Onsart plus 16 mq / 12,5 mq N28 kapsul
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Angiotenzin II antaqonistləri və diuretiklər |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,44 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ONSART PLUS tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Candesartan Cilexetil, Hydrochlorothiazide
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 16 mq kandesartan sileksetil, 12,5 mq hidroxlorotiazid vardır Köməkçi maddələr: laktoza monohidrat (inək südü), qarğıdalı nişastası, makroqol (PEG) 6000, kalsium karboksimetilsellüloza, hidroksipropilsellüloza (Klucel EF), maqnezium stearat, sarı dəmir oksid, qırmızı dəmir oksid.
Təsviri
Açıq çəhrayı rəngli, uzunsov, hər iki tərəfində kəsik xətti olan, iki tərəfi qabarıq tabletlərdir.
Farmakoterapevtik qrupu
Angiotenzin II antaqonistləri və diuretiklər. ATC kodu: C09DA06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Angiotenzin II, renin-angiotenzin-aldosteron sisteminin ən vacib vazoaktiv hormonudur və hipertenziya və digər ürək-damar xəstəliklərinin patofiziologiyasında mühüm rol oynayır. Həm də orqan hipertrofiyası və son orqan zədələnməsinin patogenezində də mühüm rol oynayır. Angiotenzin II-nin vazokonstruksiya, aldosteron xaric olunmasının stimullaşdırılması, duz və su balansının tənzimlənməsi və hüceyrə böyüməsinin stimullaşdırılması kimi əsas fizioloji təsirləri I tip reseptoru (AT ) vasitəsi ilə olur.1 Kandesartan sileksetil, mədə-bağırsaq traktından sorulma zamanı ester hidrolizi ilə sürətlə aktiv forması olan kandesartana çevrilir. Kandesartan, selektiv olaraq AT reseptorlarına möhkəm1 bağlanan və yavaş ayrılan bir angiotenzin II reseptor antaqonistidir. Aqonist fəaliyyəti yoxdur. Kandesartan AÇF (angiotenzin çevirici ferment) və ya AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli digər ferment sistemlərinə təsir etmir. Xinin parçalanması və ya P maddəsi kimi digər maddələrin metabolizminə təsir göstərmədiyinə görə öskürəyə səbəb olması gözlənilmir. AÇF inhibitorlarını kandesartan sileksetil ilə müqayisə edən nəzarətli klinik tədqiqatlarda kandesartan sileksetil qəbul edən xəstələrdə öskürək daha az müşahidə edildi. Kandesartan, digər hormon reseptorlarına və ya kardiovaskulyar tənzimlənmədə əhəmiyyətli olduğu bilinən ion kanallarına bağlanmır və ya onları blok etmir. Angiotenzin II (AT ) reseptorlarının blokadası plazma renin1 səviyyələrində, angiotenzin I və angiotenzin II səviyyələrində dozaya bağlı artımlara və plazma aldosteron konsentrasiyasının azalmasına səbəb olur. Kandesartanın gündə bir dəfə 8-16 mq (ortalama 12 mq) ürək-damar xəstəlikləri və ölüm nisbəti və onlara təsiri randomizə klinik sınaqla (SCOPE) yüngül və orta hipertenziyalı 4937 yaşlı xəstədə (70-89 yaş, 21% 80 yaş və ya yuxarı) dəyərləndirildi və təxminən 3,7 il boyunca izləndi. Ehtiyac olduqda kandesartan və plasebo qruplarına başqa bir antihipertenziv müalicə əlavə edildi. Kandesartan qrupunda qan təzyiqi 166/90-dan 145/80 mm civə sütununa, nəzarət qrupunda 167/90-dan 149/82 mm civə sütununa endirildi. Ürək-damar hadisələrində (kar- diovaskulyar ölüm, ölümcül olmayan atak və miokard infarktı) statistik olaraq əhəmiyyətli bir fərqə rast gəlinmədi. Nəzarət qrupunda 1000 xəstə ilində 30 hadisə və kandesartan qrupunda 26,7 hadisə (nisbi risk 0,89, 95% etibarlılıq intervalı 0,75-1,06, p = 0,19) oldu. Hidroxlorotiazid distal böyrək borucuqlarında natriumun təkrar absorbsiyasına maneə törədir və natrium, xlor və suyun daha çox ifraz olunmasına səbəb olur. Böyrəklərdən kalium və maqnezium ifrazı dozadan asılı olaraq artır, kalsium isə daha yüksək dərəcədə geri sorulur. Hidroxlorotiazid plazma və hüceyrə xaricindəki mayenin həcmini, ürək çıxışı və qan təzyiqini azaldır. Uzunmüddətli müalicədə periferik müqavimətin azalması qan təzyiqinin aşağı düşməsinə kömək edir. Geniş klinik tədqiqatlar hidroxlorotiazidin uzun müddət istifadəsinin ürək-damar xəstəlikləri və ölüm riskini azaltdığını göstərdi. Kandesartan və hidroxlorotiazid birlikdə istifadə edildikdə əlavə antihipertenziv təsir göstərir. Hipertenziv xəstələrdə Onsart Plus, ürəyin sürətində reflektiv artıma səbəb olmadan arterial qan təzyiqini təsirli və uzunmüddətli azaldır. Tək dozadan sonra antihipertenziv təsir ümumiyyətlə 2 saat ərzində başlayır. Davamlı müalicə ilə qan təzyiqində azalmanın çox hissəsi 4 həftə ərzində əldə edilir və bu təzyiq səviyyəsi uzunmüddətli müalicə ilə qorunur. Onsart Plus preparatının gündə bir dəfə istifadəsi 24 saat ərzində qan təzyiqinin effektiv azalmasına səbəb olur. Randomizə, ikiqat kor tədqiqatda, gündə bir dəfə kandesartan sileksetil/hidroxlorotiazid tətbiqi, 24 saat ərzində qan təzyiqinə angiotenzin II reseptor antaqonisti və hidroxlorotiazid ehtiva edən digər birləşmələrə nisbətən daha əhəmiyyətli təsir etdi və daha çox xəstəyə nizamlı nəzarəti təmin etdi. Randomizə, ikiqat kor tədqiqatlarda, kandesartan sileksetil/hidroxlorotiazid ilə müalicə zamanı əlavə təsirlər, xüsusilə, öskürək AÇF inhibitorları və hidroxlorotiazid kombinasiyaları ilə müqayisədə daha az oldu. Kandesartan sileksetil/hidroxlorotiazid kombinasiyalarının 275 xəstənin plasebo, 1524 xəstənin 32 mq/12,5 mq və 32 mq/25 mq qrupu olaraq randomizə edildiyi təsadüfi, ikiqat kor nəzarətli iki klinik tədqiqatda qan təzyiqindəki azalma, sırasıyla 22/15 mmHg və 21/14 mmHg idi və kombinasiyanın hər bir təsiredici maddəsindən daha əhəmiyyətli təsirinin olduğu təsbit edildi. Kandesartan/hidroxlorotiazid, yaşından və cinsindən asılı olmayaraq bütün xəstələrdə eyni təsirə malikdir. Hal-hazırda böyrək xəstəliyindən/nefropatiyadan, sol mədəciyin funksiyasının azalması/durğun- luq ürək çatışmazlığından və miokard infarktından sonra kandesartan sileksetil/ hidroxlorotiazid birləşməsinin istifadəsi barədə məlumat yoxdur. İki böyük randomizə, nəzarətli sınaq (ONTARGET) və VA NEPHRON-D bir AÇF inhibitorunun angiotenzin II reseptor blokatoru ilə birlikdə istifadəsini araşdırdı. ONTARGET tədqiqatı, əvvəllər ürək-damar və ya serebrovaskulyar xəstəlikləri olan və ya hədəf son-orqan zədəsi ilə birlikdə Tip 2 şəkərli diabeti olan xəstələrdə aparıldı. VA NEPHRON-D tədqiqatı Tip 2 şəkərli diabet xəstəliyi və diabetik nefropatiyası olan xəstələrdə aparıldı. Bu tədqiqatlar böyrək və/və ya ürək-damar nəticələrində və ölümdə əhəmiyyətli bir fayda göstərmədi, monoterapiya ilə müqayisə edildikdə hiperkalemiya, kəskin böyrək zədəsi və /və ya hipotenziya riski artdı. Bu səbəbdən diabetik nefropatiyalı xəstələrdə AÇF inhibitorları və angiotenzin II reseptor blokatorları eyni vaxtda istifadə edilməməlidir. Farmakokinetikası Absorbsiyası Kandesartan sileksetil Peroral qəbuldan sonra kandesartan silexetil aktiv forması olan kandesartana çevrilir. Peroral kandersartan sileksetil məhlulunun tətbiqindən sonra kandesartanın mütləq biomənimsənilməsi təxminən, 40%-dir. Tablet formasının eyni peroral məhlulu ilə müqayisədə nisbi biomənimsənilməsi təxminən 34%-dir. Tabletin qəbulundan sonra serumda ən yüksək konsentrasiyası (Cmax) 3-4 saat ərzində müşahidə edilir. Kandesartanın serum konsentrasiyası dərmanın dozası terapevtik doza aralığında artdıqda xətti olaraq artır. Kandesartanın farmakokinetikasında cinsiyyətlə əlaqəli heç bir fərq müşahidə edilmədi. Kandesartanın serum konsentrasiya-zaman əyrisi (AUC) altındakı sahə qida qəbulundan əhəmiyyətli dərəcədə təsirlənmədi. Hidroxlorotiazid Hidroxlorotiazid qəbul edildikdən sonra mədə-bağırsaq traktından mütləq 70% biomənimsə- nilmə ilə sürətlə əmilir. Yeməklə qəbul edildikdə, absorbsiya nisbəti 15% artır. Ürək çatışmazlığı və bilinən ödem olan xəstələrdə biomənimsənilmə azala bilər. Paylanması Kandesartan sileksetil Kandesartan yüksək dərəcədə plazma zülallarına bağlanır (99%-dan çox). Kandesartanın plazmada paylanma həcmi 0,1 L/kq-dır. Hidroxlorotiazid Hidroxlorotiazid plazma zülalları ilə 60% bağlanır. Plazmada paylanma həcmi təxminən 0,8 L/kq-dır. Biotransformasiyası Mövcud qarşılıqlı tədqiqatlar kandesartanın CYP2C9 və CYP3A4 üzərində heç bir təsiri olmadığını göstərdi. İn vitro məlumatlara əsasən, metabolizmi sitoxrom P450 izoenzimləri CYP1A2, CYP2A6, CYP2C9, CYP2C19, CYP2D6, CYP2E1 və ya CYP3A4-dən asılı olan dərman vasitələri ilə kandesartanın in vivo qarşılıqlı təsiri gözlənilmir. Kandesartanın yarımparçalanma dövrü (t ) təxminən 9 saatdır. Təkrarlanan dozalardan sonra kumulyasiya1/2 müşahidə edilmədi. Kandesartan sileksetil hidroxlorotiazidlə birlikdə istifadə edildikdə, kandesartanın yarımparçalanma dövrü dəyişmir (təxminən 9 saat). Kombinə preparatın təkrarlanan dozalarından sonra kandesartan monoterapiya ilə müqayisədə daha çox kumulyativ təsir göstərmədi. Hidroxlorotiazid Hidroxlorotiazid metabolizə uğramır və tam qlomerulyar filtrasiya və aktiv borulu sekresiya ilə dəyişmədən xaric olur. Hidroxlorotiazidin yarımparçalanma dövrü (t ) təxminən 8 saatdır.1/2 Peroral dozanın təxminən 70%-i 48 saat ərzində sidiyə keçir. Kandesartanla istifadə edildikdə, hidroxlorotiazidin yarımparçalanma dövrü dəyişmir (təxminən 8 saat). Kombinə edilmiş preparatın təkrarlanan dozalarından sonra hidroxlorotiazid monoterapiya ilə müqayisədə daha çox kumulyativ təsir göstərmədi. Eliminasiyası Kandesartan sileksetil Kandesartan əsasən dəyişməz şəkildə sidik və öd ilə xaric olur, çox kiçik bir hissəsi qaraciyərdə maddələr mübadiləsindən sonra (CYP2C9 ilə) xaric olur. Kandesartanın ümumi plazma klirensi təxminən 0,37 ml/dəq/kq, böyrək klirensi isə 0,19 ml/dəq/kq-dır. Kandesartanın böyrəklərdən xaric edilməsi həm qlomerulyar filtrasiya, həm də aktiv borulu ifrazatladır. C etiketli kandesartan sileksetil peroral qəbul edildikdən sonra dozanın təxminən 26%-i kandesartan və 7%-i sidikdə passiv metabolitlər kimi, təxminən 56%-i kandesartan və 10%-i nəcisdə passiv metabolitlər kimi xaric olur. Xəstələrdə xarakterik xüsusiyyətlər Kandesartan sileksetil Yaşlılarda (65 yaşdan yuxarı) kandesartanın C və AUC dəyərləri cavanlarla müqayisədə 50-max 80% daha yüksək idi. Bununla birlikdə yaşlılar və gənclərdə kandesartanın istifadəsindən sonra qan təzyiqinə təsir və meydana gələn əlavə təsirlər bənzər oldu. Yüngül və orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə, təkrarlanan dozada kandesartanın C və AUC dəyərində müvafiq olaraq təxminən 50% və 70% artım müşahidə edildi, lakinmax normal böyrək funksiyası olanlarla müqayisədə t dəyərlərində dəyişiklik olmadı. Ağır böyrək1/2 çatışmazlığı olan xəstələrdə oxşar dəyişikliklər müvafiq olaraq, təxminən 50% və 110%-dir. Kandesartanın yarımparçalanma dövrü ağır böyrək çatışmazlığı olan xəstələrdə təxminən iki qata çatır. Hemodializdə olan xəstələrin farmakokinetikası ağır böyrək çatışmazlığı olanlar ilə oxşardır. Yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələri əhatə edən iki klinik tədqiqatda kandesartanın orta AUC dəyərində artım birində təxminən 20%, digərində isə 80%-dir. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə bu barədə təcrübə yoxdur. Qaraciyər çatışmazlığı yüngül və orta dərəcədə olan xəstələrdə kandesartan AUC dəyərində təxminən 23% artım oldu. Hidroxlorotiazid Böyrək çatışmazlığı olan xəstələrdə hidroxlorotiazidin terminal yarımparçalanma dövrü artdı. Klinikaya qədər təhlükəsizlik məlumatları Klinik uyğun dozalarda tətbiq edildikdə heç bir anormal sistem və ya hədəf orqan toksikliyi müşahidə edilmədi. Klinikaya qədər təhlükəsizlik tədqiqatlarında yüksək dozada kandesartanın siçanlar, siçovullar, itlər və meymunlarda böyrək və qırmızı qan hüceyrələrinin parametrlərinə təsir etdiyi müşahidə edildi. Kandesartan qırmızı qan hüceyrələrində azalmaya səbəb oldu (eritrosit, hemoqlobin, hematokrit). Kandesartan sileksetil ilə aparılan heyvan tədqiqatları böyrəkdə gec fetal və neonatal zədələnmənin olduğunu göstərir. Böyrəklərə təsiri (interstisial nefrit, tubulyar disfunksiya, bazofil borucuq, plazmadakı sidik cövhəri və kreatinin səviyyələrində artım) kandesartanın böyrək perfuziyasının pozulmasına gətirib çıxaran hipotenziv təsirindən sonra baş verə bilər. Hidroxlorotiazidin əlavə edilməsi kandesartanın nefrotoksikliyini artırır. Hamiləliyin gec dövründə fetotoksiklik müşahidə edildi. Siçovullarda, siçanlarda və ya dovşanlarda hidroxlorotiazidin fetusun inkişafı əlaqədar aparılan tədqiqatların nəticələrinə heç bir təsiri müşahidə edilmədi. Həm kandesartan, həm də hidroxlorotiazid yüksək konsentrasiyalarda/ dozalarda genotoksik aktivlik göstərir. İn vitro və in vivo genotoksiklik testlərindən alınan nəticələr kandesartanın və hidroxlorotiazidin klinik istifadə şəraitində hər hansı mutagen və ya klastogen aktivliyinin olmadığını göstərir. Kanserogenliyə dair heç bir dəlil yoxdur.
İstifadəsinə göstərişlər
Kandersartan sileksetil və hidroxlorotiazid ilə monoterapiyanın yetərsiz olduğu birincili hipertenziyada göstərişdir.
Əks göstərişlər
Onsart Plus preparatının tərkibindəki maddələrdən hər hansı birinə və ya sulfonamid törəmələrinə qarşı (hidroxlorotiazid sulfanamid törəməsidir) həssaslıq • Hamiləlik və laktasiya dövründə • Ağır böyrək çatışmazlığı (kreatinin klirensi <30 ml/dəq/1,73 m BSA) • Ağır qaraciyər çatışmazlığı və /və ya xolestaz • Davamlı hipokalemiya və hiperkalemiyalı xəstələr • Padaqra • Onsart Plus və aliskiren ehtiva edən dərmanların eyni vaxtda istifadəsi “diabetes mellitus” və ya böyrək çatışmazlığı olan xəstələrdə (GFR <60 ml/dəq/1,73 m ) əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək çatışmazlığı/ Böyrək transplantasiyası Bu xəstə qrupunda ilgək diuretikləri tiazidlərə dəyişdirilir. Böyrək çatışmazlığı olan xəstələrdə Onsart Plus istifadə edildikdə, kalium, kreatinin və sidik turşusu səviyyələrinin mütəmadi olaraq izlənməsi tövsiyə olunur. Son böyrək transplantasiyası edilmiş xəstələrdə Onsart Plus preparatının istifadəsi ilə bağlı təcrübə yoxdur. Böyrək arteriyasının stenozu Renin-angiotenzin-aldosteron sisteminə təsir göstərən digər dərmanlar, məsələn AÇF inhibitorları, ikitərəfli və ya birtərəfli böyrək arteriyasının stenozu olan xəstələrdə qanda sidik cövhərini və serum kreatinini artıra bilər. Eyni təsir angiotenzin II reseptor antaqonistləri ilə də müşahidə edilə bilər. Damardaxili maye itkisi Renin-angiotenzin-aldosteron sisteminə təsir göstərən digər dərman vasitələrində qeyd edildiyi kimi, ağır damardaxili maye və/və ya natrium itkisi olan xəstələrdə (son zamanlarda həddindən artıq qusan və ya ishal olan xəstələrdə) simptomatik hipotoniya meydana gələ bilər. Bu səbəbdən, bu vəziyyəti düzəltmədən Onsart Plus ilə müalicəyə başlamaq tövsiyə edilmir (bu xəstələrdə kandesartan sileksetilin tövsiyə olunan başlanğıc dozası 4 mq-dır). Anesteziya və cərrahiyyə Renin-angiotenzin sisteminin blokuna görə angiotenzin II antaqonistləri ilə müalicə olunan xəstələrdə əməliyyat və anesteziya zamanı hipotenziya meydana gələ bilər. Çox nadir hallarda, hipotenziya venadaxili mayelərin və /və ya vazopressor preparatların istifadəsini tələb edəcək dərəcədə ağır ola bilər. Qaraciyər çatışmazlığı Tiazidlər qaraciyər çatışmazlığı və ya irəliləyən qaraciyər xəstəliyi olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır, çünki su və elektrolit balansında kiçik dəyişikliklər qaraciyər komasına səbəb ola bilər. Qaraciyər çatışmazlığı olan xəstələrdə Onsart Plus preparatının istifadəsi ilə bağlı klinik təcrübə yoxdur. Aorta və mitral qapaq stenozu və ya obstruktiv hipertrofik kardiomiopatiya Digər vazodilatatorlarda olduğu kimi, hemodinamik aorta və ya mitral qapaq darlığı və ya obstruktiv hipertrofik kardiyomiopatiya olan xəstələrdə Onsart Plus çox ehtiyatla istifadə olunmalıdır. İlkin hiperaldosteronizm Birincili hiperaldosteronizmi olan xəstələr ümumiyyətlə renin-angiotenzin-aldosteron sistemi ilə təsir göstərən antihipertenziv dərmanlara reaksiya vermirlər. Bu səbəbdən bu xəstələrdə Onsart Plus preparatının istifadəsi tövsiyə edilmir. Elektrolit balansının pozulması Serum elektrolit səviyyələri vaxtaşırı müvafiq aralıqlarla yoxlanılmalıdır. Hidroxlorotiazid daxil olmaqla tiazidlər maye və ya elektrolit balansının pozulmasına (hiperkalsemiya, hipokalemiya, hiponatraemiya, hipomaqnezemiya və hipoxloremiyalı alkaloz) səbəb olur. Tiazid diuretiklər kalsiumun xaric olmasını azaldır və aralıqlı və az miqdarda yüksəlmiş serum kalsium konsentrasiyasına səbəb ola bilər. Görünən hiperkalsemiya gizli hiperparatireozun bir əlaməti ola bilər. Paratiroid funksiyasının testlərindən əvvəl tiazidlə müalicə dayandırılmalıdır. Hidroxlorotiazid, dozadan asılı olaraq sidikdəki kalium itkisini artırır və hipokalemiya meydana gəlir. Hidroxlorotiazidin bu təsiri kandesartan sileksetil ilə istifadə edildikdə daha az olur. Qaraciyər sirozu olan xəstələrdə, diurezli xəstələrdə, ağızdan qəbul edilən elektrolitin yetərsiz olduğu xəstələrdə və kortikosteroid və ya adrenokortikotropik hormon (ACTH) istifadə edən xəstələrdə hipokalemiya riski arta bilər. Onsart Plus qanda kalium səviyyəsi davamlı aşağı olan xəstələrdə istifadə edilməməlidir. Kandesartan sileksetil ilə müalicə xüsusilə ürək çatışmazlığı və/və ya böyrək çatışmazlığı olan xəstələrdə hiperkalemiyaya səbəb ola bilər. Onsart Plus preparatının kalium qoruyucu diuretiklər, kalium preparatları, kalium ehtiva edən süni duzlar və ya kalium səviyyəsini artıran digər preparatlarla (məsələn, heparin natrium, trimetoprim/sulfametoksazol kombinasiyası) eyni vaxtda istifadəsi serum kalium səviyyəsini artıra bilər. Lazım olduqda kalium səviyyələri izlənilməlidir. Tiazidlərin hipomaqnezemiya ilə nəticələnən maqnezium ifrazını artırdığı sübut edildi. Metabolik və endokrin təsirlər Tiazid qrupu diuretiklə müalicə qlükoza tolerantlığını azalda bilər. İnsulin də daxil olmaqla antidiabetik preparatların dozalarının tənzimlənməsinə ehtiyac ola bilər. Tiazid müalicəsində gizli şəkərli diabet özünü göstərə bilər. Xolesterol və triqliserid səviyyəsinin artması tiazid müalicəsi ilə əlaqələndirilir. Lakin Onsart Plus preparatının tərkibindəki 12,5 mq tiazid dozası ilə bu təsirlər çox az meydana gəlir. Tiazid diuretikləri serum sidik turşusu konsentrasiyasını artırır və həssas xəstələrdə podaqra xəstəliyinə səbəb ola bilər. İşığa həssaslıq Thiazid diuretiklərin istifadəsi zamanı işığa həssaslıq halları bildirildi. Fotohəssaslıq inkişaf edərsə, müalicəni dayandırmaq tövsiyə edilir. Müalicəni yenidən başlamaq lazımdırsa, mühitin günəş işığından və ya ultrabənövşəyi radiasiyadan qorunması tövsiyə olunur. Ümumi Böyrək funksiyası və damar tonusu renin-angiotenzin-aldosteron sisteminin (məsələn, ağır durğunluq ürək çatışmazlığı və ya böyrək arteriyasının stenozunu əhatə edən əsas böyrək xəstəlikləri) fəaliyyətinə bağlı olan xəstələrdə bu sistemə təsir göstərən digər preparatlarla müalicə zamanı (AIIRA tərkibli (Angiotenzin Tip II reseptor antaqonisti)) kəskin hipotenziya, azotemiya, oliquriya və ya nadir hallarda kəskin böyrək çatışmazlığı kimi təsirlər meydana gəlir. Hər hansı bir antihipertenziv agentdə olduğu kimi, işemik ürək xəstəliyi və ya aterosklerotik serebrovaskulyar xəstəliyi olanlarda qan təzyiqinin həddindən artıq azalması miokard infarktı və ya insultla nəticələnə bilər. Əvvəllər insult keçirmiş xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Hidroxlorotiazidə qarşı yüksək həssaslıq reaksiyalarının, əvvəllər allergiya və ya bronxial astması olan pasiyentlərdə meydana gəlmə ehtimalı çox olsa da, bu əlavə təsir allergiya və ya bronxial astma olan və ya olmayan xəstələrdə də görülür. Sistem lupus eritematoz tiazid qrupu diuretiklər tərəfindən aktivləşdirilə və ya kəskinləşə bilər. Onsart Plus preparatının antihipertenziv təsiri digər antihipertenzivlər tərəfindən artırıla bilər. Onsart Plus preparatının tərkibində laktoza var. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktoza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası ilə əlaqəli nadir irsi problemləri olan xəstələr bu dərman vasitəsini qəbul etməməlidir. Hamiləlik Angiotenzin Tip II reseptor antaqonistləri (AIIRA) ilə müalicə hamiləlik dövründə tətbiq edilməməlidir. Davamlı AIIRA terapiyası tələb olunmadığı təqdirdə, hamiləliyi planlaşdıran xəstələr hamiləlikdə təhlükəsizliyi sübut edilmiş digər antihipertenziv müalicələrdən istifadə etməlidir. Hamiləlik aşkar edildikdə, AIIRA ilə müalicə dərhal dayandırılmalı və uyğun olduqda alternativ müalicəyə başlanmalıdır. Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası AÇF inhibitorları, angiotenzin II reseptor blokatorları və ya aliskirenin birlikdə istifadəsi zamanı hipotenziya, sinkop, hiperkalemiya və böyrəklərin funksiyasının azalma (kəskin böyrək çatışmazlığı daxil olmaqla) riski arta bilər (buna dair dəlillər mövcuddur). AÇF inhibitorlarının, angiotenzin II reseptor blokatorlarının və ya aliskirenin birlikdə istifadəsi tövsiyə edilmir, çünki RAAS-ın ikili blokadasına gətirib çıxarır. İkili blokada müalicəsi mütləq lazımdırsa, yalnız mütəxəssis nəzarəti altında aparılmalı və böyrək funksiyası, elektrolitlər və qan təzyiqi yaxından, tez-tez izlənilməlidir. Diabetik nefropatiyası olan xəstələr AÇF inhibitorları və angiotenzin II reseptor blokatorlarını birlikdə istifadə etməməlidir. Ürək çatışmazlığında bir AÇF inhibitoru ilə eyni vaxtda müalicə Onsart Plus bir AÇF inhibitoru ilə birlikdə istifadə edildikdə, əlavə təsir riski, xüsusilə hipotenziya, hiperkalemiya və böyrək funksiyasının azalması riski (kəskin böyrək çatışmazlığı daxil olmaqla) arta bilər. AÇF inhibitoru, mineralokortikoid reseptor antaqonisti və kandesartandan ibarət üçlü kombinasiyanın istifadəsi tövsiyə edilmir. Bu kombinasiyalar mütəxəssis nəzarəti altında istifadə olunmalı, böyrəklərin funksiyası, elektrolitlər və qan təzyiqi yaxından izlənilməlidir. Diabetik nefropatiyalı xəstələrdə AÇF inhibitorları və angiotenzin II reseptor blokatorları eyni vaxtda istifadə edilməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kandesartan sileksetil ilə klinik farmakokinetik tədqiqatların aparıldığı maddələr və preparatlar hidroxlorotiazid, varfarin, diqoksin, oral kontraseptivlər (məsələn, etinilestradiol/levonorgestrel), qlibenklamid və nifedipindir. Bu tədqiqatlarda klinik cəhətdən əhəmiyyətli farmako-kinetik qarşılıqlı təsir aşkar edilmədi. Kalium itkisinə və hipokalemiyaya səbəb olan digər preparatların (məsələn, digər kalium azaldan diuretiklər, laksativlər, amfoterisin, karbenoksolon, penisilin G natrium, salisil turşusu törəmələri, steroidlər, ACTH) hidroxlorotiazidin kalium azaldıcı təsirini artıracağı gözlənilir. Onsart Plus preparatının kalium tutucu diuretiklər, kalium preparatları, kalium tərkibli süni duzlar və ya kalium səviyyəsini artıran preparatlarla (məsələn; heparin natrium və trimetoprim/sulfametoksazol kombinasiyası) eyni vaxtda istifadəsi serum kalium səviyyəsini artıra bilər. Kalium səviyyələri mütəmadi olaraq izlənilməlidir. Diuretiklərin yaratdığı hipokalemiya və hipomaqnezemiya, rəqəmsal qlikozidlərin və antiaritmiklərin kardiotoksik təsirlərinin yaranmasına şərait yaradır. Onsart Plus bu cür preparatlarla qəbul edildikdə serum kalium səviyyəsinin mütəmadi olaraq izlənməsi tövsiyə edilir: Sinif I a antiaritmiklər (məsələn, xinidin, hidroxinidin, disopiramid) Sinif III antiaritmiklər (məsələn, amiodaron, sotalol, dofetilid, ibutilid) Bəzi antipsixotiklər (məsələn, tioridazin, xlorpromazin, levomepromazin, trifluoperazin, simemazin, sulpirid, sultoprid, amisulprid, tiapirid, pimozid, haloperidol, droperiodol) Digər (məsələn, bepridil, sizapirid, difemanil, eritromisin IV, halofantrin, ketanserin, mizolastin, pentamidin, sparfloksasin, terfenadin, vinkamin IV) preparatlar Litiumun AÇF inhibitorları və ya hidroxlorotiazid ilə eyni vaxtda istifadəsi zamanı serumda litium konsentrasiyalarında və toksiklikdə geridönən artımlar bildirildi. Bənzər bir təsiri angiotenzin II reseptor antaqonistləri (AIIRA) ilə də görmək olar. Kandesartan və hidroxlorotiazidin litiumla birlikdə istifadəsi tövsiyə edilmir. Birlikdə istifadə etmək zəruridirsə, serum litium səviyyələrinin diqqətlə izlənməsi tövsiyə olunur. Angiotenzin II reseptor antaqonistlərinin QSİƏP ilə (qeyri-steroid iltihabəleyhinə preparatlar) (məsələn, selektiv SOG-2 inhibitorları, asetilsalisil turşusu (> 3 q/gün) və qeyri-selektiv QSİƏP) eyni vaxtda istifadəsi antihipertenziv təsirin azalmasına səbəb ola bilər, bu səbəbdən ehtiyatla istifadə olunmalıdır. AÇF inhibitorlarında olduğu kimi, angiotenzin II reseptor antaqonistləri və QSİƏP-lərin eyni vaxtda istifadəsi, mümkün kəskin böyrək çatışmazlığı da daxil olmaqla, böyrək funksiyasının pisləşmə və serum kalium səviyyəsinin yüksəlmə riskini artıra bilər (xüsusən əvvəldən bilinən zəif böyrək funksiyası olan xəstələrdə). Xüsusilə yaşlı xəstələrdə kombinə terapiyanın tətbiqinə diqqət yetirilməlidir. Xəstələr kifayət qədər su qəbul etməlidir və kombinə müalicəyə başladıqdan sonra və periodik olaraq böyrək funksiyasının izlənməsinə diqqət edilməlidir. Hidroxlorotiazidin diuretik, natriuretik və antihipertenziv təsiri QSİƏP ilə azalır. Hidroxlorotiazidin absorbsiyası kolestipol və ya xolestiraminlə azalır. Depolarizasiyaya səbəb olmayan əzələ boşaldıcı preparatların (məsələn, tubokurarin) təsiri hidroxlorotiazidlə arta bilər. Tiazid diuretikləri, kalsiumun xaric olmasını azaldaraq serum kalsium səviyyəsinin artmasına səbəb ola bilər. Kalsium preparatları və ya D vitamini ilə birlikdə istifadə edilməlidirsə, serum kalsium səviyyələri izlənilməli və alınan nəticələrə görə dozada düzəliş edilməlidir. Onsart Plus qanda kalsium səviyyəsi davamlı yüksək olan xəstələrdə istifadə edilməməlidir. Beta-blokatorların və diazoksidin hiperqlikemik təsiri tiazidlərlə arta bilər. Antixolinergik maddələr (məsələn, atropin, biperiden) mədə-bağırsaq hərəkətliliyini və mədənin boşalma sürətini azaldaraq tiazid diuretiklərinin biomənimsənilməsini artıra bilər. Tiazidlər amantadinin səbəb olduğu əlavə təsir riskini artıra bilər. Tiazidlər sitotoksik dərmanların (məsələn, siklofosfamid, metotreksat) böyrəkdən xaric olmasını azalda və onların mielosupressiv təsirini artıra bilər. Alkoqol, barbituratlar və ya anesteziklərlə eyni vaxtda istifadə postural hipotenziyanı şiddətləndirə bilər. Alkoqol istifadə edirsinizsə, Onsart Plus istifadə etməzdən əvvəl həkiminizlə danışın. Onsart Plus qəbul edərkən spirtli içki qəbul edən bəzi insanlar huşun itməsi və ya başgicəllənmə ilə qarşılaşa bilər. Tiazid qrupu diuretiklərlə müalicə qlükoza tolerantlığını azalda bilər. Bu səbəbdən insulin də daxil olmaqla, antidiabetik preparatların dozasının tənzimlənməsinə ehtiyac ola bilər. Hidroxlorotiazidlə əlaqəli funksional böyrək çatışmazlığının səbəb olduğu laktik asidoz riskinə görə metformin ehtiyatla istifadə olunmalıdır. Hidroxlorotiazid pressor aminlərə (məsələn, adrenalin) arterial reaksiyanı azalda bilər, lakin bu azalma pressor təsirini istisna etmək üçün kifayət deyil. Hidroxlorotiazid, xüsusilə yüksək dozada yodlu kontrast maddələrlə kəskin böyrək çatışmazlığı riskini artıra bilər. Siklosporinlə eyni vaxtda müalicə hiperurikemiyanı və podaqra tip ağırlaşmaları artıra bilər. Balkofen, amifostin, trisiklik antidepressantlar və ya neyroleptiklərlə birlikdə müalicə antihipertenziv təsiri artıra və hipertenziyaya səbəb ola bilər. Aliskiren ilə istifadə Klinik tədqiqatlardan əldə edilən məlumatlar göstərir ki, renin-angiotenzin-aldosteron sisteminin (RAAS), AÇF inhibitorlarının, angiotenzin II reseptor blokatorlarının və ya aliskirenin kombinə istifadəsi ilə əlaqəli ikili blokadasının tək RAAS-təsirli maddənin istifadəsi ilə nisbətdə, daha çox hipotenziya, hiperkalemiya və azalmış böyrək funksiyası (kəskin böyrək çatışmazlığı) kimi əlavə təsirlərlə əlaqəli olduğunu göstərdi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ümumi tövsiyələr Hamiləlik kateqoriyası: D Uşaq doğurma potensialı olan qadınlar /Kontrasepsiya Hamilə qalmağı planlaşdıran və ya hamilə olduğuna şübhə olan xəstələr qısa müddətdə Onsart Plus preparatının istifadəsini dayandırmalıdır. Hamiləlik Hamiləlik dövründə Onsart Plus preparatının istifadəsi əks göstərişdir. Onsart Plus istifadə edən xəstələrə əvvəlcədən hamilə qalma ehtimalı xatırladılmalıdır ki, həkimləri ilə uyğun seçim edə bilsinlər. Hamiləlik aşkar edildikdə, Onsart Plus ilə müalicə dərhal dayandırılmalı və uyğun hallarda alternativ müalicəyə başlanmalıdır. Doğrudan renin-angiotenzin sisteminə təsir göstərən dərman vasitələri hamiləlik zamanı istifadə edildikdə fetal və neonotal zədələnməyə və hətta ölümə səbəb ola bilər. Angiotenzin II reseptor antaqonisti ilə müalicənin insan fetotoksikliyinə (böyrək funksiyasının azalması, oliqo- hidramnioz, kəllə ossifikasiyasının gecikməsi) və neonotal toksikliyə (böyrək çatışmazlığı, hipotenziya, hiperkalemiya) səbəb olduğu bilinir. Hamiləlik dövründə, xüsusən ilk üç aylıq dövrdə hidroxlorotiazidin istifadəsi barədə təcrübə məhduddur. Heyvanlarda aparılmış tədqiqatlar kifayət deyil. Hidroxlorotiazid plasentanı keçir. Hidroxlorotiazidin farmakoloji təsir mexanizminə əsasən hamiləlik dövründə istifadəsi fetoplasental perfuziyanı poza bilər və sarılıq, elektrolit balansının pozulması və trombosi- topeniya kimi fetal və ya neonatal təsirlərə səbəb ola bilər. Laktasiya Kandesartanın ana südü ilə xaric olub-olmadığı məlum deyil. Kandesartanın süd verən siçovullarda südə keçməsi müşahidə edildi. Hidroxlorotiazid ana südünə keçir. Ana südü ilə qidalanan körpələrdə əlavə təsir potensialına görə Onsart Plus laktasiya dövründə istifadə edilməməlidir. Reproduktivlik/ Fertillik Məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Onsart Plus preparatının nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmlərə təsiri ilə bağlı heç bir tədqiqat yoxdur. Onsart Plus ilə müalicə zamanı bəzən başgicəllənmə və ya yorğunluğun ola biləcəyini unutmamalıyıq. Buna görə nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri istifadə edərkən diqqətli olun.
İstifadə qaydası və dozası
Onsart Plus dərman vasitəsinin tövsiyə olunan dozası gündə bir dəfə bir tabletdir. Kandesartan sileksetil və hidroxlorotiazidin dozasının titrlənməsi tövsiyə olunur. Klinik cəhətdən uyğun olduqda, monoterapiyadan Onsart Plus preparatına birbaşa keçid nəzərdən keçirilə bilər. Hidroxlorotiazid monoterapiyasından kandesartan sileksetinə keçərkən dozanın titrlənməsi tövsiyə olunur. Kandesartan sileksetil və ya hidroxlorotiazid monoterapiyası ilə və ya aşağı dozalarda Onsart Plus ilə qan təzyiqi optimal olaraq nəzarət altına alına bilməyən xəstələrə Onsart Plus verilə bilər. Antihipertenziv təsirin çox hissəsi müalicəyə başladıqdan sonra 4 həftə ərzində əldə edilir. İstifadə qaydası Peroral (ağızdan) istifadə edilir. Kandesartanın biomənimsənilməsi qida qəbulu ilə dəyişmir. Hidroxlorotiazid və qida arasında klinik cəhətdən əhəmiyyətli bir qarşılıqlı əlaqə yoxdur. Xüsusi əhali qrupu haqqında əlavə məlumat Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrdə ilgək diuretiklərindən tiazidlərə keçilir. Kreatinin klirensi ≥30 ml/dəq/1,73 m BSA olan xəstələrdə kandesartan sileksetilin dozası Onsart Plus ilə müalicəyə başlamazdan əvvəl titrlənməlidir (yüngül və orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə kandesartan sileksetilin tövsiyə olunan başlanğıc dozu 4 mq-dır). Onsart Plus ciddi böyrək çatışmazlığı olan xəstələrdə əks göstərişdir (kreatinin klirensi <30 ml/dəq/1,73 m BSA). Qaraciyər çatışmazlığı Yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə Onsart Plus ilə müalicəyə başlamazdan əvvəl kandesartan sileksetilin dozasının titrlənməsi tövsiyə olunur (bu xəstələrdə kandesartan sileksetilin tövsiyə olunan başlanğıc dozası 4 mq-dır). Onsart Plus ağır qaraciyər çatışmazlığı və/və ya xolestaz xəstələrində əks göstərişdir. Pediatrik populyasiya Onsart Plus preparatının 0-18 yaş arası uşaqlarda etibarlılığı və təsiri müəyyənləşdirilməyib. Məlumat yoxdur. Yaşlılar Yaşlı xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur. Damardaxili maye azalması olan xəstələr Kandesartan sileksetil dozasının hipotenziya riski olan xəstələrdə, məsələn damardaxili mayenin tükənməsi olan xəstələrdə titrlənməsi tövsiyə olunur (Kandesartan sileksetilin tövsiyə edilən başlanğıc dozası 4 mq-dır.
Əlavə təsirləri
Nəzarətli klinik tədqiqatlarda əlavə təsirlərin xəfif və keçici olduğu müşahidə edildi. Kandesartan sileksetilin əlavə təsirləri ilə bağlı müalicənin kəsilmə göstəricisi (3,3%) plasebo ilə (2,7%) oxşardır. Kandesartan sileksetil/hidroxlorotiazidlə aparılan klinik tədqiqatlarda, əlavə təsirlər əvvəllər kandesartan sileksetil və /və ya hidroxlorotiazid haqqında bildirilən əlavə təsirlərlə məhdudlaşdı. Aşağıda kandesartan sileksetil ilə aparılan klinik tədqiqatlarda və postmarketinq təcrübədə müşahidə edilən əlavə təsirlər verilib. Hipertenziv xəstələri əhatə edən klinik tədqiqatların birləşdirilmiş məlumat analizlərində, kandesartan sileksetil ilə bağlı əlavə təsirlərin başvermə tezliyi ən az 1% daha yüksək idi. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). İnfeskiyalar və invaziyalar Tez-tez: tənəffüs yolu infeskiyaları. Qan və limfa sistemində baş verən pozğunluqlar Çox nadir: leykopeniya, neytropeniya, aqranulositoz. Metobolizm və alimentar pozğunluqlar Çox nadir: hiperkalemiya, hiponatremiya. Sinir sistemində baş verən pozğunluqlar Tez-tez: başgicəllənmə, başağrısı. Respirator, döş qəfəsi və divararalığı orqanlarda baş verən pozğunluqlar Çox nadir: öskürək. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Çox nadir: ürəkbulanma. Hepatobiliar pozğunluqlar Çox nadir: qaraciyər enzimlərinin artması, qaraciyərin funksiyasının pozulması və ya hepatit. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar Çox nadir: angiödem, səpki, övrə, qaşınma. Skelet-əzələ sistemində baş verən pozğunlular Çox nadir: kürəkdə ağrı, artralgiya, mialgiya. Böyrək və sidik yollarında baş verən pozğunluqlar Çox nadir: həssas (meyilli) xəstələrdə böyrək çatışmazlığı da daxil olmaqla böyrəklərin funksional anomaliyaları. Aşağıda verilən əlavə təsirlər hidroxlorotiazid ilə monoterapiyada adətən 25 mq və daha yükdək dozalarda müşahidə edilib. Qan və limfa sistemində baş verən pozğunluqlar Çox nadir: leykopeniya, neytropeniya/ aqranulositoz, trombositopeniya, aplastik anemiya, sümük iliyi depressiyası, hemolitik anemiya. İmmun sistemdə baş verən pozğunluqlar Nadir: anafilaktik reaksiyalar. Metobolizm və alimentar pozğunluqlar Tez-tez: hiperqlikemiya, hiperurikemiya, elektrolit balansının pozulması (hiponatremiya və hipokalemiya). Psixiatrik pozğunluqlar Nadir: yuxunun pozulması, depressiya, hüzursuzluq. Sinir sistemində baş verən pozğunluqlar Tez-tez: başgicəllənmə. Nadir: paresteziya. Görmə orqanında baş verən pozğunluqlar Nadir: keçici bulanıq görmə. Məlum deyil: kəskin miopiya, kəskin bağlıbucaqlı qlaukoma. Kardioloji pozğunluqlar Nadir: aritmiyalar. Vaskulyar pozğunluqlar Bəzən: postural hipotenziya. Nadir: vaskulit, dəri vaskuliti. Respirator, döş qəfəsi və divararalığı orqanlarda baş verən pozğunluqlar Nadir: tənəffüs sistemin xəstəlikləri ( pnevmoniya, ağciyər ödemi daxil) Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Bəzən: anoreksiya, iştahın itməsi, diareya, qəbizlik, mədənın qıcıqlanması. Nadir: pankreatit. Hepatobiliar pozğunluqlar Nadir: sarılıq (intrahepatik xolestatik sarılıq). Dəri və dərialtı toxumada baş verən pozğunluqlar Bəzən: səpki, övrə, fotohəssaslıq reaksiyaları. Nadir: toksiki epidermal nekroliz, dəridə lupus eritamatozus bənzəri reaksiyalar, dəri lupus eritamatozus-un yenidən aktivləşməsi. Skelet-əzələ sistemində baş verən pozğunlular Nadir: əzələ spazmı. Böyrək və sidik yollarında baş verən pozğunluqlar Tez-tez: qlükozuriya. Nadir: böyrəklərin funksional pozğunluğu və interstisial nefrit. Ümumi və tətbiq sahəsində pozğunluqlar Tez-tez: halsızlıq. Nadir: temperatur. Tədqiqatlar Tez-tez: xolesterol və triqliseridlərin artması. Nadir: qan sidik azotu və serum kreatinində artım.
Doza həddinin aşılması
Farmakoloji xüsusiyyətləri nəzərə alınmaqla, kandesartan sileksetil ilə doza həddini aşmanın əsas əlamətləri hipotenziya və başgicəllənmə ola bilər. Doza həddi aşıldıqda (672 mq-a qədər kandesartan sileksetil) fərdi vəziyyətdə xəstənin vəziyyəti problemsiz yaxşılaşdı. Hidroxlorotiazid ilə doza həddini aşmağın əsas əlamətləri kəskin maye və elektrolit itkisidir. Başgicəllənmə, aşağı qan təzyiqi, susuzluq, taxikardiya, mədəcik aritmiyası, sedasiya/şüur pozğunluğu və əzələ spazmları kimi simptomlar da baş verə bilər. Onsart Plus ilə doza həddi aşılan zaman müalicə barədə xüsusi bir məlumat yoxdur. Bununla birlikdə, aşağıdakı təcrübələr və tədbirlər tövsiyə olunur. Lazım gələrsə, xəstə qusdurulmalı və ya mədənin yuyulması düşünülməlidir. Simptomatik hipotenziya inkişaf etdikdə simptomatik müalicə tətbiq olunmalı və xəstənin həyati əlamətləri müşahidə edilməlidir. Xəstə ayaqları yuxarı şəkildə yatızdırılmalıdır. Bu kifayət deyilsə, infuziya yolu ilə fizioloji məhlul kimi bir məhul tətbiq edilərək plazma həcmi artırılmalıdır. Serum elektrolit və turşu tarazlığı yoxlanılmalı və lazım olduqda düzəldilməlidir. Bu tədbirlərin qeyri-kafi olduğu hallarda simpatomimetik preparatlar tətbiq edilə bilər. Kandesartan hemodializlə xaric edilə bilməz. Hidroxlorotiazidin hemodializlə nə dərəcədə xaric ediləcəyi məlum deyil.
Buraxılış forması
14 tablet, PVC/PE/PVDC-alüminium folqalı blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Abdi İbrahim İlaç San. ve Tic. A.Ş, Türkiyə, Turkey. Orhan Gazi Mahallesi, Tunç Cad. No:3 Esenyurt / İstanbul / Türkiyə. Qeydiyyat vəsoqəsinin sahibi Abdi İbrahim İlaç San. ve Tic. A.Ş. Reşitpaşa Mahallesi, Eski Büyükdere Caddesi No:4 34467 Maslak/Sarıyer/İstanbul/Türkiye. Tel.: +90 212 366 84 00. Faks: +90 212 276 20 20.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.