Novalans 30 mq N14 kapsul

Dərman formasıKapsul
Farmakoloji təsirProton nasosunun inhibitoru
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,58 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NOVALANS 30 mq bağırsaqda həll olan bərk kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Lansoprazole

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 30 mq lansoprazol vardır. Köməkçi maddələr: şəkər kürəcikləri, natrium laurilsulfat, hipromelloza 2910, mannitol, meqlümin, makroqol 6000, polisorbat 80, metakril turşusu-etil akrilat sopolimeri (1:1) dispersiyası 30%, talk, titan dioksid, təmizlənmiş su. Kapsul: titan dioksid, jelatin, təmizlənmoş su.

Təsviri

Enterik örtüklü ağ, qeyri-şəffaf kapsullardır.

Farmakoterapevtik qrupu

Proton nasosunun inhibitoru. ATC kodu: A02BC03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Lansoprazol benzimidazolun əvəzedicisi olub, antisekretor birləşmələr sinfinə aiddir. Antixolinergik və ya H – histamin reseptorlarının antaqonisti xüsusiyyətlərinə malik deyil,2 + + lakin, mədədə parietal hüceyrələrin sekretor səthində H /K -ATF-aza ferment sistemini blokadaya almaqla mədə turşusunun ifrazını tormozlayır. Bu ferment sistemi parietal hüceyrələrdə turşu (proton) nasosu hesab edildiyindən Lansoprazol mədə turşusu ifrazının son mərhələsini blokadaya alan proton nasosu blokatoru kimi xarakterizə edilir. Bu effekt dozadan asılıdır və həm bazal, həm də stimullaşdırılan turşu sekresiyasına, qıcıqlandırıcıdan asılı olmayaraq təsir edir. Lansoprazolla müalicə zamanı plazma qastrin miqdarı artır, lakin müalicəni dayandırdıqdan sonra 1-2 həftə müddətində normal səviyyəsinə qayıdır. Lansoprazolun antixolinergik və ya histamin H -reseptorlarının2 antaqonisti xüsusiyyətləri yoxdur. Peroral təyini zamanı Lansoprazolun bazal turşu ifrazını əhəmiyyətli dərəcədə azaltdığı və mədənin orta pH-nı, həmçinin, mədə pH-nın >3 və >4 olduğu müddəti artırdığı müşahidə edilmişdir. Lansoprazol həmçinin, qida qıcıqlandırmasına cavab olaraq mədə turşusunun sekresiyasını və miqdarını əhəmiyyətli dərəcədə azaldır, həmçinin, pentaqastrinin stimulə etdiyi turşu sekresiyasını azaldır. Mədə turşusunun hipersekresiyası olan xəstələrdə Lansoprazol bazal və pentaqastrinlə stimullaşdırılmış mədə turşusu ifrazını əhəmiyyətli dərəcədə azaldır. Lansoprazol ifraz olunan turşu miqdarının normal artımını, turşuluğu və insulinin təsirindən turşu ifrazını blokadaya alır. Turşu ifrazının azalması Helicobacter pylori eradikasiyası üçün istifadə olunan antimikrob terapiyanın effektini gücləndirə bilər. Lansoprazol mədə dibinin selikli qişasında qan dövranına əhəmiyyətli dərəcədə təsir etmir. Mədə turşusu ifrazı blokadasının normal fizioloji təsiri olaraq mədənin antral nahiyəsində, mədə çıxacağında və onikibarmaq bağırsağa keçid nahiyəsində qan dövranının nisbətən azaldığı müşahidə edilmişdir. Lansoprazol həm in vitro, həm də klinik tədqiqatlarda Helicobacter pylori ştammlarının çoxuna qarşı aktivlik göstərmişdir. Farmakokinetikası Lansoprazolun sorulması yalnız qranullar mədədən xaric olduqdan sonra başlayır. Sürətlə sorulur, maksimal plazma konsentrasiyasına peroral qəbuldan təqribən 1,7 saat sonra çatır, mütləq biomənimsənilmə 80%-dən yuxarıdır. C və AUC Lansoprazolun 15-60 mqmax birdəfəlik dozada peroral qəbulundan sonra təqribən düz mütənasibdir. Lansoprazol orqanizmdə toplanmır və təkrar qəbulu zamanı farmakokinetikası dəyişmir. Sağlam şəxslərdə orta yarımparçalanma dövrü 1,5 (±1,0) saatdır. Dərman qida qəbulundan 30 dəqiqə sonra qəbul edildikdə C və AUC acqarına qəbuluna nisbətən 50% azalmışdır.max Dərman qida qəbulundan əvvəl təyin edildikdə qida ilə əhəmiyyətli qarşılıqlı təsiri müşahidə edilmir. Lansoprazolun plazma zülalları ilə birləşməsi 97%-dir. 0,05-5,0 mkq/ml-dən yüksək konsentrasiya səviyyəsində zülallarla birləşməsi sabitdir. Lansoprazol əsasən qaraciyərdə metabolizmə uğrayır. Plazmada az miqdarda iki metaboliti təyin edilmişdir (Lansoprazolun hidroksisulfinil və sulfon törəmələri). Metabolitlərin antisekretor fəallığı çox azdır və ya ümumiyyətlə yoxdur. Belə güman edilir ki, Lansoprazol + + iki aktiv formasına çevrilir ki, onlar da kanalların parietal hüceyrələrində H /K -ATF-aza vasitəsilə turşu ifrazını blokadaya alır, lakin ümumi qan dövranında iştirak etmir. Lansoprazolun yarımparçalanma dövrü onun mədə turşusunun ifrazını azaltması müddətinə təsir etmir. Belə ki, lansoprazolun plazma eliminasiyası dövrü 2 saatdan az olduğu halda, onun turşu ifrazına blokadaedici təsirinin müddəti 24 saatdan artıqdır. Peroral qəbul olunan tək doza lansoprazol faktiki olaraq dəyişilməmiş halda sidiklə xaric olur. Bir klinik tədqiqatda C -Lansoprazolun birdəfəlik dozada, peroral təyinindən sonra nişanlanmış karbon atomlarının təqribən 1/3-i sidiklə, 2/3-si isə nəcislə xaric olmuşdur. Bu, Lansoprazol metabolitlərinin əhəmiyyətli miqdarda ödlə ekskresiya edildiyini göstərir. Yaşlılar Yaşlı xəstələrdə Lansoprazolun eliminasiya dövrünün təqribən 50-100% artması ilə əlaqədar klirensi azalmışdır. Yaşlılarda orta yarımparçalanma dövrü 1,9-2,9 saat arasında olduğu üçün, gündəlik dozanın təkrarlanması Lansoprazolun orqanizmdə toplanması ilə nəticələnmir. Yaşlı xəstələrdə maksimal plazma konsentrasiyası artmır. Uşaqlar Lansoprazolun farmakokinetikası QERX olan 1-11 yaşlı və 12-17 yaşlı uşaqlarda iki ayrı klinik tədqiqatlarla öyrənilmişdir. 1-11 yaşlı uşaqlarda lansoprazol ≤30 kq çəki üçün sutkada 15 mq, >30 kq çəki üçün sutkada 30 mq dozada təyin edilmişdir. Preparatın qəbulunun 5-ci günü C və AUC gözlənilən dəyərləri iki müxtəlif doza qruplarında ortalama oxşarmax olmuşdur və çəki və ya yaşdan asılı olaraq dəyişməmişdir. 12-17 yaşlı yeniyetmələr arasında lansoprazol randomizə edilməklə sutkada 15 və ya 30 mq dozada təyin edilmişdir. Orta Cmax və AUC göstəriciləri çəki və yaşdan asılı olaraq dəyişməmişdir; iki doza qrupu arasında orta C və AUC göstəricilərində dozaya düz mütənasib artım müşahidə edilmişdir. 1-17 yaşlımax xəstələrdə Lansoprazolun farmakokinetikası sağlam, yetkin şəxslərdə aparılan tədqiqatların nəticələri ilə oxşar olmuşdur.

İstifadəsinə göstərişlər

– Mədə xorası. – Onikibarmaq bağırsaq xorası. – Reflyuks ezofaqitin qısamüddətli müalicəsi. – Zollinger-Ellison sindromu daxil olmaqla patoloji hipersekretor hallar. – H. pylori ilə əlaqədar xoranın müalicəsi üçün müvafiq antibiotiklərlə bərabər H.pylori-nin eradikasiyası. – QERX simptomlarının qısamüddətli müalicəsi.

Əks göstərişlər

Novalans 30 mq enterik örtüklü mikropellet (mikroqranul) kapsulların preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslığı olan şəxslərə təyini əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicəyə başlamazdan əvvəl və müalicə tamamlandıqdan sonra, xüsusilə, dispepsiya halları meydana çıxan və ya dəyişən orta yaşlı və daha böyük pasiyentlərdə bədxassəli törəmələri istisna etmək məqsədi ilə (lansoprazol simptomların maskalanmasına səbəb ola bilər və diaqnozun təsdiq edilməsini ləngidə bilər), endoskopik nəzarətin aparılması mütləqdir. Proton pompası inhibitorlarının istifadəsi daxil olmaqla, mədə şirəsinin turşuluğunun aşağı salınması, mədə-bağırsaq traktında mövcud olan patoloji bakteriyaların inkişafına gətirib çıxarır. Preparatların istifadəsi nəticəsində turşuluğun aşağı düşməsi, mədə-bağırsaq infeksiyalarının, məsələn, Salmonella, Campylobacter mikroorqanizmlərinin və xüsusilə, xəstəxanaya yerləşdirilən pasiyentlərdə Clostridium difficile mikroorqanizmlərinin inkişaf etmə riskinin bir qədər yüksəlməsinə gətirib çıxara bilər. Qastro-duodenal xoraların simptomları müşahidə olunan pasiyentlərdə, etioloji faktor kimi, H. Pylori infeksiyasının meydana çıxma ehtimalını nəzərə almaq lazımdır. Lansoprazoldan istifadə edən pasiyentlərdə çox nadir hallarda, kolitin meydana çıxması qeydə alınmışdır. Beləliklə, ağır və/və ya davamlı diareya qeyd olunduğu halda, müalicənin dayandırılması ehtimalını nəzərdən keçirmək tələb olunur. Proton pompası inhibitorlarından (PPİ), məsələn, lansoprazoldan ən azı 3 ay müddətində, əksər hallarda 1 il ərzində istifadə edən pasiyentlərdə ağır hipomaqneziemiyanın meydana çıxması barədə məlumatlar daxil olmuşdur. Xromoqranin A-nın (CgA) yüksək səviyyəsi, neyroendokrin şişlərin öyrənilməsi istiqamətində aparılan tədqiqatlara mane ola bilər. Həmin maneələrdən qaçınmaq məqsədi ilə, CgA-nın ölçülməsindən ən azı 5 gün əvvəl lansoprazolla aparılan müalicəni dayandırmaq lazımdır. İlkin ölçülmədən sonra CgA-nın və qastrinin səviyyələri nəzarət olunan diapazona qayıtmadığı halda, proton nasosu inhibitoru ilə aparılan müalicə dayandırıldıqdan 14 gün sonra, təkrar ölçülmələr aparılmalıdır. Turşuluğu tormozlayan istənilən preparatların uzun müddət ərzində (bir neçə il ərzində) gündəlik istifadəsi, hipo- və ya axlorhidriya nəticəsində sianokobalaminin (B vitamininin)12 malabsorbsiyasına gətirib çıxara bilər. Proton pompası inhibitorlarının istifadəsi, DYKQQ (dərinin yarımkəskin qırmızı qurdeşənəyi) hallarının çox tez-tez meydana çıxması ilə əlaqəlidir. Proton pompası inhibitorları, xüsusilə, yüksək dozalarda və uzun müddət ərzində (> 1 il) istifadə edildiyi hallarda, xüsusilə, yaşlı pasiyentlərdə və ya digər təsdiq olunmuş risk faktorları mövcud olduqda, bud sümüyü, bilək sümükləri və onurğa sütunu sümüklərinin sınma riskinin bir qədər yüksəlməsinə səbəb ola bilər. Klaritromisinlə birlikdə kompleks müalicə Klaritromisin hamilə qadınlara alternativ müalicəsi mümkün olmayan klinik hallar istisna olmaqla, təyin edilməməlidir. Əgər hamiləlik klaritromisinlə müalicə müddəti ərzində baş verirsə, döl üçün yarada biləcəyi potensial risklər haqqında xəstə məlumatlandırılmalıdır. Psevdomembranoz kolit klaritromisin və amoksisillin daxil olmaqla, demək olar ki, bütün antibakterial vasitələrin təyini zamanı qeydə alınmışdır və ciddiliyinə görə yüngül formadan həyat üçün təhlükəli formaya qədər dəyişə bilər. Bu səbəbdən antibakterial dərmanların qəbulundan sonra xəstə diareya ilə müraciət edərsə, bu məlumatı nəzərə almaq vacibdir. Böyrək çatışmazlığı Ciddi böyrək çatışmazlığı olan xəstələrdə plazma zülalları ilə birləşmə 1,0%-1,5% azalır. Qaraciyər çatışmazlığı Müxtəlif ağırlıqda xroniki qaraciyər xəstəliyi olan şəxslərdə orta plazma yarımparçalanması dövrü 1,5 saatdan 3,2-7,2 saata qədər uzanmışdır. Belə xəstələrdə orta AUC göstəricisinin sağlam şəxslərə nisbətən 500% artdığı müşahidə edilmişdir. Ciddi qaraciyər çatışmazlığı olan xəstələrdə doza korreksiyası (azaldılması) tələb olunur. Uşaqlarda istifadəsi 1-17 yaş arası, simptomatik QERX və reflyuks ezofaqiti olan uşaqlarda qısa müddətli müalicə zamanı Lansoprazolun istifadəsi haqda klinik məlumatlar məhduddur. Bu səbəbə görə uşaqlarda istifadəsi məsləhət görülmür. 1 yaşdan kiçik uşaqlarda istifadəsindən çəkinmək lazımdır. Yaşlı xəstələrdə istifadəsi Yaşlı xəstələrdə xora sağaltma dərəcəsi daha gənc yaş qrupları ilə oxşardır. Əlavə təsirlərin baş vermə tezliyi və laborator testlərin nəticəsinə təsiri də, həmçinin, daha gənc xəstələrlə oxşardır. Yaşlı xəstələrdə Lansoprazolun istifadə qaydası və dozasının dəyişdirilməsinə ehtiyac yoxdur. Digər vasitələri ilə qarşılıqlı təsiri Lansoprazolun digər preparatlara təsiri Absorbsiyası mədənin pH-dan asılı olan dərman vasitələri Lansoprazol mədənin pH-ı biomənimsənilmə üçün əhəmiyyətli olan preparatların sorulmasına təsir edə bilər. İİV proteazanın inhibitorları Lansoprazolu, biomənimsənilməsi əhəmiyyətli dərəcədə azaldığına görə pH-ı mədə turşuluğunun səviyyəsindən asılı olan atazanavir və nelfinavir kimi İİV proteazanın inhibitorları ilə eyni vaxtda istifadə etmək olmaz. Sağlam könüllülərdə lansoprazolun (gündə 1 dəfə 60 mq) atazanavirlə 400 mq dozada eyni vaxtda istifadəsi atazanavirin konsentrasiyasının əhəmiyyətli dərəcədə azalmasına (AUC və C -ın təqribən 90% azalması) səbəb olmuşdur.max Ketokonazol və itrakonazol Mədə turşusunun iştirakı olduqda, ketokonazolun və itrakonazolun mədə-bağırsaq sistemindən sorulması güclənir. Lansoprazolun təyin edilməsi, ketokonazolun və itrakonazolun subterapevtik konsentrasiyalarına səbəb ola bilər və bu kombinasiyadan çəkinmək lazımdır. Diqoksin Lansoprazolla diqoksinin eyni vaxtda istifadəsi diqoksinin qan plazmasında səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu səbəbə görə diqoksinin plazma səviyyəsinə nəzarət edilməli və diqoksinin dozasını lansoprazolla müalicə kursunun əvvəlində və sonunda tənzimləmək vacibdir. P450 ilə metabolizmə uğrayan dərman vasitələri Lansoprazol, CYP3A4 ilə metabolizmə uğrayan preparatların plazma konsentrasiyasını artıra bilər. Bu fermentlərlə metabolizmə uğrayan və kiçik terapevtik diapazona malik preparatları lansoprazolla ehtiyatla kombinasiya etmək lazımdır. Varfarin Proton inhibitorlarını və varfarini eyni vaxtda alan pasiyentlərdə beynəlxalq normallaşmış indeksin (BNİ) və protrombin vaxtının artması barədə məlumat vardır. NBİ-nin və protrombin vaxtının artması patoloji qanaxmaya və hətta ölümə səbəb ola bilər. Lansoprazol və varfarin alan pasiyentlərdə BMİ-nin və protrombin vaxtının yüksəlməsinə nəzarət etmək vacibdir. Teofillin Lansoprazol teofillinin plazmada konsentrasiyasını azaldır ki, bu da, onun istifadəsindən gözlənilən klinik effekti azalda bilər. Bu iki preparatı ehtiyatla kombinasiya etmək lazımdır. Takrolimus Eyni vaxtda istifadəsi zamanı lansoprazol qan plazmasında takrolimusun konsentrasiyasını artırır (CYP3A və P-qlikoproteinin substratı). Lansoprazolun ekspozisiyası takrolimusun orta ekspozisiyasını 81% artırmışdır. Lansoprazolla eyni vaxtda müalicənin əvvəlində və sonunda takrolimusun plazmada konsentrasiyasının monitorinqi məsləhət görülür. P-qlikoproteinlə nəql edilən dərman vasitələri P-qlikoproteinin (P-gp) nəqli zülallarının lansoprozolla inhibə olunması qeyd edilmişdir. Bu effektin klinik əhəmiyyəti məlum deyil. Digər preparatların lansoprazola təsiri CYP2C19-u inhibə edən preparatlar Fluvoksamin CYP2C19 inhibitoru olan fluvoksaminlə lansoprazolun kombinasiyası zamanı dozanın azaldılması nəzərdən keçirilə bilər. Lansoprazolun plazmada konsentrasiyası 4 dəfəyə qədər artır. CYP2C19 və CYP3A4-ü induksiya edən preparatlar Rifampisin və dəlikli dazıotu (Hypericum perforatum) kimi CYP2C19 və CYP3A4-ə təsir edən fermentlərin induktorları lansoprazolun qan plazmasındakı konsentrasiyasını nəzərə çarpacaq dərəcədə azalda bilər. Digər preparatlar Metotreksat Lansoprazolun metotreksatla eyni vaxtda yüksək dozada istifadəsi, metotreksatın və/və ya onun metabolitlərinin qan zərdabında səviyyəsinin artmasına və təsirinin uzanmasına səbəb ola bilər ki, bu da, metotreksatın toksikliyinə gətirib çıxara bilər. Sukralfat/Antasidlər Sukralfat/antasidlər lansoprazolun biomənimsənilməsini azalda bilər. Bu səbəbə görə lansoprazolu bu preparatların qəbulundan ən azı 1 saat sonra qəbul etmək lazımdır. Qeyri-steroid iltihabəleyhinə preparatlar Lansoprazolun qeyri-steroid iltihabəleyhinə preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsiri müşahidə edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası “B”-dir. Hamilə qadınlar üzərində yaxşı idarə olunan, müvafiq tədqiqatlar aparılmamışdır. Heyvan reproduksiyasının tədqiqatları insanlar üçün hər zaman uyğun olmur. Hamilələrdə bu preparatın istifadəsi məsləhət görülmür. Lansoprazolun və ya metabolitlərinin ana südünə keçməsi haqda məlumat yoxdur. Əksər dərmanlar ana südünə keçdiyi üçün və Lansoprazolun yenidoğulmuşlarda səbəb ola biləcəyi ciddi əlavə reaksiyaları nəzərə alaraq, dərmanın ana üçün vacibliyindən asılı olaraq ya südvermə, ya da müalicə dayandırılmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Başgicəllənmə, yuxululuq və görmə qabiliyyətində dəyişikliklər kimi əlavə təsirlərin mümkünlüyü səbəbindən diqqət tələb edən fəaliyyətlərlə məşgul olarkən preparatın qəbuluna fərdi yanaşma tələb olunur.

İstifadə qaydası və dozası

NOVALANS yeməkdən 30 dəqiqə əvvəl qəbul edilməlidir. Həkim tərəfindən başqa təyinat verilməzsə: Onikibarmaq bağırsaq xorası Tövsiyə olunan peroral doza 2-4 həftə ərzində gündə bir dəfə 30 mq. Mədə xorası Tövsiyə olunan peroral doza 4 həftə ərzində gündə bir dəfə 30 mq. 2-4 həftə əlavə müalicə təyin olunması faydalı ola bilər. Reflyuks ezofaqitin qısamüddətli müalicəsi Tövsiyə olunan peroral doza 4-8 həftəyə qədər gündə bir dəfə 30 mq. Reflyuks ezofagitin profilaktikası Tövsiyə olunan doza gündə 1 dəfə 15 mq-dır. Ehtiyac olduqda, doza 30 mq-a qədər artırıla bilər. Zollinger-Ellison sindromu daxil olmaqla patoloji hipersekretor hallar Patoloji hipersekretor hallar zamanı Novalans -in dozası xəstəyə görə individual seçilir. Peroral qəbul üçün tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 60 mq. Həmçinin, gündəlik 120-180 mq dozada tətbiq etmək mümkündür. Gündəlik doza 90 mq-dan artıq olarsa, bölünərək təyin olunmalıdır. H.pylori ilə əlaqədar xoranın müalicəsi üçün H. pylori eradikasiyası 30 mq Lansoprazol müvafiq antibakterial vasitələrlə birlikdə gündə iki dəfə (12 saatdan bir), 7-14 gün ərzində təyin olunmalıdır. QERX simptomlarının qısa müddətli müalicəsi Tövsiyə olunan doza 15 və ya 30 mq təşkil edir. 30 mq doza ilə 4 həftəlik müalicədən sonra simptomlar aradan qalxmadıqda, əlavə müayinə tələb olunur. Qaraciyər çatışmazlığı Orta və ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə gündəlik dozanın 50% azaldılması məsləhət görülür. Yaşlılar İnandırıcı klinik göstəriş olmadığı halda, yaşlılarda 30 mq gündəlik doza aşılmamalıdır. Alternativ təyinat yolları Kapsulu udmaqda çətinlik çəkən xəstələr kapsulu açıb, içindəki qranullara toxunmadan 1 xörək qaşığı alma püresi, pudinq, kəsmik, yoqurt və ya süzgəcdən keçirilmiş armudun üzərinə səpərək dərhal uda bilər. Qranulları çeynəmək və əzmək olmaz. Alternativ olaraq, kapsullar açılaraq az miqdarda (təqribən 60 ml) alma və ya pomidor şirəsinə əlavə edilib azca qarışdırmaqla dərhal içilə bilər. Dozanın tam olaraq qəbul edilməsindən əmin olmaq üçün stəkana təkrar olaraq bir neçə dəfə şirə əlavə edilib içilə bilər. Nazoqastral zondu olan xəstələrdə kapsullar açılıb qranullar 40 ml alma şirəsi ilə qarışdırılır və nazoqastral zond vasitəsilə mədəyə yeridilir. Qranullar qəbul edildikdən sonra boru əlavə alma şirəsi qəbul etməklə yuyulub təmizlənməlidir. Böyrək çatışmazlığı olan xəstələrdə doza korreksiyası vacib deyil. Novalans 30 mq enterik örtüklü mikropellet kapsullar YEMƏKDƏN ƏVVƏL QƏBUL EDİLMƏLİDİR. KAPSULDAKI MİKROPELLETLƏR (MİKROQRANULLAR) ÇEYNƏN-

Əlavə təsirləri

Novalans 30 mq enterik örtüklü mikropellet kapsulları həm qısa müddətli, həm də uzun müddətli müalicə zamanı xəstələr tərəfindən yaxşı qəbul edilmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı kimi təsnif edilir: Çox tez-tez (>1/100, <1/10); tez-tez(>1/1000, <1/100); bəzən (>1/10000, <1/1000); nadir hallarda (<1/10000); məlum deyil (mövcud məlumatlar əsasında dəyərləndirilməsi mümkün deyil). Nadir Məlum Çox tez-tez Tez-tez Bəzən hallarda deyil Trombositopeniya,Anemiya Aqranulosit Qan və limfa Eozinofiliya, oz, sisteminin Leykopeniya Pansitopeni pozğunluqları ya Hipo- Metabolizm və maq- qidalanma neziemi- pozğunluqları ya Depressiya Yuxusuzluq Psixiatrik Hallüsinasiya pozğunluqlar Konfuziya halı Baş ağrısı, Narahatlıq Başgicəllənmə Vertiqo Sinir sisteminin (başgicəllənmə) pozğunluqları Paresteziya Yuxululuq Tremor Göz xəstəlikləri Görmə pozğunluqları Diareya, Qlossit Kolit, Ürəkbulanma Qida borusunun Stomatit Qarında ağrı kandidozu Qəbizlik Pankreatit Qusma Dadbilmənin Mədə-bağırsaq Köp pozulması pozğunluqları Ağızda və ya boğazda quruluq, fundal vəzinin polipləri (xoşxassəli) Qaraciyər Hepatit, Qaraciyər-öd fermentlərinin Sarılıq xəstəlikləri səviyyələrində artım Urtikariya Petexiya Stivens- Yarımkəs Dəri və dərialtı (övrə), Purpura Conson kin dəri toxuma xəstə- qaşınma, səpgi Saç tökülməsi sindromu qırmızı likləri Multiformalı Toksik qurd- eritema epidermal eşənəyi Fotohəssaslıq nekroliz Artralgiya, Sümük-əzələ, Mialgiya, oynaq toxuması Bud sümüyü xəstəlikləri bilək, onurğanın sınıqları Böyrək və sidik İnterstisial nefrit yolları xəstəlikləri Reproduktiv Ginekomastiya sistem və süd vəzisi xəstəlikləri Yorğunluq Ödem Bədən Anafilaktik temperaturunun şok Ümumi yüksəlməsi pozğunluqlar Hiperhidroz Angionevrotik ödem Anoreksiya İmpotensiya Xolesterin və triqliserid səviyyələri Müayinələr nin yüksəlməsi Hiponatri- emiya ARZUOLUNMAZ TƏSİR MEYDANA ÇIXDIQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN

Doza həddinin aşılması

Lansoprazolun bilinən antidotu yoxdur. Dializ yolu ilə orqanizmdən xaric olmur. Doza həddinin aşılması hallarında simptomatik və dəstəkləyici müalicə təyin olunmalıdır. Enterik örtüklü olduğu üçün erkən müdaxilə olarsa, qusma vasitəsilə orqanizmdən xaric oluna bilər. Həll olmuş, lakin qan dövranına daxil olmamış preparatın təsirini dayandırmaq üçün xəstələrə nazoqastral zond vasitəsilə aktivləşdirilmiş kömür verilməlidir. Lansoprazolu hemodializ vasitəsilə qan dövranından çıxarmaq mümkün deyil.

Buraxılış forması

Novalans 30 mq enterik örtüklü mikroqranul qastrorezistent kapsullar. 7 kapsul, blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

o 25 C-dən aşağı temperaturda, öz qablaşdırmasında, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılış forması Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorios Liconsa S.A., İspaniya. Avda Miralcampo, N7, Pol. İnd. Miralcampo, 19200, Azuqueca de henares, Spain. Qeydiyyat vəsiqəsinin və əmtəə nişanının sahibi “NOVATOR PHARMA” MMC, Böyük Britaniya. 8 Shepherd Market, Office 21 London, UK.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Novalans 30 mq N14 kapsul” üçün ilk rəyi siz yazın.