Nozeylin-NS 15 ml sprey

Təsiredici maddə: CHLORPHENIRAMINE MALEATE + NAPHAZOLINE HCL
Təsiredici maddəCHLORPHENIRAMINE MALEATE + NAPHAZOLINE HCL
Dərman formasıSprey
Farmakoloji təsirDekongestantlar və yerli istifadə üçün digər nazal preparatlar
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,05 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NOZEYLİN-NS nazal sprey Beynəlxalq patentləşdirilməmiş adı: Naphazoline + Chlorphenamine

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq nafazolin hidroxlorid, 5,0 mq xlorfenamin vardır. Köməkçi maddələr:kalium dihidrofosfat, susuz kalium hidrofosfat, limon turşusu monohidrat, natrium xlorid, benzalkonium xlorid, təmizlənmiş su.

Təsviri

Rəngsiz, şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Dekongestantlar və yerli istifadə üçün digər nazal preparatlar. ATC kodu: R01A.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preparatın tərkibinə daxil olan alfa-adrenomimetik nafazolin burunun selikli qişasına ifadəolun- muş və uzunmüddətli damardaraldıcı təsir göstərir (ödemi, hiperemiyanı, ekssudasiyanı azaldır). Burunun selikli qişasına yerli applikasuya zamanı damardaraldıcı effekti bir neçə dəqiqədən sonra baş verir və bir neçə saat ərzində davam edir. Rinitlər zamanı qanın venoz sinuslara axınını azaldaraq, burun tənəffüsünü yüngülləşdirir. Xlorfeniramin, H -histamin reseptorlarının blokatoru olub, allergiyaəleyhinə təsir göstərir, yerli1 ekssudativ əlamətlərin təzahürünü, burunun, udlağın və burun boşluqlarının selikli qişasının ödemini və hiperemiyanı azaldır, burunda qaşınmanı, rinoreyanı, burun tutulmasını aradan qal- dırır. Farmakokinetikası Nozeylin-NS rezorbtiv təsir göstərə bilər. Preparat yerli istifadə üçün nəzərdə tutulub, sistem absorbsiyası barədə məlumat yoxdur.

İstifadəsinə göstərişlər

– Kəskin rinit; – allergik rinit; – sinusit; – yevstaxit; – burun qanaxmaları (damardaraldıcı vasitə kimi); – rinoskopiyanın aparılmasını asanlaşdırmaq üçün.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – arterial hipertenziya; – taxikardiya; – hipertireoidizm; – ifadəedilmiş ateroskleroz; – bağlıbucaqlı qlaukoma; – monoaminooksidazanın (MAO) inhibitorları ilə eyni vaxtda istifadəsi, eləcə də, onların qəbulu dayandırıldıqdan sonra 14 gün müddətində; – 6 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nəzərə almaq lazımdır ki, Nozeylin-NS preparatının uzun müddət istifadəsi zamanı taxifilaksiyanın (effektin zəifləməsi) inkişafı mümkündür. Preparatı aşağıdakı hallarda xüsusilə ehtiyatla istifadə etmək lazımdır: ağır ürək-damar xəstəlikləri (AH, ürəyin işemik xəstəliyi), şəkərli diabet, hipertireooz, feoxromositoma və MAO inhibitorları və digər potensial hipertenziv preparatlar ilə eyni vaxtda istifadəsi. Preparatın yüksək dozalarının istifadəsi zamanı ürək-damar və tənəffüs sistemi tərəfindən baş verən ürəkdöyünmə hissi, AH, başağrısı, yuxusuzluq, yuxululuq kimi əlavə təsirlərin inkişafı mümkündür. Uşaqlarda və böyüklərdə preparatın uzun müddət istifadəsindən çəkinmək lazımdır. Preparatın davamlı istifadəsi burunun xroniki tutulmasına və burunun selikli qişasının atrofiyasına səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Nozeylin-NS preparatı yerli anesteziyaedici vasitələrin sorulmasını ləngidir, səthi anesteziya zamanı onların təsir müddətini uzadır. Preparatın MAO inhibitorları, trisiklik antidepressantlarla, maprotilin ilə eyni vaxtda və ya axırıncıların istifadəsi dayandırıldıqdan sonra bir neçə gün ərzəndə istifadəsi zamanı yük- sək arterial təzyiqin yaranmasına səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitələrini və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Yalnız intranazal istifadə üçün nəzərədə tutulub. Böyüklər və 6 yaşlı və yuxarı uşaqlar Hər burun dəliyinə sutkada 2-3 dəfə 1-2 püskürtmə təyin edilir. Püskürtmə arasındakı interval 3 saat olmalıdır. Preparatı sutkada 6 dəfədən artıq istifadə etmək olmaz. 6 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.

Əlavə təsirləri

Məsləhət görülən dozalarda Nozeylin-NS preparatı pasiyent tərəfindən yaxşı keçirilir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: nadir hallarda (≥ 1/10000 – < 1/1000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistem tərəfindən baş verən pozulmalar:məlum deyil – hiperhəssaslıq reaksiyaları. Tənəffüs sistemi tərəfindən baş verən pozulmalar:məlum deyil – burunun selikli qişasında yanma hissi və quruluq. Nadir hallarda burunun güclü tutulması hissi yarana bilər. Bəzən simpatik sinirlərin qıcıqlanması ilə əlaqədar arzuolunmayan sistem reaksiyalar qeyd edilir: ürək-damar sistemi tərəfindən baş verən pozulmalar:məlum deyil – taxikardiya, ürəkdöyünmə, arterial hipertenziya (AH); dəri və dərialtı toxuma tərəfindən baş verən pozulmalar:məlum deyil – yüksək tərləmə. Bu əlavə təsirlər əsasən doza həddinin aşılması nəticəsində yaranır. Preparatın uzun müddət istifadəsi, siliar aktivliyin azalması və burunun selikli qişasının quru iltihabı ilə burunun selikli qişasının zədələnməsinə səbəb ola bilər. Şübhəli əlavə təsirlər haqqında məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsir yarandıqda və ya təlimatda qeyd edilməyən arzuolunmayan reaksiyalar baş verdikdə, Milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması və ya preparatın təsadüfən udulması arzuolunmayan sistem reaksiyaların yaranmasına səbəb ola bilər ki, bu da, əsəbilik, yüksək tərləmə, başağrı, tremor, taxikardiya, ürəkdöyünmə hissi, AH ilə təzahür edir. Eləcə də, sianoz, ürəkbulanma, qızdırma, spazm, ürək tutması, tənəffüsün pozulması və psixi pozulmalar mümkündür. Mərkəzi sinir sisteminə zəiflədici təsiri hipotermiya, bradikardiya, yüksək tərləmə, yuxululuq, hipotenziv tipli şok, apnoe, koma kimi simptomlarla biruzə verir. Müalicəsi Simptomatikdir.

Buraxılış forması

15 ml məhlul, dozalayıcı qurğusu və qoruyucu qapağı olan ağ plastik flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. Ticarət nişanının və qeydiyyat vəsiqəsinin sahibi Vörld Medisin Oftalmiks İlaçları LTD. ŞTİ.”, Türkiyə. İstehsal edilib “Vörld Medisin İlaç San. və Tic. A.Ş.”, Türkiyə. Ünvan 15 Temmuz Mah., Cami Yolu Cad. No: 50, Güneşli, Bağcılar, İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Nozeylin-NS 15 ml sprey” üçün ilk rəyi siz yazın.