Pantotin 100 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirPsixoanaleptik vasitə; psixostimulyator, diqqət və hiperaktivlik defisiti sindromunun müalicəsi üçün vasitə və nootrop vasitə; digər psixostimulyatorlar və nootroplar
İstehsal ölkəsiMoldova

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,60 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PANTOTİN 100 mq/ml şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Hopantenic acid

Tərkibi

Təsiredici maddə: 1 ml şərbətin tərkibində 100 mq hopanten turşusu (hopantenat kalsium) vardır. Köməkçi maddələr: fruktoza, kalium sorbat (E 202), riboflavin, təmizlənmiş su.

Təsviri

Qatı, şəffaf maye, açıq sarıdan sarı rəngə qədər, xarakterik qoxu və şirin dadlı şərbətdir. Saxlama zamanı az miqdarda çöküntü olması mümkündür.

Farmakoterapevtik qrupu

Psixoanaleptik vasitə; psixostimulyator, diqqət və hiperaktivlik defisiti sindromunun müalicəsi üçün vasitə və nootrop vasitə; digər psixostimulyatorlar və nootroplar. ATC kod: N06BX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Hopanten turşusu nootrop (neyrotrofik, neyrometabolik, neyroprotektor), qıcolmaəleyhinə və sedativ xüsusiyyətlərə malikdir. Beyinin hipoksiyaya və toksiki maddələrin təsirinə qarşı davamlılığı yüksəldir, neyronlarda anabolik prosesləri stimulə edir, orta dərəcəli sedativ təsiri yumşaq stimuləedici effektlə birləşdirir, hərəki oynaqlığı zəiflədir, əqli və fiziki iş qabiliyyətini artırır. Patoloji artmış sidik kisə refleksini və detruzorun tonusunu tormozlayır. Farmakokinetikası Peroral qəbul edildikdən sonra dərman mədə-bağırsaq traktından sürətlə sorulur. T təxminən 1 saatdır.max Hopanten turşusu HEB-i keçir. Dərmanın ən yüksək konsentrasiyası böyrəklərdə, qaraciyərdə, dəridə və mədənin divarlarında müşahidə olunur. Dərman metabolizmə uğramır və 48 saat ərzində dəyişməz şəkildə xaric olunur. Qəbul edilən dozanın 67,5%-i böyrəklər tərəfindən, 28,5%-i mədə-bağırsaq traktından xaric olunur.

İstifadəsinə göstərişlər

 Konsentrasiyanın təkmilləşdirilməsi, əqli və fiziki iş qabiliyyətinin, beyin funksiyaları və yaddaş yaxşılaşdırılması;  yenidoğulmuşlarda beyin pozulmalarının qarşısını almaq;  uşaq serebral iflicin müalicəsinə əlavə, epilepsiyanın və şizofreniyanın kompleks terapiyasında;  serebral aterosklerozun simptomlarının təkmilləşdirilməsi, serebrovaskulyar xəstəliklər; – eləcə də: ekstrapiramid və hərəki pozğunluqlar (Myoclonus, Huntington xəstəliyi, hepatolentikular degenerasiya, Parkinson xəstəliyi); kəllədaxili travma və neyroinfeksiyalar (baş beynin orqanik zədələnmələri); nevrotik pozğunluqlar (kəkələmə, tik, və s.); davranış pozğunluqları (hiperaktivlik və diqqət əskikliyi); neyrogen sidik kisəsi zəifliyi (poliuriya, pollakiuriya, imperativ çağırış, imperativ sidik saxlamama).

Əks göstərişlər

Dərmana qarşı yüksək həssaslıq, kəskin böyrək çatışmazlığı, hamiləlik (1-ci trimestr), laktasiya dövrü, 6 ayından aşağı uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nootrop preparatlarla, digər MSS stimulyasiya edən vasitələrin birgə istifadəsi məqsədəuyğun deyil. Dərmanın tərkibində fruktoza vardır. Nadir irsi xəstəliklər zamanı fruktozaya həssaslıq yüksək olduqda, dərmanın qəbulu məqsədəuyğun deyil. Şəkərli diabetdən əziyyət çəkən xəstələr nəzərə almalıdırlar ki, 1 ml siropun tərkibində 0,56 q fruktoza vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Dərman barbituratların təsir müddətini uzadır, qıcolma əleyhinə dərman maddələrinin və yerli anestetiklərin (məs., prokain) təsirini gücləndirir, fenobarbitalın, karbamazepinin, antipsixotik preparatların (neyroleptiklərin) əlavə təsirlərinin qarşısını alır. Psixostimulyatorlarla birgə istifadəsi zamanı qarşılıqlı stimulyasiyaedici effekt güclənir. Qlisin və etidron turşusu ilə birgə istifadəsi dərmanın effektini yüksəldir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin I trimestrində və laktasiya dövründə əks göstərişdir. Hamiləliyin II və III dövründə tövsiyə olunmur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicənin əvvəlində velosiped, motosiklet və ya yük maşını, eləcə də digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, yan təsirlərinə əsasən (yuxululuq, başda küy) ehtiyatla qəbul olunur.

İstifadə qaydası və dozası

Daxilə, qidadan 15-30 dəq sonra qəbul edilir. Lazımi miqdarda siropu oral şpris vasitəsi və ya ölçü qapağı ilə ölçülür. Şərbətin həcmini düzgün ölçmək üçün, oral şprisin porşeni silindrin axırına kimi çəkilməli və sonra şpris şərbətin içinə salınıb, porşeni yuxarı lazım olan miqdara kimi qaldırılmalıdır. Oral şpris və ölçü qapağı istifadədən öncə və sonra isti qaynadılmış su ilə yuyulmalıdır. Uşaqlar və yeniyetmələrə (6 aydan 8 yaşa kimi):  əqli geriləmədə: 5 ml sutkada 4-6 dəfə 3 ay müddətə;  nitqin inkişafının geriləməsində: 5 ml sutkada 3-4 dəfə 2-3 ay müddətə;  neyroleptik sindromda (neyroleptik vasitələrin yan təsirini korreksiyası məqsədi ilə): 2,5-5 ml sutkada 3-4 dəfə 1-3 ay müddətə;  epilepsiyada: 2,5 ml sutkada 3-4 dəfə uzun müddət (6 ay ərzində);  tiklərdə: 2,5-5 ml sutkada 3-6 dəfə 1-4 ay müddətə;  sidikburaxmanın pozulması zamanı: 2,5-5 ml sutkada 1-2 dəfə 1-3 ay müddətə, hopanten turşusunun gündəlik doza dərəcəsi 25-50 mq/kq;  neyroinfeksiyaların və kəllə-beyin travmalarının fəsadları zamanı: 2,5 ml sutkada 3-4 dəfə;  sinir sisteminin digər xəstəliklərində:  6 aydan 1 yaşa kimi: sutkada 5-10 ml;  1 yaşdan 3 yaşa kimi: sutkada 5-12,5 ml;  3 yaşdan 7 yaşa kimi: sutkada 7,5-15 ml;  7 yaşdan yuxarı: sutkada 10-20 ml. Böyüklər  neyroleptik sindromda (neyroleptik vasitələrin yan təsirini korreksiyası məqsədi ilə): 5-10 ml sutkada 3 dəfə 1-3 ay müddətə;  epilepsiyada: 5-10 ml sutkada 3 dəfə uzun müddət (6 aya kimi);  tiklərdə: 5-10 ml sutkada 3 dəfə 1-5 ay müddətə;  sidikburaxmanın pozulması zamanı: 5-10 ml sutkada 2-3 dəfə 1-3 ay müddətində;  neyroinfeksiyaların və kəllə-beyin travmalarının fəsadları zamanı: 2,5 ml sutkada 3-4 dəfə;  şizofreniyada (psixotrop preparatlarla kompleks şəkildə): 2,5 ml sutkada 2-3 dəfə 1-3 ay müddətə. Müalicə müddəti 1-4 ay, bəzən 6 ay təşkil edir. 3-6 ay sonra müalicəni təkrarlamaq mümkündür.

Əlavə təsirləri

Dərmanın tərkib hissəsinə qarşı hiperhəssaslıq olduqda allergiya halları qeyd oluna bilər (rinit, konyunktivit, dəri səpgiləri). Təsadüf hallarda, qısamüddətli simptomlar qeyd edilə bilər: yuxu pozulması və ya yuxululuq, başda küy, başgicəllənmə, baş ağrısı, hiperoyanıqlıq, əzginlik, tormozlanma. Yuxarıda qeyd edilən hallar yarandıqda, dərmanın qəbulunu dayandıraraq, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Dozanı aşmaq məsləhət görülmür. Yuxusuzluğun qarşısını almaq məqsədi ilə dərmanın qəbulu saat 17- dən gec olmamalıdır.

Buraxılış forması

100 ml şərbət polimer flakonda. 1 flakon oral şpris və ya ölçü qapağı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanma qaydası 25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

JVC “Vitapharm-Com” Ltd., Moldova. 9/5 Lenin street, Comrat, 9/5 MD-3812, ATU Gagauzia , Moldova.

Qeydiyyat vəsiqəsinin sahibi

LN COMPANY LLC, Azerbaijan. Khirdalan city (AZ 0100), 12th km of Baku-Quba highway, Building 2, Nr3, Azerbaijan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pantotin 100 ml sirop” üçün ilk rəyi siz yazın.