Otijon 1 % / 4 % 15 ml göz damcısı
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Qulaq xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələri. Analgetiklər və anestetiklər, kombinasiyaları |
| İstehsal ölkəsi | Vyetnam |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
OTİJON qulaq damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Phenazone + Lidocaine hydrochloride
Tərkibi
Təsiredici maddə: 100 q məhlulun tərkibində 4,0 q fenazon, 1,0 q lidokain vardır. Köməkçi maddələr:natrium tiosulfat, etanol, qliserin, natrium hidroksid, xlorid tuşusu, təmizlənmiş su.
Təsviri
Rəngsizdən azacıq sarımtıl rəngə qədər, qoxusuz məhluldur.
Farmakoterapevtik qrupu
Qulaq xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələri. Analgetiklər və anestetiklər, kombinasiyaları. ATC kodu: S02DA30.
Farmakoloji xüsusiyyətləri
Otijon tərkibində fenazon və lidokain olan kombinəolunmuş preparatdır. Fenazon analgetik və iltihab əleyhinə təsir göstərən pirazolon törəməsidir. Lidokain amid qrupundan olan yerli anestetikdir. Farmakokinetikası Təsiredici maddə kiçik dozalarda xaricdən istifadə edildiyinə görə sistem absorbsiya ehtimalı azdır (təbil pərdəsi zədələnmədikdə) və buna görə də farmakokinetik tədqiqatlar aparılmamışdır.
İstifadəsinə göstərişlər
Bu dərman vasitəsi təbil pərdəsinin zədələnmədiyi hallarda orta qulağın aşağıdakı xəstəliklərində yerli simptomatik müalicə və ağrını aradan qaldırmaq üçün istifadə edilir. – kəskin, kongestiv orta qulaq iltihabı; – qrip zamanı yaranan otit. Viral bullyoz otit adlandırılır; – barotravmatik otit.
Əks göstərişlər
Bu dərman vasitəsinin istifadəsi aşağıdakı hallarda əks göstərişdir: Dərman vasitəsinin tərkibindəki təsiredici maddə və köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Təbil pərdəsinin infeksion və ya travmatik perforasiyası (mirinqotomiya daxil olmaqla) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı istifadə etməzdən əvvəl təbil pərdəsinin tamlığını (zədələnmədiyini) yoxlamaq lazımdır. Təbil pərdəsinin perforasiyası zamanı preparat xarici qulaq keçəcəyinə damızdırılarsa (intraaurikulyar istifadə), bu orta qulaqla təmasa və əlavə təsirlərin inkişafına səbəb ola bilər. Ototoksikliyə səbəb ola biləcək təsiredici maddələrin orta qulağa penetrasiyası zamanı, təpil pərdəsi zədələndikdə, mirinqotomiya həyata keçirilərsə, preparatdan istifadə edilməməlidir. Müalicə zamanı qulaqdan axıntı yaranarsa, bu, perforasiyanın göstəricisi ola bilər və bu halda müalicə dayandırılmalı və həkimə müraciət edilməlidir. 7 gün ərzində simptomlarda yaxşılaşma müşahidə edilmirsə, simptomlar nə vaxtsa sürətlə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, müalicə yenidən nəzərdən keçirilməlidir. Yerli anestetiklərin lokal istifadəsindən sonra methemoqlobinemiya halı bildirilmişdir Methemoqlobinemiyaya şübhəsi olan xəstələrdə, o cümlədən 3 aydan kiçik körpələrdə və hemoglobinopatiyaları və ya qlükoza-6-fosfat dehidrogenaza (G6PD) çatışmazlığı olan xəstələrdə ehtiyatlı olmaq lazımdır. Bu preparatın tərkibində antidopinq testlərinin müsbət nəticələrinə səbəb ola biləcək təsiredici maddə var.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qarşılıqlı təsirlə bağlı tədqiqatlar aparılmamışdır. Uyuşmazlığı Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Təbil pərdəsi zədələnməyibsə, preparatın sistem absorbsiya ehtimalı azdır. Preparatı tövsiyə olunan doza (gündə iki və ya üç dəfə 4 damcı) və müalicə müddətində (7 gündən çox olmamalıdır) istifadə etmək şərtilə, hamiləlik və laktasiya dövründə zəruri hallarda təyin etmək olar. Bununla belə, hamiləlik və ya laktasiya dövründə qadınlar Otijon preparatını istifadə etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşməlidir. Farmakokinetik məlumatlar məhduddur. Otijon preparatının təsiredici maddəsinin ana südünə və ya plasentar bariyeri keçib-keçməməsi məlum deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Otijon dərman vasitəsinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri yoxdur.
İstifadə qaydası və dozası
Damcı aplikatoru olan şüşə flakon. Preparatı flakonun elastik hissəsini yüngül basmaqla iltihab və ya ağrı olan qulağın xarici qulaq keçəcəyinə gündə iki və ya üç dəfə 4 damcı damcı tökmək lazımdır. Otijon dərman vasitəsi yerli təsir göstərir, buna görə də, yaşa uyğun olaraq dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Otijon dərman vasitəsi həm böyüklərdə, həm də uşaqlarda istifadə edilə bilər. Müalicə müddəti 7 gün ərzində simptomlarda yaxşılaşma müşahidə edilmirsə, simptomlar nə vaxtsa sürətlə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, müalicə yenidən nəzərdən keçirilməlidir. İstifadə qaydası Yalnız aurikulyar istifadə üçündür. Soyuq məhlulu qulaq seyvanına damcılatmazdan əvvəl, flakonu ovucun içəricində isitmək lazımdır.
Əlavə təsirləri
Müşahidə olunan əlavə təsirlər aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum deyil (mövcud məlumatlar əsasında başvermə tezliyini müəyyən etmək mümkün deyil). Qulaq və labirintdə baş verən pozğunluqlar Nadir: yerli allergik reaksiyalar (qaşınma, makulopapulyar səpgi), qulaq kanalının hiperemiyası. Şübhəli əlavə təsirlərin bildirilməsi Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə və ya əczaçıya məlumat verin. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16; e-mail: [email protected]; Tel.:(99412) 596-05-20 Qaynar xətt (99412) 596-07-12) bildirilməlidir. Əlavə təsirlər haqqında məlumat verməklə, Siz bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Doza həddinin aşılması barədə məlumat yoxdur.
Buraxılış forması
15 ml məhlul flakonda. 1 və ya 5 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan, kip bağlanmış konteynerdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Utilizasiyası və digər istifadə formaları üçün xüsusi təlimat Hər hansı istifadə olunmamış dərman məhsulu və ya tullantı materialı yerli utilizasiya tələblərinə uyğun olaraq utilizasiya edilməlidir.
Yararlılıq müddəti
3 il. Flakonun qapağı açıldıqdan sonra 30 gün. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ha Noi CPC1 Pharmaceutical Joint Stock Company, Vyetnam. Ha Binh Phuong Industrial Zone, Van Binh Commune, Thuong Tin District, Ha Noi, Vietnam.
Qeydiyyat vəsiqəsinin sahibi
Medexport LLC, Georgia. 264 Omar Khizannishvili str., Gldani district, 0167 Tbilisi, Georgia.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.