PAPAVERINA G X 2 2 ML № 10 (AMPULI) (BORISOVSKIY ZMP) (BELARUSIYA)
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Mədə-bağırsaq sisteminin funksional müalicəsi üçün vasitələr. Papaverin və onun törəmələri |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,09 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PAPAVERİN HİDROXLORİD 20 mq/ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Papaverine
Tərkibi
Təsiredici maddə: 1 ampulda 40 mq papaverin hidroxlorid vardır. Köməkçi maddələr: DL-metionin, dinatrium edetat, inyeksiya üçün su.
Təsviri
Şəffaf, azacıq sarımtıl çalarlı məhluldur.
Farmakoterapevtik qrupu
Mədə-bağırsaq sisteminin funksional müalicəsi üçün vasitələr. Papaverin və onun törəmələri. ATC kodu: A03AD01.
İstifadəsinə göstərişlər
– Xolesistit, spastik kolit, pilorospazm zamanı daxili üzvlərin saya əzələlərinin spazmının qarşısını almaq və tormozlamaq; – öd və böyrək sancılarının aradan qaldırılması; – obliterasiyəedici endarteriitin, baş beyin və ətrafların damarlarının spazmının müalicəsi (kompleks müalicənin tərkibində).
Əks göstərişlər
– 1 yaşa qədər uşaqlar; – tənəffüsün zəifləməsi və ya komatoz hallar; – atriventrikulyar (AV) blokada; – papaverin hidroxloridə qarşı yüksək həssaslıq; – qlaukoma; – 75-dən yuxarı yaş həddi (hipertermiya riski); – Peyroni xəstəliyi (intrakavernoz yeritmə üçün); – ürək çatışmazlığı, miokard infarktı (kəskin və keçirilmiş), ürək ritminin pozulması (bradikardiya); – kəlladaxili hipertenziya; – qaraciyər xəstəliyi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kəllə-beyin travması, böyrək və qaraciyər çatışmazlığı, hipotireoz, böyrəküstü vəzinin funksiya- sının çatışmazlığı olan pasiyentlərdə ehtiyatlı olmaq və papaverin hidroxloridin kiçik dozalarını istifadə etmək lazımdır, belə ki, onlarda papaverin hidroxloridin hipotenziv təsiri güclənir. Prostat vəzinin xoşxassəli hiperplaziyası olan pasiyentlərdə papaverin hidroxloridin yüksək dozaları sidik ifrazının kəskin ləngiməsinə səbəb ola bilər. Sürətli venadaxili yeridilməsi fatal aritmiya və apnoe vəziyyətinə səbəb ola bilər. Anamnezdə ürək keçiriciliyinin pozulması və ya ürək-damar xəstəliklərinin dekompensasiyası olduqda, ürək ritminin pozulması riskinə görə ehtiyatlı olmaq lazımdır. Qaraciyərin toksikliyi simptomları yarandıqda, papaverin hidroxloridin yeridilməsini dayandırmaq lazımdır. Müntəzəm olaraq papaverin hidroxlorid istifadə edən pasiyentlər qaraciyər funksiyasının və qanın göstəricilərinə daim nəzarət etməlidirlər. Papaverin hidroxloridi MBT-nin hərəkiliyi zəifləyən pasiyentlərə, bu pasiyentlərin həzm sisteminin pozulmasına məruz qalmaları ilə əlaqədar papaverin hidroxloridi ehtiyatla təyin etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Birlikdə istifadə zamanı papaverin hidroxlorid alkoqolun təsirini gücləndirir, metildopanın hipotenziv effektini zəiflədir. Siqaret çəkən şəxslərdə papaverin hidroxloridin metabolizmi sürətlənir, lakin onun qan plazmasında konsentrasiyası və farmakoloji effektləri isə azalır. Fentolamin ilə eyni vaxtda yeridilməsi cinsiyyət üzvünün məsaməli ciblərinə papaverinin təsiri güclənir. Difenhidramin (dimedrol), metamizol (analgin) və diklofenak papaverin hidroxloridin spazmolitik effektini gücləndirir. Papaverin hidroxloridin məhlulları farmasevtik cəhətdən qlükoza məhlulları ilə uyuşmur (papaverin hidroxloridin qismən inaktivləşməsi). Papaverin hidroxlorid levodopanın (parkinsonəleyhinə vasitə) terapevtik effektini zəiflədə bilər. Papaverin hidroxlorid kalsium kanalları blokatorlarının effektini gücləndirə bilər. Antiaritmik və antihipertenziv preparatlarla eyni vaxtda istifadəsi zamanı hipotenziv təsirin güclənməsi mümkündür. Nikotin papaverin hidroxloridin vazodilatasiyaedici təsirini azalda və ya tamamilə aradan qaldıra bilər. Papaverin hidroxlorid mərkəzi sinir sistemini zəiflədən preparatların təsirini gücləndirə bilər və morfinlə eyni vaxtda istifdəsi sinergizm nümayiş etdirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə papaverin hidroxloridin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. Pediatriyada istifadəsi Hipertermiyanın inkişafının yüksək riski ilə əlaqədar papaverin hidroxloridin 1 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür. 15 yaşa qədər uşaqlarda preparatın venadaxili yeridilməsi məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Papaverin hidroxloridlə müalicə zamanı avtonəqliyyat və mexanizmləri idarə edərkən, mümkün əlavə təsirlərin məsələn, yuxululuq və başgicəllənmənin inkişafı ilə əlaqədar olaraq ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Preparat dərialtı, əzələdaxili və ya venadaxili yeridilir. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara 20 mq/ml məhlul 0,5-2 ml (10-40 mq) dərialtı və əzələdaxili təyin edilir, venadaxili yeridilmə isə çox asta-asta 3-5 ml/dəqiqə sürətlə 1 ml 20 mq/ml papaverin hidroxlorid məhlulu (20 mq) 10-20 ml 0,9%-li natrium xlorid məhlulunda həll edərək yeridilir. Venadaxili yeridilmə daha çox effektivdir. Yaşlı pasiyentlərdə müalicənin əvvəlində birdəfəlik doza 10 mq-ı (0,5 ml 20 mq/ml məhlul) aşmamalıdır. Böyüklər üçün dərialtı və ya əzələdaxili yeridilmə zamanı maksimal doza: birdəfəlik 100 mq (5 ml 20 mq/ml məhlul), sutkalıq 300 mq (15 ml 20 mq/ml məhlul); venadaxili yeridilmə zamanı: birdəfəlik 20 mq (1 ml 20 mq/ml məhlul), sutkalıq 120 mq (6 ml 20 mq/ml məhlul). 1-14 yaşlı uşaqlara preparat sutkada 2-3 dəfə təyin edilir. Birdəfəlik doza bədən çəkisinə görə 0,7-1 mq/kq təşkil edir. Uşaqlar üçün maksimal sutkalıq doza (yeridilmə üsulundan asılı olmayaraq): 1-2 yaş üçün 20 mq (1 ml 20 mq/ml məhlul), 3-4 yaş üçün 30 mq (1,5 ml 20 mq/ml məhlul), 5-6 yaş üçün 40 mq (2 ml 20 mq/ml məhlul), 7-9 yaş üçün 60m mq (3 ml 20 mq/ml məhlul), 10-14 yaş üçün 100 mq (5 ml 20 mq/ml məhlul) təşkil edir.
Əlavə təsirləri
Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Sinir sistemində baş verən pozğunluqlar: nadir hallarda – tənəffüs dərinliyinin artması, depressiya, başgicəllənmə, başağrı, yuxululuq, sedativ effekt, zəiflik, diqqətin pozulması, süstlük, əzginlik. Ürək-damar sistemində baş verən pozğunluqlar: nadir hallarda – ürək ritminin pozulması (xüsusilə sürətli venadaxili yeridilmə və ya yüksək dozaların yeridilməsi zamanı), AV-blokada, taxikardiya, hipotenziya və ya təzyiqin yüksəlməsi. MBT-də baş verən pozğunluqlar: nadir hallarda – qəbizlik, ürəkbulanma, diareya, bağırsaq keçməzliyi, anoreksiya, qusma. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: nadir hallarda – qaşınma, səpgi. Hepatobiliar sistemdə baş verən pozğunluqlar: məlum deyil – qaraciyərin toksik zədələnməsi: hepatit və qaraciyər fermentlərinin səviyyəsinin artması. Digər: nadir hallarda – ümumi diskomfort, sifətin qızarması, tərləmə, ağız boşluğunda quruluq; çox nadir hallarda – hiperhəssaslıq reaksiyaları; məlum deyil – inyeksiya nahiyəsində tromboz.
Doza həddinin aşılması
İntoksikasiya simptomları yüksək dozaların yeridilməsi zamanı yaranır, xüsusilə qaraciyər və böyrək patologiyası fonunda. Dsoza həddinin aşılması simptomlarına adətən diplopiya, zəiflik, yuxululuq, hipotenziya xarakterikdir. Spesifik antidotu yoxdur. Yardım tədbirlərinə preparatın ləğv edilməsi, süd və aktivləşdirilmiş kömürlə mədənin yuyulması, yaranan pozğunluqları və yüksək arterial təzyiqi aradan qaldırmaq məqsədilə dəstəkləyici və simptomatik müalicə. Papaverinin intrakavernoz yeridilməsindən sonra priapizmi aradan qaldırmaq məqsədilə adrenalin, fenilefrinin intrakavernoz yeridilməsi aparılır. Ağır hallarda cinsiyyət üzvünün damarlarında şuntlaşdırıcı əməliyyata və hemoaspirasiyaya üstünlük verilir.
Buraxılış forması
2 ml məhlul, ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul, polivinilxlorid örtüklü qablaşdırmada. 1 və ya 2 qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır (№ 10х1, № 10х2).
Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: +375 (177) 73 56 12; 73 11 56.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.