NITROKSOLIN 0,05 GR N50 TB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Mikrobəleyhinə preparat – oksixinolin |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NİTROKSOLİN 50 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Nitroxoline
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq nitroksolin vardır. Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, kolloid silisium dioksid, talk, kalsium stearat, polisorbat-80 (tvin-80). Örtük: şəkər (saxaroza), maqnezium hidroksikarbonat, povidon K17, kolloid silisium dioksid, talk, titan dioksid, tropeolin O, azorubin (farmasevtik məqsədlər üçün turş qırmızı 2C), arı mumu.
Təsviri
Yumru, hər iki tərəfi qabarıq, açıq-narıncı və ya narıncı rəngli örtüklü tabletlərdir. Qırdıqda 3 qat görsənir: daxili – sarıdan bozumtul-sarı rəngə qədər, yüngül yaşılımtıl çaların olması mümkündür; orta – ağ rəngli və xarici – açıq-narıncıdan narıncı rəngə qədər.
Farmakoterapevtik qrupu
Mikrobəleyhinə preparat – oksixinolin. ATC kodu: J01XX07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Geniş təsir spektrinə malik mikrobəleyhinə preparatdır. Nitroksolin bakterial DNT sintezini selektiv inhibə edir və həm qrammüsbət mikroorqanizmlərə: Staphylococcus spp. (o cümlədən, S.aureus), Streptococcus spp. (o cümlədən, beta-hemolitik streptokokklara, Streptococcus pneumoniae, Enterococcus faecalis), Corynebacterium diphtheriae, Bacillus subtilis; həm də qrammənfi mikroorqanizmlərə: N.gonorrhoeae, E.coli, Proteus spp., Klebsiella spp., Salmonella spp., Shigella spp., Enterobacter spp. təsir göstərir. Nitroksolin həmçinin, Mycobacterium tuberculosis, Trichomonas vaginalis mikroorqanizmlərinə, bəzi göbələk növlərinə (Candida spp., dermatofirlər, kif göbələkləri, dərin mikozların bəzi törədiciləri) qarşı aktivdir. Farmakokinetikası Absorbsiyası yüksəkdir. Böyrəklər vasitəsi ilə dəyişilməmiş şəkildə xaric olunur, bu zaman sidikdə preparatın yüksək konsentrasiyası (100 mkq/ml və daha çox) qeyd olunur.
İstifadəsinə göstərişlər
Nitroksolinə qarşı həssas qrammənfi, qrammüsbət bakteriyalar və ya göbələklərlə törədilmiş sidik yollarının kəskin, xroniki və residivləşmiş infeksiyalarının müalicəsi. Sidik yollarının residivləşən infeksiyalarının profilaktikası, xüsusilə uşaqlarda.
Əks göstərişlər
Oliqo- və ya anuriya ilə müşayiət olunan böyrək funksiyalarının pozulması; ağır böyrək çatışmazlığı (KK 0,33 ml/saniyədən az), ağır dərəcəli qaraciyər xəstəlikləri; qlükoza-6- fosfatdehidrogenaza fermentin çatışmazlığı; 3 yaşa qədər uşaqlar (bərk bölünməyən dərman formasını nəzərə alaraq), katarakta, nevrit, polinevrit, hamiləlik, laktasiya dövrü. Xinolin sırası preparatlarına qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Müalicə müddətində sidik zəfərani-sarı rəngə boyanır.
İstifadə qaydası və dozası
Preparatı daxilə qəbul etmək lazımdır. Böyüklər üçün sutkalıq doza 400-800 mq təşkil edir. Preparatı sutkada 3-4 dəfə 6-8 saatlıq intervalla qəbul etmək lazımdır. Müalicə kursunun müddəti 2-3 həftədir. Sidik-ifrazat yollarının xroniki infeksiyalarında preparatı 2 həftəlik fasilədən sonra, 2 həftə təkrar təyin etmək olar. 5 yaşdan yuxarı uşaqlar üçün orta sutkalıq doza 0,2-0,4 q (sutkada 4 dəfə 0,05-0,1 q), 5 yaşdan aşağı uşaqlar üçün – sutkada 0,2 q təyin olunur. Böyrək çatışmazlığı (KK 0,33 ml/saniyədən yuxarı) olan pasiyentlərdə adi doza yarıya bölünür.
Əlavə təsirləri
Bəzən – ürəkbulanma, qusma, iştahanın itməsi; çox nadir hallarda – allergik dəri reaksiyaları müşahidə oluna bilər. Nadir hallarda – taxikardiya, ataksiya, baş ağrısı, paresteziyalar, polineyropatiya, qaraciyər funksiyalarının pozulması, qan zərdabında transaminazaların və sidik turşusunun səviyyəsinin azalması. Uzun müddət ərzində istifadə edildikdə, göz siniri nevritinin inkişaf etməsi halı təsvir olunmuşdur. Çox nadir hallarda-allergik trombositopeniya.
Buraxılış forması
50 mq örtüklü tablet. 10 tablet, polivinilxlorid və laklanmış çaplı alüminium folqa örtüklü konturlu-yuvalı qablaş- dırmada. 5 konturlu-yuvalı qablaşdırma,ç içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat “İrbit Kimya-əczaçılıq Müəssisəsi” ASC, Rusiya Federasiyası. Ünvan 623856, Sverdlovsk vilayəti, İrbit şəh., Kirov küç., 172.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.