NOVONORM 1 MG 30 TB.

Dərman formasıTablet
Farmakoloji təsirPeroral antidiabetik dərman vasitəsi
İstehsal ölkəsiDanimarka

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,33 

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman preparatının istifadəsinə başlamazdan öncə bu içlik vərəqəni diqqətlə oxuyun. Bu içlik vərəqəni özünüzdə saxlayın – təkrar oxumağınıza ehtiyac ola bilər. Əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçınıza müraciət edin. Bu dərman Sizə təyin olunub. Onu başqa insanlara verməyin, çünki onların xəstəlik əlamətləri Sizinki ilə eyni olsa da, dərman onlara zərər verə bilər. Əlavə təsirlərdən hər hansı biri Sizdə meydana çıxarsa, bu barədə həkiminiz və ya əczaçınız ilə danışın. Bu, içlik vərəqədə qeyd olunmamış hər hansı əlavə təsirlərə də aiddir. NovoNorm 0,5 mq; 1 mq; 2 mq tabletlər NovoNorm Beynəlxalq patentləşdirilməmiş adı: Repaglinide

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,5 mq, 1 mq və ya 2 mq repaqlinid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza (E460), susuz kalsium hidrofosfat, qarğıdalı nişastası, kalium polakrilin, povidon (polividon), qliserin 85%, maqnezium stearat, meqlumin, poloksamer, sarı dəmir oksidi piqmenti (E172) yalnız 1 mq-lıq tabletlərdə və qırmızı dəmir oksidi piqmenti (E172) yalnız 2 mq-lıq tabletlərdə.

Təsviri

NovoNorm tabletləri yumru və qabarıqdır, üzərində Novo Nordisk loqosu (Apis öküzü) həkk edilib. 0,5 mq-lıq tabletlər ağ, 1 mq-lıq tabletlər sarı, 2 mq-lıq tabletlər isə şaftalı rəngindədir.

Farmakoterapevtik qrupu

Peroral antidiabetik dərman vasitəsi. ATC kodu: A10BX02. Farmakoterapevtik xüsusiyyətləri NovoNorm tərkibində repaqlinid olan peroral antidiabetik preparatdır. O, mədəaltı vəzə daha çox insulin hasil etməyə kömək edir və bununla qanda şəkərin (qlükozanın) səviyyəsini azaldır. 2-ci tip diabetdə mədəaltı vəzi qanda şəkərin səviyyəsini tənzimləmək üçün kifayət qədər insulin hasil etmir və ya bədən hasil olunan insulinə normal reaksiya vermir.

İstifadəsinə göstərişlər

NovoNorm 2-ci tip diabeti tənzimləməyə imkan verir və pəhrizə, fiziki hərəkətlərə əlavə olunur: adətən medikamentoz müalicə, təkcə pəhriz, fiziki hərəkətlər və bədən kütləsinin azaldılması yolu ilə qanda şəkərin səviyyəsinin tənzimlənməsi (azaldılması) mümkün olmadığı zaman aparılır. NovoNorm həmçinin metformin və ya tiazolidindionlar və digər diabetik preparatlar ilə birlikdə təyin oluna bilər. NovoNorm qanda şəkərin səviyyəsini azaltmaq üçün göstərişdir, bu isə sizdə diabetin fəsadlarının qarşısını almağa kömək edir.

Əks göstərişlər

NovoNorm -u aşağıdakı hallarda istifadə etməyin: ►Repaqlinidə və ya preparatın tərkibində olan hər hansı digər maddəyə qarşı allergiyanız varsa ►1-ci tip diabetiniz varsa ►Qanınızda turşuluğun səviyyəsi artıbsa (diabetik ketoasidoz) ►Ağır qaraciyər xəstəliyiniz varsa ►Gemfibrozil (qanda artmış piy səviyyəsinin azaldılması üçün istifadə olunan preparat) qəbul edirsinizsə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

• Qaraciyər problemləri Qaraciyərin orta funksional pozğunluğu olan xəstələrdə NovoNorm®-un qəbulu tövsiyə olunmur. Sizdə ağır qaraciyər xəstəliyi varsa, NovoNorm -u qəbul etmək olmaz (bax: “NovoNorm®-u aşağıdakı hallarda istifadə etməyin”). • Böyrəklərin disfunksiyası olarsa. Bu zaman NovoNorm ehtiyatla qəbul olunmalıdır. •Ciddi cərrahiyyə müdaxiləsinə hazırlaşırsınızsa və ya yaxın vaxtlarda ağır xəstəlik və ya infeksiya keçirmişsinizsə. Belə hallarda şəkərin səviyyəsinin tənzimlənməsi pozula bilər. • Yaşınız 18-dən az və ya 75-dən yuxarıdırsa, NovoNorm®-un istifadəsi tövsiyə olunmur, çünki bu yaş qruplarında tədqiq olunmayıb . Bu hallardan hər hansı biri Sizə şamil olunursa, həkiminizlə danışın. NovoNorm® Sizə uyğun dərman preparatı olmaya bilər. Həkiminiz müvafiq məsləhətlər verəcəkdir. Hipo vəziyyətinə düşmüşsünüzsə (qanda şəkərin səviyyəsinin aşağı olması) Qanınızda şəkər çox aşağı səviyyəyə düşdükdə hipo vəziyyəti (hipoqlikemiyanın qısa adı) baş verir. Bu aşağıdakı hallarda baş verə bilər: • Artıq dozada NovoNorm qəbul etmişsinizsə • Adət etdiyinizdən artıq fiziki çalışma etmişsinizsə • Digər dərmanlar qəbul edirsinizsə və ya böyrək, yaxud qaraciyər problemlərindən (“Əks göstərişlər” bölməsinin digər paraqraflarına baxın) əziyyət çəkirsinizsə. Hipoqlikemiya barədə xəbər verən əlamətlər qəflətən meydana çıxa bilər və həmin əlamətlərə bunlar daxildir: soyuq tər, soyuq və rəngi avazımış dəri, baş ağrısı, bərk ürək döyüntüsü, ürəkbulanma, bərk aclıq hissi, görmə qabiliyyətində müvəqqəti dəyişiklik, yuxululuq, qeyri-adi yorğunluq və zəiflik, əsəbilik və ya titrəmə, həyəcan, narahatlıq hissi, konsentrasiyada çətinlik. Qanda şəkərinizin səviyyəsi aşağıdırsa və ya hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə, qlükoza tabletləri və ya tərkibində şəkər olan çərəz yeyin ya maye için, sonra istirahət edin. Hipoqlikemiya əlamətləri yox olduqda və ya qanda şəkərin səviyyəsi sabitləşdikdə, NovoNorm ilə müalicəni davam edin. Yaxınlarınıza diabet xəstəliyiniz barədə məlumat verin və onlara bildirin ki, hipoqlikemiya səbəbindən birdən-birə huşunuzu itirsəniz, Sizi böyrü üstə uzadıb, dərhal həkim çağırsınlar. Sizə heç bir yemək və ya içki verməsinlər, çünki bu boğulmaya səbəb ola bilər. Ağır hipoqlikemiyaya müdaxilə olunmazsa, beyin zədələnə bilər (müvəqqəti və ya daimi) və hətta ölümlə nəticələnə bilər. Sizi huşsuz vəziyyətə gətirən hipoqlikemiya olubsa və ya tez-tez hipoqlikemiya halları baş verirsə, həkiminizlə danışın. NovoNorm -un dozasında, yeməyinizdə və ya fiziki çalışmalarınızda dəyişiklik tələb oluna bilər. Əgər qanınızda şəkərin səviyyəsi çox yüksəkdirsə Sizin qanınızda şəkərin səviyyəsi çox yüksək ola bilər (buna hiperqlikemiya deyilir). Bu aşağıdakı hallarda baş verə bilər: • Çox az dozada NovoNorm® qəbul etmişsinizsə • İnfeksiya və ya qızdırmanız varsa • Adət etdiyinizdən daha çox yemək yemişsinizsə • Adət etdiyinizdən daha az fiziki çalışma etmişsinizsə. Qanda şəkərin səviyyəsinin çox yüksək olmasının əlamətləri tədricən peyda olur. Bu əlamətlər: tezləşmiş sidik ifrazı, susuzluq, quru dəri və ağızda quruluq. Həkiminizlə məsləhətləşin. NovoNorm®-un dozasında, yeməyin miqdarında və ya fiziki çalışmaların həcmində dəyişikliklər tələb oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hər hansı digər dərman vəsitəsi qəbul edirsinizsə, təzəlikcə qəbul etmişsinizsə və yaxud qəbul etdiyiniz ehtimalı varsa, həkiminiz ilə məsləhətləşin. Həkiminizin təyini ilə NovoNorm®-u metformin və ya tiazolidindionlar, digər diabetik preparatlar ilə birlikdə qəbul edə bilərsiniz. Gemfibrozil (qanda artmış piy səviyyəsinin azaldılması üçün istifadə olunan preparat) qəbul edirsinizsə, NovoNorm®-u qəbul etməyin. Başqa dərmanlar qəbul edirsinizsə, NovoNorm®-un orqanizmə təsiri dəyişə bilər, xüsusilə: • Monoaminooksidazanın inhibitorları (MAOI) (depressiyaların müalicəsində istifadə olunur) • Beta-blokatorlar (yüksək qan təzyiqinin və ya ürək problemlərinin müalicəsində istifadə olunur) • AÇF inhibitorları (ürək problemlərinin müalicəsində istifadə olunur) • Salisilatlar (məsələn, aspirin) • Oktreotid (xərçəngin müalicəsində istifadə olunur) • Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİP) (bir növ ağrı kəsicilər). • Steroidlər (anabolik steroidlər və kortikosteroidlər – anemiya zamanı və ya iltihabi proseslərdə istifadə olunur) • Peroral kontraseptivlər (hamiləliyin qarşısını alan tabletlər) • Tiazidlər (diuretiklər və ya sidikqovucu preparatlar) • Danazol (süd vəzilərində kistalların və endometriozun müalicəsində istifadə olunur) • Qalxanabənzər vəzin hormon preparatları (qalxanabənzər vəzin hormonlarının çatışmazlığında istifadə olunur) • Simpatomimetik vasitələr (astmanın müalicəsində istifadə olunur) • Klaritromisin, trimetoprim, rifampisin (antibiotiklər) • İtrakonazol, ketokonazol (göbələk əleyhinə dərmanlar) • Gemfibrozil (qanda artmış piy səviyyəsinin azaldılması üçün istifadə olunur) • Siklosporin (immun sistemin fəaliyyətini tormozlamaq üçün istifadə olunur) • Deferasiroks (xroniki dəmir artıqlığının azaldılması üçün istifadə olunur) • Klopidoqrel (qan laxtalarının yaranmasının qarşısını alır) • Fenitoin, karbamazepin, fenobarbital (epilepsiyanın müalicəsində istifadə olunur) • Dazıotu (bitki mənşəli preparat).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləsinizsə və ya uşaq əmizdirisinizsə, hamilə olduğunuzu fikirləşirsinizsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman vasitəsini qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin. Hamiləsinizsə və ya hamiləliyi planlaşdırırsınızsa, NovoNorm®-u istifadə etməməlisiniz. Laktasiya dövründə NovoNorm®-u qəbul etməməlisiniz. Pediatriada istifadəsi Sizin yaşınız 18-dən aşağıdırsa, bu dərman vasitəsindən istifadə etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Qanda şəkərin səviyyəsi aşağı və ya yuxarıdırsa, avtomobil idarə etmək və ya avadanlıq və ya cihazlardan istifadə etmək bacarığınız zəifləyə bilər. Yadda saxlayın ki, Siz özünüzü və başqalarını təhlükə altına ata bilərsiniz. • Hipoqlikemiya halları tez-tez baş verirsə, • Hipoqlikemiyanın əlamətlərindən bir neçəsi varsa, yaxud heç biri yoxdursa, nəqliyyat vasitəsinin idarə olunması mümkünlüyünü həkiminizdən soruşun.

İstifadə qaydası və dozası

Bu dərman vasitəsini həmişə həkiminizin göstərişinə uyğun qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə məsləhətləşin. Sizə münasib dozanı həkiminiz təyin edir. • Başlanğıc üçün normal doza hər əsas yeməkdən əvvəl 0,5 mq-dır. Tableti yeməkdən bilavasitə əvvəl və ya 30 dəqiqə əvvəl bir stəkan su ilə qəbul edin. • Həkim dozanı 4 mq-a çatdıra bilər.Tabletlər yeməkdən bilavasitə əvvəl və ya 30 dəqiqə əvvəl qəbul edilməlidir. Maksimal gündəlik doza – 16 mq-dır. Həkiminiz təyin etdiyi NovoNorm®-un dozasını aşmayın. NovoNorm®-un alkoqol ilə qəbulu Alkoqol NovoNorm®-un qanda şəkərin səviyyəsini azaltma qabiliyyətini dəyişdirə bilər. Hipoqlikemiya əlamətlərinə diqqətli olun. NovoNorm®-u qəbul etməyi unutmuşsunuzsa Preparatın bir qəbulunu buraxmışsınızsa, növbəti dəfə preparatı normal dozada qəbul edin – ikiqat doza qəbul etməyin. NovoNorm®-un qəbulunu dayandırmışsınızsa NovoNorm®-un qəbulunu dayandırmışsınızsa, arzuolunan nəticəni əldə etməyəcəksiniz. Sizdə diabet ağırlaşa bilər. Müalicənizdə hər hansı dəyişiklik lazımdırsa, ilk öncə həkiminizlə danışın. NovoNorm®-un istifadəsinə dair əlavə suallarınız varsa, həkiminiz və ya əczaçınız ilə məsləhətləşin.

Əlavə təsirləri

Bütün dərmanlar kimi NovoNorm® da əlavə təsirlərə malik ola bilər, lakin bu, hər kəsdə özünü göstərmir. Hipoqlikemiya Ən çox rast gəlinən əlavə təsir hipoqlikemiyadır ki, 10 xəstədən 1 nəfərdə ola bilər ( “Hipo vəziyyətinə düşmüşsünüzsə” bölməsinə baxın). Hipoqlikemik reaksiya adətən zəif/orta dərəcəli olur, lakin bəzən ağır hipoqlikemik huşsuzluq və ya komaya gətirib çıxara bilər. Allergiya Allergiya çox nadir əlavə təsirdir (10 000 xəstədən 1 nəfərdə ola bilər). Ödem, təngnəfəslik, tezləşmiş ürək döyüntüsü, başgicəllənmə və tərbasma kimi əlamətlər anafilaktik reaksiyanın göstəricisi ola bilər. Dərhal həkimlə danışın. Digər əlavə təsirlər Tez-tez baş verən əlavə təsirlər (10 xəstədən 1 nəfərdə ola bilər) • Mədə ağrısı • İshal Nadir hallarda baş verən əlavə təsirlər (1000 xəstədən 1 nəfərdə ola bilər) • Tac arteriyasının kəskin çatışmazlığı (lakin, bu dərman preparatının qəbulu ilə bağlı olmaya bilər) Çox nadir hallarda baş verən əlavə təsirlər (10 000 xəstədən 1 nəfərdə ola bilər) • Qusma • Qəbizlik • Görmə zəifliyi •Ağır qaraciyər problemləri, qanda qaraciyər fermentlərinin artması kimi qaraciyər disfunksiyası. Tezliyi məlum olmayan əlavə təsirlər • Hiperhəssaslıq (səpki, dəridə qaşınma, dərinin qızarması, dərinin şişməsi) • Ürəkbulanma Əlavə təsirlərdən hər hansı biri Sizdə meydana çıxarsa, bu barədə həkiminizə, yaxud əczaçınıza məlumat verin. Bura, bu içlik vərəqədə qeyd olunmamış hər hansı əlavə təsirlər də daxildir.

Doza həddinin aşılması

Əgər lazım olandan çox tablet qəbul etmişsinizsə, qanda şəkərinizin səviyyəsi çox aşağı düşə bilər, bu da hipoya səbəb ola bilər. Yuxarıda hipoqlikemiya və onun müalicəsi barədə məlumatları oxuyun.

Buraxılış forması

15 tablet, blisterdə. 1, 2, 3 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda bütün ölçüdə qutular olmaya bilər.

Saxlanma şəraiti

NovoNorm®-u uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Rütubətdən qorumaq üçün öz orijinal qablaşmasında 15°C – 25°C temperaturda saxlayın. Dərman preparatlarını çirkab sularına axıtmayın və ya məişət tullantıları ilə atmayın. Artıq istifadə olunmayan dərman preparatının necə utilizasiya edilməsi barədə əczaçınızdan soruşun. Bu cür tədbirlər ətraf mühiti qorumağa kömək edəcək.

Yararlılıq müddəti

Qablaşdırıldığı qutunun və blister folqasının üzərində “Expiry” sözündən sonra göstərilmiş yararlılıq müddətindən sonra istifadə etməyin. Yararlılıq müddəti qeyd edilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Marketinq lisenziyasının sahibi. Novo Nordisk A/S. Novo Alle. DK-2880 Baqsvaerd, Danimarka. NovoNorm® Danimarka Novo Nordisk A/S şirkətinə aid ticarət nişanıdır. © 2017 Novo Nordisk A/S

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“NOVONORM 1 MG 30 TB.” üçün ilk rəyi siz yazın.