Paidofebril 100 mq 200 ml sirop

Təsiredici maddə: IBUPROFEN
Təsiredici maddəIBUPROFEN
Dərman formasıSirop
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə preparat
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,00 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PAYDOFEBRİL daxilə qəbul edilən suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: İbuprofen

Tərkibi

Təsiredici maddə: 5 ml oral suspenziyanın tərkibində 100 mq ibuprofen vardır. Köməkçi maddələr: qliserin, maltitol məhlulu, mikrokristallik sellüloza, ksantan kitrəsi, susuz limon turşusu, natrium sitrat, natrium benzoat (E211), polisorbat 80, natrium saxarin, portağal essensiyası, təmizlənmiş su.

Təsviri

Ağ rəngli suspenziyadır.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat. ATC kodu: M01AE01.

Farmakoloji xüsusiyyətləri

Paidofebril qeyri steroid iltihabəleyhinə preparatdır. Hərarətsalıcı, ağrıkəsici, iltihabəleyhinə təsir göstərir. Təsir mexanizmi siklooksigenaza fermentinin ingibə olunması ilə bağlıdır. İbuprofen prostaqlandinlərin sintezini blokada edir, antiaqreqant təsir göstərir. İltihabi xəstəliklər zamanı ağrıkəsici effekti daha artıq olur.

İstifadəsinə göstərişlər

– Yüngül və orta intensivlikli ağrı – Qızdırma

Əks göstərişlər

İbuprofenə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı allergiya halları. Aspirinə və ya digər qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı allergik reaksiyalar. Dəri reaksiyaları. Kəskin generalizə olunmuş ekzantematöz pustulyoz (AGEP). Mədə-bağırsaq xorası və mədə-bağırsaq qanaxması. QSİƏP istifadəsi ilə bağlı mədə-bağırsaq perforasiyası və qanaxması. Xoralı kolit və ya Kron xəstəliyi kimi iltihabi bağırsaq xəstəliyi. Ağır qaraciyər, böyrək və ya ürək çatışmazlığı. Hər hansı qan laxtalanma pozğunluğu. Hamiləlik.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ağrı və ya qanaxma kimi hər hansı mədə-bağırsaq pozğunluğu simptomları yaranarsa, müalicə dayandırılmalı və həkimə müraciət olunmalıdır. Qaraciyər, böyrək və ürək çatışmazlığı, hipertenziya, bronxial astma və ya hər hansı allergik xəstəlik zamanı ehtiyatla istifadə olunmalıdır. Kəskin dəri reaksiyaları, selikli qişaların zədələnməsi və ya digər allergik reaksiyalar yaranarsa, müalicə dayandırılmalı və həkimə müraciət olunmalıdır. Müxtəlif mənşəli dehidratasiyalar zamanı böyrək çatışmazlığı riski vardır. Müalicə zamanı hipertenziya və ödemlərin əmələ gəlməsi baş verə bilər. Hipertenziyalı xəstələrdə ehtiyyatla istifadə olunmalıdır. Preparatın tərkibində köməkçi maddə kimi qliserin olduğuna görə, o, çox yüksək dozalarda zərərli ola bilər. O, baş ağrısı, mədədə narahatlıq hissi və diareya törədə bilər. Köməkçi maddələrdən natrium benzoat olduğuna görə göz, dəri və selikli qişaların zəif qıcıqlanmasına səbəb ola bilər. O, əlavə olaraq yenidoğulmuş uşaqlarda dərinin sarımtıl rəngə boyanması (sarılıq) riskini artıra bilər. Preparatın köməkçi maddələrinin tərkibinə maltitol şərbəti daxil olduğuna görə, şəkərə davamlılığınız varsa, preparatın qəbulundan əvvəl həkimə müraciət edin. Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Paidofebril infeksiya simptomlarını gizlədə bilərki, bu da müalicənin gecikməsinə və infeksiyasın ağırlaşmasına səbəb ola bilər. Bu bakterial mənşəli pnevmoniya və suçiçəyi xəstəliklərində bakterial ağırlaşmalarda müşahidə edilmişdir. Paidofebril hərarətin yüksəlməsi və ya infeksiya ilə əlaqədar ağrıların aradan qaldırılması üçün təyin edildikdə infeksiyanın izlənilməsi tövsiyyə olunur. Qeyri xəstəxana şəraitində simptomlar davam edərsə və ya xəstənin halı pisləşərsə dərhal həkimə müraciət etməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yaxın vaxtlarda və ya hal hazırda hər hansı dərman preparatı qəbul etmisinizsə, bunu həkiminizə və ya əczaçınıza bildirin. Antikoaqulyantlar, trombositlərin aqreqasiyasını azaldan preparatlar, metotreksat, litium, mifepriston, diqoksin və digər ürək qlikozidləri, antihipertenziv preparatlar, diuretiklər, fenitoin, probenesid, sulfinpirazon, oral diabetəleyhinə preparatlar, kortikoidlər, zidovudin kimi preparatlarla daimi müalicə alan xəstələrə bu və ya digər analgetik preparatın qəbulundan əvvəl həkimə müraciət etmək məsləhət görülür. Digər QSİƏP ilə yanaşı istifadədən çəkinmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə hər hansı preparatı qəbul etməzdən əvvəl həkimə müraciət edin. Xüsusilə hamiləliyin üçüncü trimestrində istifadə etməyin. İbuprofenin ana südünə az miqdarda keçməsinə baxmayaraq, laktasiya dövründə uzun müddət qəbul etmək məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulu dövründə başgicəllənmə, görmə qabiliyyətinin pozğunluqları və ya digər simptomlar qeyd olunarsa, nəqliyyat vasitələrinin idarə edilməsi məsləhət görülmür.

İstifadə qaydası və dozası

Paydofebril daxilə qəbul olunur. Dəqiq dozanın əldə olunması üçün 5 ml-lik dərəcələnmiş şprisdən istifadə edin. Şpris hər istifadədən sonra yuyulmalı və qurudulmalıdır. Mədəniz həssasdırsa preparatı qida ilə qəbul edin. Paydofebril preparatının dozası uşağın yaş və çəkisindən asılıdır. 12 yaşa qədər uşaqlarda gündəlik məsləhət görülən doza 20-30 mq/kq təşkil edir, bu doza gündə üç və ya dörd dəfəyə bölünür (aşağıdakı cədvələ bax). Dozalararası interval simptomlardan asılıdır və 4 saatdan az olmamalıdır. Simptomları aradan qaldırmaq üçün lazım olan doza ən qısa müddətdə qəbul edilməlidir. Yaş Bədən çəkisi Doza Gündə 2,5 ml-dən 2-3 dəfə 3-6 aylıq uşaqlar Təxminən 5-7,6 kq (gündə 100-150 mq ibuprofenə uyğun) Gündə 2,5 ml-dən 3-4 dəfə 6-12 aylıq uşaqlar Təxminən 7,7-9 kq (gündə 150-200 mq ibuprofenə uyğun) Gündə 5 ml-dən 3 dəfə 1-3 yaşlı uşaqlar Təxminən 10-15 kq (gündə 300 mq ibuprofenə uyğun) Gündə 7,5 ml-dən 3 dəfə 4-6 yaşlı uşaqlar Təxminən 16-20 kq (gündə 450 mq ibuprofenə uyğun) Gündə 10 ml-dən 3 dəfə 7-9 yaşlı uşaqlar Təxminən 21-29 kq (gündə 600 mq ibuprofenə uyğun) 10-12 yaşlı uşaqlar Təxminən 30-40 kq Gündə 15 ml-dən 3 dəfə (gündə 900 mq ibuprofenə uyğun) Yaşlı xəstələr: Adətən dozanın tənzimlənməsi tələb olunmur. Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr: doza müalicə həkimi tərəfindən təyin olunmalıdır.

Əlavə təsirləri

Mədə-bağırsaq sisteminə Ən çox müşahidə edilən arzuolunmaz təsirlər mədə-bağırsaq traktıdır. Xüsusilə yaşlılarda peptik xoralar,mədə-bağırsaq traktının perforasiyası və ya qanaxma,bəzi hallarda ölümlə nəticələnə bilər. Ürəkbulanma,qusma,ishal,meteorizm,qəbizlik,dispepsiya,qarın ağrısı,melena,hematemez, kolit və Kron xəstəliyinin kəskinləşməsi. Daha az rast gəlinsədə qastrit müşahidə edilmişdir. Nadir hallarda:xoralı stomatit,özofagit,divertikulyar xəstəliyin kəskinləşməsi,qeyri-spesifik hemorragik kolit. Mədə-bağırsaq qanaxması baş verərsə anemiya və hematemez səbəb ola bilər.Çox nadir hallarda:pankreatit. Mərkəzi sinir sisteminə Tez-tez rast gəlinir: yorğunluq və ya yuxululuq,baş ağrısı,başgicəllənmə. Nadir hallarda:paresteziya. Çox nadir hallarda:aseptik meningit. Müşahidə olunan aseptik meningitin simptomları boyun sərtliyi,baş ağrısı,ürəkbulanma,qusma,qızdırma və oriyentasiyanın pozulması. Psixi pozğunluqlar Nadir hallarda: yuxusuzluq,narahatlıq,əsəbilik,depressiya. Qan və limfa sisteminin pozğunluqları Qanaxma müddətini uzada bilər. Nadir hallarda: trombositopeniya,leykopeniya,qranulositopeniya,pansitopeniya,aplastik anemiya və hemolitik anemiya daxildir. Ürək və damar xəstəlikləri Hipertoniya və ya böyrək xəstəlikləri olan xəstələrdə maye tutulmasına daha çox meylli görünür. QSİƏP müalicəsi ilə əlaqədar ödem,hipertoniya və ürək çatışmazlığı. Böyrək və sidik yollarının pozğunluqları Böyrək fəaliyyətinin pozulması və ya böyrək çatışmazlığı. Göz xəstəlikləri Nadir hallarda, görmə pozğunluqları, geri dönən toksik ambliopiya. Qaraciyər pozğunluqları Qaraciyərin zədələnməsi,qaraciyər funksiyasının pozulması,hepatit və sarılıq. Eşitmə və labirint pozğunluqları Başgicəllənmə,eşitmə pozğunluqları. Dəri və dərialtı toxuma pozğunluqları Dəri səpgisi, qaşınma, purpura. Çox nadir hallarda: Stivens-Conson sindromu və toksik epidermal nekroliz,eritema,alopesiya. Eozinofiliya və sistem simptomları ilə dərman reaksiyası (DRESS sindromu). Kəskin generalizə olunmuş ekzantematöz püstüloz (AGEP). Digər Rinit, anafilaktik reaksiya, astma, dispnoe, bronxspazm.

Doza həddinin aşılması

Dozanın aşılması hallarında dərhal həkimə və ya əczaçıya müraciət edin. Doza həddinin aşılması zamanı rast gəlinən simptomlar: qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, yuxululuq, döş qəfəsində ağrı, huşun itirilməsi, sidikdə qan, titrəmə, başgicəllənmə, baş ağrı, qeyri-ixtiyari göz hərəkətləri, qulaqlarda küy və əzələ hərəkətlərində koordinasiyanın pozulması. Nadir hallarda mədə- bağırsaq qanaxması, arterial təzyiqin qəflətən enməsi, qıcolma və nəfəs alma aktının pozulması kimi daha ciddi simptomlar yarana bilər. Ağır zəhərlənmə halında metabolik asidoz baş verə bilər.

Buraxılış forması

200 ml suspenziya flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Ağzı açıldıqdan sonra istifadə müddəti bitənədək yararlılıgını qoruyub saxlayır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorio Aldo-Union, S.L., Spain. Baronesa de Maldà, 73 08950 Esplugues de Llobregat, Spain.

Qeydiyyat vəsiqəsinin sahibi

Azerimed CJSC, Azerbaijan Republic. Narimanov district, Asif Mammadov 30, Az1033.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Paidofebril 100 mq 200 ml sirop” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar