Odeston 200 mq N50 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Ödqovucu yolların xəstəliklərində istifadə olunan preparatlar |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
18,40 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ODESTON 200 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Hymecromon
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq himekromon vardır. Köməkçi maddələr: kartof nişastası, jelatin, natrium laurilsulfat, maqnezium stearat.
Təsviri
Girdə, iki tərəfi yastı, bir tərəfində “Ch” hərfləri oyulmuş, ağ və ya sarımtıl-ağ rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Ödqovucu yolların xəstəliklərində istifadə olunan preparatlar. ATC kodu: A05AX02.
Farmakoloji xüsusiyyətləri
Himekromon kumarin törəməsidir. Ödqovucu yolların və Oddi sfinkterinin saya əzələlərinə spazmolitik təsir göstərir, ödün əmələ gəlməsini artırır və onun öd yolları ilə xaric olmasını stimullaşdırır. Bu təsir öd durğunluğunu və onunla əlaqədar olan simptomları azaldır, həmçinin xolesterin çöküntülərinin və öd daşlarının əmələ gəlməsinin qarşısını alır.
İstifadəsinə göstərişlər
Dispepsik pozğunluqlarla əlaqədar ağrının simptomatik müalicəsi.
Əks göstərişlər
– Himekromona və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq – ödqovucu yolların keçməzliyi – ağır qaraciyər və/və ya böyrək çatışmazlığı – qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Odeston dərman preparatının istifadəsindən əvvəl həkim, əczaçı və ya tibb bacısı ilə məsləhətləşmək lazımdır. Qaraciyər və və/ya böyrək çatışmazlığının əlamətləri yaranarsa, dərman preparatının qəbulunu dayandırmaq lazımdır. Hətta göstərilən hallar keçmişdə baş veribsə, bu barədə həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pasiyentin hazırda və ya son zamanlar qəbul etdiyi və ya qəbulunu planlaşdırdığı bütün preparatlar haqqında həkimə məlumat vermək lazımdır. Morfin himekromonun təsirini zəiflədir. Himekromonun metoklopramidlə birgə istifadəsi zamanı hər iki preparatın təsiri azalır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərman preparatının istifadəsindən əvvəl həkimə müraciət etmək lazımdır. Hamiləlik dövründə preparatın istifadəsinin təhlükəsizliyi barədə məlumat yoxdur. Himekromonun hamilə qadınlara təyini yalnız dərman preparatının qəbulunun ana üçün olan faydası döl üçün olan potensial riskdən üstün olduğu halda mümkündür. Preparatın istifadəsindən əvvəl həkimə müraciət etmək lazımdır. Ana südü ilə qidalandırma dövründə preparatın istifadəsinin təhlükəsizliyi barədə məlumat yoxdur. Ana südü ilə qidalandırma dövründə dərman preparatını istifadə etmək olmaz. Qaraciyər və (və ya) böyrək funksiyasının pozğunluqları olan pasiyentlərdə istifadəsi Qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələrdə dərman vasitəsini istifadə etmək olmaz. Öd yollarının obstruksiyası zamanı istifadə etmək olmaz. Yaşlı pasiyentlərdə istifadəsi Yaşlı pasiyentlərdə preparatın dozasını dəyişməyə ehtiyac yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman preparatı psixofiziki əmək qabiliyyətini pisləşdirmir, nəqliyyat vasitələrinin və digər hərəkət edən mexanizmlərin idarəolunma qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Dərman vasitəsini həmişə həkim tövsiyələrinə müvafiq olaraq qəbul etmək lazımdır. Sual və şübhə olduqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Şübhə olduqda yenidən həkimə müraciət etmək lazımdır. Böyüklər üçün tövsiyə olunan doza: iki həftə ərzində gündə 1 dəfə yemək qəbulundan yarım saat əvvəl 200 mq-400 mq (1-2 tablet) daxilə qəbul edilir. Tabletləri yarıya bölmək tövsiyə edilmir. Odeston preparatının təsirinin çox güclü və ya zəif olmasına şübhə yarandıqda həkimə müraciət etmək lazımdır. Qida və içkilərlə birlikdə istifadəsi Dərman preparatını yeməkdən yarım saat əvvəl qəbul etmək lazımdır. Odeston preparatının qəbulu unudulduqda Unudulan dozanı qəbul etmək lazımdır. Yaddan çıxmış dozanın əvəzinə ikiqat doza qəbul etmək olmaz.
Əlavə təsirləri
Hər bir dərman preparatı kimi, Odeston da əlavə təsirlər yarada bilər, lakin bu təsirlər hamıda yaranmır. Ümumiyyətlə Odeston yaxşı qəbul olunur. İshal, qarında narahatlıq hissi, yüksək həssaslıq reaksiyaları yarana bilər. Hər hansı əlavə təsirin ağırlaşdığı halda və ya içlik vərəqədə göstərilməyən əlavə təsir yarandıqda həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması barədə məlumat yoxdur. Dərman preparatını tövsiyə olunan dozadan artıq istifadə etdikdə təcili olaraq həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Buraxılış forması
10 tablet, PVX/Al blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatlarını çirkab sularına və ya tullantılar üçün konteynerlərə atmaq olmaz. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Adamed Pharma S.A. Polşa Marş Pilsudski küç., 5 95-200, Pabyanise, Polşa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.