Oksolin 0,25 % 10 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirHiss orqanlarına təsir edən vasitələr. Virusəleyhinə vasitələr
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,75 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

OKSOLİN MƏLHƏMİ yerli istifadə üçün məlhəm

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 2,5 mq oksolin vardır. Köməkçi maddələr:mineral yağ, ağ yumşaq parafin.

Təsviri

Ağ rəngdən sarı rəngə qədər məlhəmdir. Saxlanma müddəti ərzində çəhrayı çaların yaranması yolveriləndir.

Farmakoterapevtik qrupu

Hiss orqanlarına təsir edən vasitələr. Virusəleyhinə vasitələr. ATC kodu: S01AD.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparat yerli istifadə zamanı qrip viruslarına və adenoviruslara virusid təsir göstərir. Farmakokinetikası Qrip virusunun (əsasən A2 tipli) hüceyrə membranının səthi ilə birləşmə sahəsini blokada edir, virusun hüceyrəyə nüfuz etməsinin qarşısını alır.

İstifadəsinə göstərişlər

– Epidemiya zamanı qripin fərdi profilaktikası; – virus rinitlərinin, rinokonyunktivitlərinin müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məlhəm. Gözün selikli qişasına istifadə üçün nəzərdə tutulmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Burun boşluğunun selikli qişasının mümkün quruluğu nəticəsində, preparatı intra-nazal istifadə üçün adrenomimetik vasitələrlə eyni vaxtda istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatı, yalnız o zaman ehtiyatla istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Pediatriyada istifadəsi Oksolin məlhəminin uşaqlarda istifadəsinin təhlükəsizliyini və effektivliyini öyrənən tədqiqatlar aparılmamışdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Oksolin məlhəminin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Virus rinitlərinin müalicəsi və qripin profilaktikası məqsədilə preparat intranazal istifadə edilir. Virus rinitinin müalicəsi üçün preparat 3-4 gün ərzində sutkada 2-3 dəfə burunun selikli qişasına sürtülür. Epidemiya zamanı qripin fərdi profilaktikası məqsədilə preparatı hər gün səhər və axşam burunun selikli qişasına sürtmək məsləhət görülür, eləcə də, qripli xəstə-lərlə mümkün kontaktdan bilavasitə əvvəl sutka ərzində istifadə edilməlidir.

Əlavə təsirləri

Məlhəmdən istifadə zamanı bəzi hallarda, preparatın istifadə edildiyi nahiyədə qısamüddətli yanma hissi, rinoreya müşahidə edilmişdir.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları məlum deyil.

Buraxılış forması

10 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

2-8ºС temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Ternofarm” MMC. Ünvan Ukrayna, 46010, Ternopol ş., Fabriçnaya k., 4. Tel.:/Faks: (0352) 521-444. http://www.ternopharm.com.ua

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Oksolin 0,25 % 10 q məlhəm” üçün ilk rəyi siz yazın.