Panto-Denk 40 mq N28 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Proton nasosunun inhibitorları |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
15,91 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PANTO-DENK 40 qastro-rezistent tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Pantoprazole
Tərkibi
Təsiredici maddə: 1 qastro-rezistent tabletin tərkibində 45,15 mq pantoprazol natriuma ekvivalent 40 mq pantoprazol vardır. Köməkçi maddələr: maltitol, krospovidon, natrium karmelloza, susuz natrium karbonat, kalsium stearat. Örtük: polivinil alkoqol, talk, titan dioksid, makroqol 3350, soya lesitini, sarı dəmir oksidi, susuz natrium karbonat, metakril turşusu-etil akrilat kopolimer (1:1), trietil sitrat.
Təsviri
Sarı rəngli, oval qastro-rezistent tabletlərdir.
Farmakoterapevtik qrupu
Proton nasosunun inhibitorları. ATC kodu: A02BC02.
Farmakoloji xüsusiyyətləri
Pantoprazol, parietal hüceyrələrin proton nasosları ilə xüsusi reaksiyaya girərək mədə turşusunun ifrazını inhibə edən, əvəzolunmuş benzimidazoldur. Farmakodinamikası Pantoprazol, parietal hüceyrələrin turşu hissəsində aktiv formasına çevrilir və mədə turşusunun sintezinin son mərhələsində H+ /K+ ATFazanı inhibə edir. İnhibə dozadan asılıdır və həm bazal, həm də stimullaşdırılmış mədə turşusu ifrazına təsir göstərir. Əksər xəstələrdə, simptomların itməsi 2 həftə ərzində baş verir. Digər proton nasosunun inhibitorları və H -reseptor blokatorları kimi,2 pantoprazolla müalicə də mədə turşusunu azaldır və turşunun azalması ilə qastrinin səviyyəsinin yüksəlməsinə səbəb olur. Qastrin səviyyəsinin artması geridönəndir. Farmakokinetikası Pantoprazol sürətlə sorulur. Tam aktiv maddə səviyyəsinə 40 mq pantoprazolun bir dəfə oral qəbulundan sonra çatır. Doza qəbulundan təxminən 2,5 saat sonra, 2-3 mkq/ml nisbətində pik plazma konsentrasiyası əldə edilir və çoxsaylı qəbuldan sonra sabit qalır. Paylanma həcmi təxminən 0,15 l/kq təşkil edir. Yarımxaricolma dövrü təxminən 1 saat, klirensi isə təxminən 0,1 l/h/kq-dır. Pantoprazolun plazma zülalları ilə bağlanması təxminən 98%-dir. Metabolitlərin əksəriyyəti (təqribən 80%) böyrəklə, qalan hissəsi nəcis yolu ilə xaric olunur. Həm serumda, həm də sidikdə əsas metabolit sulfatla birləşən desmetil pantoprazoldur.
İstifadəsinə göstərişlər
12 yaşdan yuxarı uşaqlar və böyüklərdə: − reflüks ezofaqit. Böyüklərdə: − Helicobacter pylori (H. pylori) ilə əlaqəli mədə xorası olan pasiyentlərdə müvafiq antibiotik terapiyası ilə birlikdə H. Pylori-nin eradikasiyası; − mədə və onikibarmaq bağırsaq xorası; − Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya halları.
Əks göstərişlər
Pantoprazol, soya, yer fındığı, benzimidazol törəmələrinə və ya bu preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq (“Tərkibi” bölməsinə baxın).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaraciyər çatışmazlığı Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə pantoprazol ilə müalicə zamanı, xüsusilə uzunmüddətli istifadədə qaraciyər fermentlərinin səviyyəsi mütəmadi olaraq izlənilməlidir. Qaraciyər fermentlə- rinin səviyyəsi yüksələrsə, müalicə dayandırılmalıdır. Kombinəolunmuş müalicə Kombinə müalicədə, müvafiq dərman vasitələrinin qısa xarakteristikası müşahidə edilməlidir. Mədənin bədxassəli neoplazması Pantoprazola simptomatik reaksiya mədənin bədxassəli neoplazmasının simptomlarını gizlədə bilər və diaqnozu gecikdirə bilər. Hər hansı bir həyəcan siqnalı olduqda (məsələn, qeyri-ixtiyari əhəmiyyətli bədən çəkisinin azalması, təkrarlanan qusma, disfagiya, qansızma, anemiya və ya melena) və mədə xorasına şübhə olduqda və ya artıq mədə xorası varsa, bədxassəli neoplazma istisna edilməlidir. Adekvat müalicəyə rəğmən simptomlar davam edərsə, əlavə araşdırma aparılmalıdır. HİV proteaza inhibitorları ilə birlikdə tətbiqi Pantoprazolun biomənimsənilməsi əhəmiyyətli dərəcədə azaldığına görə absorbsiyası atazanavir kimi mədə turşusunun pH-dan asılı olan HİV proteaza inhibitorları ilə birlikdə tətbiqi məsləhət görülmür. B vitamininin absorbsiyasına təsiri12 Zollinger-Ellison sindromu və uzunmüddətli müalicə tələb olunan digər patoloji hipersekretor vəziyyəti olan xəstələrdə pantoprazol, bütün turşu bloklayıcı preparatlar kimi, B vitamininin12 (sianokobalamin) hipo- və ya axloridriya səbəbiylə absorbsiyasını azalda bilər. Bu, bədən ehtiyatları az olan və ya uzunmüddətli terapiyada B vitamininin azalması üçün risk faktorları olan xəstələrdə12 və ya müvafiq klinik simptomlar müşahidə edildikdə nəzərə alınmalıdır. Uzunmüddətli müalicə Uzunmüddətli müalicədə, xüsusilə müalicə müddəti 1 ili keçdikdə xəstələr müntəzəm nəzarət altında saxlanılmalıdır. Bakteriyaların səbəb olduğu mədə-bağırsaq infeksiyaları Pantoprazolla müalicə Salmonella və Campylobacter və C. difficile kimi bakteriyaların səbəb olduğu mədə-bağırsaq infeksiyası riskini yüngül artıra bilər. Hipomaqneziemiya Ən azı üç ay, əksər hallarda bir il pantoprazol kimi PPİ ilə müalicə olunan xəstələrdə ağır hipomaqneziemiya bildirilmişdir. Hipomaqneziemiyanın yorğunluq, tetaniya, deliryum, qıcolma, başgicəllənmə və mədəcik aritmiyası kimi ciddi təzahürləri baş verə bilər, lakin onlar gizli şəkildə başlaya və nəzərdən qaça bilər. Ən çox təsirlənən xəstələrdə, maqnezium dəyişdirildikdən və PPİ- nın istifadəsi dayandırıldıqdan sonra hipomaqneziemiya yaxşılaşmışdır. Uzunmüddətli müalicə alacaq və ya hipomaqneziemiyaya səbəb ola bilən diqoksin və ya dərman vasitələri (məs., diuretiklər), ilə yanaşı PPİ qəbul edən xəstələrdə tibb işçiləri proton pompası inhibitorarı ilə müalicəyə başlamazdan əvvəl və müalicə dövründə periodik olaraq maqnezium səviyyələrini ölçməyi nəzərə almalıdırlar. Sümük sınıqları Proton pompası inhibitorları, xüsusilə yüksək dozalarda və uzun müddət istifadə edildikdə (> 1 il), əsasən yaşlılarda və ya digər müəyyən edilmiş risk faktorları olan pasiyentlərdə, bud, bilək və onurğa sümüyündə orta dərəcəli sınıq riskini artıra bilər. Müşahidə tədqiqatları, proton pompası inhibitorlarının ümumi qırılma riskini 10-40% artıra biləcəyini göstərir. Bu artımın bir hissəsi digər risk faktorları ilə əlaqəli ola bilər. Osteoporoz riski olan xəstələr mövcud klinik təlimatlara uyğun olaraq müalicə almalı və kifayət qədər D vitamini və kalsium qəbul etməlidir. Dərinin yarımkəskin qırmızı qurdeşənəyi (SCLE) Proton pompası inhibitorları çox nadir hallarda rast gəlinən SCLE halları ilə əlaqələndirilir. Lezyonlar, xüsusilə dərinin günəşə məruz qalan bölgələrində meydana gəlirsə və artralgiya ilə müşayiət olunarsa, pasiyent dərhal həkimə müraciət etməlidir və tibb işçisi pantoprazolun istifadəsini dayandırmaq barədə düşünməlidir. Bir proton nasos inhibitoru ilə əvvəlki müalicədən sonra yaranmış SCLE, digər proton nasos inhibitorları ilə SCLE riskini artıra bilər. Laborator müayinələrə müdaxilə Xromoqranin A (CgA) səviyyəsinin artması, neyroendokrin şişlərinin araşdırılmasına mane ola bilər. Bu müdaxilənin qarşısını almaq üçün pantoprazol müalicəsi CgA testindən ən azı 5 gün əvvəl dayandırılmalıdır. İlkin ölçmədən sonra CgA və qastrin səviyyələri referans aralığına qayıtmazsa, ölçmələr proton nasos inhibitoru ilə müalicə kəsildikdən 14 gün sonra təkrarlanmalıdır. Bu dərman vasitəsinin tərkibində maltitol var. Nadir irsi fruktoza dözümsüzlüyü olan xəstələr bu preparatı qəbul etməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Absorbsiyası pH-dan asılı olan dərman vasitələri Mədə turşusunun sekresiyasının dərin və uzunmüddətli inhibəsinə görə pantoprazol mədə pH-nın oral istifadə üçün vacib göstərici olduğu ketokonazol, itrakonazol, posakonazol və erlotinib kimi dərman vasitələrinin absorbsiyasına təsir edə bilər. HİV proteaza inhibitorları Pantoprazolun biomənimsənilməsini əhəmiyyətli dərəcədə azaltdığına görə absorbsiyası atazanavir kimi mədə turşusunun pH-dan asılı olan HİV proteaza inhibitorları ilə birlikdə tətbiqi tövsiyə edilmir. HİV proteaza inhibitorlarının proton pompası inhibitoru ilə kombinasiyasının istifadəsi zəruri hesab edilərsə, yaxın klinik nəzarət (məsələn, virus yükü) tövsiyə olunur. Gündəlik 20 mq pantoprazol dozası aşılmamalıdır. HİV proteaza inhibitorunun dozasının tənzimlənməsinə ehtiyac ola bilər. Kumarin antikoaqulyantları (fenprokumon və ya varfarin) Pantoprazolun varfarin və ya fenprokumonla eyni vaxtda qəbulu, varfarin, fenprokumonun farmakokinetikasına və ya Beynəlxalq Normalladırılmış Nisbət (INR) göstəricisinə təsir göstərməmişdir. Bununla yanaşı, PPİ və yanaşı varfarin və ya fenprokumon qəbul edən xəstələrdə INR və protrombin müddətinin artması barədə məlumatlar var. INR və protrombin müddətinin artması anormal qanaxmaya və hətta ölümə səbəb ola bilər. Pantoprazol və varfarin və ya fenprokumon ilə müalicə olunan xəstələrin INR və protrombin müddətinin artması üçün izlənilməsinə ehtiyac ola bilər. Metotreksat Bəzi xəstələrdə yüksək dozalı metotreksat (məs. 300 mq) və proton pompası inhibitorlarının eyni vaxtda istifadəsi zamanı metotreksat səviyyəsini artması halı bildirilib. Bu səbəbdən, məsələn, xərçəng və psoriaz kimi yüksək dozalı metotreksatın istifadə edildiyi yerlərdə pantoprazolun müvəqqəti kəsilməsi düşünülməlidir. Digər qarşılıqlı təsir tədqiqatları Pantoprazol sitoxrom P450 ferment sistemi vasitəsilə qaraciyərdə geniş miqdarda metabolizə olunur. Əsas metabolik yola CYP2C19 ilə demetilləşmə və digər metabolik yollara CYP3A4 ilə oksidləşmə daxildir. Qarşılıqlı təsirə dair tədqiqatlarda karbamazepin, diazepam, qlibenklamid, nifedipin və levonorgestrel və etinilestradiol ehtiva edən oral kontraseptivlər kimi bu yollarla metabolizə olunan vasitələrlə klinik əhəmiyyətli qarşılıqlı təsirlər aşkar edilməmişdir. Pantoprazolun eyni ferment sistemi ilə metabolizə olunan digər dərman vasitələri və ya birləşmələr ilə qarşılıqlı əlaqəsi istisna edilə bilməz. Bir sıra qarşılıqlı təsirə dair tədqiqatların nəticələri pantoprazolun CYP1A2 (kafein, teofillin kimi), CYP2C9 (piroksikam, diklofenak, naproksen kimi), CYP2D6 (metoprolol kimi), CYP2E1 (etanol kimi) fermentləri ilə metabolizmə uğrayan aktiv maddələrin metabolizminə və ya diqoksinin p-qlikoproteinlə əlaqəli absorbsiyasına təsir etmədiyini göstərmişdir. Eyni vaxtda tətbiq olunan antasidlərlə qarşılıqlı əlaqə olmamışdır. Pantoprazolun müvafiq antibiotiklərlə (klaritromisin, metronidazol, amoksisillin) eyni vaxtda istifadəsi ilə əlaqəli qarşılıqlı təsir tədqiqatları da aparılmışdır. Klinik əlaqəli heç bir qarşılıqlı təsir müəyyən edilməmişdir. CYP2C19 fermentini inhibə və ya induksiya edən dərman vasitələri Fluvoksamin kimi CYP2C19 inhibitorları pantoprazolun sistem təsirini artıra bilər. Uzunmüddətli yüksək dozada pantoprazolla müalicə alan və ya qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın azaldılması düşünülə bilər. Rifampisin ve St John’s wort (Hypericum perforatum) kimi CYP2C19 ve CYP3A4 fermentinə təsir edən ferment induktorları, bu enzim sistemləri ilə metabolizə uğrayan PPİ-nın plazma konsentrasiyasını azalda bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə qadınlar haqqında orta miqdarda məlumat (300-1000 hamiləlik nəticələri arasında) pantoprazolun malformativ və ya feto/neonatal toksikliyinin olmadığını göstərir. Heyvanlarda aparılan tədqiqatlar reproduktiv toksiklik olduğunu göstərmişdir. Ehtiyat tədbiri olaraq, hamiləlik zamanı pantoprazolun istifadəsindən çəkinməyə üstünlük verilir. Laktasiya Heyvanlarda aparılan tədqiqatlar, pantoprazolun ana südünə ifraz olunduğunu göstərmişdir. Pantoprazolun ana südünə ifrazı barədə kifayət qədər məlumat yoxdur, amma ana südünə ifrazı haqqında məlumat bildirilib. Yenidoğulmuşlar/körpələr üçün risk istisna edilə bilməz. Bu səbəbdən, ana südü ilə qidalanmanın dayandırılması və ya pantoprazol ilə müalicədən imtina edilməsi/ müalicənin dayandırılması barədə qərar, ana südü ilə qidalanmanın uşağa və pantoprazol terapiyasının qadınlara faydasını nəzərə alaraq verilməlidir. Fertillik Heyvanlarda aparılan tədqiqatlarda pantoprazolun tətbiqindən sonra fertilliyin pozulmasına dair heç bir dəlil yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri əhəmiyyətsizdir. Başgicəllənmə və ya görmənin pozulması kimi əlavə təsirlər yarana bilər. Belə hallar yaranarsa, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
12 yaşdan yuxarı uşaqlar və böyüklər Reflüks ezofagit Tövsiyə olunan doza gündə bir dəfə 40 mq-dır. Fərdi hallarda, xüsusən digər müalicələrə reaksiya olmadıqda, doza iki dəfə artırıla bilər (gündə 2 tablet pantoprazol 40 mq-a qədər artım). Reflüks ezofagitin müalicəsi üçün adətən 4 həftə tələb olunur. Bu müddət kifayət deyilsə, sağalma adətən növbəti 4 həftə ərzində əldə olunur. Böyüklər İki müvafiq antibiotiklə birlikdə Helicobacter pylori-nin eradikasiyası Mədə və onikibarmaq bağırsaq xorası olan, H. pylori müsbət olan xəstələrdə, mikrobun kombinəolunmuş terapiya ilə məhvinə nail olmaq lazımdır. Müalicə bakterial rezistentliyə və antibakterial vasitələrinin müvafiq istifadəsinə dair mövcud kliniki protokollara uyğun olaraq aparılmalıdır. Rezistentlikdən asılı olaraq, H. Pylori-nin eradikasiyası üçün aşağıdakı müalicə sxemləri tövsiyə edilə bilər: a) Bir tablet pantoprazol 40 mq gündə iki dəfə + 1000 mq amoksisilin gündə iki dəfə + 500 mq klaritromisin gündə iki dəfə. b) Bir tablet pantoprazol 40 mq gündə iki dəfə + 400-500 mq metronidazol (və ya 500 mq tinidazol) gündə iki dəfə + 250-500 mq klaritromisin gündə iki dəfə. c) Bir tablet pantoprazol 40 mq gündə iki dəfə + 1000 mq amoksisilin gündə iki dəfə + 400-500 mq metronidazol (və ya 500 mq tinidazol) gündə iki dəfə. H. pylori infeksiyasının eradikasiyası üçün kombinəolunmuş terapiyada, Panto-denk 40 mq preparatının ikinci tabletini axşam yeməyindən 1 saat əvvəl qəbul etmək lazımdır. Kombinəolunmuş terapiya adətən 7 gün ərzində aparılır və ümumi müalicə müddəti iki həftəyə qədər olmaqla, müalicə növbəti 7 gün müddətinə uzadıla bilər. Xoraların sağalması üçün pantoprazol ilə növbəti müalicə göstəriş olarsa, onikibarmaq bağırsaq və mədə xorasının müalicəsi üçün doza tövsiyələri nəzərə alınmalıdır. Kombinəolunmuş terapiya uyğun deyilsə, məsələn, xəstədə H. pylori testi mənfidirsə, Panto-denk 40 mq ilə monoterapiya üçün aşağıdakı dozalar tövsiyə olunur: Mədə xorasının müalicəsi Bir tablet pantoprazol 40 mq gündə 1 dəfə. Fərdi hallarda, xüsusilə digər müalicəyə reaksiya olmadıqda, doza iki dəfə artırıla bilər (gündə 2 tablet pantoprazol). Mədə xorasının müalicəsi üçün adətən 4 həftə tələb olunur. Bu müddət kifayət olmadıqda, sağalma adətən növbəti 4 həftə ərzində əldə olunur. Onikibarmaq bağırsaq xorasının müalicəsi Bir tablet pantoprazol 40 mq gündə 1 dəfə. Fərdi hallarda, xüsusilə digər müalicəyə reaksiya olmadıqda, doza iki dəfə artırıla bilər (gündə 2 tablet pantoprazol). Onikibarmaq bağırsaq xorasının sağalması üçün adətən 2 həftə kifayət edir. Bu müddət kifayət olmadıqda, sağalma növbəti 2 həftə ərzində əldə olunacaq. Zollinqer-Ellison sindromu və digər patoloji hipersekresiya halları Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya hallarının uzunmüddətli müalicəsi preparatın gündəlik 80 mq (2 tablet 40 mq pantoprazol) dozası ilə başlanmalıdır. Bundan sonra, doza təlimata uyğun olaraq mədə turşusunun ifrazının dəyərlərindən asılı olaraq yuxarı və ya aşağı titrlənə bilər. Gündəlik 80 mq-dan yuxarı doza bölünməli və gündə iki dəfə verilməlidir. Pantoprazolun dozasının 160 mq-dan yuxarı müvəqqəti artırılması mümkündür, lakin adekvat turşu nəzarəti üçün tələb olunan müddətdən çox istifadə edilməməlidir. Zollinqer-Ellison sindromu və digər patoloji hipersekresiya hallarının müalicə müddəti məhdud deyil və klinik ehtiyaclara uyğun olmalıdır. Xüsusi populyasiya Qaraciyər çatışmazlığı olan pasiyentlər Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə gündəlik pantoprazol 20 mq-dan çox istifadə edilməməlidir. Pantoprazol 40 mq, orta və ağır dərəcəli qaraciyərin funksional pozğunluğu olan xəstələrdə H. pylori-nin eradikasiyası üçün kombinə müalicədə istifadə edilməməlidir, çünki bu xəstələrin kombinə müalicəsində pantoprazolun 40 mq-nın effektivliyi və təhlükəsizliyi barədə məlumat yoxdur. Böyrək çatışmazlığı olan xəstələr Böyrək funksiyası pozulmuş xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Böyrək funksiyası zəif olan xəstələrdə H.pylori-nin eradikasiyası üçün 40 mq pantoprazol kombinasiya müalicədə istifadə edilməməlidir, çünki bu xəstələr üçün kombinasiya müalicədə pantoprazol 40 mq-nin effektivliyi və təhlükəsizliyi barədə məlumat yoxdur. Yaşlı insanlar Yaşlı xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Pediatrik populyasiya Bu yaş qrupunda pantoprazolun təhlükəsizliyi və effektivliyi ilə bağlı məlumatlar məhdud olduğuna görə 12 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir. İstifadə qaydası Peroral istifadə üçündür. Tabletlər çeynənməməli və əzilməməli, yeməkdən 1 saat əvvəl bir miqdar su ilə bütöv şəkildə udulmalıdır.
Əlavə təsirləri
Pasiyentlərin təxminən 5%-də əlavə təsirlər yarana bilər. İshal və başağrı kimi ən çox rast gəlinən əlavə təsirlər, pasiyentlərin təxminən 1%-də baş verir. Əlavə təsirlərin tezliyi aşağıdakı kimi təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir (≥1/10000- <1/1000); çox nadir (<1/10000); məlum deyil (məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Cədvəl 1. Klinik sınaqlarda və postmarketinq təcrübədə pantoprazolun istifadəsi zamanı yaranan əlavə təsirlər. Tezlik Tez-tez Bəzən Nadir Çox nadir Məlum deyilSistem Orqan sinfi Qan-damar və Aqranulositoz Trombosito- limfa peniya, sistemində baş Leykopeniya, verən Pansitopeni- pozğunluqlar ya Hiperhəssaslıq İmmun (anafilaktik şok sistemdə baş və anafilaktik verən reaksiyalar pozğunluqlar daxil) Maddələr Hiperlipidemiya Hiponatriemi mübadiləsi və və lipidlərin -ya, qidalanma ilə səviyyəsinin Hipomaqne- bağlı yüksəlməsi ziemiya, pozğunluqlar (triqliseridlər, hipokalsiemi- (1) xolesterol), ya , çəkinin hipokaliemiy dəyişməsi a Psixi Yuxu Depressiya (və Dezorientasiy Hallüsinasi- pozğunluqlar pozğunluqları bütün a (və bütün yalar, şüurun ağırlaşmaları) ağırlaşmaları) dumanlanmas ı (xüsusilə meylli xəstələrdə və əvvəlcədən mövcud olarsa, bu simptomların ağırlaşması.) Sinir Başağrı, Dadbilmə Paresteziya sistemində baş Başgicəllən- qabiliyyətinin verən mə pozulması pozğunluqlar Görmə Görmə orqanında baş pozğunluğu/ verən bulanıq görmə pozğunluqlar Mədə-bağırsaq Fundal Diareya, sistemində baş poliplər Ürəkbulanma verən (xoşxassə- /qusma, köp pozğunluqlar li) və meteorizm, qəbizlik, ağızda quruluq, abdominal ağrı və diskomfort Hepatobiliar Qaraciyər Bilirubinin Hepatosellül- pozğunluqlar fermentləri- artması yar nin artması zədələnmə, (transamina- Sarılıq, zalar, γ-GT) Qaraciyər çatışmazlığı Dəri və dərialtı Stivens- toxumada baş Səpgilər/ Övrə, angionev- Conson verən ekzantema, rotik ödem sindromu, pozğunluqlar qaşınma Layel sindromu, Multiformalı eritema, Fotohəssaslıq Dərinin yarımkəskin qırmızı qurdeşənəyi Sümük-əzələ Çanaq, bilək Artralgiya, Əzələ (2) sistemində baş və onurğa Mialgiya spazmları verən sınıqları pozğunluqlar Böyrək və İnterstisial sidik nefrit (böyrək yollarında baş çatışmazlığın verən a mümkün pozğunluqlar proqressivləş məsi ilə) Cinsiyyət Ginekomastiya sistemində baş verən pozğunluqlar Ümumi və Asteniya, Hərarətin tətbiq yerində Yorğunluq, yüksəlməsi, baş verən Zəiflik Periferik ödem pozğunluqlar 1. Hipomaqneziemiya ilə əlaqəli hipokalsiemiya. 2. Elektrolitlərin pozulması nəticəsində yaranan əzələ spazmı. Çox nadir hallarda soya kimi paxlalı bitkilərdən alınan lesitin allergik reaksiyalara səbəb ola bilər. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə, və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
İnsanlarda doza həddinin aşılmasının simptomları məlum deyil. Pantoprazolun 2 dəqiqə ərzində 240 mq dozaya qədər venadaxili istifadəsi yaxşı tolerə edilmişdir. Pantoprazol zülallarla əhəmiyyətli dərəcədə birləşir, bu səbəbdən asanlıqla dializ oluna bilmir. Doza həddi aşıldıqda klinik intoksikasiya əlamətlərinin simptomatik və dəstəkləyici müalicəsindən başqa xüsusi terapevtik tövsiyələr edilə bilməz.
Buraxılış forması
28 tablet, alüminium blisterdə/blisterlərdə içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.
Saxlanma şəraiti
30ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Advance Pharma GmbH, Germany. Wallenroder Str. 8 – 14, 13435 Berlin, Germany.
Qeydiyyat vəsiqəsinin sahibi
DENK PHARMA GmbH & Co. KG. Prinzregentenstrasse 79 81675 München, Germany.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.