Nurofen forte 400 mq N12 tablet
| Təsiredici maddə | IBUPROFEN |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) |
| İstehsal ölkəsi | Birləşmiş Krallıq |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,27 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NUROFEN FORTE örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ibuprofen
Tərkibi
Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 400 mq ibuprofen vardır. Köməkçi maddələr: natrium кroskarmelloza, natrium laurilsulfat, natrium sitrat, stearin turşusu, susuz kolloidal silisium dioksid. Örtüyün tərkibi: natrium karmelloza, talk, akasiya kitrəsi, saxaroza, titan dioksid , makroqol 6000, qırmızı mürəkkəb [Оpakod S-1-15094] (şellak 41,49 %, qırmızı dəmir oksidi boya maddəsi (Е172) 31 %, butanol* 14 %, izopropanol* 7 %, propilenqlikol 5,5 %, 1 %-li ammonyak məhlulu, simetikon 0,01 %). *Möhürlənmə prosesindən sonra buxarlanan həlledicilər.
Təsviri
Hər iki tərəfi qabarıq, dairəvi, bir tərəfində qırmızı rəngdə Nurofen 400 yazısı olan ağ rəngdə şəkər örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). ATC kodu: М01АЕ01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası İbuprofenin, qeyri-steroid iltihabəleyhinə preparatdır (QSİƏP), propion turşusunun törəməsidir, təsir mexanizmi prostaqlandinlərin – ağrı, iltihab və hipertermik reaksiyalarının mediatorlarının sintezini inhibə etməsi ilə bağlıdır. Siklooksigenaza 1 (SOG-1) və siklooksigenaza 2-ni (SOG-2) qeyri-seçici olaraq blokadaya alır ki, bunun da nəticəsində prostaqlandinlərin sintezi tormozlanır. Ağrıkəsici, qızdırmasalıcı və iltihabəleyhinə tez, birbaşa təsir göstərir. Bundan başqa, ibuprofen trombositlərin aqreqasiyasını geridönən inhibə edir. Preparatın ağrıkəsici təsiri 8 saata qədər davam edir. Farmakokinetikası Absorbsiyası yüksəkdir, mədə-bağırsaq traktından (MBT) sürətlə və praktiki olaraq bütünlüklə sorulur. Preparatı acqarına qəbul etdikdən sonra qan plazmasında ibuprofenin maksimal qatılığına (C ) 45 dəqiqədən sonra nail olunur. Preparatın qida ilə birlikdə qəbul edilməsimax maksimal qatılığa çatma müddətini (ТС ) 1-2 saata qədər uzada bilər. Qanın plazmamax zülalları ilə birləşməsi 90% təşkil edir. Oynaq boşluğuna tədricən daxil olur, sinovial mayelərdə ləngiyərək, orada qan plazmasında olduğuna nisbətən daha böyük konsentrasiya yaradır. Qan plazması ilə müqayisədə onurğa beyni mayesində ibuprofenin daha aşağı qatılıqları aşkar edilir. Absorbsiyadan sonra farmakoloji qeyri-aktiv R-formanın təxminən 60%-i tədricən aktiv S-formaya transformasiya olunur. Qaraciyərdə metabolizmə uğrayır. Yarımparçalanma dövrü (T1/2)- 2 saatdır. Böyrəklər vasitəsilə (dəyişilməmiş şəkildə 1%-dən çox olmayaraq) və az miqdarda ödlə xaric olur. Məhdud sayda tədqiqatlarda ibuprofen süddə çox kiçik qatılıqlarda aşkar edilir.
İstifadəsinə göstərişlər
Nurofen Forte baş ağrıları, miqren, diş ağrısı, ağrılı menstruasiyalar, nevralgiyalar, bel ağrıları, əzələ ağrıları, revmatik ağrılar və oynaq ağrıları, həmçinin qrip və soyuqdəymə xəstəlikləri zamanı qızdırmalı vəziyyətlərdə istifadə edilir.
Əks göstərişlər
– İbuprofenə və ya preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; – bronxial astma, burunun və burunətrafı ciblərin residivverən polipozunun və asetilsalisil turşusunun və ya digər QSİƏP-ə qarşı dözümsüzlüyün (o cümlədən anamnezdə) tam və ya qismən birlikdə rast gəlinməsi; – mədə-bağırsaq traktı orqanlarının eroziv-xoralı xəstəlikləri (o cümlədən mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, Kron xəstəliyi, xoralı kolit) və ya aktiv fazada və ya anamnezdə xora qanaxmasının olması (xora xəstəliyinin və ya xora qanaxmasının iki və ya daha çox təsdiq olunmuş epizodu); – anamnezdə mədə-bağırsaq traktından QSİƏP-in təsirindən baş verən qanaxma və ya perforasiya; – ağır ürək çatışmazlığı (NYHA təsnifatı üzrə IV sinif – Nyu-York kardioloqlar Assosiasiyasının təsnifatı); – ağır qaraciyər çatışmazlığı və ya aktiv fazada olan qaraciyər xəstəliyi; – ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq), təsdiq olunmuş hiperkaliemiya; – dekompensasiya olunmuş ürək çatışmazlığı; aortokoronar şuntlamanın həyata keçirilməsindən sonrakı dövr; – serebrovaskulyar və ya digər qanaxma; – fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası, saxaraza-izomaltaza çatışmazlığı; – hemofiliya və qanın laxtalanmasının digər pozğunluqları (o cümlədən hipokoaqulyasiya), hemorragik diatezlər; – hamiləlik (III üçaylıq); – 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallardan hər hansı biri olduqda, preparatın istifadəsindən əvvəl həkimlə məsləhətləşmək lazımdır: eyni vaxtda digər QSİƏP-in qəbul edilməsi, anamnezdə mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin və ya MBT-nin xoralı qanaxmasının birdəfəlik epizodunun olması; qastrit, enterit, kolit, Helicobacter pylori infeksiyasının olması, xoralı kolit; bronxial astma və ya kəskinləşmə mərhələsində və ya anamnezdə allergik xəstəliyin olması- bronxospazmın inkişaf etməsi mümkündür; sistem qırmızı qurdeşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəliyi (Şarp sindromu)- aseptik meningit riskinin yüksəlməsi; su çiçəyi; böyrək çatışmazlığı, o cümlədən susuzlaşma zamanı (kreatinin klirensi 30-60 ml/dəqiqə), nefrotik sindrom, qaraciyər çatışmazlığı, portal hipertenziya ilə birlikdə qaraciyər sirrozu, hiperbilirubinemiya, arterial hipertenziya / və ya ürək çatışmazlığı, serebrovaskulyar xəstəlik, naməlum etiologiyalı qan xəstəliyi (leykopeniya və anemiya), ağır somatik xəstəlik, dislipidemiya/hiperlipidemiya, şəkərli diabet, periferik arteriyaların xəstəlikləri, siqaretçəkmə, alkoqoldan tez-tez istifadə, xora və ya qanaxmaların əmələ gəlmə riskini artıra bilən dərman vasitələrilə, o cümlədən peroral qlükokortikosteroidlərlə (o cümlədən prednizolonun), antikoaqulyantlarla (o cümlədən varfarinin), serotoninin geriyə tutulmasının seçici inhibitorları ilə (o cümlədən sitalopram, fluoksetin, paroksetin, sertralinin) və ya antiaqreqantlarla (o cümlədən asetilsalisil turşusu, klopidoqrelin) eyni vaxtda istifadəsi, I-II üçaylıq hamiləlik və laktasiya dövrü, ahıl yaş. Preparatı maksimal mümkün ola bilən qısa kursla və simptomları aradan qaldırmaq üçün lazım olan minimal effektiv dozada qəbul etmək məsləhət görülür. Preparatı 10 gündən artıq qəbul etmək lazım gəldikdə həkimə müraciət etmək lazımdır. Bronxial astmalı və ya kəskinləşmə mərhələsində allergik xəstəlikləri olan pasiyentlərdə, həmçinin anamnezində bronxial astma, allergik xəstəliklər olan pasiyentlərdə preparat bronxospazma səbəb ola bilər. Preparatın sistem qırmızı qurdeşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəliklərindən əziyyət çəkən xəstələrdə istifadəsi aseptik meningitin inkişaf riskinin artmasına səbəb ola bilər. Uzunmüddətli müalicə zamanı periferik qanı və qaraciyər və böyrək funksiyalarını yoxlamaq lazımdır. Qastropatiya simptomları meydana çıxdıqda ezofaqoqastroduode- noskopiya, qanın ümumi analizi (hemoqlobinin təyin edilməsi), nəcisin gizli qana görə müayinəsinin daxil olduğu hərtərəfli yoxlama aparmaq göstərişdir. 17-ketosteroidlərin təyin edilməsi lazım gəldikdə tədqiqata 48 saat qalmış preparatın qəbulunu dayandırmaq lazımdır. Müalicə dövründə etanol qəbul etmək məsləhət görülmür. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər, çünki böyrəklərin funksional vəziyyətinin pisləşmə riski vardır. Hipertenziyalı, o cümlədən anemnezdə və/və ya xroniki ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər, çünki preparat mayelərin ləngiməsinə, arterial təzyiqin yüksəlməsinə və ödemlərə səbəb ola bilər. Nəzarət edilməyən arterial hipertenziyalı, NYHA üzrə II-III sinif durğun ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi olan, periferik arteriyaların xəstəliyi və/ya serebrovaskulyar xəstəlikləri olan pasiyentlərdə ibuprofenin təyin edilməsinə, yalnız fayda-risk nisbətinin ciddi qiymətləndirilməsindən sonra başlamaq olar, bu zaman ibuprofenin yüksək dozalarının (≥ 2400 mq/sutka) istifadəsindən çəkinmək lazımdır. Suçiçəyi olan pasiyentlərdə QSİƏP-in istifadəsi, dərinin və dərialtı piy hüceyrəsinin (məsələn, nekrozlaşmış fassit) ağır infeksion-iltihabi xəstəliklərinin ağır irinləməsinin ağırlaşması inkişafının yüksək riski ilə əlaqədar ola bilər. Bununla əlaqədar olaraq, su çiçəyi zamanı preparatın istifadəsindən çəkinmək lazımdır. Hamilə qalmağı planlaşdıran qadınlar üçün məlumat: preparat siklooksigenazanı və prostaqlandinlərin sintezini zəiflədir, ovulyasiyaya təsir göstərərək qadın reproduktiv funksiyasını pozur (müalicəni dayandırdıqdan sonra geridönəndir).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İbuprofenin aşağıdakı dərman vasitələri ilə eyni vaxtda istifadəsindən çəkinmək lazımdır: • asetilsalisil turşusu: asetilsalisil turşusunun həkim tərəfindən təyin edilən kiçik dozaları (gündə 75 mq-dan çox olmamaqla) istisna olmaqla, çünki birlikdə istifadə əlavə effektlərin əmələ gəlmə riskini artıra bilər. Eyni vaxtda qəbul etdikdə ibuprofen asetilsalisil turşusunun iltihabəleyhinə və antiaqreqant təsirlərini zəiflədir (antiaqreqant vasitə kimi, ibuprofenin qəbuluna başladıqdan sonra, asetilsalisil turşusunun kiçik dozalarını qəbul edən pasiyentlərdə kəskin koronar çatışmazlığın inkişaf tezliyinin artması mümkündür). • Digər QSİƏP, o cümlədən, SOG-2-nin seçici inhibitorları: əlavə təsirlərin əmələ gəlmə riskinin artması ilə əlaqədar olaraq QSİƏP qrupundan olan iki və daha çox preparatın eyni vaxtda qəbul edilməsindən çəkinmək lazımdır. Aşağıdakı dərman vasitələri ilə eyni vaxtda ehtiyatla istifadə etmək lazımdır: • antikoaqulyantlar və trombolitik preparatlar: QSİƏP antikoaqulyantların, xüsusilə varfarinin və trombolitik preparatların effektini gücləndirə bilər. • Antihipertenziv vasitələr (AÇF inhihibitorları və angiotenzin II antaqonistləri) və diuretiklər: QSİƏP bu qrupdan olan preparatların effektivliyini azalda bilər. Böyrək funksiyaları pozulmuş bəzi pasiyentlərdə (məsələn, susuzlaşma qeyd olunan pasiyentlərdə və ya böyrək funksiyaları pozulmuş yaşlı pasiyentlərdə) AÇF inhihibitorlarının və ya angiotenzin II antaqonistlərinin və siklooksigenazanı inhibə edən vasitələrin eyni vaxtda təyin edilməsi böyrək funksiyalarının pisləşməsinə, o cümlədən kəskin böyrək çatışmazlığının inkişafına (adətən geridönən) səbəb ola bilər. AÇF inhihibitorları və ya angiotenzin II antaqonistləri ilə eyni vaxtda koksiblər qəbul edən pasiyentlərdə bu qarşılıqlı təsiri nəzərə almaq lazımdır. Bununla əlaqədar olaraq yuxarıda qeyd olunan vasitələri, xüsusilə də yaşlı pasiyentlərdə, ehtiyatla təyin etmək lazımdır. Pasiyentlərdə susuzlaşmanın qarşısını almaq, həmçinin bu cür kombinasiyalı müalicəyə başladıqdan sonra, sonralar isə periodik olaraq böyrək funksiyalarının monitorinqini aparmaq lazımdır. Diuretiklər və AÇF inhibitorları QSİƏP-in nefrotoksikliyini artıra bilər. • Qlükokortikosteroidlər: MBT xoralarının və mədə-bağırsaq qanaxmalarının əmələ gəlməsinin yüksək riski. • Antiaqreqantlar və serotoninin geriyə tutulmasının seçici inhibitorları: mədə-bağırsaq qanaxmalarının əmələ gəlməsinin yüksək riski. • Ürək qlikozidləri: QSİƏP və ürək qlikozidlərinin eyni vaxtda təyin edilməsi ürək çatışmazlığının dərinləşməsinə, yumaqcıq filtrasiyasının sürətinin azalmasına və qan plazmasında ürək qlikozidlərinin qatılığının artmasına səbəb ola bilər. • Litium preparatları: QSİƏP-dən istifadə fonunda qan plazmasında litiumun qatılığının artması ehtimalı haqqında məlumatlar mövcuddur. • Metotreksat: QSİƏP-dən istifadə fonunda qan plazmasında metotreksatın qatılığının yüksəlməsi ehtimalı barədə məlumatlar mövcuddur. • Siklosporin: QSİƏP və siklosporinin eyni vaxtda istifadə edilməsi zamanı nefrotoksiklik riskinin artması. • Mifepriston: QSİƏP qəbuluna mifepristonun qəbulundan sonra 8-12 gündən gec olmayaraq başlamaq lazımdır, çünki QSİƏP mifepristonun effektivliyini azalda bilər. • Takrolimus: QSİƏP və takrolimusun eyni vaxtda təyin edilməsi zamanı nefrotoksiklik riskinin artması mümkündür. • Zidovudin: QSİƏP və zidovudinin eyni vaxtda qəbulu hematotoksikliyin yüksəlməsinə gətirib çıxara bilər. Zidovudin və ibuprofenlə birgə müalicə alan hemofiliyalı İÇV-müsbət pasiyentlərdə hemartroz və hematomanın əmələ gəlmə riskinin artması haqqında məlumatlar vardır. • Xinolon sırası antibiotikləri: QSİƏP və xinolon sırası antibiotikləri ilə birgə müalicə alan pasiyentlərdə qıcolmaların əmələ gəlmnə riskinin artması mümkündür. • Mielotoksik preparatlar: hematotoksikliyin güclənməsi. • Sefamandol, sefoperazon, sefotetan, valproy turşusu, plikamisin: hipoprotrombinemiyanın inkişaf tezliyinin artması. • Kanal sekresiyasını blokada edən dərman vasitələri: ibuprofenin xaric olmasının zəifləməsi və plazma qatılıqlarının yüksəlməsi. • Mikrosomal oksidləşmənin induktorları (fenitoin, etanol, barbituratlar, rifampisin, fenilbutazon, trisiklik antidepressantlar): hidroksilləşmiş aktiv metabolitlərin əmələ gəlməsinin artması, ağır intoksikasiyaların inkişaf riskinin artması. • Mikrosomal oksidləşmənin inhibitorları: hepatotoksik təsir riskinin azalması. • Peroral hipoqlikemik dərman vasitələri və insulin, sulfonilsidik cövhəri törəmələri: preparatların təsirlərinin güclənməsi. • Antasidlər və kolestiramin: absorbsiyanın zəifləməsi. • Urikozurik preparatlar: preparatların effektivliyinin zəifləməsi. • Estrogenlər, etanol: əlavə effektlərin əmələ gəlmə riskinin artması. • Kofein: analgeziyaedici effektin güclənməsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı hamiləliyin III üçaylığında qəbul etmək əks göstərişdir. Preparatı hamiləliyin I-II üçaylıqlarında qəbul etmək olmaz, preparatın qəbuluna ehtiyac olduqda, həkimlə məsləhətləşmək lazımdır. İbuprofenin südəmər uşağın sağlamlığı üçün hər hansı mənfi nəticələr olmadan kiçik miqdarlarda südə keçməsi haqqında məlumatlar vardır, buna görə də adətən qısamüddətli qəbul zamanı ana südü ilə qidalandırmanın dayandırılmasına ehtiyac yoxdur. Preparatı uzun müddət qəbul etmək lazım gəldikdə, preparatdan istifadə dövründə ana südü ilə qidalandırmanın dayandırılması barədə məsələni həll etmək məqsədilə həkimə müraciət etmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri İbuprofen qəbul etdikdə başgicəllənmə, yuxululuq, tormozlanma və ya görmənin pozulmasını hiss edən pasiyentlər avtonəqliyyat vasitələrini və ya mexanizmləri idarə etməkdən çəkinməlidirlər.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir. Mədəsində yüksək həssaslığı olan pasiyentlərə preparatı yemək vaxtı qəbul etmək məsləhət görülür. Yalnız qısamüddətli istifadə üçündür. Preparatı qəbul etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır. Böyüklərə və 12 yaşdan böyük uşaqlara daxilə gündə 3 dəfəyə qədər hər dəfə 1 tablet (400 mq) təyin edilir. Tabletləri su ilə qəbul etmək lazımdır. Tabletlərin qəbulları arasındakı interval 6 saatdan az olmamalıdır. Maksimal gündəlik doza 1200 mq (3 tablet) təşkil edir. 12-18 yaşa qədər uşaqlar üçün maksimal gündəlik doza 800 mq (2 tablet) təşkil edir. Preparatı 2-3 gün ərzində qəbul etdikdə simptomlar saxlanılarsa və ya güclənərsə, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Əgər preparat qısa kursla, simptomları aradan qaldırmaq üçün lazım olan minimal effektiv dozada qəbul edilərsə, əlavə effektlərin əmələ gəlmə riskini minimuma endirmək olar. Yaşlı xəstələrdə QSİƏP-in qəbulu fonunda əlavə reaksiyaların, xüsusilə də mədə-bağırsaq qanaxmalarının və perforasiyaların, bəzi hallarda letal sonluqla da, tezliyi yüksəlir. Əlavə təsirlər əsasən dozadanasılı olur. Aşağıda sadalanan əlavə reaksiyalar ibuprofeni 1200 mq/gün-dən (3 tablet) böyük olmayan dozalarda qısa müddətdə qəbul etdikdə qeyd olunmuşdur. Xroniki vəziyyətlərin müalicəsi zamanı və uzunmüddətli qəbul zamanı digər əlavə reaksiyaların meydana çıxması mümkündür. Əlavə təsirlərin əmələ gəlmə tezliyinin qiymətləndirilməsi aşağıdakı təsnifat üzrə müəyyən edilir: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100-dən < 1/10-ə qədər), bəzən ( ≥ 1/1000-dən < 1/100-ə qədər), nadir hallarda ( ≥ 1/10 000-dən < 1/1000-ə qədər), çox nadir hallarda (< 1/10000), məlum deyil (tezliyin qiymətləndirilməsinə aid məlumatlar yoxdur). Qan və limfa sistemində baş verən pozğunluqlar • Çox nadir hallarda: qanyaranmanın pozulması (anemiya, leykopeniya, aplastik anemiya, hemolitik anemiya, trombositopeniya, pansitopeniya, aqranulositoz). Bu cür pozğunluqların ilk simptomları qızdırma, boğazda ağrı, ağız boşluğunda səthi xoralar, qripəbənzər simptomlar, aşkar zəiflik, burundan qanaxma və dərialtı qansızma, naməlum etiologiyalı qanaxma və qançırlardır. İmmun sistemdə baş verən pozğunluqlar • Bəzən: hiperhəssaslıq reaksiyaları – qeyri-spesifik allergik reaksiyalar və anafilaktik reaksiyalar, tənəffüs yollarında reaksiyalar (bronxial astma, onun kəskinləşməsi, bronxospazm, təngnəfəslik, dispnoye), dəri reaksiyaları (qaşınma, övrə, purpura, Kvinke ödemi, eksfoliativ və bulloz dermatozlar, o cümlədən toksiki epidermal nekroliz (Layell sindromu), Stivens-Conson sindromu, multiformalı eritema), allergik rinit, eozinofiliya. • Çox nadir hallarda: ağır hiperhəssaslıq reaksiyaları, o cümlədən üz, dil və qırtlağın ödemi, təngnəfəslik, taxikardiya, arterial hipotenziya (anafilaksiya, Kvinke ödemi və ya ağır anafilaktik şok). Mədə-bağırsaq traktında baş verən pozğunluqlar • Bəzən: qarın nahiyəsində ağrılar, ürəkbulanma, dispepsiya (o cümlədən qıcqırma, köpmə). • Nadir hallarda: diareya, meteorizm, qəbizlik, qusma. • Çox nadir hallarda: peptik xora, perforasiya və ya mədə-bağırsaq qanaxmaları, melena, qanlı qusma, bəzi hallarda letal sonluqla birlikdə, xüsusilə də yaşlı pasiyentlərdə, xoralı stomatit, qastrit. • Məlum deyil: kolitin və Kron xəstəliyinin kəskinləşməsi. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar • Çox nadir hallarda: qaraciyər funksiyalarının pozulması, “qaraciyər” transaminazalarının aktivliklərinin artması, hepatit və sarılıq. Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar • Çox nadir hallarda: kəskin böyrək çatışmazlığı (kompensasiya olunmuş və dekompensasiya olunmuş), xüsusilə də uzun müddət istifadə etdikdə, qan plazmasında sidik cövhərinin qatılığının artması və ödemlərin meydana çıxması, hematuriya və proteinuriya ilə birlikdə, nefritik sindrom, nefrotik sindrom, papilyar nekroz, interstisial nefrit, sistit. Sinir sistemində baş verən pozğunluqlar • Bəzən: baş ağrısı. • Çox nadir hallarda: aseptik meningit. Ürək-damar sistemində baş verən pozğunluqlar • Məlum deyil: ürək çatışmazlığı, periferik ödemlər, uzun müddət qəbul zamanı trombotik ağırlaşmalar (məsələn, miokard infarktı), arterial təzyiqin yüksəlməsi riski artır. Tənəffüs sistemi və divararalığı orqanlarda baş verən pozğunluqlar • Məlum deyil: bronxial astma, bronxospazm, təngnəfəslik. Laborator göstəricilər • Hematokrit və ya hemoqlobin (azala bilər); • qanaxma müddəti (arta bilər); • qan plazmasında qlükozanın qatılığı (azala bilər); • kreatinin klirensi (azala bilər); • kreatininin plazmadakı qatılığı (arta bilər); • “qaraciyər” transaminazalarının aktivliyi (arta bilər). Əlavə təsirlər yarandıqda preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Uşaqlarda doza həddinin aşılması simptomları 400 mq/kq-dan artıq dozanı qəbul etdikdən sonra əmələ gələ bilər. Böyüklərdə doza həddinin aşılmasının dozadanasılı effekti daha zəif dərəcədə təzahür olunur. Doza həddinin aşılması zamanı preparatın yarımxaricolma dövrü 1,5-3 saat təşkil edir. Simptomları Ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı və ya az hallarda, diareya, qulaqlarda küy, baş ağrıları və mədə-bağırsaq qanaxması. Daha ağır hallarda mərkəzi sinir sistemi tərəfindən baş verən hallar müşahidə edilir: yuxululuq, nadir hallarda- oyanıcıllıq, qıcolmalar, istiqaməti itirmə, koma. Ağır dərəcədə zəhərlənmə hallarında metabolik asidoz və protrombin müddətinin uzanması, böyrək çatışmazlığı, qaraciyər toxumasının zədələnməsi, arterial təzyiqin enməsi, tənəffüsün zəifləməsilə sianoz inkişaf edə bilər. Bronxial astmalı pasiyentlərdə bu xəstəliyin kəskinləşməsi mümkündür. Müalicəsi Müalicə simptomatikdir. Pasiyentin vəziyyəti normaya düşənə qədər tənəffüs yollarının keçiriciliyinin mütləq şəkildə təmin edilməsi, EKQ-nin və həyat fəaliyyətinin əsas göstəricilərinin monitorinqi aparılmalıdır. İbuprofenin potensial toksik dozasını qəbul etdikdən sonra 1 saat ərzində aktivləşdirilmiş kömürün qəbul edilməsi və ya mədənin yuyulması məsləhət görülür. İbuprofen artıq absorbsiya olunduqda, ibuprofenin turş törəməsinin xaric edilməsi məqsədilə qələvi qidalanma, sürətləndirilimiş diurez təyin edilə bilər. Tez-tez və ya davamlı qıcolmaları venadaxilinə diazepam və ya lorazepamın yeridilməsilə aradan qaldırmaq olar. Bronxial astmanın pisləşməsi zamanı bronxodilatatorlardan istifadə etmək məsləhət görülür.
Buraxılış forması
400 mq örtüklü tabletlər. 6 və ya 12 tablet, blisterdə (PVX/PVDX/alüminium). 1 və ya 2 blister (6 və ya 12 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı /Qeydiyyat vəsiqəsinin sahibi “Rekitt Benkizer Helsker” İnterneşnl Ltd. Teyn Roud, Nottingem, NG90 2DB, Birləşmiş Krallıq. Rusiyadakı nümayəndəlik/İstehlakçıların iradlarını qəbul edən təşkilat “Rekitt Benkizer Helsker” MMC. Rusiya, 115114, Moskva ş., Şlüzovaya sahilkenarı, ev 4. Tel.: 8-800-200-82-20 (Rusiya üçün zənglər pulsuzdur). [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.