Nucleodin N30 kapsul

Dərman formasıKapsul
Farmakoloji təsirSinir sisteminə təsir edən vasitələr
İstehsal ölkəsiGürcüstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,39 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NUKLEODİN kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Uridine-5-disodium monophosphate + Cytidine-5- disodium monophosphate + Pyridoxine hydrochlorid + Thioctic acid + Magnesium lactate

Tərkibi

Təsiredici maddə: kapsulda 2,0 mq uridin-5-monofosfat dinatrium duzu, 5,0 mq sitidin-5- monofosfat dinatrium duzu, 50,0 mq piridoksin hidroxlorid, 100,0 mq tiokt turşusu (alfa-lipoy turşusu), 40 mq maqneziuma müvafiq 393,0 mq maqnezium laktat dihidrat vardır. Köməkçi maddələr:sorbitol, maqnezium stearat, susuz kollidal silisium dioksid.

Təsviri

Gövdəsi və qapağı göy rəngli bərk jelatin kapsullardır. Kapsulun möhtəviyyatı ağ və sarı çilləri olan müxtəlif xırdalıqda olan açıq sarı tozdan ibarətdir.

Farmakoterapevtik qrupu

Sinir sisteminə təsir edən vasitələr. ATC kodu: N07XX.

Farmakoloji xüsusiyyətləri

Nukleodinin tərkibinə mərkəzi sinir sisteminin (MSS) xəstəliklərinin müalicəsində geniş istifadə edilən sitidin monofosfat (SMF), uridin monofosfat (UMF) nukleotidləri daxildir. SMF lipid kompleksinin sintezində iştirak edir ki, bu da neyronal membranı formalaşdırır, başlıca olaraq sfinqomielin-mielin örtüyünün əsas komponenti. UMF qlikolipidlərin, neyronal strukturun və mielin örtüyü sintezində koferment kimi təsir göstərir, bununla SMF-in təsirini artırır. Bundan başqa UMF əzələ yığılması prosesində enerji mənbəyi kimi təsir göstərir. SMF və UMF fosfolipidlərin və qlikolipidlərin sintezində iştirak edir ki, bu da başlıca olaraq mielin örtüyünü və digər sinir strukturunu təşkil edir. Tiokt turşusu (alfa-lipoy turşusu) antioksidant, hipoxolesterinemik, hipolipidemik, hepatoprotektiv, dezintoksikasion vasitə olub, piroüzüm turşusunun və alfa-ketoturşularının oksidləşmə dekarboksilləşmə kofermentidir, energetik, karbohidrat və lipid mübadiləsinin normallaşdırır, xolesterinin metabolizmini tənzimləyir. Qaraciyərin funksiyasını yaxşılaşdırır, ona endogen və ekzogen toksinlərin zədələyici təsirini azaldır. Piridoksin hidroxlorid (B vitamini) koenzim qismində metabolik proseslərdə iştirak edir,6 mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün vacibdir. Maqnezium həyati vacib element olub, qlikoliz məhsullarının Krebs siklinə daxil olmasını təmin edir, nuklein turşularının sintezində və parçalanmasında, zülalların, yağların və lipidlərin sintezində iştirak edir, əsasən fosfolipidlərin, eləcə də energetik reaksiyaları təmin edən (qlikoliz, ATF-in hidrolitik parçalanması) fermentlərin sitezində iştirak edir.

İstifadəsinə göstərişlər

Sümük-oynaq (işias, radikulit), metabolik (alkohol mənşəli, diabetik polineyropatiya), infeksion mənşəli (kəmərləyici dəmrov) nevropatiyanın müalicəsi və Bell iflici. Üz siniri, üçlü sinirin nevralgiyası, qabırğaarası nevralgiya, lümbaqo.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı allergik reaksiyalar mümkündür. 2 yaşa qədər uşaqlarda preparatın istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Müəyyən edilməmişdir. Uyuşmazlığı Müəyyən edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi ana üçün gözlənilən fayda dölə/uşağa olan potensial riskdən üstün olduğu halda həkim məsləhətilə mümkündür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nukleodin nəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Nukleodin kapsullar daxilə qəbul edilir. Böyüklər Sutkada 2 dəfə 1-2 kapsul təyin edilir. Preparatı yeməkdən əvvəl və ya sonra qəbul edilir. Məsləhət görülən müalicə kursu 10 sutkadan az olmamalıdır. Ehtiyac olduqda kapsulların qəbulunu həkim təyinatı ilə 20 günə qədər uzatmaq olar. Uşaqlar Uşaqlarda preparatın istifadəsi üzrə kifayət qədər məlumat yoxdur.

Əlavə təsirləri

Qeyd edilməmişdir. Yüksək həssaslığı malik şəxslərdə səpgi, dəri qaşınması, dəri hiperemiyası daxil olmaqla allergik reaksiyalar mümkündür. Preparatın istifadəsilə əlaqədar əlavə təsirlərin yarandığı zaman həkimlə məsləhətləşmək lazımdır.

Doza həddinin aşılması

Preparatın az toksik olduğunu nəzərə alaraq, hətta terapevtik dozanın təsadüfən aşılması zamanı zəhərlənmə ehtimalı azdır.

Buraxılış forması

10 kapsul polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Biopolus LTD, Georgia. 6007, Batum, st. Noneshvili N65, Georgia.

Qeydiyyat vəsiqəsinin sahibi

OXYGEN LTD, Georgia. Georgia, Tbilisi, Zh. Shartava 510160.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Nucleodin N30 kapsul” üçün ilk rəyi siz yazın.