OVUMIKS N6 SAM

Dərman formasıRektal şam
Farmakoloji təsirAntiseptik və infeksiya əleyhinə vasitə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

20,00 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

OVUMİKS vaginal suppozitoriyalar

Tərkibi

Təsiredici maddələr: 1 vaginal suppozitoriyanın tərkibində 300 mq metronidazol, 100 mq mikonazol nitrat, 4,40 mq polimiksin sulfat, 48,80 mq neomisin sulfat, 15 mq Asiya sentellası vardır. Köməkçi maddələr: vitepsol H15 .

Təsviri

Krem rəngindən açıq qəhvəyi rəngə kimi çalan, üzərində qəhvəyi ləkələri olan silindrik vaginal suppozitoriyalardır.

Farmakoterapevtik qrupu

Antiseptik və infeksiya əleyhinə vasitə. ATC kodu: G01AX.

Farmakoloji xüsusiyyətləri

Preparat Trichomonas, Gardnerella vaginalis, Campilobacter, qram(+) və qram(–) bakteriyalar, Candida növünə aid göbələklərə qarşı güclü aktivliyə malikdir. Metronidazol 5-nitroimidazol qrupuna aiddir, ibtidailərə qarşı və mikrobəleyhinə təsir göstərir. Mikonazol göbələkəleyhinə təsirə malik olub, hüceyrə membranının erqosterol sintezini inhibə edir. Dermatofitlərə, maya göbələklərinə və s. qarşı aktivdir. Göbələk infeksiyası səbəbindən yaranmış qaşınmanı aradan qaldırır. Mikonazol uşaqlıq yolunda pH səviyyəsini və mikrofloranın tərkibini dəyişmir. Polimiksin mikrob hüceyrəsinin membran tamlığını pozaraq bakterisid təsir göstərir. Qram(–) anaerob mikroorqanizmlərə qarşı aktivdir. Neomisin aminoqlikozid qrupuna aid olan bakterisid təsirli antibiotikdir. Geniş təsir spektrinə malikdir. Asiya sentellası yerli qan dövranını yaxşılaşdırır, yaraların sağalmasını sürətləndirir.

İstifadəsinə göstərişlər

Preparat uşaqlıq yolunun qarışıq infeksiyalarının (vulvit, vaginit, uşaqlıq yolu və ya uşaqlıq boynunda bakterial mənşəli iltihab, kandidoz, müxtəlif mənşəli leykoreya.) yerli müalicəsində istifadə olunur.

Əks göstərişlər

− Preparatın tərkibində olan komponentlərə və ya imidazol törəmələrinə qarşı yüksək həssaslıq; − Hamiləlik və laktasiya dövrü; − Hematoloji xəstəliklər; − Mərkəzi sinir sisteminin xəstəlikləri; − Epilepsiya.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicə zamanı alkoqol qəbuluna yol vermək olmaz. Kəskin qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə ehtiyatla təyin edilməlidir. Cinsi aktdan əvvəl istifadə edilməsi hamilə qalma ehtimalını azalda bilər. Preparatın istifadəsi cinsi yolla xəstəliklərə yoluxma riskini aradan qaldırmır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Qələvi tərkibli vasitələrlə vaginal duş qəbul edilməsi məsləhət deyil. Preparat varfarinlə, kumarinlərlə və alkoqolla birgə istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.

İstifadə qaydası və dozası

Müalicə gün ərzində 1 vaginal suppozitoriyanın uşaqlıq yoluna (dərinə və ehmalca) yeridilməsi ilə başlanmalıdır. Daha sonra müalicə simptomlar aradan qalxana kimi axşamlar yatmazdan əvvəl 1 suppozitoriyanın yeridilməsi ilə davam etdirilməlidir. Müalicə müddəti 5-10 gündür.

Əlavə təsirləri

Yerli qıcıqlanma və göynəmə hissi, qaşınma, allergik reaksiyalar müşahidə edilə bilər.

Doza həddinin aşılması

Preparat təyinata uyğun istifadə edildikdə doza həddinin aşılması mümkün deyil. Belə bir hal baş verdiyi təqdirdə həkimə müraciət edilməlidir.

Buraxılış forması

6 suppozitoriya blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vərəqəsinin sahibi Laboratorio Elea Phoenix S.A. Gral. Lemos Avenue N° 2809, B1611 3АUЕ, Los Polvorines, Argentina.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“OVUMIKS N6 SAM” üçün ilk rəyi siz yazın.