Ozempic 0.25 mq/0.5 mq qələm (6 dəfəlik)
| Təsiredici maddə | SEMAGLUTIDE |
|---|---|
| Dərman forması | Hazır şpris-qələm |
| Farmakoloji təsir | Diabetin müalicəsində istifadə edilən dərman vasitələri. Qlükaqona bənzər peptid-1 (QBP-1) analoqları |
| İstehsal ölkəsi | Danimarka |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
233,40 ₼ Original price was: 233,40 ₼.219,90 ₼Current price is: 219,90 ₼.
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Preparatın istifadəsinə başlamazdan öncə bu içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, onda Sizin üçün mühüm məlumatlar vardır. Bu içlik vərəqəsini özünüzdə saxlayın. Təkrar oxumağınıza ehtiyac ola bilər. Əlavə suallarınız varsa, həkiminizə, əczaçınıza, yaxud da tibb bacınıza müraciət edin. Bu dərman yalnız Sizə təyin olunub. Onu başqa insanlara verməyin. Onların xəstəlik əlamətləri Sizinki ilə eyni olsa da, dərman onlara zərər verə bilər. Əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin. Bunlar, bu içlik vərəqədə qeyd olunmamış hər hansı digər potensial əlavə təsirlər də ola bilər. “Əlavə təsirləri” bölməsinə baxın. OZEMPİK 0,25 mq, 0,5 mq/doza dərialtı inyeksiya üçün məhlul (hazır doldurulmuş şpris qələmdə) Beynəlxalq patentləşdirilməmiş adı: Semaglutid
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1,34 mq semaqlutid vardır. Bir hazır doldurulmuş qələmin içərisində 1,5 ml məhlulda 2 mq semaqlutid vardır. Köməkçi maddələr: dinatrium fosfat dihidrat, propilenqlikol, fenol, inyeksiya üçün su, natrium hidroksid, xlorid turşusu (pH -ın tənzimlənməsi üçün).
Təsviri
Ozempik hazır doldurulmuş qələmdə şəffaf, rəngsiz və ya demək olar ki, rəngsiz inyeksiya üçün məhluldur.
Farmakoterapevtik qrupu
Diabetin müalicəsində istifadə edilən dərman vasitələri. Qlükaqona bənzər peptid-1 (QBP-1) analoqları. ATC kodu: A10BJ06.
Farmakoloji xüsusiyyətləri
Ozempik -in tərkibinə təsiredici maddə olan semaqlutid vardır. Preparat orqanizmdə şəkərin səviyyəsi yalnız həddən artıq yüksək olduqda onu aşağı salmağa kömək edir və ürək xəstəliklərinin qarşısını almağa kömək edə bilər.
İstifadəsinə göstərişlər
Ozempik aşağıdakı hallarda istifadə edilir: monoterapiyada – əgər fiziki məşq və pəhriz qanda şəkərin səviyyəsini aşağı salmaq üçün kifayət etmədikdə və metformin (digər antidiabetik preparat) qəbul edə bilmirsinizsə, yaxud digər antidiabetik dərmanlarla birlikdə – həmin dərmanlar qanınızda şəkərin səviyyəsini tənzimləmək üçün kifayət etmirsə. Bura aşağıdakılar aid ola bilər: peroral antidiabetik dərmanlar (məsələn, metformin, tiazolidindionlar, sulfonil sidik cövhəri preparatları) və ya insulin. Həkiminizin, əczaçınızın və ya tibb bacınızın Sizə tövsiyə etdiyi pəhriz və fiziki məşq planını davam etdirməyiniz vacibdir.
Əks göstərişlər
Aşağıdakı hallarda Ozempik -dən istifadə etməyin: əgər Sizdə semaqlutidə və ya bu preparatın tərkibində olan digər maddələrə (bax: “Tərkibi” ) qarşı allergiyanız varsa.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu dərmanın istifadəsinə başlamazdan öncə həkiminizlə, əczaçınızla və ya tibb bacınızla məsləhətləşin. Bu dərman insulin deyildir və aşağıdakı hallarda istifadə edilməməlidir: Sizdə 1-ci tip şəkərli diabet varsa – yəni, Sizin bədəniniz insulin ifraz etmədiyi halda Sizdə diabetik ketoasidoz varsa – yəni, qanda şəkərin səviyyəsinin yüksək olması, tənəffüsün çətinləşməsi, çaşqınlıq, həddən artıq susuzluq hissi, nəfəsdən şirin qoxu gəlməsi və ya ağızda şirin və ya metal dadı kimi əlamətlərlə müşayiət olunan diabetin fəsadı. Ozempic insulin deyildir və bu səbəbdən də, insulinin əvəzinə istifadə edilməməlidir. Həzm sisteminə təsirləri Bu dərmanla müalicə müddəti ərzində Sizdə ürəkbulanma və ya qusma, yaxud ishal ola bilər. Bu əlavə təsirlər dehidratasiyaya (maye itkisinə) səbəb ola bilər. Dehidratasiyanın qarşısını almaq üçün xeyli miqdarda maye qəbul etməyiniz vacibdir. Əgər böyrək problemləriniz varsa, bu, xüsusilə vacibdir. Hər hansı sualınız və ya narahatçılığınız varsa, həkiminizlə məsləhətləşin. Kəskin pankreatit səbəbindən yarana bilən ağır və davamlı mədə ağrısı Əgər Sizdə qarın nahiyəsində (mədə nahiyəsi) ciddi və davamlı ağrılar varsa – dərhal həkimə müraciət edin, bu, kəskin pankreatitin (mədəaltı vəzin iltihabının) əlaməti ola bilər. Hipoqlikemiya Bu preparatı sulfonil sidik cövhəri preparatları və ya insulin ilə birlikdə istifadə edilməsi qanda şəkərin səviyyəsinin aşağı düşməsi (hipoqlikemiya) riskini artıra bilər. Qanda şəkərin səviyyəsinin aşağı düşməsinin əlamətləri üçün “Əlavə təsirləri” bölməsinə baxın . Həkiminiz qanınızda şəkərin səviyyəsini yoxlamağınızı xahiş edə bilər. Bu, qanda şəkərin səviyyəsinin aşağı düşməsi riskini azaltmaq üçün sulfonil sidik cövhəri preparatının və ya insulinin dozasını dəyişməyin lazım olub-olmaması barədə qərar qəbul etməkdə həkiminizə kömək edəcəkdir. Diabetik göz xəstəliyi (retinopatiya) Əgər Sizdə diabetik göz xəstəliyi varsa və Siz insulin qəbul edirsinizsə, bu dərman Sizin görmə qabiliyyətinizin pisləşməsinə səbəb ola bilər və bu müalicə tələb edə bilər. Diabetik göz xəstəliyiniz varsa, yaxud bu dərmanı qəbul etdiyiniz müddət ərzində gözlərinizdə problem hiss edirsinizsə, bu barədə həkiminizi məlumatlandırın. Pediatriyada istifadəsi Uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə bu preparatın istifadəsi tövsiyə olunmur, belə ki, bu yaş qruplarında dərmanın təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. Tərkibində olan natrium barədə məlumat Bu dərmanın tərkibində hər dozaya 1 mmol-dan az olmaqla (23 mq) natrium vardır, yəni preparatın tərkibində əhəmiyyətli miqdarda “natrium yoxdur”.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hər hansı digər dərmanları, o cümlədən bitki tərkibli dərmanları, yaxud reseptsiz aldığınız dərmanları istifadə edirsinizsə, yaxud təzəlikcə qəbul etmişsinizsə və ya etmiş ola bilərsinizsə, həkiminiz, əczaçınız və ya tibb bacınızla məsləhətləşin. Xüsusən, tərkibində aşağıdakılardan hər hansı biri olan dərmanlardan istifadə edirsinizsə, həkiminiz, əczaçınız və ya tibb bacınızla məsləhətləşin: Varfarin və ya qanın laxtalanmasını azaltmaq üçün peroral yolla qəbul edilən digər oxşar dərmanlar (peroral antikoaqulyantlar). Qanınızın laxtalanma qabiliyyətini müəyyənləşdirmək üçün tez-tez qan analizləri tələb oluna bilər. Əgər siz insulin istifadə edirsinizsə, həkiminiz insulinin dozasını necə azaltmaq barədə sizə məlumat verəcək, eləcə də hiperqlikemiya (qanda şəkərin səviyyəsinin yüksəlməsi) və diabetik ketoasidoz (insulin çatışmazlığı səbəbindən orqanizmin qlükozanı parçalaya bilməməsi nəticəsində yaranan şəkərli diabetin ağırlaşması) kimi halların baş verməməsi üçün qanda şəkərin səviyyəsinə daha tez-tez nəzarət etməyinizi tövsiyə edəcəkdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Bu preparat hamiləlik zamanı istifadə olunmamalıdır, belə ki onun dölə təsiri məlum deyil. Bu səbəbdən də, bu preparatdan istifadə zamanı kontrasepsiya vasitələrindən istifadə etmək tövsiyə olunur. Əgər hamilə qalmaq istəyirsinizsə, iki ay əvvəldən bu preparatın qəbulunu dayandırmalısınız. Bu dərmandan istifadə etdiyiniz müddətdə hamilə qalmısınızsa, dərhal həkiminizlə məsləhətləşin, belə ki, müalicənizdə dəyişiklik tələb olunacaq. Uşaq əmizdirirsinizsə, bu preparatdan istifadə etməyin, çünki dərmanın ana südünə keçib-keçmədiyi məlum deyil. Nəqliyyat vasitəsitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Əgər bu preparatla birlikdə sulfonil sidik cövhəri preparatları və ya insulin istifadə edirsinizsə, qanınızda şəkərin səviyyəsinin aşağı düşməsi (hipoqlikemiya) baş verə bilər, bu isə sizin diqqətinizi toplamaq qabiliyyətinizin azalmasına gətirib çıxara bilər. Sizdə qanda şəkərin səviyyəsinin azalmasının hər hansı bir əlaməti varsa, nəqliyyat vasitələrini idarə etməkdən və avadanlıqlardan istifadə etməkdən çəkinin. Qanda şəkərin səviyyəsinin aşağı düşməsinin yüksək riski barədə məlumat almaq üçün “Xüsusi göstərişlər və ehtiyat tədbirlər” bölməsinə, qanda şəkərin səviyyəsinin aşağı düşməsinin əlamətləri barədə məlumat almaq üçün “Əlavə təsirləri” bölməsinə baxın. Daha ətraflı məlumat almaq üçün həkiminizə müraciət edin.
İstifadə qaydası və dozası
Bu dərman vasitəsini həmişə yalnız həkimin təyin etdiyi qaydada istifadə edin. İstifadə qaydasından əmin olmadıqda həkiminiz, əczaçınız və ya tibb bacınız ilə məsləhətləşin. İstifadə qaydası Başlanğıc doza dörd həftə ərzində həftədə bir dəfə 0,25 mq-dır. Dörd həftədən sonra həkiminiz dozanı həftədə bir dəfə 0,5 mq-dək artıracaqdır. Əgər həftədə bir dəfə 0,5 mq dozanın qəbulu qanınızda şəkərin səviyyəsinə nəzarət üçün kifayət etməzsə, həkiminiz dozanızı həftədə bir dəfə 1 mq-dək artıra bilər. Həkiminiz tövsiyə etmədiyi təqdirdə dozanızı dəyişdirməyin. Ozempik -in yeridilməsi Ozempik dərialtı inyeksiya üçün nəzərdə tutulub (dərialtı inyeksiya). Preparatı damara və ya əzələyə yeritməyin. İnyeksiyanı yeritmək üçün ən münasib yerlər ombaların ön tərəfi, bazu və ya belin ön tərəfi (qarın nahiyəsi). Qələmdən ilk dəfə istifadə etməzdən öncə, həkiminiz və ya tibb bacınız hazır doldurulmuş qələmdən istifadə qaydalarının Sizə göstərəcəkdir. Qələmin istifadəsi üzrə daha ətraflı təlimatlar bu içlik vərəqəsinin arxa tərəfində verilib. Ozempik -dən nə zaman istifadə edilir? Siz bu dərmandan həftədə bir dəfə, mümkün qədər, hər həftə eyni gündə istifadə etməlisiniz. Preparatı günün istənilən vaxtı – qida qəbulundan asılı olmayaraq yeridə bilərsiniz. Dərmanı həftədə yalnız bir dəfə yeritməyi unutmamağınız üçün, həftənin inyeksiya üçün seçilmiş gününü (məsələn, Çərşənbə) qutunun üzərində qeyd etməyiniz və hər dəfə inyeksiya etdikdə tarixi qutunun üzərinə yazmağınız tövsiyə olunur. Zərurət olduqda, həftəlik inyeksiya gününüzü dəyişə bilərsiniz, bu şərtlə ki, sonuncu inyeksiyadan ən azı 3 gün keçmiş olsun. Yeni inyeksiya gününü seçdikdən sonra, preparatı həftədə bir dəfə yeritməyə davam edin. Əgər Ozempik istifadə etməyi unutmuşsunuzsa Əgər dozanı yeritməyi unutmuşsunuzsa və: Ozempik -dən istifadə etməli olduğunuz gündən 5 gün və ya daha az müddət keçibsə , xatırladığınız zaman dərmanı yeridin. Daha sonra növbəti dozanı qrafik üzrə həftənin təyin edilmiş günündə yeridin. Ozempik -dən istifadə etməli olduğunuz gündən 5 gündən artıq keçibsə, unudulmuş dozanı buraxın. Daha sonra növbəti dozanı qrafik üzrə həftənin təyin edilmiş günündə yeridin. Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Ozempik -dən istifadəni dayandırırsınızsa Həkiminizlə məsləhətləşmədən bu dərmanın istifadəsini dayandırmayın. Əgər dərmanın qəbulunu dayandırsanız, qanınızda şəkərin səviyyəsi yüksələ bilər. Bu dərmanın istifadəsi ilə bağlı əlavə suallarınız varsa, həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, bu dərman da əlavə təsirlərə malik ola bilər, lakin bu, hər kəsdə özünü göstərmir. Ciddi əlavə təsirlər Geniş yayılmış əlavə təsirlər: 10-da 1-dək hallarda Diabetik göz xəstəliyinin (retinopatiya) ağırlaşması – əgər bu dərmanla müalicə zamanı göz problemləriniz, məsələn, görmə qabiliyyətinizdə dəyişikliklər varsa, həkiminizi bu barədə məlumatlandırmalısınız. Bəzən rast gələn əlavə təsirlər: 100-də 1-dək hallarda mədəaltı vəzinin iltihabı (kəskin pankreatit), qarın və bel nahiyələrində keçib getməyən güclü ağrıya səbəb ola bilər. Bu cür simptomlar meydana çıxdıqda dərhal həkimə müraciət edin. Nadir əlavə təsirlər: 1000-də 1-dək hallarda ciddi allergik reaksiyalar (anafilaktik reaksiyalar). Əgər Sizdə nəfəs almanın çətinləşməsi, üzün və boğazın şişməsi və ürək döyüntülərinin tezləşməsi kimi əlamətlər yaranarsa, dərhal tibbi yardım üçün müraciət etməli və həkiminizi məlumatlandırmalısınız. Digər əlavə təsirlər Çox geniş yayılmış əlavə təsirlər: 10-da 1-dən çox hallarda ürəkbulanma – adətən, bir müddət sonra keçib gedir. ishal – adətən, bir müddət sonra keçib gedir. Geniş yayılmış əlavə təsirlər: 10-da 1-dək hallarda qusma bu dərman digər antidiabetik preparatlarla birlikdə istifadə edildikdə qanda şəkərin səviyyəsinin aşağı düşməsi (hipoqlikemiya). Qanda şəkərin səviyyəsinin aşağı düşməsinin xəbərdarlıq əlamətləri qəfil başlaya bilər. Bu əlamətlərə aşağıdakılar aid ola bilər: soyuq tər, rəngi avazımış dəri, baş ağrısı, ürək döyüntülərinin tezləşməsi, ürəkbulanma və ya bərk aclıq hissi, görmə qabiliyyətində dəyişikliklər, yuxululuq və ya zəiflik, əsəbilik, həyəcan və ya oriyentasiyanın pozulması, konsentrasiyada çətinlik və ya titrəmə. Həkiminiz qanda şəkərin səviyyəsinin aşağı olmasını necə müalicə etmək və bu cür xəbərdaredici əlamətlər yarandıqda nə etmək lazım olduğu barədə Sizə məlumat verəcəkdir. Bu dərmanla eyni zamanda sulfonil sidik cövhəri preparatları və ya insulin qəbul etdiyiniz təqdirdə, qanda şəkərin səviyyəsinin aşağı düşməsi ehtimalı daha yüksəkdir. Siz bu dərmandan istifadə etməyə başlamazdan öncə həkiminiz həmin preparatların dozasını azalda bilər. həzmin pozulması mədənin selikli qişasının iltihabı (qastrit). Bu əlamət mədə ağrısı, ürəkbulanma və qusma ilə müşayiət olunur. reflyuks və ya qıcqırma – həmçinin “qastro-ezofageal reflyuks xəstəliyi” (QERX) də adlandırılır qarında ağrı qarında köp qəbizlik gəyirmə öd daşları başgicəllənməsi yorğunluq arıqlama iştahanın azalması köpmə (meteorizm) mədəaltı vəzi fermentlərinin (məsələn, lipazanın və amilazanın) yüksəlməsi. Geniş yayılmamış əlavə təsirlər: 100-də 1-dək hallarda yemək və içkilərin dadının dəyişməsi hissi nəbzin tezləşməsi inyeksiya yerində reaksiyalar (məs. göyərmə, ağrı, qıcıqlanma, qaşınma və səpgi) Əlavə təsirlər barədə məlumatın verilməsi Əgər Sizdə hər hansı əlavə təsirlər olarsa, həkiminizlə, əczaçınızla və ya tibb bacınızla məsləhətlə-şin. Bunlar, bu içlik vərəqədə qeyd olunmamış hər hansı digər potensial əlavə təsirlər də ola bilər.
Doza həddinin aşılması
Əgər lazım olduğundan artıq Ozempik istifadə etmisinizsə, dərhal həkiminizi məlumatlandırın. Sizdə ürəkbulanma kimi əlavə təsirlər ola bilər.
Buraxılış forması
1,5 ml məhlul, əvvəlcədən doldurulmuş şpris-qələmdə. 1 şpris-qələm və 6 ədəd birdəfəlik NovoFine® Plus iynələri, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Hər bir qələmin içərisində 1,5 ml məhluldan 0,25 mq və ya 0,5 mq doza alınır.
Saxlanma şəraiti
İlk dəfə istifadə etməzdən əvvəl 2-8°C temperaturda soyuducuda, soyuducu elementdən uzaqda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz. İstifadə etdiyiniz müddətdə Bu qələmi 30°C-dən aşağı temperaturda və ya soyuducuda (2-8°C) soyuducu elementdən uzaqda 6 həftə saxlaya bilərsiniz. Ozempik -i dondurmayın və əgər dondurulmuşdursa, istifadə etməyin. Qələmdən istifadə etmədikdə, işıqdan qorumaq üçün daima qələmin qapağını bağlı saxlayın. Məhlulun şəffaf, rəngsiz və ya demək olar ki, rəngsiz olmadığını gördüyünüz halda, bu dərmandan istifadə etməyin. Dərman preparatları çirkab sularına axıdılmamalı və ya məişət tullantıları ilə atılmamalıdır. Artıq lazım olmayan dərman preparatının necə utilizasiya edilməsi barədə əczaçınızdan soruşun. Bu cür tədbirlər ətraf mühiti qorumağa kömək edəcəkdir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qələmin etiketində və karton qutusunun üzərində “Expiry” sözündən sonra qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin. Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın son gününə şamil olunur. Aptekdən buraxılış şərti Resept əsasında buraxılır. Marketinq lisenziyasının sahibi və İstehsalçı Novo Nordisk A/S Novo Allé DK-2880 Baqsværd Danimarka ® ® ® Ozempik , NovoFine və NovoTwist Danimarka, Novo Nordisk A/S şirkətinə aid ticarət nişanlarıdır. © 2020 Novo Nordisk A/S Ozempik 0,25 mq və 0,5 mq/doza Hazır doldurulmuş qələmdə inyeksiya üçün məhlul semaqlutid Hazır doldurulmuş qələmdə inyeksiya üçün 0,25 mq, 0,5 mq məhlul Ozempik -dən istifadə qaydası Hazır doldurulmuş Ozempik qələmindən istifadə etməzdən ® əvvəl, zəhmət olmazsa, bu istifadə təlimatlarını diqqətlə Ozempic pre-filled pen and oxuyun. needle (example) Həkiminiz və ya tibb bacınızdan lazımi təlimat almadan qələmdən istifadə etməyin. ® İynəninQələminizi yoxlamağı onun 0,25 mq, 0,5 mq Ozempik böyükQələmin olduğundan əmin olmaqla başlayın, daha sonra qələminizin qapağıqapağı və iynənin müxtəlif hissələrini öyrənmək üçün aşağıdakı şəkillərə baxın. İynənin içƏgər sizin gözləriniz görmürsə və ya zəif görürsünüzsə və qapağı qələmin üzərindəki doza hesablayıcısını oxuya bilmirsinizsə, bu qələmdən kömək olmadan istifadə etməyin. Görmə qabiliyyəti yaxşı olan, Ozempik hazır İynə doldurulmuş qələmdən istifadə qaydalarını bilən bir şəxsin köməyindən istifadə edin. Sizin qələminiz hazır doldurulmuş dozatorlu qələmdir. Onun Goruyucu kağız ilgəkiçərisində 2 mq semaqlutid vardır və siz 0,5 mq və ya 0,25 mq-lıq dozalar seçə bilərsiniz. Sizin qələminiz uzunluğu 8 ® və ® mm qədər olan NovoFine NovoTwist birdəfəlik Gələmin ® pəncərəsiiynələri ilə istifadə üçün nəzərdə tutulub. NovoFine Plus iynələri qablaşmaya daxil edilib. Gələmin etiketi Doza hesablayıcısı Doza işarətləyici xətt Dozator Axını yoxlamaDoza düyməsi işarəsil 1. Qələmin yeni iynə ilə hazırlanması AQələminizin adını və rəngli etiketini yoxlayın ki, onun içərisində Ozempik -in olduğundan əmin olasınız. Əgər bir neçə növ inyeksiya şəklində olan dərmandan istifadə edirsinizsə, bu, xüsusilə vacibdir. Yanlış dərmandan istifadə sağlamlığınıza ciddi zərər vura bilər. Qələmin qapağını çıxarın. BQələminizin içərisindəki məhlulun şəffaf və rəngsiz olduğundan əmin olun. Qələmin pəncərəsindən baxın. Əgər məhlul bulanıq və ya rəngli görünürsə, bu qələmdən istifadə etməyin. CTəzə iynə götürün və onun üzərindən qoruyucu kağız ilgəyi çıxarın. Əgər qoruyucu kağız ilgəyi zədələnibsə, iynədən istifadə etməyin, belə ki, bu halda sterilliyə zəmanət verilmir. C Dİynəni qələmə birbaşa basıb taxın. Möhkəm sıxılanadək onu burun. D Eİynənin böyük qapağını çıxarın və saxlayın. O, Sizə inyeksiyadan sonra iynəni qələmdən təhlükəsiz şəkildə çıxarmaq üçün lazım olacaqdır. E Fİynənin iç qapağını çıxarın və atın. Əgər Siz onu geriyə taxmağa çalışsanız, iynəni təsadüfən özünüzə batıra bilərsiniz. İynənin ucunda məhlulun damcısı görünə bilər. Bu F normaldır, lakin əgər Siz yeni qələmdən ilk dəfə istifadə edirsinizsə, məhlulun axınını yoxlamalısınız. “Axının yoxlanması” adlı 2-ci addıma baxın. İnyeksiyanı etməyə hazır olmayanadək qələminizə yeni iynə taxmayın. Hər inyeksiya üçün həmişə yeni iynədən istifadə edin. Bu, gözü tutulmuş iynələrin, çirklənmə, yoluxma və qeyri-dəqiq dozaların riskini azaldır. Heç zaman əyilmiş və ya zədələnmiş iynələrdən istifadə etməyin. 2. Axının yoxlanması Hər bir yeni qələmlə ilk inyeksiyadan əvvəl, axını Ayoxlayın. Əgər qələminizdən artıq istifadə edirsinizsə, “Dozanın seçilməsi” adlı 3-cü addıma keçin. Doza hesablayıcısı axını yoxlama işarəsini ( ) göstərənədək dozatoru fırladın. Axını yoxlama işarəsi seçilib BQələmi iynəsi yuxarıya doğru tutun. Doza düyməsini sıxın və doza hesablayıcısı 0-a qayıdanadək saxlayın. 0 doza işarətləyici xətt ilə üzbəüz olmalıdır. Məhlulun damcısı iynənin ucunda görünməlidir. İynənin ucunda kiçik damcı qala bilər, lakin o, inyeksiya zamanı yeridilməyəcəkdir. Əgər damcı görünməzsə, “Axının yoxlanması” adlı 2-ci addımı 6 dəfədən çox olmamaq şərtilə təkrarlayın. Bundan sonra da damcı görünməzsə, iynəni dəyişin və “Axının yoxlanması” adlı 2-ci addımı bir daha təkrarlayın. Əgər damcı yenə də görünməzsə, qələmi atın və yenisini istifadə edin. İnyeksiyanı yeritməzdən əvvəl həmişə əmin olun ki, iynənin ucunda damcı görünür. Bu, məhlul axınının normal olduğunu göstərir. Əgər heç bir damcı görünməzsə, hətta doza hesablayıcısı tərpənsə belə, inyeksiyanı yerinə yetirməyin. Bu, iynənin gözünün tutulduğunu və ya iynənin zədələndiyini göstərə bilər. Hər bir yeni qələmlə ilk inyeksiyanızdan əvvəl axını yoxlamasanız, təyin edilmiş dozanı və Ozempik -in nəzərdə tutulmuş təsirini əldə etməyə bilərsiniz. 3. Dozanın seçilməsi ADozatoru firladaraq sizə təyin olunmuş dozanı (0,25 mq və ya 0,5 mq) seçin. Əgər yanlış dozanı seçmisinizsə, dəqiq dozanı seçənədək dozatoru irəliyə və geriyə fırlada bilərsiniz. Nümunə 0,25 mq seçilib Dozator dozanı dəyişir. Yalnız doza hesablayıcısı və doza işarətləyici xətt 1 doza üçün neçə mq seçildiyini göstərəcəkdir. Dozator irəliyə, geriyə fırlandıqda və ya qalan mq-ı göstərən rəqəmi keçdikdə fərqli səslə çıqqıldayır. Qələmin çıqqıltılarını əsas götürüb saymayın. Bu dərmanı yeritməzdən əvvəl həmişə neçə mq dozasının seçildiyini görmək üçün doza hesablayıcısından və doza işarətləyi xətdən istifadə edin. Qələmin çıqqıltılarını əsas götürüb saymayın. Dəqiq dozanı qəbul edəcəyinizdən əmin olmaq üçün doza hesablayıcısında doza işarətləyici xətt ilə dəqiq üzbəüz olmalıdır. Qalan məhlulun miqdarı ANə qədər məhlul qaldığını görmək üçün, doza hesablayıcısından istifadə edin: doza hesablayıcısı dayanana qədər dozatoru fırladın. Əgər o, 0,5 rəqəmini göstərirsə, qələminizdə ən azı 0,5 mq məhlul qalmışdır. Nümunə Doza Əgər doza hesablayıcısı 0,5 mq-dan əvvəl dayanarsa, hesablayıcısı dayanıb:demək, tam 0,5 mq-lıq doza üçün qələmdə kifayət qədər 0,25 mq məhlul qalmamışdır. qalıb Tam doza üçün qələminizdə kifayət qədər məhlul qalmamışdırsa onu istifadə etməyin. Yeni Ozempik qələmini istifadə edin. 4. Dozanızın inyeksiya edilməsi AHəkiminiz və ya tibb bacınızın Sizə göstərdiyi üsulla iynəni dərinizə batırın. Əmin olun ki, doza hesablayıcısını görə bilirsiniz. Doza hesablayıcısını barmaqlarınızla bağlamayın. Bu, inyeksiyanın yeridilməsinə mane ola bilər. A BDoza düyməsini doza hesablayıcısı 0-a qayıdanadək basıb saxlayın. 0 doza işarətləyici xətt ilə üzbəüz olmalıdır. Siz çıqqıltıları eşidə və ya hiss edə bilərsiniz. Yavaş-yavaş Doza hesablayıcısı 0-a qayıtdıqdan sonra iynəni dərinizdə C sayın saxlayın və yavaş-yavaş 6-ya qədər sayın. Bu, tam dozanı 1-2-3-4-5-6 qəbul etdiyinizdən əmin olmaq üçündür. Əgər iynəni daha tez çıxarsanız, iynənin ucundan məhlulun axdığını görə bilərsiniz. Bu isə, tam dozanı qəbul etmədiyinizi göstərir. C İynəni dərinizdən çıxarın. Əgər inyeksiya yerində qan D görünərsə, pambıq tamponla yüngülcə sıxın. Həmin nahiyəni ovuşdurmayın. İnyeksiyadan sonra da iynənin ucunda məhlul damcısı görünə bilər. Bu normaldır və sizin dozanıza təsir etmir. Neçə mq inyeksiya etdiyinizi bilmək üçün həmişə doza hesablayıcısını izləyin. Doza hesablayıcısı 0-ı göstərənə qədər doza düyməsini sıxıb saxlayın. Gözü tutulmuş və ya zədələnmiş iynənin müəyyənləşdirilməsi Əgər doza düyməsini fasiləsiz sıxdıqdan sonra doza hesablayıcısında 0 görünmürsə, iynənin gözü tutulmuş və ya iynə zədələnmiş ola bilər. Bu halda, hətta əgər doza hesablayıcısı təyin etmiş olduğunuz orijinal dozadan hərəkət etsə belə, Siz dərmanı qəbul etmiş olmayacaqsınız. Gözü tutulmuş iynə ilə nə etməli? “İnyeksiyadan sonra” adlı 5-ci addımda təsvir edilmiş üsulla iynəni dəyişin və “Qələmin yeni iynə ilə hazırlanması” adlı 1-ci addımdan başlayaraq bütün addımları təkrarlayın. Sizə tələb olunan tam dozanı seçdiyinizdən əmin olun. İnyeksiya zamanı doza hesablayıcısına toxunmayın. Bu, inyeksiyanı dayandıra bilər. 5. İnyeksiyadan sonra Aİynəyə və ya onun böyük qapağına dəymədən düz səthin üzərində iynənin ucunu iynənin böyük qa- pağına salın. A Bİynəni qapağına saldıqdan sonra ehtiyatla iynənin böyük qapağını tam bağlayın. İynəni burub çıxarın və yerli təlimatlara uyğun olaraq onu ehtiyatla atın. İti uclu əşyaların utilizasiyası barədə həkiminizdən, tibb bacınızdan və ya əczaçınızdan məlumat B alın. CHər istifadədən sonra məhlulu işıqdan qorumaq üçün qələmin qapağını qələmin üzərinə taxın. C Rahat inyeksiyanı təmin etmək və gözü tutulmuş iynədən istifadənin qarşısını almaq üçün hər inyeksiyadan sonra həmişə iynəni atın. Əgər iynənin gözü tutulubsa, Siz heç bir dərmanı inyeksiya etməməlisiniz. Qələm boşdursa, onu üzərində iynə olmadan həkiminiz, tibb bacınız, əczaçınız və ya yerli səlahiyyətli orqanların təlimatlandırdığı üsulla atın. Heç zaman iynənin iç qapağını geri iynənin üzərinə taxmağa çalışmayın. İynəni özünüzə .batıra bilərsiniz Hər inyeksiyadan sonra həmişə iynəni qələminizin üzərindən çıxarın. Bu, gözü tutulmuş iynələrdən istifadə, çirklənmə, yoluxma, məhlulun axması və qeyri-dəqiq dozaların riskini azaldır. Əlavə vacib məlumat Həmişə qələminizi və iynələri başqaları üçün, xüsusilə də, uşaqlar üçün görünməyən və əlçatmaz yerdə saxlayın. Heç zaman qələminizi və ya iynələrinizi başqa insanlarla bölüşməyin. İynələrin batmasına və ya bir-birini infeksiyaya yoluxdurmaya yol verməmək üçün, istifadə olunmuş iynələr ilə çox ehtiyatla davranın. Qələmin saxlanması Qələminizlə ehtiyatla davranın. Qələmlə kobud rəftar və ya ondan düzgün istifadə etməmə qeyri-dəqiq dozalara səbəb ola bilər. Bu baş verdikdə, Siz dərmanın nəzərdə tutulmuş təsirini əldə etməyə bilərsiniz. Dondurulmuş Ozempik -i inyeksiya etməyin. Bu halda, Siz dərmanın nəzərdə tutulmuş. təsirini əldə etməyə bilərsiniz. . Düz düşən günəş şüalarının təsirinə məruz qalmış Ozempik -i inyeksiya etməyin. Bu halda, Siz dərmanın nəzərdə tutulmuş təsirini əldə etməyə bilərsiniz. . Qələminizi tozlanmağa və ya çirklənməyə məruz qoymayın və onu mayeyə vurmayın. . Qələminizi yumayın, islatmayın və ya heç nə ilə sürtməyin. Əgər lazım olarsa, onu yumşaq yuyucu vasitə ilə isladılmış parça ilə təmizləyin. . Qələminizi əlinizdən salmayın və yaxud bərk səthlərə vurmayın. Əgər əlinizdən düşübsə və ya problemin olduğundan şübhələnirsinizsə, inyeksiya etməzdən əvvəl yeni iynə taxın və məhlulun axınını yoxlayın. . Qələminizi təkrar doldurmağa çalışmayın. O, boşaldıqdan sonra, atılmalıdır. . Qələminizi təmir etməyə və ya onu hissələrə ayırmağa çalışmayın.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.
Oxşar məhsullar
Ozempic 1 mq qələm (4 dəfəlik)
Stokda var

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.