Nux vomica-Homaccord 30 ml damcı

Dərman formasıDamcı
Farmakoloji təsirHomeopatik dərman vasitəsi. Digər həzm traktı və metabolizm məhsulları
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,00 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NUKS VOMİKA–HOMAKKORD oral damcı

Tərkibi

Təsiredici maddələr: 100 q məhlulun tərkibində vardır: Strychnos nux-vomica D2 0,2 q, Strychnos nux-vomica D10 0,2 q, Strychnos nux-vomica D15 0,2 q, Strychnos nux-vomica D30 0,2 q, Strychnos nux-vomica D200 0,2 q, Strychnos nux-vomica D1000 0,2 q, Bryonia D2 0,2 q, Bryonia D6 0,2 q, Bryonia D10 0,2 q, Bryonia D15 0,2 q, Bryonia D30 0,2 q, Bryonia D200 0,2 q, Bryonia D1000 0,2 q, Lycopodium clavatum D3 0,3 q, Lycopodium clavatum D10 0,3 q, Lycopodium clavatum D30 0,3 q, Lycopodium clavatum D200 0,3 q, Lycopodium clavatum D1000 0,3 q, Citrullus colocynthis D3 0,3 q, Citrullus colocynthis D10 0,3 q, Citrullus colocynthis D30 0,3 q, Citrullus colocynthis D200 0,3 q. Köməkçi maddələr: təmizlənmiş su, etanol.

Təsviri

Şəffaf, rəngsiz, etanol qoxulu mayedir.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. Digər həzm traktı və metabolizm məhsulları. ATC kodu: A16A.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Tək təsiredici maddələrin klinik təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində adətən potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Mədə-bağırsaq traktı və qaraciyərin funksional pozulmaları; meteorizm; alkoqol, qəhvə və nikotin istifadəsindən sonra pozulmalar.

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər simptomlar yüngülləşməzsə və ya kəskinləşərsə, o zaman həkiminizlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin. Tərkibində 35 həcm %-lik spirt vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.

İstifadə qaydası və dozası

Standart doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: 10 damcı gündə 3 dəfə. Uşaqlar üçün 2-5 yaş.: 5 damcı gündə 3 dəfə. 6-11 yaş.: 7 damcı gündə 3 dəfə. Kəskin və ya başlanğıc doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: 10 damcı hər 30 dəq. yaxud 1 saatdan bir – gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Uşaqlar üçün 2-5 yaş.: 5 damcı hər 30 dəq. yaxud 1 saatdan bir – gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 6-11 yaş.: 7 damcı hər 30 dəq. yaxud 1 saatdan bir – gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Qəbul qaydası Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir. Uşaqlar üçün damcıları az miqdar suya əlavə etmək olar. Bu preparatın uzun müddətli təyinatı (bir neçə ay) həkim nəzarəti altında olmalıdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu homeopatik preparat da əlavə təsirlərə səbəb ola bilər, lakin bu hamıda müşahidə olunmur. Ayrı-ayrı hallarda keçici dəri reaksiyaları (məs., səpki, qaşıntı) bildirilmişdir.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.

Buraxılış forması

30 ml və ya 100 ml məhlul, şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Nux vomica-Homaccord 30 ml damcı” üçün ilk rəyi siz yazın.