Pantap 20 mq N28 tablet

Dərman formasıTablet
Farmakoloji təsirProton nasosunun inhibitoru
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,50 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PANTAP 20 mq enterik örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Pantoprazole

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq pantoprazola ekvivalent miqdarda 22,55 mq pantoprazol natrium seskvihidrat vardır. Köməkçi maddələr:üçəsaslı susuz natrium fosfat, IsoMAlt LM-PF, natrium karboksimetilsellüloza-7MXF, köndələn-rabitəli polivinilpirolidon (Krospovidon), natrium stearilfumarat. Örtük: hipromelloza (Farmakoat 603), povidon (PVP K 25), Sepisperse AP 3232 Jaune yellow (30%) (hipromelloza (hidroksipropilmetilsellüloza), propilenqlikol, anataz titan dioksid (E171), sarı dəmir oksidi (E172)), propilenqlikol, metakril turşusu ilə etilakrilatın sopolimeri (Eudrajit L 30 D-55 30%), trietilsitrat E1505 (Sitrofleks), simetikon emulsiyası 30 %.

Təsviri

Açıq sarı-sarı rəngdə oval enterik örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Proton nasosunun inhibitoru. ATC kodu: A02BC02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Pantoprazol benzimidazolun əvəzolunmuş törəməsi olub, mədədə parietal hüceyrələrin proton nasosuna təsir etməklə xlorid turşusunun ifrazını tormozlayır. Pantoprazol parietal hüceyrələrin turş mühitində öz aktiv formasına çevrilməklə mədədə xlorid + + K -ATFaza fermentini inhibə edir. Dozadan asılıturşusunun sekresiyasının son mərhələsi olan H olaraq həm bazal, həm də stimulyasiya olunan turşu sekresiyasına təsir edir. Xəstələrin -reseptorların digərəksəriyyətində 2 həftə ərzində effekt əldə olunur. Proton nasosunun və H2 blokatorları ilə müalicə zamanı olduğu kimi pantoprazolla müalicə də mədədə turşuluğun azalmasına və buna müvafiq qastrinin artmasına səbəb olur. Qastrinin artması geri dönən prosesdir. Pantoprazol fermentlə hüceyrə reseptorunun distal səviyyəsində birləşdiyi üçün xlorid turşusu sekresiyasına digər substansiyaların (asetilxolin, histamin, qastrin) stimuləedici təsirindən asılı olmayaraq effekt göstərə bilir. Peroral və venadaxili istifadə zamanı effekti eynidir. Pantoprazolun təsiri altında acqarına qastrinin səviyyəsi artır. Qısamüddətli istifadə zamanı bir çox hallarda o, normanın yuxarı sərhədini keçmir. Uzunmüddətli istifadə zamanı isə bir çox hallarda qastrinin səviyyəsi iki dəfə artır. Lakin, artıq dərəcədə artım nadir hallarda baş verir. Nəticədə, bəzi hallarda, uzunmüddətli müalicə zamanı, mədənin spesifik endokrin hüceyrələrinin (ECL) sayının orta və zəif artması (adenomatoid hiperplaziyaya qədər) nadir hallarda müşahidə olunmuşdur. Lakin, bu günə qədər aparılmış tədqiqatlarda karsinoid prekursorunun (atipik hiperplaziya) yaxud mədə karsinoidin heyvanlarda yaranmasının aşkar olunmasına baxmayaraq, insanlarda müşahidə olunmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlara əsasən, pantoprazol ilə bir ildən artıq uzunmüddətli müalicənin, qalxanvarı vəzinin endokrin parametrlərinə təsiri tam olaraq istisna edilmir. Farmakokinetikası Absorbsiyası Pantoprazol sürətlə sorulur və hətta 20 mq birdəfəlik peroral dozadan sonra qan plazmasındakı konsentrasiya maksimal səviyyəyə çatır. Dərman vasitəsi yeridildikdən təxminən 2-2,5 saat sonra maksimal konsentrasiya təqribən 1-1,5 μg/ml çatır və bu göstərici təkrar qəbul zamanı stabil qalır. Birdəfəlik və təkrar istifadə zamanı farmakokinetikası fərqlənmir. 10-80 mq peroral və ya venadaxili istifadə zamanı pantoprazol, xətti farmakokinetikaya malikdir. Tabletlərin tam biomənimsənilməsi 77% təşkil edir. Qida ilə birgə qəbulu AUC-a, maksimal plazma konsentrasiyasına və biomənimsənilmə göstəricilərinə təsir etmir. Yalnız dərmanın qəbulu və sorulmasının başlanması arasındakı vaxt müxtəlifliyi qida qəbulu ilə düz mütənasib artır. Paylanması Pantoprazolun plazma zülalları ilə birləşməsi 98%-dir. Paylanmanın həcmi 0,15 l/kq. Biotransformasiyası Preparatın metabolizmi qaraciyərdə olur. Əsas metabolizmi CYP2C19 vasitəsilə demetilləşmə və sonrakı sulfat konyuqasiyasıdır, digər metabolik yolu CYP3A4 vasitəsi ilə oksidləşmədən ibarətdir. Eliminasiyası Terminal yarım-parçalanma dövrü 1 saat və klirensi 0,1 l/s/kq. Bir neçə hallarda, bəzi şəxslərdə ləngimiş xaric olma müddəti müşahidə olunmuşdur. Pantoprazolun parietal hüceyrələrin proton pompaları ilə spesifik bağlanmasına görə yarımparçalanma dövrü daha uzun müddətli təsiri ilə (turşu sekresiyasının inhibə olunması) korrelyasiya etmir. Pantoprazolun metabolitlərinin eliminasiyası əsasən (təxminən 80%) böyrəklər vasitəsi ilə hayata keçirilir, qalan hissəsi nəcislə ekskresiya olunur. Əsas metabolit həm plazmada həm də sidikdə desmetilpantoprazoldur, hansı ki, sulfatla konyuqasiya olunur. Əsas metabolitin yarım xaric olma dövrü (təxminən 1,5 saatdır) pantoprazolda olduğundan uzun deyil. Xüsusi qrup insanlarda/pasiyentlərdə xüsusiyyətləri Ləng metabolizatorlar Təxminən 3% avropalı populyasiyada funksional CYP2C19 fermentinin çatışmazlığı zəif metabolizm edənlər adlanır. Bu şəxslərdə, pantoprazolun metabolizminin əsasən CYP3A4 ilə kataliz olunması ehtimal olunur. 40 mq pantoprazolun tək doza qəbulundan sonra plazma konsentrasiyası-zaman əyrisi altında əsas sahə zəif metabolizm edənlərdə funksional CYP2C19 fermenti olan şəxslərdən (böyük metabolizatorlar), 6 dəfə yüksək olmuşdur. Orta plazma pik konsentrasiyası təxminən 60% artmışdır. Bu pantoprazolun dozalanmasına təsir etmir. Böyrək pozuntuları Böyrək funksiyasının pozulması olan pasiyentlərdə (dializdə olan pasiyentlər daxil olmaqla) pantoprazolun doza korreksiyasına ehtiyac yoxdur. Sağlam şəxslərdə olduğu kimi, pantoprazolun yarım xaric olma dövrü qısadır. Yalnız pantoprazolun az miqdarı dializ olunur. Əsas metabolitin orta xaric olma dövrünə (2-3 saatdır) baxmayaraq, o tez ekskresiya olunur və kumulyasiya etmir. Qaraciyər pozuntuları Baxmayaraq ki, qaraciyərin sirrozu olan xəstələrdə (Çayld-Pyu təsnifatına görə A və B sinfi) yarımparçalanma dövrünün göstəriciləri 3-6 saat arası artır və AUC göstəriciləri 3-5 faktora görə artır, maksimal plazma konsentrasiyası sağlam şəxslərlə müqayisədə 1,3 faktoru ilə yalnız az dərəcədə artır. Yaşlı insanlar AUC və C göstəriciləri yaşlı könüllülərdə cavanlarla müqayisədə az dərəcədə artmışdır vəmax klinik olaraq əhəmiyyətli olmamışdır. Uşaqlarda 5-16 yaş arası uşaqlarda 20-40 mq pantoprazolun tək peroral dozasının qəbulundan sonra AUC və C göstəriciləri böyüklərdə olduğu kimi olmuşdur.max 2-16 yaş arası uşaqlarda 0,8-1,6 mq/kq pantoprazolun tək venadaxili istifadəsindən sonra pantoprazolun klirensi, yaş yaxud bədən kütləsi arasında əhəmiyyətli əlaqə olmamışdır. AUC və paylanma həcmi böyüklərdə olan məlumatlara uyğundur.

İstifadəsinə göstərişlər

12 yaşdan yuxarı yeniyetmələr və böyüklər – Simptomatik qastroezofaqeal reflüks xəstəliyi (QERX) – Reflüks ezofaqit xəstəliyin uzun müddətli müalicəsi və qarşısının alınması. Böyüklər – Qeyri-selektiv qeyri-steroid iltihabəleyhinə preparatlarla üzun müddətli müalicə nəticəsində qastroduodenal xoraların qarşısının alınması.

Əks göstərişlər

Təsiredici maddəyə, əvəz olunmuş benzimidazollara və ya hər hansı bir digər köməkçi maddəyə və onların kombinasiyasına qarşı hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər pozuntuları Ağır qaraciyər pozulmaları olan xəstələrdə, pantoprazol ilə xüsusən uzunmüddətli müalicə zamanı, qaraciyər fermentlərinə müntəzəm olaraq nəzarət etmək lazımdır. Qaraciyər fermentləri yüksəldikdə müalicə dayandırılmalıdır. QSİƏP-larla birgə istifadə Qeyri-steroid iltihabəleyhinə preparatlar səbəbindən meydana gələn mədə və onikibarmaq bağırsaq xorasının profilaktikası məqsədilə Pantap 20 mq istifadəsi, davamlı olaraq QSİƏP qəbul etməsi tələb olunan pasiyentlərdə, eləcə də mədə-bağırsaq ağırlaşmaları riski yüksək olan pasiyentlərdə məhdudlaşdırılmalıdır. Yaş (> 65 yaş), anamnezində mədə və onikibarmaq bağırsaq xorası və ya yuxarı mədə-bağırsaq traktı qanaxmalarının olması kimi müxtəlif fərdi faktorlar nəzərə alınmaqla riskin nə dərəcədə yüksək olması qiymətləndirilməlidir. Mədənin bədxassəli törəməsi Pantoprazola simptomatik reaksiya mədənin bədxassəli törəməsinin simptomlarını gizlədə və diaqnostikanı ləngidə bilər. Hər hansı xəbərdarlıqedici simptom (istəmədən çəkinin əhəmiyyətli dərəcədə itirilməsi, təkrarlanan qusma, disfaqiya, qanlı qusma, anemiya və yaxud melena) meydana gələrsə və yaxud pasiyentdə mədə xorası olarsa və ya buna dair hər hansı şübhə olarsa bədxassəli törəmə ehtimalı istisna olunmalıdır. Əgər simptomlar aradan qalxmazsa, müvafiq müalicənin aparılmasına baxmayaraq əlavə tədqiqat həyata keçirilməlidir. İİV proteaz inhibitorları ilə birgə istifadə Pantoprazolun, sorulması mədənin pH turşu indeksindən asılı olan atazanavir kimi İİV proteaz inhibitorları ilə istifadəsi biomənimsənilmənin əhəmiyyətli dərəcədə azalması səbəbindən tövsiyə olunmur. absorbsiyasına təsiriVitamin B12 Digər turşuluğu blokada edən bütün preparatlar kimi, hipo- və -axlorgidriyaya görə, pantoprazol vitamin B (sianokobalamin) absorbsiyasını azalda bilər. Orqanizmdə azalmış ehtiyatı və12 uzunmüddətli müalicə zamanı vitamin B absorbsiyasının azalmasının risk faktorları olan12 pasiyentlərdə yaxud müvafiq klinik simptomlar müşahidə olunduqda bu nəzərə alınmalıdır. Uzunmüddətli müalicə zamanı Uzunmüddətli müalicə zamanı, xüsusən 1 ildən artıq müalicə dövründə, xəstələr müntəzəm nəzarət altında saxlanmalıdırlar. Bakterial mənşəli mədə-bağırsaq infeksiyaları Pantoprazol ilə müalicə Salmonella və Campylobacter və ya C.difficile kimi bakteriyalarla törədilimiş mədə-bağırsaq infeksiyalarının riskini yüngül dərəcədə artırmasına gətirə bilər. Hipomaqneziemiya Ağır hipomaqniemiya ən azı üç ay və daha çox bir il pantoprazol kimi PPİ ilə müalicə qəbul edən xəstələrdə qeyd olunmuşdur. Hipomaqneziemiyanın ciddi manifestasiyaları zəiflik, tetaniya, delirium, konvulsiyalar, başgicəllənmə və mədəcik aritmiyası kimi yarana bilər, lakin onlar gizli başlayıb və nəzərdən yayına bilər. Bir çox xəstələrdə hipomaqniemiya maqnezium preparatlarının qəbulundan sonra və PPİ ilə müalicə dayandırıldıqdan sonra aradan götürülmüşdür. Uzunmüddətli müalicə nəzərdə tutulan xəstələrdə və PPİ ilə birgə diqoksin və hipomaqneziemiya törədə bilən (diuretiklər) preparatlar qəbul edən xəstələrdə, həkimlər PPİ ilə müalicəyə başlamazdan əvvəl və periodik olaraq müalicə zamanı maqneziumun səviyyəsini ölçməlidirlər. Sümüklərdə sınıqlar Proton pompa inhibitorları, xüsusən yüksək dozalarda və uzun müddət müalicə zamanı (> 1 il), baldır, bilək və bel sümükləri sınıqlarının yaranma riskini artıra bilər, əsasən yaşlılarda və risk faktorları olan şəxslərdə. Müşahidəedici tədqiqatlardan təxmin edilir ki, proton pompa inhibitorları sınıqların ümumi riskini 10-40% artıra bilər. Bu artım bəzən digər risk faktorları səbəbindən ola bilər. Osteoporoz riski olan xəstələr cari klinik protokollara əsasən müalicə almalıdırlar və onlar adekvat vitamin D və kalsium qəbul etməlidirlər. Yarımkəskin dəri qırmızı qurdeşənəyi (YDQQ) Proton pompası inhibitorları yarımkəskin dəri qırmızı qurdeşənəyinin çox nadir rast gəlinən halları ilə əlaqədardır. Əgər zədələr yaransa, xüsusilə dərinin günəş şüalarına məruz qalan nahiyələrində və artralqiya ilə müşayiət olunsa pasiyent dərhal həkimə müraciət etməli, tibb işçisi isə Pantoprazolun qəbulunu dayandırmağını nəzərdən keçirməlidir. Proton pompa inhibitoru ilə öncəki müalicədən sonra meydana gələn yarımkəskin dəri qırmızı qurdeşənəyi (YDQQ) digər proton pompa inhibitorları ilə müalicə zamanı YDQQ meydana gəlmə riskini artıra bilər. Laborator sınaqların aparılmasına maneçilik Xromoqranin A-nın (CgA) qanda səviyyəsinin yüksəlməsi neyroendokrin sistemin şiş xəstəliklərinin diaqnostikasına maneçilik törədə bilər. Bunun qarşısını almaq məqsədilə Xromoqranin A-nın (CgA) səviyyəsini ölçməzdən ən azı 5 gün öncə Pantoprazol ilə müalicə dayandırılmalıdır (farmakodinamik xüsusiyyətlər bölməsinə baxın). İlkin ölçmədən sonra Xromoqranin A və qastrin səviyyəsi norma səviyyələrinə dönməzsə, proton pompa inhibitorları ilə müalicənin dayandırılmasından 14 gün sonra təkrar ölçmə aparılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

pH-dan asılı sorulma xüsusiyyətinə (farmokinetika) malik dərman preparatları Mədədə turşu sekresiyasını uzunmüddətli və dərin inhibə etməsinə görə, biomənimsənilməsi mədə pH-dan asılı olan dərman preparatlarının, məsələn ketokonazol, itrakonazol, pozakonazol kimi bəzi azol antifungal dərman preparatlarının və erlotinib kimi digər dərmanların absorbsiyasını pantoprazol azaldır. İİV proteaz inhibitorları Pantoprazolun mədənin pH turşu indeksindən asılı olan atazanavir kimi İİV proteaz inhibitorları ilə istifadəsi biomənimsənilmənin əhəmiyyətli dərəcədə azalması səbəbindən tövsiyə olunmur. İİV proteaz inhibitorları ilə proton pompa inhibitorlarının birgə istifadəsi qaçınılmaz olduğu təqdirdə, ciddi klinik nəzarət (məsələn, virus yükü) tövsiyə olunur. Pantoprazolun sutkalıq gündəlik dozası 20 mq-dan artıq olmamalıdır. İİV proteaz inhibitorunun doza həddinin tənzimlənməsinə ehtiyac yarana bilər. Kumarin antikoaqulyantları (fenprokumon yaxud varfarin) Pantoprazolun varfarin və yaxud fenprokumon ilə birgə istifadəsi varfarin və fenprokumonun farmokinetikasına və beynəlxalq normallaşdırılmış indeksə (INR) təsir etmir. Buna baxmayaraq, eyni anda həm proton pompa inhibitorları həm də varfarin və yaxud fenprokumon qəbul edən pasiyentlərdə beynəlxalq normallaşdırılmış indeksin (INR) və protrombin müddətinin artması müşahidə olunmuşdur. Beynəlxalq normallaşdırlmış indeksin və protrombin müddətinin uzanması qeyri-normal qanaxmalara və hətta ölümə belə səbəb ola bilər. Pantoprazol və varfarin və yaxud fenprokumon ilə müalicə olunan pasiyentlərdə beynəlxalq normallaşdırılmış indeksin (INR) və protrombinin müddətinin artmasına nəzarət olunmalıdır. Metotreksat Yüksək dozada metotreksatın (məsələn, 300 mq) və proton pompa inhibitorlarının birgə istifadəsinin bəzi pasiyentlərdə metotreksat səviyyəsini yüksəltdiyi bildirilmişdir. Buna görə də, xərçəng xəstəliyi və psoriaz kimi yüksək dozada metotreksat qəbulu tələb olunan hallarda pantoprazol qəbulunun müvəqqəti olaraq dayandırılması tövsiyə oluna bilər. Digər qarşılıqlı təsirlər Pantoprazol əsasən qaraciyərdə sitoxrom P ferment sistemi vasitəsilə metabolizə olunur.450 Əsas metabolik yoluna CYP2C19 vasitəsilə demetilləşmə və digərinə CYP3A4 vasitəsilə oksidləşmə daxildir. Bu yollarla metabolizə olunan dərman preparatları ilə qarşılıqlı təsirə dair tədqiqatlarda karbamazepinlə, diazepamla, qlibenklamidlə, nifedipinlə və levonorqestrel və etinilestradiol tərkibli peroral kontraseptivlərlə klinik əhəmiyyətli qarşılıqlı təsirin olduğu aşkar edilməmişdir. Qarşılıqlı təsirə dair bir sıra tədqiqatların nəticələri nümayiş etdirmişdir ki, pantoprazol CYP1A2 (kofein, teofillin kimi), CYP2C9 (piroksikam, diklofenak, naproksen kimi), CYP2D6 (metoprolol kimi), CYP2E1 (etanol kimi) vasitəsilə metabolizə olunan aktiv maddələrin metabolizminə təsir göstərmir, yaxud P-qlikoprotein ilə əlaqəli diqoksinin absorbsiyasına təsir etmir. Antasidlər ilə birgə istifadə zamanı heç bir qarşılıqlı təsir qeyd edilməmişdir. Qarşılıqlı təsirə dair tədqiqatlar həmçinin pantoprazolun müvafiq antibiotiklərlə (klaritromisin, metronidazol, amoksisillin) birgə qəbulu zamanı keçirilmişdir. Klinik əhəmiyyətli qarşılıqlı təsir nümayiş olunmamışdır. CYP2C19 fermentin inhibitorları və ya induktorları Fluvoksamin kimi CYP2C19 inhibitorları pantoprazolun sistem təsirini artıra bilər. Uzun müddət pantoprazol qəbul edən və yaxud qaraciyər çatışmazlığı olan xəstələrdə doza həddinin azaldılması tövsiyə oluna bilər. Rifampisin və adi dazıotu (Hypericum perforatum) kimi CYP2C19 və CYP3A4 fermentlərinə təsir edən ferment induktorları proton pompa inhibitorlarının plazma konsentrasiyasını azalda bilər ki, bunlar da öz növbəsində bu ferment sistemləri vasitəsilə metabolizə olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlara aid az miqdarda məlumatlarda (300-1000 hamilə arasında) pantoprazolun döldə heç bir qüsur törətmədiyi və ya dölə və ya yenidoğulmuşa toksik təsir göstərmədiyi qeyd olunur. Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksiklik aşkar edilmişdir. Hər ehtimala qarşı, hamiləlik zamanı Pantoprazoldan istifadə edilməməlidir. Laktasiya Heyvanlar üzərində aparılan tədqiqatlarda pantoprazolun südə keçməsi müəyyən edilmişdir. Pantoprazolun insan südündə keçməsi barədə kifayət qədər məlumat yoxdur, lakin insan südünə keçməsi bildirilmişdir. Yenidoğulmuşlar/körpələr üçün təhlükə istisna edilə bilməz. Buna görə ana südü ilə qidalandırmanı davam etdirmək/yaxud dayandırmaq, yaxud Pantap ilə müalicəni davam etdirmək/yaxud dayandırmaq haqqında qərar uşağa ana südü ilə qidalandırmanın faydası ilə müalicənin qadına faydası nəzərə alınaraq verilməlidir.və Pantap Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlar əsasında məlum olmuşdur ki, pantoprazolun qəbulu fertilliyin pozulmasına təsir etmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat başgicəllənmə və görmə pozğunluqları kimi əlavə təsirlər törədə bilər. Onlar yarandıqda, xəstələr nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməməlidirlər.

İstifadə qaydası və dozası

Dozası 12 yaşdan yuxarı yeniyetmələr və böyüklər Simptomatik qastroezofaqeal reflüks xəstəliyi (QERX) Tövsiyə olunan doza gündə 20 mq (bir tablet) təşkil edir. Adətən, 2-4 həftə sonra simptomların yüngülləşməsi müşahidə olunur. Bu müddət kifayət etmədikdə, simptomların yüngülləşməsi növbəti 4 həftə ərzində müşahidə olunur. Simptomlar yüngülləşdikdən sonra, tələb olunduqda 20 mq-lıq dozada gündə bir tablet qəbul etməklə simptomların təkrarlanmasının qarşısını almaq olar. Tələb olunduqda dərman qəbul etməklə simptomlara nəzarət mümkün olmadıqda davamlı müalicə rejiminə keçmək nəzərdə tutula bilər. Uzun müddətli müalicə və reflüks-ezofaqit residivlərinin profilaktikası Uzun müddətli müalicə üçün gündə bir tablet Pantap 20 mq dəstəkləyici doza tövsiyə olunur ki, bu doza həddi residivlər müşahidə olunduqda 40 mq-dək artırılır. Bu hallarda Pantap 40 mq tabletləri mövcuddur. Residivlər aradan qaldırıldıqdan sonra doza həddi yenidən azaldılaraq 20 mq-lıq Pantoprazol tabletlər qəbul edilə bilər. Böyüklər Risk qrupuna daxil olan və davamlı olaraq qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) qəbul etməli olan pasiyentlərdə QSİƏP səbəbindən meydana gələn mədə və onikibarmaq bağırsaq xorasının profilaktikası. Tövsiyyə olunan doza Pantap 20 mq gündə 1 dəfə. Qaraciyər pozuntuları ilə xəstələr Kəskin qaraciyər çatışmazlığı olan pasiyentlərdə pantoprazolun gündəlik 20 mq doza həddini keçmək tövsiyə olunmur. Böyrək pozuntuları ilə xəstələr Böyrək pozuntuları ilə xəstələr dozalanmaya düzəlişlər etmək vacib deyil. Yaşlı insanlar Yaşlı insanlarda dozalanmaya düzəlişlər etmək vacib deyil. 12 yaşdan aşağı uşaqlar 12 yaşdan aşağı yaş qrupuna təsiri haqda əldə olan məlumatlar məhdud olduğu üçün bu yaşda uşaqlara təyin edilməsi məsləhət görülmür. İstifadə qaydası Pantap 20 mq enterik örtüklü tabletlər əzilmədən və çeynənmədən, yeməkdən 1 saat əvvəl su ilə bütöv olaraq udulur.

Əlavə təsirləri

Təxminən 5% xəstələrdə əlavə təsir reaksiyaları gözlənilə bilər. Ən çox qeyd olunan əlavə təsirlər diareya və baş ağrısı təxminən 1% xəstələrdə yarana bilər. Aşağıda pantoprazol ilə əlaqəli qeyd olunan əlavə təsirlər sadalanıb və rast gəlmə tezliyi aşağıdakı təsnifata əsasən aparılıb: Çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000), məlum deyil (əldə olan məlumatlara əsasən təyin oluna bilmir). Marketinqdən sonrakı dövrdə qeyd olunan bütün əlavə təsirlər üçün Əlavə Təsirlərin rast gəlmə tezliyini tətbiq etmək mümkün olmadığından, onlar “məlum deyil” rast gəlmə tezliyi kimi qeyd olunublar. Hər bir rast gəlmə tezliyi qrupunda, əlavə təsirlər ciddiliyin azalmasına görə göstərilib. Qan və limfatik sistemdə baş verən pozğunluqlar Nadir hallarda: aqranulositoz Çox nadir hallarda: trombositopeniya; leykopeniya; pansitopeniya İmmun sistemin pozuntuları Nadir hallarda: hiperhəssaslıq (anafilaktik reaksiyalar və anafilaktik şok daxil olmaqla) Metabolizm və qidalanma pozuntuları Nadir hallarda: hiperlipidemiya və lipidlərin artması (triqliseridlər, xolesterol); çəkinin dəyişməsi Məlum deyil: hiponatriemiya; hipomaqniemiya; hipokalsiemiya, hipokaliemiya Psixi pozuntular Bəzən: yuxu pozuntuları Nadir hallarda: depressiya (və bütün ağırlaşmaları) Çox nadir hallarda: dezoriyentasiya (və bütün ağırlaşmaları) Məlum deyil: hallüsinasiyalar; şüur pozuntuları (xüsusən meyilli xəstələrdə və belə hallar olduqda simptomların ağırlaşması) Sinir sistemi pozuntuları Bəzən: baş ağrısı; başgicəllənmə Nadir hallarda: dadbilmənin pozuntusu Məlum deyil: parasteziya Göz tərəfindən pozuntular Nadir hallarda: görmə pozuntuları/torlu görmə Mədə-bağırsaq pozuntuları Tez-tez: mədənin selikli qişasının xoşxəssəli polipləri Bəzən: diareya; ürəkbulanma/qusma; qarında şişkinlik hissi və köp; qəbizlik; quru ağız; qarında ağrı və diskomfort Məlum deyil: mikroskopik kolit Hepatobiliar sistem tərəfindən pozuntular Bəzən: qaraciyər fermentlərinin artması (transaminazalar, γ-GT) Nadir hallarda: bilirubinin artması Məlum deyil: hepatosellulyar zədələnmə; sarılıq; hepatosellulyar pozulmalar Dəri və dərialtı piy toxuması tərəfindən pozuntular Bəzən: dəri səpgiləri/ekzantema; qaşınma Nadir hallarda: övrə; angioödem Məlum deyil: Stiven-Conson sindromu; Layell sindromu; multiformalı eritema; fotohəssaslıq; yarım kəskin dəri qırmızı qurdeşənəyi xəstəliyi Skelet-əzələ və birləşdirici toxuma tərəfindən pozuntular Bəzən: baldır, bilək və bel sümüyü sınıqları Nadir hallarda: artralgiya; mialgiya Məlum deyil: əzələ spazmı Böyrək və sidik-çıxarıcı sistem tərəfindən pozuntular Məlum deyil: interstisial nefrit (böyrək çatışmazlığının meydana gəlmə riski ilə) Reproduktiv sistem və süd vəzi tərəfindən pozuntular Nadir hallarda: ginekomastiya Ümumi pozuntular və yeridilmə yerində pozuntular Bəzən: asteniya, zəiflik və halsızlıq Nadir hallarda: bədən hərarətinin artması; periferik ödem GÖZLƏNİLMƏYƏN ƏLAVƏ TƏSİR OLDUQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!

Doza həddinin aşılması

İnsanlarda yüksək dozalanma əlamətləri müşahidə edilməmişdir. 240 mq 2 dəq-dən çox venadaxili istifadəsi zamanı yaxşı dözümlülük müşahidə edilmişdir. Pantoprazol proteinlərlə yaxşı birləşdiyinə görə asan dializ olunmur. İntoksikasiyanın klinik əlamətləri ilə yüksək dozalanma halı müşahidə edildikdə, intoksikasiyanın müalicəsində istifadə edilən qaydalar tətbiq edilir.

Buraxılış forması

Pantap 20 mq enterik örtüklü tabletlər. 14 tablet, blisterdə. 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Diğər buraxılış forması Pantap 40 mq enterik örtüklü tabletlər. 14 tablet, blisterdə. 1 blister (14 tablet) və ya 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 40 mq venadaxili inyeksiya məhlulu üçün liofilizə olunmuş toz.Pantap

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Sancaklar 81100 Düzce/Türkiye. Lisenziya sahibi Ümraniye 34768 İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pantap 20 mq N28 tablet” üçün ilk rəyi siz yazın.