salırlar. Bendazol: beta-blokatorların təsiri nəticəsində ümumi periferik damar müqavimətinin yüksəlməsinin qarşısını alır. Fentolamin bendazolun hipotenziv təsirini gücləndirir. Papaverin: levodopanın parkinsonizməleyhinə effektini və metildopanın hipotenziv effektini aşağı salır. Barbituratlarla kombinasiyada papaverinin spazmolitik təsiri güclənir. Trisiklik antidepressantlarla, prokainamidlə, rezerpinlə, xinidinlə birlikdə istifadə edildikdə, papaverinin hipotenziv effektinin güclənməsi mümkündür. Alprostadillə birlikdə istifadə edildikdə, priapizmin inkişaf etmə riski yüksəlir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Hamiləlik və laktasiya dövründə preparatı yalnız, ana üçün ehtimal edilən faydası döl və ya uşaq üçün potensial riskdən yüksək olduğu halda istifadə etmək olar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə müddətində nəqliyyat vasitəsini idarə etdikdə və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb edən, potensial təhlükəli digər fəaliyyət növləri ilə məşğul olduqda, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

İstifadə qaydası və dozası

Preparat daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Böyüklər: gündə 2-3 dəfə 1-2 tablet. Dozalanma rejimi həkim tərəfindən müəyyən olunur. Müalicə kursu fərdi təyin olunur və adətən 2-4 həftə təşkil edir.

Əlavə təsirləri

Aşağıda sadalanan əlavə effektlərin tezliyi ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatının) təsnifatına müvafiq göstərilmişdir: çox tez-tez – 10 %-dən çox; tez-tez 1 %-dən çox və 10 %-dən az; bəzən 0,1 %-dən çox və 1 %-dən az; nadir hallarda 0,01 %-dən çox və 0,1 %-dən az; çox nadir hallarda 0,01 %-dən az, ayrı-ayrı məlumatlar daxil olmaqla; məlum deyil – əldə olunan məlumatlara əsasən, baş vermə tezliyini müəyyən etmək mümkün deyil. Papazol Bu vaxta qədər göstərilən kombinasiyanın qəbulu zamanı, əlavə effektlər barədə heç bir məlumat qeydə alınmamışdır. Aşağıda sadalanan mümkün əlavə effektlərin baş vermə tezliyi məlum deyil. Mərkəzi sinir sistemində baş verən pozğunluqlar: başgicəllənmə, yuxuya meyillilik. Ürək-damar sistemində baş verən pozğunluqlar: atrioventrikulyar blokadanın inkişaf etməsi, ürək ritminin pozulması, miokardın yığılma qabiliyyətinin aşağı düşməsi. Həzm sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, qəbizlik. Dəri örtüyündə baş verən pozğunluqlar: tər ifrazının yüksəlməsi. Digər əlavə təsirlər: allergik reaksiyalar. Bendazol Preparatdan yüksək dozalarda istifadə etdikdə, aşağıda göstərilən effektlər müşahidə oluna bilər. Doza aşağı salındıqda və ya preparatın istifadəsi dayandırıldıqda, adı çəkilən əlavə effektlər tezliklə aradan qalxırlar. Mərkəzi sinir sistemində baş verən pozğunluqlar: məlum deyil – başgicəllənmə, baş ağrısı. Dəri örtüyündə baş verən pozğunluqlar: məlum deyil – tər ifrazının yüksəlməsi. Həzm sistemində baş verən pozğunluqlar: məlum deyil – ürəkbulanma. Papaverin hidroxlorid Mərkəzi sinir sistemində baş verən pozğunluqlar: tez-tez – yuxuya meyillilik. Dəri örtüyündə baş verən pozğunluqlar: tez-tez – dəri üzərində səpgilər (adətən, eritematoz səpgilər, övrə); bəzən – dəridə qaşınma; nadir hallarda – tər ifrazının yüksəlməsi. Həzm sistemində baş verən pozğunluqlar: tez-tez – ürəkbulanma, qəbizlik; bəzən – qaraciyər transaminazalarının aktivliyinin yüksəlməsi. Ürək-damar sistemində baş verən pozğunluqlar: tez-tez – arterial təzyiqin aşağı düşməsi, bəzən – mədəcik ekstrasistoliyası. Qanyaradıcı orqanlarda baş verən pozğunluqlar: çox nadir hallarda – eozinofiliya.

Doza həddinin aşılması

Papazol: preparatın istifadəsi zamanı meydana çıxan doza həddinin aşılması simptomları, preparatın tərkibinə daxil olan komponentlərin xüsusiyyətlərindən asılıdır. Doza həddinin aşılması baş verdikdə istilik hissi, tər ifrazının yüksəlməsi, diplopiya (gözlərdə ikiləşmə), zəiflik, yuxuya meyllilik, ürəkbulanma, başgicəllənmə, hipotenziya, baş ağrısı müşahidə olunur. Müalicəsi: spesifik antidotu yoxdur. Preparatın istifadəsini dayandırmaq, mədəni yumaq, aktivləşdirilmiş kömür təyin etmək və simptomatik müalicə aparmaq lazımdır. Bendazol: doza həddinin aşılması barədə heç bir məlumat yoxdur. Ən çox ehtimal edilən arzuolunmayan hal arterial təzyiqin şiddətli aşağı düşməsi ola bilər. Müalicəsi: arterial təzyiq şiddətlə aşağı düşdükdə, pasiyenti “uzanılı” vəziyyətə keçirmək və aşağı ətrafları bir qədər qaldırmaq və daha sonra simptomatik müalicə aparmaq lazımdır. Papaverin hidroxlorid: doza həddinin aşılmasının simptomları – diplopiya, zəiflik, arterial təzyiqin aşağı düşməsi. Müalicəsi: simptomatik (arterial təzyiqin dəstəklənməsi) müalicə aparmaq lazımdır.

Buraxılış forması

Tabletlər. 10 tablet polivinilxlorid örtüklü və laklanmış çaplı alüminium folqa konturlu yuvalı qablaşmada içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 tablet, kağız əsaslı qablaşma üçün materialdan hazırlanmış konturlu yuvasız qablaşmada içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat “İrbit Kimya-Əczaçılıq Müəssisəsi” ASC. 623856, Rusiya Federasiyası, Sverdlovsk vilayəti, İrbit şəh., Kirov küç., 172. Tel.:/Faks: (34355) 3-60-90. Ünvan Sverdlovsk vilayəti, İrbit şəh., K. Marks küç., ev 124-a.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Papazol N10 tablet” üçün ilk rəyi siz yazın.